Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Sosial təbii proseslərin öyrənilməsinin vacibliyi nə



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə31/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   284
Sosial təbii proseslərin öyrənilməsinin vacibliyi nə 
ilə bağlıdır?  Planetimizdə baş verən sosial təbii proseslər 
bəşəriyyətin sosial inkişafını  və fiziki artımını müəyyən 
edir. Problem ondan ibarətdir ki, “inkişaf”  sonsuzdur
“artım”ın isə öz hüdudları vardır. Hüdud ounla izah olunur 
ki, Yer kürəsi konkret fiziki məhdudiyyətlərə (sərhədlərə) 
malikdir. Ona görə  də inkişafın sonsuz olmasına 
40 
 
baxmayaraq, onu daim müşayiət edən artım olduqca 
məhduddur.  
 İlk dəfə  bəşəriyyətin artımının məhdudluğu fikri 
ingilis iqtisadşısı R.T.Maltus (1766-1834) tərəfindən 
söylənilmişdir. Maltusun narahatlığı uzaq gələcəklə bağlı 
olsa da, bu «gələcək» artıq XX əsrin ikinci yarısında özünü 
göstərməyə başlayır.  
 Sosial  təbii proseslər bəşəriyyətlə eyni vaxtda 
yaranmışdır və onunla eyni tarixə malikdir. Lakin o vaxtlar 
sosial təbii proseslərin baş verməsi nəzərə çarpmırdı və bu 
səbəbdən də onların nəticələri o qədər də  təşviş 
doğurmurdu.  
 XX  əsrin ortalarında baş verən proseslər insanları 
sosial təbii proseslərin xarakterinə və tendensiyalarına ciddi 
diqqət yetirməyə vadar edir.  
 İkinci dünya müharibəsi sosial təbii proseslərin 
xarakterini güclü şəkildə  dəyişir – bu dəyişiklik  dünya 
müstəmləkə sisteminin dağılması və Elmi Texniki İnqilabın 
baş verməsindən ibarət idi. Dünya bazarının yenidən 
bölünməsi və  Elmi Texniki İnqilabın  nailiyyətlərindən 
istifadə olunması  nəticəsində dünyada o vaxtadək 
görünməmiş iqtisadi inkişaf prosesi başlayır. Bu da öz 
növbəsində müvafiq artıma  səbəb olur. Bunun nəticəsi 
olaraq artım öz hüdudları ilə rastlaşır, bu hüdudlar  isə 
bəşəriyyətin qarşısında planetin fiziki imkanları problemini 
qoyur. Beləliklə, baş verən sosial təbii proseslər müasir 
bəşəriyyəti onun artımının hüdudlarına  gətirib  şıxarır. 
Məhz bu vəziyyət müasir dövrün qlobal problemlərinin 
həllinin vacibliyinə  səbəb olur və bu da öz növbəsində 
həmin qlobal problemləri yaradan sosial təbii proseslərin 
təhlilini tələb edir. 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin