"İfigeniya Avliddə". Aqamemnonun qızı İfige-
niyanın Avlid adasında qurban verilməsi antik dövrün ən
böyük əsatiri hekayələrindən biridir. Antik dövrdə bu
mövzuda Evripid, Seneka və başqaları parlaq sənət əsərləri
yaratmışdılar. Süjetdə Evripid və Senekadan məharətlə
istifadə edən Rasin yeni dövrün mənəvi tələblərinə cavab
verə bilən parlaq bir faciə yaratmışdır. Fransız dramaturqunu
daha çox psixoloji problemlər, müəyyən fəci şəraitə düşmüş
adamların əxlaqi davranışı maraqlandırır. Rasin Evripiddən
fərqli olaraq əsatirin finalını dəyişdirir, bu barədə onun başqa
variantını istifadə edir. Bu əsatirə görə məbədin qarşısında
Afaq Yusifli İshaqlı
288
Aqamemnonun qızı İfigeniya deyil, Spartalı Yelenanın
Tezeylə gizli kəbinindən olan, lakin öz valideynlərini
tanımayan, Erifila adı ilə Axillesin qulluqçusu olan İfigeniya
qurban verilir. Rasin bu versiyanı daha çox həqiqətə uyar
görürdü, bu versiya fövqəltəbii qüvvələrin müdaxiləsindən
uzaq olduğu üçün onu məqbul sayırdı. Digər tərəfdən Erifila
surəti öz dramatizmi ilə ədibin diqqəti cəlb edirdi.
Rasin Erifilanı Axillesin əsiri, öz ağasını dərindən
sevən, onu İfigeniyaya qısqanan bir qadın kimi göstərmişdir.
Rəqibini məhv etməyə çalışan, o, qaçıb xilas olmaq
istəyəndə xəbər verən Erifila öz qazdığı quyuya düşür,
İfigeniyanı yox, onu allahlara qurban verirlər. Hadisələrin bu
cür inkişafı tamaşaçının rəğbətinə səbəb olur. Sanki onun
simasında eybəcərlik özü cəzalanır. İfigeniyanın öldürülməsi
isə mənasız qəddarlıq kimi qarşılana bilərdi.
Erifila ehtiraslı, qısqanc, intiqamçı təbiəti ilə itaətkar,
müti İfigeniyadan seçilir. İfigeniya surətini yaradarkən Rasin
Evripiddən fərqli yolla getmişdir. Evripiddə İfigeniya daha
ehtiraslıdır, həyatı daha güclü sevir, daha az itaətkardır.
Rasinin İfigeniyası daha çox yaxşı tərbiyə görmüş fransız
qızını xatırladır.
Fransız aristokratiyasının real məişətindən imtina
edən Rasin İfigeniyanı yüksək əxlaqi keyfiyyətlərlə göstər-
mişdir. O, vətənin naminə özünün ölümünün lazım olduğunu
eşidəndə dinmədən taleyinə baş əyir, qəlbində olan təbii
yaşamaq arzularını boğur, ümumin xeyrinə öz həyatını
qurban verməyi özü üçün böyük şərəf sayır. İfigeniya əsl
qəhrəman kimi xudbinliyə yaddır, ehtirasların cinayətkar
atəşini rədd edir və öz şərəfini həyatdan üstün tutur. Onun
fədakarlığı və təmənnasız qəhrəmanlığı dövrün xudbin
ehtiraslarla idarə olunan siyasətinin inkarıdır. Bu cəhətdən
İfigeniya atası Aqamemnon və nişanlısı Axillesdən daha
yüksəkdə dayanır.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
289
"Fedra". Evripid faciələrinin mövzusunda yazdığı
"Fedra" əsərini Rasin öz yaradıcılığının ən yaxşı nümunəsi
saymışdır. Doğrudan da, Rasin bu faciəsində şeir sənəti
baxımından ən yüksək zirvəyə qalxmış, Puşkinin qeyd etdiyi
kimi faciəni başdan-başa "büsbütün məna, dəqiqlik və
ahəngdarlıqla dolu şeirlər"lə yazmışdır. Bununla bərabər
burada o, özünün yaratdığı aşiqanə-psixoloji faciə janrını ən
yüksək kamillik dərəcəsinə qaldırmışdır. O, insanı heyran
edəcək bir qüdrətlə qadının iradəsindən asılı olmayaraq onu
bədnamlığa, cinayətə, ölümə sürükləyən, yandırıb yaxan,
kortəbii bir ehtirasın dağıdıcı gücünü təsvir etmişdir. Evripid
kimi Rasin də bu mövzunu Fedranın öz oğulluğuna bəslədiyi
günahkar məhəbbət formasında qələmə almışdır. Analığının
ehtirasını rədd edən İppolit onun qəzəbinə düçar olur. Eşqi
rəd edilmiş Fedra ona böhtan atıb məhvinə səbəb olur. Lakin
Rasin bu mövzunu işləyərkən onu öz dövrünün baxışlarına
və zövqünə uyğun olaraq dəyişdirir, çoxlu yeni əlavələr edir.
Antik müəlliflərdən fərqli olaraq İppolitin Fedraya
qarşı soyuqluğunu başqa qadını sevməsi ilə əsaslandırmışdır.
İppolit atasının qəddar düşməni olan Afina hökmdarının qızı
Aritsiyanı sevir.
Fedra surətinin yaradılmasında Rasin daha çox yeni-
liklərə yol vermişdir. Antik müəlliflərin əsərlərində Fedra
Afroditanın əməllərinin passiv qurbanıdır, onun Artemida və
onun pərəstişkarı İppolitlə haqq-hesab çəkməsi üçün istifadə
olunan bir vasitədir. Antik Fedranın ehtirası ilahi bir bəladır,
qarşı durmaq mümkün olmayan aşiqanə bir dəlilikdir. Buna
görə də Fedra rədd edildikdə Tezeyə İppoliti günahlandıran
böhtançı bir məktub qoyub özünü öldürür. Rasin isə daha
çox Senekaya yaxınlaşaraq Fedranı İppolitin ölümünü görə-
rək iztirab çəkməyə, cinayətini Tezeyə etiraf edib sonra
özünü öldürməyə məcbur edir. Ancaq Senekada da Fedra
Afaq Yusifli İshaqlı
290
həddindən çox hislərinin əsiri olan, abır-həya bilməyən bir
qadındır. Rasinin əsərində o öz günahkar ehtirası ilə
mübarizə aparan, iztirab çəkən, səylərinə baxmayaraq özü ilə
bacarmayan bir şəxsdir.
Fedra öz eşqini İppolitə açmazdı. Lakin o, Tezeyin
yalan ölüm xəbərini eşitdikdə özünü azad sayır, ehtirasları
ona cinayətkar görünmür. Məhz belə bir vaxtda o, İppolitə öz
eşqini etiraf edir və rədd olunur. Tezeyin qayıtmasını
eşitdikdə isə qorxuya düşür, Enonanın öyrətmələrinə uyaraq
ona İppolitə böhtan atmağa icazə verir. Fedra özü bu ittiham
və böhtanı ancaq susmaqla təsdiqləyir. Tezey oğlunu
lənətləyir. Ancaq tezliklə Fedraya vicdanı əzab verir, o,
İppolitin həyatı üçün qorxaraq öz günahını boynuna alıb
İppoliti təmizə çıxarmaq, xilas etmək qərarına gəlir. Lakin
ərinin yanına gedəndə ondan öyrənir ki, İppolit Aritsiyanı
sevir. Rasinin əsərlərində dönə-dönə təsvir edilmiş
qısqanclıq duyğuları baş qaldırır. Əvvəlki qərarı, günahını
boynuna almaq fikri yadından çıxır. Əksinə onda rəqibinə
qarşı qısqanclıq və kin baş qaldırır, qulluqçusunu öyrədir ki,
Aritsiyanı öldürsün. Qadın psixologiyasını incəliklə açan bu
səhnə bütünlüklə Rasinin özünə məxsusdur.
Fedra faciənin sonunda zəhər içir və həqiqəti
büsbütün ərinə danışıb ölür. Rasinin yeni faciəsi hər şeydən
əvvəl, fransız hakim dairələrində özünü göstərən əxlaqi
düşkünlüyə, mənəvi cılızlaşmaya qarşı yazılmış bir əsərdir.
Məhz buna görə də kübar dairələr Rasinin bu dahiyanə
əsərinə qarşı sui-qəsd təşkil etdilər. Onun tamaşasında pulla
satın alınmış və öyrədilmiş tamaşaçılar əsərin ən yaxşı
yerlərində fit çalıb tamaşanı pozdular.
Əsərin əxlaqsız elan edilməsi və onun ətrafında qal-
xan hay-küy onun feodal-zadəgan əxlaqının çürüməsinə
qarşı yönəldiyini bir daha təsdiq edirdi.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
291
Yaradıcılığının son dövrü. "Esfir". "Ataliya".
"Dini nəğmələr". Uzun müddət davam edən təqiblər, "Fed-
ra" əsəri ətrafında yaranan bədnam hay-küy Rasinin
dramaturji yaradıcılıqdan əl çəkməsinə və yansenizmə
qayıtmasına səbəb oldu. Lakin dini görüşlərinin gücləndiyi
bu dövrdə o, sarayla əlaqəni kəsmir, allaha xidmətlə xristian
krala xidmətləri birləşdirir. XIV Lüdovik dövrünün tarixi
üzərində işləyir. Kralın yansenizmə nifrət etdiyini bilsə də,
yansenist dostlarını müdafiə məqsədi ilə "Por-Royalın qısa
tarixi" əsərini yazır. Teatr üçün yazmayacağına and içsə də,
bir sıra yeni faciələrin planı üzərində düşünür. Bualo ilə
birlikdə "Faetonun süqutu" operasına libretto yazır.
1689-cu ildə madam de Mentenonun xahişi ilə Sen-
Sir pansionunun qızları üçün "Esfir" adlı üç pərdəli mənzum
dram yazır. Tövrat mövzusunda yazılan bu əsərdə
klassisizmin bir sıra tələbləri pozulurdu. Əsərin üç pərdəli
olması, lirik xora yer verilməsi, məkan vəhdətinin
pozulması, xoşbəxt sonluq buna misal ola bilər. Əsərdə İran
şahı Artakserksin əsarətində olan yəhudi xalqının məhv
edilməklə hədələnməsindən, şahın arvadı yəhudi Esfirin
məkrli Amanın hiylələrini ifşa edib məsələnin yaxşılıqla
həllinə nail olması dramın əsas mövzusudur. Pyes müasir
fransız həyatına aid eyhamlarla dolu idi. Zərif və dindar
Esfirin simasında tamaşaçılar madam de Mentenonu və
Assuerin /Artakserksin/ surətində isə XIV Lüdoviki asanlıqla
tanıdılar. Rasin bu əsərlə madam de Mentenonu da Esfir kimi
hərəkət edib kral tərəfindən təqib olunan protestantları və
yansenistləri müdafiə etməyə həvəsləndirirdi.
Rasinin yeni pyesi eyhamlar şəklində hökmdarla
başqa dinə qulluq edən xalq arasındakı münasibətlər
məsələsinə toxunur, hökmdarı başqa dini görüşə malik olan
təbəələrinə qarşı mərhəmətlə yanaşmağa çağırırdı. Rasinin
tövrat mövzularına keçidi onun yaradıcılığında dini siyasət
Afaq Yusifli İshaqlı
292
məsələlərinin inikası ilə birləşirdi.
"Esfir" əsərinin müvəffəqiyyəti Rasinin tövrat möv-
zusunda dini siyasi faciə janrı sahəsindəki fəaliyyətini davam
etdirməyə ruhlandırdı və o, 1691-ci ildə "Ataliya" faciəsini
yaratdı. Rasin bu əsərini də Sen-Sir pansionunun tələbələri
tərəfindən oynanılmaq üçün yazmışdı. Lakin dramaturqun
gözlədiyinin əksinə olaraq saray əsəri soyuq qarşıladı,
ruhanilər isə ona daha düşməncəsinə yanaşdılar. Əsər ancaq
madam de Mentenonun evində qapalı şəkildə tamaşaya
qoyuldu, geniş səhnəyə isə o, ancaq XIV Lüdovikin
ölümündən sonra yol tapdı.
"Ataliya" /yaxud bəzən deyildiyi kimi "Qofoliya"/
ona görə soyuq və düşməncəsinə qarşılandı ki, o, əsərin
yazılmasından bir qədər əvvəl XIV Lüdovikin dini
siyasətindəki mürtəce dönüşə qarşı yönəlmişdi. Dramaturq
öz faciəsində mütləqiyyətin dini təqiblərini ifşa edirdi.
Yəhudi hökmdarlarının hakimiyyətini qəsb edən qəddar
çariça Ataliyanın yəhudi dinini təqib etməsi açıq-aşkar XIV
Lüdövikin apardığı dini terror siyasəti ilə səsləşirdi. 1685-ci
ildə Nant ediktinin ləğvindən sonra protestantlara qarşı
amansız təqib siyasəti yeridildi, "Esfir"dən fərqli olaraq bu
səsləşmə açıq və sadə eyhamlar şəklində verilmişdir. Rasin
tövrat materialı əsasında böyük siyasi xalq faciəsi yaratmış,
hadisələri geniş tarixi planda əks etdirmiş, məhz bununla da
XVII əsrin sonlarında Fransanın həyatında baş verən tarixi
ziddiyyətlərin kəskin tənqidi mənzərəsini yaratmışdır.
Faciənin bütün qəhrəmanları döyüşən ictimai qüvvələrin
nümayəndələri kimi göstərilmişdir. Bu parlaq siyasi faciənin
tövrat dini örtüyündə təqdim olunması birinci növbədə
həmin dövrdə siyasi mübarizənin özünün geniş ictimai
həyatda dini mübarizə formasında aparılması ilə
şərtlənmişdir. Məhz buna görə də Tövratdan gələn surətlər
aydın müasir siyasi məzmunla aşılanmışdır.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
293
Faciədə göstərilir ki, artıq qocalmış qaniçən mürtəd
Yerusəlim çariçası Ataliya özünün bütün varislərini məhv
edir, Davidin nəslindən olduqları üçün bütün uşaqlarını və
nəvələrini vəhşicəsinə qırır. O özünü yəhudi çarlarına
düşmən olan İsrail çarları nəslindən sayır. Məbəddə yırtıcı
bir qırğın törədir: "O bəlalı gün mənim yadımdan
çıxmayacaqdır. Hər saat, hər an o, mənim qəlbimi, ruhumu
buza döndərir. İmarət, qana bulanmış şahzadələr, dəhşətli
Ataliyanın əlində iti bıçaq, öz əsgərlərini, barbarları
qızışdıraraq amansız qırğının necə getdiyini izləyirdi." Baş
keşişin arvadı İosavetin dili ilə söylənən bu dəhşətlər
Ataliyanın hərəkətlərinə qarşı nifrət oyadır.
Bu qırğından ancaq bir nəfər, şahzadə İoas xilas ola
bilir. Yırtıcılaşmış və intiqamçı çariçanın gözündən yayınır,
məbəddə baş keşişin nəzarəti altında gizlincə tərbiyə edilir.
Əsərdə ikinci cinayətkar surət kahin Vaala Mafandır. O da
Ataliya kimi zalım və mürtəddir. Yerusəlim məbədində ona
yer olmadığı üçün xudbin məqsədlərlə yeni allah uydurur,
çariçanı da bu dinə doğru yönəldir. O özü heç nəyə inanmır,
məqsədi ancaq Yerusəlim məbədinin dağıldığını görməkdir.
Faciədə İoas, baş keşiş İoday, onun arvadı İoasavet,
onun uşaqları Zaxariya və Sulamif, sərkərdə Abner dindar,
deməli həm də xeyirxah, igid, nəcib, vicdanlı adamlar kimi
verilmişdir.
Ataliya şahzadə İoasın sağ qaldığını bilmir, lakin bir
dəfə o, yuxusunda İoası görür, narahat olmağa başlayır.
Yerusəlim məbədinə girərkən oğlanı görür, tanıyır, gənc
şahzadəni məhv etməyə can atır. Silahlı üsyan, baş keşişlə
birlikdə bütün təbəələrin İoası müdafiə etməyə qalxması ilə
Ataliya məğlub olur və öldürülür. İoas yəhudi taxtına
yiyələnir.
Rasin bütün əsərlərində saray həyatı və saray
əxlaqına tənqidi yanaşmış, cəsarətli mülahizələr yürüt-
Afaq Yusifli İshaqlı
294
müşdür. Bu siyasi meyl "Ataliya" əsərində daha aydın və
kəskin şəkil almışdır. Bu cəhətdən Sulamifin saray
haqqındakı aşağıdakı sözləri diqqəti cəlb edir:
Sarayda zülm ilə zər əsas qanundur ancaq,
Orda hökm edir fəqət kor-koranə bir şıltaq.
O adam görür orda rütbə, mərhəmət, ad-san,
Kim ki qul tək yaranır, yaltaqlanır hər zaman.
Bu cür sözlərin səhnədə mütləq hakimlərin, saray
nümayəndələrinin üzünə qarşı deyilməsi Rasinin böyük
cəsarəti idi. Rasin burada da dayanmır, mütləqiyyət idarə
üsulunun xalqa zidd olduğunu açıb göstərir: "Çar ancaq öz
güclü iradəsinə tabedir. O, taxt üstündə qürurla əyləşərək hər
şeyi tapdayır. Təbəələrin qisməti isə ehtiyac içərisində
yaşamaq, zəhmət çəkməkdir. Onları dəmir ağacla otarmaq
lazımdır."
Rasinin faciəsi tövrat mövzusunda yazılsa da,
Fransanın həyatını humanist mövqelərdən yüksək sənət-
karlıqla əks etdirən parlaq bir əsər idi.
Rasinin son poetik əsəri 1694-cü ildə yazdığı "Dini
nəğmələr"dir. Mövzusunun və təbliğ etdiyi əxlaqi ideyanın
məhdudluğuna baxmayaraq onlar şairin yaradıcılığının ən
yaxşı nümunələri kimi qiymətləndirilə bilər. Bu şeirlərin
ahəngdarlığı, hərarəti, səmimiyyəti indi də diqqəti cəlb edir.
Şair səmimi, hərarətli bir tərzdə qəlbindəki ziddiyyətləri,
xristian mütiliyi ilə buna qarşı duran humanist etirazını əks
etdirir. Rasinin öz günahkar yaradıcı keçmişi ilə əlaqəni
kəsmək istəməsinə baxmayaraq bu şeirlərdə də o özündəki,
şüurundakı dünyəvi, humanist meylləri boğa bilmədiyini tə-
cəssüm etdirmişdir.
Rasin irsinin dünya əhəmiyyəti. Rasinin bədii
yaradıcılığına münasibət və verilən qiymət Fransada və onun
XVII əsr Qərbi Avropa ədəbiyyatı
295
xaricində aparılan ədəbi-ideoloji mübarizələrin xarakteri və
istiqaməti ilə bağlı olmuşdur. Onun yaxın varisləri Rasinin
simasında
klassisist
saray
faciəsinin
nümunəvi
nümayəndəsini görmüş, onun irsinə antik adlar altında
fransız əyanlarını və şahzadələrini idealizə edən bir hadisə
kimi baxmışlar. Halbuki Rasin belə bir idealizədən uzaq
olmuşdur. Rasinin XIV Lüdovikin saray şairi kimi tanınması
İngiltərədə, Almaniyada, İtaliyada onu saray klassisistləri
üçün ən böyük nüfuza çevirmişdir.
XVIII əsrdə Almaniyada Lessinq və Herder də ona
saray şairi kimi yanaşmışlar. Gete və Şiller isə yaradı-
cılıqlarının Veymar klassisizmi dövründə Rasinin faciə-
lərindən ilham almışlar. Şiller onun "Fedra"sını tərcümə
etmiş, Gete isə "Torkvato Tasso" və "İfigeniya Tavridada"
faciələrini ondan ilhamlanaraq yazmışdır.
Afaq Yusifli İshaqlı
296
KLASSİSİZMİN SÜQUTUNUN BAŞLANMASI
VƏ MAARİFÇİLİYİN HAZIRLANMASI
XVII əsrin ilk üç rübündə mütərəqqi rol oynayan
fransız mütləqiyyəti əsrin sonlarında tənəzzül dövrü keçirir,
ölkənin həyatından təcrid olunaraq açıq tüfeyli bir səciyyə
alır. Uğursuz xarici siyasət, saraydakı hədsiz dəbdəbə və
təmtəraq ölkəni var-yoxdan çıxarır, dövləti müflis halına
salır. Bu vəziyyətdən kəndlilər daha çox əziyyət çəkirlər.
Fenelon kənd və şəhərlərin acınacaqlı mənzərəsini
xatırladaraq yazır: "Torpağın becərilməsi, demək olar ki,
atılmışdır. Şəhər və kəndlərdə əhali qalmamışdır, peşələr
miskin bir ömür sürür və fəhlələri yedirə bilmir. Fransa
böyük, atılmış, ərzaqdan məhrum olmuş bir xəstəxanadır."
XIV Lüdovikin qəddar daxili siyasəti kor-təbii kəndli
hərəkatlarına səbəb olurdu. Xalqın narazılığı dövrün
ziyalılarına da təsir edirdi. Fransız ziyalılarının gizli
imzalarla xarici ölkələrdə çap olunan əsərlərində ümumxalq
narazılığı əks olunurdu.
Bununla yanaşı XIV Lüdovikin dini və dünyəvi
siyasətində də mürtəce bir dönüş əmələ gəlir: 1685-ci ildə
Nant edikti ləğv olunur, protestantların təqibi yenidən
başlanır, kilsə xadimlərinə böyük hüquqlar verilir, ölkədə
dini terror hökm sürür, Por-Royal darmadağın edilir, madam
de Mentenona qarşı açıq hücumlarına görə İtaliya
Komediyası teatrı bağlanır və onun aktyorları Fransadan
sürgün edilir.
Məhz bu dövrdən ədəbiyyat daha artıq müxalifətçi bir
mövqe tutur, saraya xidmət göstərməkdən uzaqlaşır,
döyüşkən bir xarakter alaraq XVIII əsr maarifçiliyinin layiqli
sələfinə çevrilir. Müxtəlif ədəbi və ictimai qrupların
nümayəndələri mütləqiyyətə qarşı narazılıqda birləşirlər.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
297
Burjua nümayəndəsi olan Labrüyer, zadəgan Sen-Simon,
klassisist Fenelon, yenilikçi Perro, marşal Voban, qraf
Bulenvilye, professor Pyer Beyl və başqaları müxalifətçi
əhval-ruhiyyənin nümayəndələri idilər. Görkəmli sərkərdə
olan Sebastyan de Voban "Kral onluğu haqqında proyekt"
əsərində xalq yoxsulluğunun dəhşətli mənzərəsini yaradır,
xalqı zülm və yoxsulluq əlindən qurtarmağa çağırır. Voban
şərin əsas səbəbini qeyri-bərabər yüksək vergilərdə görür,
vergilərin bütün təbəqələr arasında bərabər bölünməsi fikrini
irəli sürür.
Mütləqiyyətin süqut etdiyi bir dövrdə onunla əlaqədar
olaraq klassisizmin daxilində də parçalanma başlanır,
klassisizmə zidd ünsürlərin ondan uzaqlaşmasına gətirib
çıxarır. Şarl Perro, Fontenel kimi yazıçılar açıq şəkildə
klassisizm təlimini yenidən nəzərdən keçirir, Bualonun
prinsiplərini nümayişkaranə rədd edirlər. Onların irsində xalq
yaradıcılığına və elmi nəsrə müraciət mühüm yer tutur.
Bəziləri isə Labrüyer kimi hərəkət edərək klassisizm
mövqeyində qalsalar da, gerçəkliyin ən mühüm cəhətlərini
əsərlərində canlandırmaqla kortəbii realizm mövqeyinə gəlib
çıxırlar. Rasin və Fenelon kimi sənətkarların yaradıcılığında
şüurlu tərzdə klassisizmin prinsipləri müdafiə edilsə də,
realist meyllərin əhəmiyyətli dərəcədə gücləndiyi müşahidə
olunur. XVII əsrin ədəbiyyatında müşahidə olunan bu yeni
keyfiyyətlər maarifçiliyin ilkin təzahürləri və əlamətləri kimi
diqqəti cəlb edir.
Yaranmış siyasi şərait bir sıra köhnə janrların ölüb
getməsi, yeni janrların meydana çıxmasına səbəb olur. Yeni
şəraitə, tələbata uyğun şəkildə bəzi janrlar daha da inkişaf
etdirilir. Xüsusilə bir sıra yüngül janrlar əvvəlki mövqelərini
itirir, hətta bəzi radikal görüşlü yazıçılar teatrdan imtina
edirlər. Açıq tənqidin qorxulu olduğunu görən ədəbi qüvvələr
satiradan qaçırlar. Əsrin sonlarında özünü göstərən yenilikçi
Afaq Yusifli İshaqlı
298
və müxalifətçi meyllər xüsusi yarımleqal janr və formaların
meydana çıxması ilə nəticələndi. Xüsusilə xalq həyatı və
xalq yaradıcılığı ilə tanışlıq əsasında yaranan nağıl janrı ge-
niş mövqe qazanır.
Memuar ədəbiyyatı bu dövrdə daha artıq çiçəklənmə
dövrü keçirir. Bu memuarlar çox vaxt çap olunmaq,
yayılmaq üçün deyil, gələcək nəsillər üçün yazılır. Onların
müəllifləri memuar janrını Fransanın rəngarəng mənzərəsi,
ziddiyyətləri, problemləri ilə əlaqədar öz kəskin, acı tənqidi
düşüncələrini ifadə etmək üçün ən əlverişli forma saymışlar.
Sen-Simonun ölümündən sonra onun müsadirə olunmuş
memuarları isə XVII əsr realizminin ən parlaq nümunəsi
sayılır. Təəssüf ki, bu memuarlar ancaq XIX əsrin 30-cu
illərində çap olunmuşdur, onlar dövrün canlı ədəbi
həyatından təcrid edilmişdir.
XVII əsrin sonlarının mühüm sənətkarlarından biri
Fransua de Salinyak de Lamot Fenelondur /1651-1715/.
Yoxsullaşmış zadəgan ailəsində anadan olan Fenelon XIV
Lüdovikin nəvəsi və taxtın varisinin tərbiyəçisi olmuşdur.
"Qızların tərbiyəsi haqqında" adlı ilk traktatında Fenelon
pedaqogikanın incəliklərini anlayan azad fikirli bir ziyalı
kimi çıxış edir. Madam de Mentenon tərəfindən açılan Sen-
Sir pansionunun tərbiyə sistemi bu traktat əsasında
qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir
pansionu nümunə götürülmüşdür.
1689-cu ildən Bossüenin vasitəçiliyi ilə kralın
varisinin tərbiyəçisi olur, altı il bu vəzifədə çalışaraq peda-
qoji məqsədlər izləyən əsərlər yaradır, ləyaqətli kral
yetişdirməyə çalışır, dövləti idarə işinin ideal prinsiplərini
irəli sürür. Təmsillərində Fenelon ehtiyatla davranır.
"Ölülərin dialoqları" əsərində isə dövləti idarə prinsipləri
haqqında düşüncələrini əks etdirir.
