Birinci yanaşma ssientist-texnokratik (lat. ssientia –bilik, elm) yanaşmadır. Bu yanaşma insan problemini
utilitar-praqmatik mövqedən nəzərdən keçirir. Yəni belə
hesab edir ki, insanın təkmilləşməsi onda «yeni
keyfiyyətlərin» inkişafı yolu ilə mümkündür. Bu cür
yanaşma Roma klubu çərşivəsndə inkişaf edir və tarixilik
baxımından ilk yanaşmadır.
İkinci yanaşma birinciyə alternativ yanaşma kimi
yaranmışdır. Bu yanaşma tarixilik baxımından yeni olsa da,
mahiyyətcə daha qədimə gedib çıxır. Bu yanaşma insana onun öz tarixi inkişafı prosesində itirdiyi ilkinliyi (orijinallığı) qaytarmağı nəzərdən keçirir. Bu yanaşmanın
əsas ideyasını insanın hər şey üçün, o cümlədən özünün
mövcudluğu üçün daşıdığı məsuliyyət təşkil edir.
Qlobalistikanın bu yanaşması ekzistensializm fəlsəfəsindən irəli gəlir (Ekzistensializm hesab edir ki, fəlsəfənin predmeti
43
insandır və insan mənəvi başlanğıc kimi götürülür.
Ekzistensializm elmə inamı obyektivcəsinə sarsıdır).