Birinci qrup problemləri intersosial, əksər hallarda
isə siyasi problemlər adlandırırlar. Bu təsadüfi deyil, çünki
dövlətlərarası münasibətlər, demilitarizasiya problemi
müasir dövrün başlıca qlobal problemləridir. Militarizm
bəşəriyyətin bədənində “xərçəng şişi”nə çevrilmişdir. Onu
demək kifayətdir ki, hazırda dünya alimlərinin dörddə biri
müharibələrə hazırlıq işinə cəlb olunmuşdur. Hərbi-sənaye
kompleksləri xeyli əmək, material və maliyyə resurslarının
quruculuq işlərinə cəlb olunmasına mane olur. Nüvə
dövlətləri N sayda dağıdıcı materiallar toplamışlar ki, bu
silahlar Yer kürəsini bir neşə dəfə tamamilə məhv etməyə
imkan verir və nəhayət onu demək lazımdır ki, hərbi xərclər
bütün qlobal problemlərin həlli yolunda başlıca maneəyə
çevrilmişdir.
Beynəlxalq iqlimin «mülayimləşdiyi», silahlanmanın
azaldılması şəraitində nüvə təhlükəsinin qarşısının alınması
üçün müəyyən zəmin yaradılsa belə, bəşəriyyətin demili-
tarizasiyası sahəsində əldə olunan müvəffəqiyyətlərlə arxa-
yınlaşmaq hələ çox tezdir. Ona görə ki: a) ayrı-ayrı
dövlətlər arasındakı qarşıdurma və lokal münaqişə və kiçik
müharibə təhlükələri hələ də qalmaqdadır; b) atom
enerjisinin inkişaf etdiyi bir şəraitdə atom silahının
nəzarətsiz yayılması və bu silahların siyasi manyakların və
ya terrorçuların əlinə düşmək ehtimalı istilik-nüvə ka-
taklizmləri təhlükəsini artırır.
Bəşəriyyətin tam demilitarizasiyası probleminin həlli
yalnız bir xalqın digər xalq tərəfindən əsarət və istismarının,
inkişaf etməkdə olan ölkələrin iqtisadi geriliyinin aradan
qaldırılması və ədalətli beynəlxalq iqtisadi nizamın
yaradılması ilə mümkündür.