41
Qlobalistikanın fəlsəfəsi
Qlobalistikanın fəlsəfəsi
dedikdə,
insanın
mövcudluğunda sosial təbii proseslərin yerinin və rolunun
müəyyən edilməsi nəzərdə tutulur, yaxud da digər sözlərlə
desək, əgər insan öz varlığını baş verən sosial təbii
proseslərlə müqayisə edərsə, o, öz həyatını, yaşamını
düşünərkən hansı düzəlişləri etməlidir.
Qlobalistikanın fəlsəfəsinin səciyyələrini
aydınlaşdırmaq üçün içərisində tamamilə müxtəlif insanlar
olan kosmik gəmini təsəvvür etmək lazımdır. Gəmi
kosmosda olduğundan onun içində yerləşən insanların
həyatı gəminin fiziki imkanları ilə məhdudlaşır. Bu
insanların həyatının və mövcudluqlarının davam etməsi
üçün onlar öz aralarında olan bütün fərqlərə və fikir
ayrılıqlarına baxmayaraq,
özlərinin birliyini dərk etməli,
hərərkətlərinə məhdudiyyətlər qoymalı və nəfslərini basma-
lıdırlar. Ona görə ki, onların
mövcudluğu gəminin imkanları
çərşivəsi ilə əvvəlcədən müəyyən olunmuşdur. Həmçinin
insanlar yalnız öz vəhdətlərini deyil, eyni zamanda
gəmi ilə
də vəhdət təşkil etdiklərini dərk etməlidirlər. Ona görə ki,
gəminin etibarlılığı insanların təhlükəsizliyinin qarantıdır;
insanlar və gəmi
bütöv bir tam şəklində olmalıdırlar. Əgər
indi biz kosmik gəmini Yer kürəsi ilə əvəz etsək, bizim
planetimiz də bir növ kosmik gəmidir və elə həmin
mövqedən, yəni insanlarla Yer kürəsinə vahid tam şəklində
baxsaq, bu yanaşma elə qlobalistikanın fəlsəfəsi olacaqdır.
Qlobalistikanın fəlsəfəsi planetin və burada
məskunlaşan bütün canlı varlıqların vəhdəti və birliyi
ideyalarından irəli gəlir və bu fəlsəfə insanın
mövcudluğunun fundamental pirinsiplərini müəyyən etəmli
və bu zaman sosial təbii proseslər mütləq vəhdət
ideyalarının əldə olunmasına xidmət göstərməlidir. Lakin,
təəssüf hissi ilə deməliyik ki, bu prinsiplər hələlik müəyyən
42
edilməmişdir. Yalnız ayrı-ayrı yanaşmalar mövcuddur.
Məsələn:
-
demoqrafik proseslərin qlobal stabilləşməsi;
-
iqtisadi və elmi-texniki inkişafın qlobal koope-
rasiyası;
-
ekoloji cəhətdən stabilləşmiş iqtisadiyyatın yara-
dılması;
-
yeni növ qlobal mədəniyyətin yaradılması;
-
transnasional siyasi strukturun və yaxud dünya
hökumətinin yaradılması.
Lakin, yuxarıda göstərilən yanaşmaları fəlsəfi
yanaşma da hesab etmək düzgün olmazdı, çünki bu
yanaşmalar insanın mövcudluğu ideyasının özündən irəli
gəlmir. Ona gsrə ki, hər şeyin əsasında insan problemi və
onun ontoloji (mövcudluq) statusu durur.
Qlobalistika fəlsəfəsində insanın mövcudluğu
probleminə
iki cür yanaşma mövcuddur:
Dostları ilə paylaş: