problem(lər)” anlayışıdır. Bu termin iki sözün
birləşməsindən əmələ gəlir: “qlobal” (fransızca global -
ümumi; latınca globus – şar) Yer kürəsinin bütün ərazisinə
aid olan, bütün Yer kürəsini əhatə edən, ümumdünya;
“problem” (yunanca problema – məsələ, tapşırıq, vəzifə)
həllini, tədqiqini tələb edən nəzəri və ya praktik məsələ
mənasında işlədilir. “Qlobal problem(lər)” anlayışıümu-
mibəşəri xarakter daşıyan, bütövlükdə bəşəriyyətin və ayrı-
ayrılıqda Yer kürəsinin istənilən nöqtəsində yaşayan hər bir
insanın maraqlarını əhatə edən problem(lər)i ifadə edir. “Jurnalistika və müasir dövrün qlobal problemləri”
kursunda istifadə olunan digər əsas terminlərin izahlı lüğəti
kitaba edilmiş əlavələr bölməsində, geosiyasət, geoiqti-