21
çinin Azərbaycan gerçəkliyinin aktual problemlərini (siyasi,
iqtisadi, sosial, mənəvi sahələrdə baş vermiş transformasi-
yalarla şərtlənən), eyni zamanda
dəyərlər sistemindəki
dəyişiklikləri də nəzərdən keçirməyə cəhd göstərməli,
beynəlxalq və yerli tədqiqat mərkəzlərinin araşdırmaları və
müasir sosial proseslərin monitorinqlərinin nəticələri barədə
məlumatlı olmalıdırlar. Aşağıdakı məsələlər daim diqqət
mərkəzində saxlanılmalıdır:
qlobal problemlərin dərk olunmasında, öyrə-
nilməsində və həllində (Azərbaycan gerçəkliyi nəzərə
alınmaqla) jurnalistikanın vəzifələri və kütləvi informasiya
vasitələrinin real praktikası;
ictimai inkişaf sahəsində mövcud olan qlobal
problemlərin (geopolitik, etnik, dini konfliktlər,
iqtisadi
kataklizmlər, ekoloji fəlakətlər və s.) aradan qaldırılmasında
kütləvi informasiya vasitələrinin pozitiv iştirakı təcrübəsi;
kütləvi informasiya vasitələrinin fəaliyyətində cə-
miyyətdə qeyri-sabitlik yaradan proseslərin dərinləşməsinə
və mənəvi dəyərlərin parçalanmasına şərait yaradan neqativ
ənənələr (müəyyən sosial qüvvələrin mənafeyi naminə real
hadisələrin qeyri-obyektiv işıqlandırılması, cəmiyyət üçün
həyati əhəmiyyəti olan informasiyaların gizlədilməsi,
qəsdən dezinformasiya və s.);
kütləvi informasiya vasitələrində müasir dövrün
qlobal problemlərinin adekvat işıqlandırılmasına və onların
həllində KİV-in əməli iştirakına imkan yaradan amillər –
jurnalist məsuliyyəti və kompetentliyi.
Ümumiyyətlə, bütün sahələrdə mütəxəssis
yeni infor-
masiyaya, o cümlədən, jurnalist də müasir dövrün qlobal
problemləri sahəsində ən yeni informasiyaya malik
olmalıdır:
müasir dövrdə dünya sivilizasiyasının qarşısında
duran ən aktual problemlər, onların işıqlandırılması və
22
həllində jurnalistikanın rolu barədə təsəvvürlərə malik
olmalıdır;
müasir dövrdə Azərbaycanın inkişafı sahəsində
mövcud olan başlıca problemlər (dövlət quruculuğu,
iqtisadiyyat, vətəndaş cəmiyyətinin qurulması, sosial və
mənəvi
sahələrdə, dövlətlərarası münasibətlərdə və s.) və
sosial münasibətlərin müxtəlif sahələri ilə bağlı
jurnalistikanın funksiyaları haqqında təsəvvürlərə malik
olmalıdır;
ölkənin perspektiv inkişafında, vətəndaş cəmiy-
yətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda
jurnalistikanın rolunu görə bilməlidir;
jurnalistikanın və müasir futuroloji konsepsiyaların
qarşılıqlı əlaqələrini anlamalıdır;
əldə etdiyi bilikləri müvafiq mövzulara aid hazır-
ladığı publikasiyalara tətbiq etməyi bacarmalıdır.
Jurnalist qlobal problemlərin məğzinə daha dərindən
nüfuz etmək, onların həllində öz iştirakını daha səmərəli
etmək üçün qlobal problemlərin peşəkarlıqla
işıqlandırılması üçün irəli sürülən tələblərdən əlavə
jurnalistikanın, jurnalist yaradıcılığının nəzəri və metodiki
əsasları sahəsində irəli sürülən
tələblərə də cavab verməli,
jurnalistikanın cəmiyyətdəki rolunu, onun funksiyalarını və
kütləvi-informasiya fəaliyyətinin xüsusiyyətlərini dərk
etməli;
jurnalist fəaliyyətinin hüquqi və etik əsasları barədə
məlumatlı olmalı; kütləvi informasiya vasitələrinin
funksional-vəzifə və peşəkarlıq-yaradıcılıq strukturunu
bilməli; jurnalist yaradıcılığının səciyyəvi xüsusiyyətlərini
anlamalı, onun metodları sisteminə bələd olmalı; vacib olan
informasiyanı əldə etməyi və onun əsasında gerçəkliyin
adekvat mənzərəsini yaratmağı bacarmalı; jurnalist
yaradıcılığının bütün janrlarından virtuoz istifadə etməyi
bacarmalıdır.
23
Qlobal problemlərin Qlobal problemlərin məğzinə
daha dərindən Qlobal problemlərin işıqlandırılması və həlli
yollarının araşdırılması istiqamətində
KİV-in və
jurnalistlərin qarşısında spesifik tələblər qoyulduğu kimi,
ümumi ixtisas istiqamətləri üzrə də müəyyən tələblər irəli
sürülür. Bu tələblər ilk növbədə kütləvi informasiya
vasitələrinin istifadə etdikləri müasir texnika və
texnologiyalara aiddir:
müasir mətbuatın, radio-televiziyanın, elektron
KİV-lərin istifadə etdikləri texnika
və texnologiyalara bələd
olmalı, onlarla işləməyi bacarmalıdır;
jurnalist kollektivlərinin istehsalat-texnoloji
struktur kimi fəaliyyətnin səciyyəvi xüsusiyyətlərini
bilməlidir;
ayrı-ayrı kütləvi informasiya vasitələri üçün hazır-
lanan materialların spesifikasını bilməlidir;
müasir texniki vasitələrlə (elektron texniki vasitələr
də daxil olmaqla) işləməyi bacarmalı və iş metodlarını
bilməlidir;
materialların hazırlanmzsı ilə bağlı texniki
vərdişlərə - səhifələnmə, o cümlədən, kompüterlə
səhifələnmə, yazılmış və ya çəkilmiş materialların montajı,
qəzetlərin on-line və ya off-line versiyalarının yaradılması
və s. – yiyələnməlidir.
“Jurnalistika və müasir dövrün qlobal problemləri”
kursunda qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ilk
növbədə
“inkişaf”, “tərəqqi” və “tənəzzül” anlayışları
arasındakı əlaqələrin tarixi aspektdə araşdırılması olduqca
vacibdir.
Dostları ilə paylaş: