37
qidalanmır, yarıac həyat sürür. Acınacaqlı haldır ki, bu
vəziyyət məhz kənd təsərrüfatının inkişafı üçün ən münbit
şərait olan ölkələrdə baş verir. YUNESKO-nun məlumatına
görə, bu ölkələrdəki aclığın
səbəbini burada kənd
təsərrüfatında hakim olan monokultura (pambıq, kakao,
banan və s.) və zəif aqrotexniki səviyyə ilə əlaqələndirmək
lazımdır. Planetin bütün qitələrində kənd təsərrüfatı ilə
məşğul olan əhalinin böyük əksəriyyəti torpağı hələ də
kətmən və cütlə becərir. Aclıqdan ən şox uşaqlar əziyyət
çəkirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına
görə, aclıqdan hər gün 5 yaşına çatmamış 40 min uşaq ölür,
bu isə bir ildə 15 mln. insan deməkdir.
Mütəxəssislərin
fikrincə, onları xilas etmək mümkündür.
Kəskin qlobal problemlərdən biri
təhsil problemidir.
Hazırda planetimizin 15 yaşdan yuxarı hər
dördüncü sakini
təhsilini davam etdirmək imkanında deyildir. Savadsızların
sayı hər il 7 mln. nəfər artır. Bu problemin, elə cə də digər
qlobal problemlərin həll olunmaması vəsait çatışmazlığı ilə
izah olunur
və bu o halda baş verir ki, yuxarıda qeyd
etdiyimiz kimi, hərbi-sənaye kompleksləri ölçüyəgəlməz
resursları sərf edir. Bu xərclərin azaldılması və onların
bəşəriyyətin rifahı naminə istifadə olunması üçün
bəşəriyyətə yeni dünya nizamı, yeni təfəkkür və yeni
düşüncəli insan gərəkdir.
Bəşəriyyətin gələcəyini proqnozlaşdırarkən üç
mühüm cəhətin nəzərə alınması tövsiyə olunur:
1.
Elmi-texniki inqilab istehsalın avtomatlaşdırılması
və texnikanın intellektuallaşdırılması yolu
ilə texnoloji
prosesdə insanın yerini və rolunu köklü şəkildə dəyişir.
2.
Elmi-texniki inqilab elə işçini nəzərdə tutur ki, o,
intellektual inkişaf səviyyəsinə və hərtərfliliynə görə insanın
həyatı və fəaliyyəti üçün lazımi süni mühit (noosfer)
yaratmağı bacarır. Universal,
harmonik cəhətdən inkişaf
etmiş, yaradıcı və sosial cəhətdən məsuliyyətli insana olan
38
ehtiyac filosofların uydurması deyil. Öz qərarlarını və
işlərini bəşəriyyətin maraqları və işləri ilə müqayisə
etməyən insansız ictimai tərəqqi mümkün deyildir.
3.
İnsanlar yeni təfəkkürə nail olmalı, rasionallığın
yeni növlərinə keçməlidirlər. Cəmiyyətin birtərəfli şəkildə
əşya istehsalına və yaxud
mənfəət götürməyə yönəlmiş
tərzdə rasionallaşması ümumilikdə bəşəriyyət üçün,
həmçinin ayrı-ayrı fərdlər üçün irrasional təhlükəli
nəticələrə gətirib çıxara bilər. Bu cür rasionallıq harmonik
inkişaf rasionallığı ilə əvəz olunmalıdır. Yalnız insanın
təbiətə və başqa insana münasibətinin harmonizasiyası və
bunun dünya miqyasında gerçəkləşməsi bəşəriyyətin xilası
üçün zəmin ola bilər. Deyirlər ki, gözəllik dünyanı xilas
edəcək. Lakin
özü-özlüyündə gözəllik deyil, insanın insana
münasibətinin gözəlliyi, hər bir şəxsin yaradıcı fəaliyyətinin
hərəkətverici qüvvəsinə çevrilmiş gözəllik dünyanı xilas edə
bilər.
Dostları ilə paylaş: