Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
Turizm-ekskursiya ishinin teshkili


127

Turun  təşkili  zamanı  turistlərə  göstərilən  kompleks  xid­
mətdə  iştirak  edən  bütiin  müəssisə  və  təşkilatlar  -   xidmət  tə­
darükçüləri  adlanır.  Turizm firması  bu tədarükçülərlə öz müna­
sibətlərini müqavilə əsasında qurur. Xidmətlərin növləri, müddə­
ti,  onların dövrülüyü və bir sıra digər şərtlər müqavilədə öz əksi­
ni  tapır.  Məsələn,  turist  qruplarının  mehmanxanada  yerləşdiril­
məsi  üçün  bağlanan müqavilədə  əsas  qeydlərlə yanaşı  nömrələ­
rin  miqdarı,  onların  dərəcələri,  tutumu,  turist  qrupunun  gəlmə- 
getmə vaxtı və s.  göstərilir.
Tur xidmətləri müxtəlif ola bilər: yerləşmə, qidalanma, ek­
skursiyalar,  nəqliyyat  xidmətləri,  yürüşlər,  tibbi  xidmətlər  və  s. 
Amma  hər  turda:  yerləşmə,  qidalanma,  nəqliyyat,  ekskursiya 
xidmətlərin göstərilməsi vacibdir.
Turizm  məhsulu  formalaşdırılan  zaman,  belə  xidmətələrə 
özül xidmətlər deyilir.
Turpaketə  daxil  olan xidmətlər,  satış  zamanı əsas xidmət­
lər  adlanır.  Onlar  səyahətin  məqsədindən,  növündən  və xidmət 
səviyyəsindən  asılı  olaraq  müxtəlif ola  bilər.  Çox  zaman  əsas
128
xidmətlər özül xidmətlərlə üst-üstə düşür.
Tur (səyahət) zamanı  turistlər adətən əlavə xidmətləri (ek­
skursiyalar, tematik parklara səfərlər, əlavə qidalanma və s.) sifa­
riş edib ödəyirlər.
Turpaketin  qiymətindən  əlavə  ödənilən  xidmətlər -   əlavə 
xidm ətlər adlanır.  Hər bir məhsul,  turizm məhsulu daxil olmaqla 
öz  istchJak xüsusiyyətlərinə malikdir.  Bu xüsusiyyətlər məhsulu 
digərlərindən  fərqləndirməyə  və onun  keyfiyyətini müəyyən  et­
məyə imkan verir.
Turizm  məhsulunun  aşağıdakı  istehlak  xüsusiyyətləri  var­
dır:
- Bütövlük (tamlıq)  -  məhsulun tam olması və müştəri  tə­
ləbatlarım tam Ödəməsi;
- Effektlilik  - turistin az xərclə, yüksək effekt əldə etməsi;
-  Etibarlılıq 
məhsulun  tərkibinin  reklamla  uyğunluğu, 
keyfiyyətin informasiya ilə təsdiq olunması (həqiqiliyi);
- Aşkarlıq  məhsulun istehlakı və onun yönümü həm turi­
stə, həm də xidmət personalına aydın olmalıdır;
-  Çeviklik 
məhsulun  və  xidmət  sisteminin  başqa  tip  is­
tehlakçıya uyğunlaşması;
- Q onaqpərvərlik -  insanlarla görüşdən məmnunluq hissi­
ni  onlara aşılamaq bacarığı,  təvazökarlıq,  hörmət,  personalın  gü­
lərüzlülüyü,  qonaqlara  vo  turistlərə  səmimi  münasibətindən  iba­
rətdir.
5 .5 . 
TURİZM FİRMASI İŞİNİN TƏŞKİLİ
Turizm  firması  -  hər hansı  bir  firmada  olduğu kimi,  fəa- 
liyyotinin təşkilinin spesifikası - fəaliyyətin məqsəd və vəzifələ­
rindən asılı olan, agent-operator profilli turizm müəssisəsidir. Tu­
rizm  firmasının  məqsəd  və  vəzifələri  -  turistlərin  tələbatına 
uyğun olan cəlbedici  turizm məhsulunun yaradılması,  təklifin  tə­
ləb səviyyəsində saxlanılması, məhsulun rəqabətə davamlılığının 
qorunmasıdır.
Bunları  nəzərə  alaraq  turizm  müəssisəsinin  tam  fəaliyyət 
dövrünü  şərti  olaraq  dörd  mühüm  istiqamətə  ayırmaq  olar 
(şək.  31).
129

Şəkil 31.  Turizm firmasının əsas iş istiqamətləri
1.  İstehlakçı tələbinin araşdırılması üzrə bazarın marketinq 
tədqiqatı;
2.  Turist  proqramlarının  planlaşdınlmasmdan  və  onların 
təsdiq edilməsi üzrə  fəaliyyətdən ibarət olan turizm məhsulunun 
hazırlanması;
3.  Qiymətləndirmə,  hesabat  və  uçot  siyasəti,  verginin 
müəyyən edilməsi və s.  ibarət olan maliyyə hesablaşmaları;
4.  Turizm  firmasının  inkişafı,  həmçinin  yeni  məhsulların 
istiqamətlərinin tədbiq  edilməsi,  diversifikasiyası və  inteqrasiya­
sı.
Bu  istiqamətlərin  hamısı  turizm  müəssisəsinin  əsas  fun­
ksiyalarının  yerinə  yetirilməsinə,  yəni  turistlərə  keyfiyyətli  xid­
mət göstərilməsinə,  daimi  müştərilərin əldə edilməsinə,  bununla 
da davamlı maliyyə və turizm xidməti bazarında rəqabətə davam­
lı mövqeyinin təmin  edilməsinə,  həmçinin  təkrar istehsala və in­
kişafa yönəlmişdir.
Bu  iş  daim  aparılır  və  turizm  müəssisəsinin  fəaliyyətinin 
ardıcıl dövriyyəsidir.  Turizm firmasının əsas məh-sulu tur olduğu 
üçün, turizm müəssisəsinin işinin keyfiyyətli turizm məhsulunun 
(turun) yaradılması üzrə arası kəsilməyən istehsalat və perspektiv 
fəaliyyət dövriyyəsi olduğunu demək olar.
Turizm məhsulunun yaradılması
Turizm  firmasının  turların  yaradılması  üzrə  iş  qaydasmı 
göstərilən sxem şəklində təsəvvür etmək olar  (şək.32).
130
Xidmət tə­
darükçüləri  ilə 
müqavilələrin 
bağlanılması
Satış
Reklam
Turun qiy­
mətinin hc-
4
-
sablanması
Şəkil 32.  Turların hazırlanması üzrə 
turoperator işinin sxemi
Turizm  məhsulunun  hazırlanması  tələbin  öyrənilməsindən 
başlayır.  Amma bu kifayət deyil,  çünki turizm məhsulu yerli  qə­
buletmə  və  xidmətin  təşkili  imkanlarından  çox  asılıdır.  İqlim, 
maddi  baza,  infrastruktur,  diqqətəlayiq  yerlər və  s.  turizm  m əh­
sulunun  tərkibinə  və  məzmununa  təsir  göstərir.  İmkanları  qiy­
mətləndirdikdən, tələbi bir də təhlil etdikdən sonra onu mümkün 
variantlara proeksiya edərək spesifikasiyam* keçirmək lazımdır.
Yalnız  bundan  sonra  marşrut xəttinin çəkilməsinə,  xidmət 
qrafikinin hazırlanmasına başlamaq olar. Xidmət qrafiki üçün tur­
lar paketi  və əlavə  xidmət dəsti tərtib olunur.  Eyni zamanda xid­
mət  tədarükçüləri  ilə  saziş  (müqavilə)  kompaniyası  aparılır.  Ha­
zır  turlar  paketi  hesablanır,  onların  pərakəndə  və  topdansatış 
qiymətləri  müəyyən  edilir,  ayrı-ayrı  xidmət növlərinə  qiymətlər 
preyskurantı hazırlanır.
* Spesifikasiya 
-  b i r  ş e y in   d ə q iq lə ş d ir ilm iş   tə s n if i k im i  b a ş a  d ü ş ü lü r.
131

Turlar bir qayda olaraq kütləvi informasiya vasitələrilə rek­
lam  olunur.  Onların  satışından  sonra  bütün  turizm  fəaliyyətinin 
əsas  nəticəsi  olan  tur  marşrutlarında  turistlərə  xidmət  başlanır. 
Amma bu  hələ yekun deyildir.  Xidmət başa çatdıqdan sonra tur- 
fırma əməkdaşları turun üstün və yaxşı cəhətlərini, eyni zamanda 
çatışmazlıqlarını təhlil edərək, lazımi nəticə çıxarıb, turizm m əh­
suluna  müəyyən dəyişikliklər əlavə  edirlər.  Belə  marketinq  fəa­
liyyəti tələbin ardıcıl öyrənilməsi ilə birgə həyata keçirilir.
Maliyyə hesablaşmaları
Hər  bir  görülən  iş  sevinclə  yanaşı,  gəlir  də  gətirməlidir. 
Gəlirli olmayan istehsalat iflasa uğrayır və ləğv olunur.  Ona  görə 
də  turizm  firması  öz  fəaliyyətinin  gəlirli  olması  üçün  tədbirlər 
görməlidir.
Turizm məhsulunun qiymətləri elə hesablanmalıdır ki,  on­
lar  çəkilən  xərclərin  ödənilməsini  təmin  etsin  və  eyni  zamanda 
analoji məhsula olan orta bazar qiymətləri səviyyəsini aşmasın.
Bəs  turizm  firması  (turoperator)  öz  gəlirini  haradan  əldə 
edir?  Gəlir  satılan turun  və  turizm  xidməti  qiymətlərinin cəmin­
dən  əldə  olunur.  Amma  tədarükçülər  tərəfindən  göstərilən  xid­
mətə  görə  onlara  pul  ödənilməlidir,  yəni  göstərilən  xidmətlərə 
görə  turist tərəfindən  ödənilən məbləğ turfınnada qalmır və  xid­
mət tədarükçülərinə verilir. Ona görə də qiymət tərkibinə xidmə­
tin  maya  dəyərindən  başqa,  mənfəət  də  əlavə  edilir.  Turizm 
məhsulu üçün adi mənfəət normativi turun maya dəyərinin  15-20 
% miqdarında nəzərdə tutulur.  Turun dəyərinin  15-20 %-ni təşkil 
edən mənfəət,  turizm müəssisəsinin bütün xərclərini ödəməli və 
üstəlik firmanın gələcək inkişafını da təmin etməlidir.
Bəs gəlir hansı xərcləri ödəməlidir?
Mütləq ödəmələr:
- tur üzrə göstərilən xidmətlərə daxil olan qiymətlər;
-  vergilər  (turagentlər  üçün  əlavə  dəyər  vergisi,  mənfəət 
vergisi, əmək haqqı fondundan vergi və bir çox başqa vergilər);
- ofis otaqlarının icarəsi;
- avadanlıq, mebel və inventarın amortizasiyası*;
*  A m o r t i z a s i y a   ~   a v a d a n lığ ın   iş lə n m ə s i  n ə ti c ə s i n d ə   g e t-g e d ə   o n u n   q i y ­
m ə t in i n  a z a lm a s ı.  F iz ik i v ə   m ə n ə v i k ö h n ə lm ə .
132
- işçilərin əm ək haqqı, mükafatlar, bonuslar* və s.;
-  depozitlər*
 **  və  depozitlər üzrə  faizlər  (lisenziyanın  alın­
ması üçün bank və ya sığorta şirkətlərinə, İATA və ya agent sazi­
şinə görə aviaşirkətinə və s.;
-  fondlarm  formalaşması -  sosial  inkişaf,  yenidənqurma  və 
yenidən təşkil edilmə, investisiya edilmə*** və s.
Firmanın  gələcək  inkişafı  vo  ola  biləcək  diversifikasiyası 
üçün, məhsul istehsalmdan hər hansı bir sırf mənfəəti olmalıdır.
Dünyada  turagentlər  arasında  turların  satılması  üzrə  çox 
ciddi  rəqabət  vardır.  Bu  rəqabətdə  qiymət  çox  mühüm  rol  oy­
nayır.
