Bunlardan birincisi əhali problemidir. Əhali prob-
lemini yalnız əhali artımı, onun yaş və cins tərkibi ilə məh-
dudlaşdırmaq düzgün deyil. Burada söhbət ilk növbədə
əhali artımı prosesi ilə maddi nemətlər istehsalının ictimai
üsulları arasındakı qarşılıqlı nisbətdən gedir. Dialektik-
materialist sosial fəlsəfə əhali artımının Maltus konsepsi-
yasını, artımın izahında biologizator yanaşmasını təkzib
edir. Bununla belə, Maltus konsepsiyasında xoşagəlməz
tərzdə ifadə olunsa da, cəmiyyətin inkişafı üçün istehsalın
əhali artımına nisbətən daha sürətlə inkişaf etdirilməsi
haqda fikirlər də vardır. Əgər maddi nemətlər istehsalının
artımı əhali artımından geri qalırsa, insanların maddi
vəziyyəti pisləşir. Əksinə, əhali artımı azalırsa, bu, nəticə
etibarı ilə əhalinin qocalmasına və maddi nemətlər
istehsalının azalmasına gətirib çıxarır.
XX əsrin sonlarında Asiya, Afrika və Latın Ame-
rikasında əhalinin sürətlə artması ilk növbədə bu ölkələrin
müstəmləkədən azad olmaları və yeni iqtisadi inkişaf
mərhələlərinə qədəm qoymaları ilə bağlıdır. Buradakı yeni
“demoqrafik partlayış” kortəbiilikdən, qeyri-bərabərlikdən
və cəmiyyətin inkişafının antaqonist xarakterindən irəli
gələn problemləri daha da kəskinləşdirmişdir. Bütün bunlar