Qlobal ərzaq probleminin həlli sahəsində KİV-in qarşısında duran əsas vəzifələr 1.
KİV
ərzaq probleminin mahiyyətinin
açıqlanmasına və problemin əhali tərəfindən dərk
edilməsinə çalışmalıdır.
2.
Ərzaq təminatı sahəsində qabaqcıl yerli və
beynəlxalq təcrübəni öyrənməli və onu ümumiləşdirib əhali
arasında yaymalıdır.
3.
Ərzaqla təminat sahəsindəki qüsurları peşəkarlıqla
tənqid etməli və onların həlli yollarını aramalıdır.
4.
Mövcud imkanları aşkar etməli və onlardan istifadə
yollarını təbliğ etməlidir.
Kənd təsərrüfatı və torpaq mövzusunda yazan
jurnalist müasir aqrar-sənaye komplekslərinin problemlə-
rinin ölkə və dünya kütləvi informasiya vasitələrində
işıqlandırılmasının səciyyəvi xüsusiyyətlərini
ətraflı
öyrənməli, peşəkarlıq “sirrlərini” və sahə jurnalistlərinin
konstruktiv daxili yaradıcılıq qanunlarını nəzəri və praktik
aspektdən dərindən mənimsəməlidir.
Ərzaq problemini işıqlandıran peşəkar jurnalist
problem barədə nəzəri biliyə malik olmalı, kənd
təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramlarının əsas
müddəalarının KİV-də işıqlandırılmasının metodoloji
əsaslarına yiyələnməli və onların yaradıcılığının ana xəttini
innovasion aqroiqtisadi təfəkkürün əsasları təşkil etməlidir.
Dünya əhalisinin ərzaqla təminatı probleminin
getdikcə daha da qloballaşması peşəkar jurnalist kadrlarının
hazırlanmasına jurnalistika və pablik rileyşnz ixtisasları
üzrə təhsil verən ali məktəblərdən başlanılmasını zəruri edir.
Bu da öz növbəsində: a) ölkə və xarici publisistika
məktəblərinə mənsub olan tanınmış jurnalist-aqrarçıların
164
yaradıcılıq irslərinin öyrənilməsinə; b) müasir kütləvi
informasiya vasitələrində aqroiqtisadi məsələlərin
işıqlandırırlmasının təhlilinə; və b) aqroiqtisadi məsələlər
üzrə orijinal müəllif layihələrinin hazırlanmasına
yönəldilməlidir. Jurnalist-mütəxəssisin hazırlanması
istiqamətində atılan hər bir addım onun fərdi yaradıcılıq
imkanlarının özünü maksimum surətdə büruzə verməsinə və
peşəkar jurnalist kimi KİV-də sərbəst işləməsinə şərait
yaratmalıdır.
Müasir dövrdə kənd təsərrüfatı məsələlərini, xüsusilə
də qlobal ərzaq problemini işıqlandıran jurnalistin bu
sahədə qarşıda qoyulan məqsədə çatması bir sıra mühüm
vəzifələrin yerinə yetirilməsindən olduqca asılıdır. Bu
vəzifələr aşağıdakılardır:
-
jurnalistin dövlətin daxili siyasətinin aparıcı
istiqaməti kimi müasir dövrdə Azəraycan Respublikasında
aqroiqtisadiyyatın inkişafı haqqında ətraflı biliyə malik
olması;
-
müasir aqroiqtisadi təfəkkürün yaranması və
fəaliyyət göstərməsi, bütövlükdə təbligat sistemində KİV-in
rolu və yeri haqqında dəqiq təsəvvürlərin formalaşdırılması;
-
aqrar-sənaye komplekslərinin (ASK) inkişafının
tarixi xüsusiyyətləri, müasir ənənələri və strukturu ilə
tanışlıq;
-
aqrar-sənaye komplekslərinin fəaliyyətlərinin
səmərəliliyinin ölkənin ərzaq təhlükəsizliyinin vəziyyətini
və səviyyəsini əvvəlcədən müəyyən etməsi;
-