Birinci mərhələ. Keçən əsrin 60-cı illərinə təsadüf
edir. Bu dövrdə istehsalın miqyası görünməmiş həcmdə
artır və təbiətin imkanlarına vurulmuş zərbələr üçün
təzminat tələb etməyə başlayır. Bu mərhələdə Roma klubu
(1968-ci il) yaranır və bu klub qlobal problematikanın
başlanğıcını qoyur.
İkinci mərhələ. Bu mərhələ ötən əsrin 70-ci illərinin
ortalarından 80-ci illərin ortalarına qədər davam edir. Bu
dövr Roma klubu üçün hazırlanmış pessimist məruzələrlə,
həmin dövrdəki neft böhranları, inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələr arasında iqtisadi ziddiyətlərin
kəskinləşməsi ilə xarkterizə olunur.