33
ekoloji intiharı təhlükəsi, ərzaq problemi, bəşəriyyət üçün
təhlükə yarada bilən xəstəliklərə qarşı mübarizə və s. Bütün
bu problemlər bəşəriyyətin pərakəndəliyi, onun qeyri-
bərabər inkişafı nəticəsində əmələ gəlmişdir. Şüuri
başlanğıc heç də bəşəriyyətin vahid şəkildə bütöv olması
üçün mühüm təməl rolunu oynaya bilməmişdir. Ayrı-ayrı
ölkələrin, xalqların, insanların qarşılıqlı şəkildə razılışdırıl-
mamış, düşünülməmiş hərəkətlərinin mənfi nəticələri qlobal
miqyasda toplanmış, dünya iqtisadiyyatının və sosial
inkişafın güclü obyektiv amilinə şevrilmişdir və onlar ayrı-
ayrı ölkələrin və regionların inkişafına ciddi təsir göstərir.
Bu problemlərin həlli çox sayda dövlətlərin və beynəlxalq
təşkilatların qüvvələrinin birləşdirilməsəini tələb edir.
Müasir dövrün qlobal problemlərini aşağıdakı 3
qrupda cəmləşdirmək olar:
1.
İqtisadi və siyasi sahədə dövlətlərin qarşılıqlı
fəaliyyət problemləri:
a) dünya nüvə müharibəsi təhlükəsinin qarşısının alın-
ması, bütün ölkələrin və xalqların sosial tərəqqisi üçün
münbit şəraitin yaradılması;
b) inkişaf etməkdə olan ölkələrin texnoloji və iqtisadi
geriliyinin aradan qaldırılması və yeni beynəlxalq dünya
nizamın yaradılması.
2. Cəmiyyət və təbiət arasında qarşılıqlı fəaliyyət
problemləri:
a) ətraf mühitin ifrat çirkləndirilməsinin qarşısının
alınması;
b) bəşəriyyətin lazımi təbii resurslarla (xammal,
enerji, ərzaq) təmin olunması;
c) dünya okeanlarından və kosmosdan istifadə.
3. İnsanlar və cəmiyyət arasında qarşılıqlı əlaqə
problemləri:
a) əhali artımı problemi;
34
b) insanların sağlamlığının qorunması və möhkəmlən-
dirilməsi;
c) təhsil və mədəni inkişaf problemləri.
Dostları ilə paylaş: