Jurnalistlərqlobalistikanın yaranması və inkişafı barədə də müəyyən biliyə yiyələnməlidirlər. Qlobalistika nədir? “Qlobalistika” sözü etimologiyasına görə latın sözü
- globus – olub, mənası şar deməkdir. “Qlobalistika”
termini altında müasir dövrdə planetar miqyaslı problemləri,
yəni Yer kürəsinə xas olan problemləri əhatə edən elm
sahəsi başa düşülür. Bu termini əyani şəkildə təsəvvür
etmək üçün Yer üzündə həyatın hansı sosial təbii proseslərlə müşayiət olunduğunu dərk etməyə çalışan hər
hansı bir yadplanetlini təsəvvür etmək olar.
Bütün Yer kürəsi miqyasında baş verən prosesləri
adətən qlobal adlandırırlar. Çünki onların aktuallığı məhz