Fenelon maraqlı və incə formada krallara siyasət
XVII əsr Qərbi Avropa ədəbiyyatı
299
dərsi öyrədir. Yazıçının fikrincə, "Kim ki, hökmdarlıq edir,
dövlətin qanunlarına hamıdan daha artıq tabe olmalıdır,
qanunların xaricində onun şəxsiyyətinin heç bir qiyməti
yoxdur... Kral təbəələr üçün yaradılmışdır, təbəələr kral üçün
yox." Bu sonuncu fikir XIV Lüdovikin məşhur "Dövlət mən
özüməm" fikrinin büsbütün əksi idi.
"Telemaxın macəraları" romanında Fenelon özünün
ağıllı hökmdar haqqındakı düşüncələrini daha artıq bir
ardıcıllıqla irəli sürür. Romanda Odisseyin oğlu Telemaxın
atasını axtarmaq məqsədilə səfərə çıxması və başına gələn
əhvalatlar qələmə alınmışdır. Səfərləri zamanı Telemax
müxtəlif şəkillərdə idarə olunan ölkələrə düşür. Müəllimi
Mentor onu ayrı-ayrı ölkələrin idarə üsulları və formaları ilə,
nəcib və xoşagəlməz hökmdarlarla tanış edir. Mentorun
fikrincə, bu söhbətlər, səyahətlər İtakinin gələcək hökmdarı
üçün faydalı ola bilər. Mentorun dili ilə Fenelon sanki üzünü
dövrünün kralına, onun varisinə tutaraq deyir: "Ağıllı hökm-
dar tərəfindən idarə olunan xalq xoşbəxtdir. O, bolluq içində
yaşayır, o, xoşbəxtdir, o, səadəti üçün borclu olduğu adamı
sevir. Ey Telemax, əgər allahlar nə vaxtsa səni atanın
dövlətinə hakim etsə, məhz siz ölkəni bu cür idarə etməli və
xalqın xoşbəxtliyini təmin etməlisiniz. Öz xalqınızı öz
uşaqlarınız kimi sevin, onların sevgisindən şad olmağı
bacarın... Təbəələrini özünə daha çox tabe etmək üçün onları
qorxutmaq və istismar etmək haqqında düşünən krallar bəşər
nəslinin əsl bəlasıdır. Onlar istədikləri kimi qorxuncdurlar,
ancaq eyni zamanda rəzil və mənfurdurlar. Təbəələri onlar-
dan qorxduqlarından daha çox onlar öz təbəələrindən
qorxurlar."
Fenelon əmin-amanlığın, maarifin, dini dözümün
alovlu tərəfdarı, israfçı şənliklərin, işğalçı müharibələrin,
həddən artıq vergilərin düşmənidir. O, xalqın rifahının
yaxşılaşmasını, əkinçiliyin və ticarətin çiçəklənməsini tələb
Afaq Yusifli İshaqlı
300
edir. Romanda XIV Lüdovik mütləqiyyətinin güclü tənqidi
özünü göstərir.
Müəllif "Telemax" əsərini çap etmək fikrində olma-
mışdır. Təsadüfən, onun üzünü köçürənlərdən biri onu nəşr
edir. Əsər böyük müvəffəqiyyət qazanır, təkcə 1699-cu ildə
iyirmi dəfə nəşr olunur. Onsuz da Fenelondan narazı olan,
nəvəsinin tərbiyəsi işindən onu kənarlaşdıran kral XIV
Lüdovik əsəri oxuyarkən bərk qəzəblənir. Romanda real
şəxslərə, hadisələrə, hətta kralın özünə üstüörtülü eyhamlar
aydın nəzərə çarpırdı. Fenelon Parisdən sürgün edilir. O,
ömrünün qalan illərini Kambr yeparxiyasında yepiskop
rütbəsində keçirir.
Klassisist estetikanın süqutunun başlandığını qədim
və yeni müəlliflərlə bağlı mübahisələr bir daha təsdiq edirdi.
Klassisizmin bir çox qabaqcıl nümayəndələri artıq çoxdan
antik yazıçıların müasir müəlliflərdən üstün olması fikrinə
şübhə ilə yanaşırdılar.
Qədimlərə qarşı mübarizədə Pyer, Klod və Şarl
Dostları ilə paylaş: |