Əgər sizə müxtəlif agentliklərdə eyni turu müxtəlif qiymət­
lərlə  təklif edirlərsə,  yəqin  ki,  siz  ən  ucuz  olanı  seçəcəksiniz. 
Firmalar  tur  qiymətlərini  artırmaq  arzusunda  olsalar  da,  bazarın 
konyukturası****  buna  imkan  vermir.  Ona  görə  də  əksər  turizm 
firmaları  öz  fəaliyyətlərinin  mənfəətli  olması  üçün  digər  yollar 
axtarırlar.
Turizm firmasının inkişafı
Hər bir  istehsalat  kimi,  turizm  firması  da  (şirkəti)  bazarda 
mütləq  inkişaf etməlidir.  İnkişaf dinamikasınm  dayanması  durğ- 
unluğa gətirib çıxara bilər,  çünki bazarın özü çox dinamikdir,  da­
im  dəyişir və  inkişaf edir.  İnkişaf yönümü olmayan  firma  sadəcə 
geri  qala bilər,  yəni uduza bilər.  Turizm firmasının gələcək  inki­
B o n u s   (la tın   m ə n ş o li  s ö z d ü r ,  m ü k a f a tla n d ırm a   m ə n a s ın ı  b ild ir ir )   -   h ə r  
h a n s ı  b ir  m a lın   v ə   e d il ə n   x id m ə tin   q iy m ə tin d ə   g ü z ə ş tlə r .  B u   c ü r   g ü z ə ş t l ə r  
b ir   q a y d a   o la r a q   iri  to p d a n   s a tış   a lıc ıla rı  o la n   d a im i  m ü ş tə r i lə r ə   h ə r   h a n s ı 
b ir   s ö v d ə l ə ş m ə   ü ç ü n   d e y il,  ş ə r tlə n d ir ilm iş   illik   d ö v r iy y ə   h ə c m i  ü z r ə   e d ilir .
**  D e p o z it  (la tın   m ə n ş ə l i   s ö z d ü r ,  k ə n a r a   q o y u lm u ş   m ə n a s ın ı  b ild ir ir )   -  d ö v ­
lə t  m ü ə s s is ə s in ə   q o   y u la n   v ə   m ü ə y y ə n   ş ə r a it  y e tiş d ik d ə   s a h ib in ə   v ə   y a x u d  
o n u n   g ö s tə r iş i  i l ə   d i g ə r   ş ə x s ə   q a y ta r ılm a lı  o la n   m a d d i  s ə r v ə t  ( a d ə t ə n  p u l   v ə  
c ^ m o t l i   k a ğ ız la r ) .  B a n k la r d a   s a x la n ıla n   ə m a n ə tlə r   d ə   d e p o z it a d la n ır.
İ n v e s t i s i y a   ( a lm a n   m ə n ş ə l i   s ö z d ü r,  g e y in d ir ir ə m   m ə n a s ın ı  b il d ir ir )   -  
m ə n f ə t   q a z a n m a q   m ə q s ə d i l ə   h ə m   ö lk ə   d a x ilin d ə ,  h ə m   d ə   x a r ic d ə   t ə s ə r r ü ­
fa tın  m ü x t ə l i f  s a h ə l ə r i n ə   u z u n m ü d d ə tli  ə s a s lı  v ə s a it ( k a p ita l)   q o y u lu ş u .
****  K o n y u k t u r a   ( la tın   m ə n ş ə l i   s ö z d ü r,  b ir lə ş d ir m ə   m ə n a s ın ı  b ild ir ir )   -   t ə ­
lə b l ə   tə k lif in   h ə m i n   a n d a  n is b ə t i n i   m ü ə y y ə n l ə ş d i r ə n   k o n k r e t  iq tis a d i,  s o s i­
a l,  s iy a s i,  tə ş k ila ti  v ə   s .  ş ə r t l ə r i n  m ə c m u i.
133

şaf planının əsas fəaliyyət istiqamətləri bunlardır:
1.  Daim  perspektivə  yönəlmiş  tələbat  tendensiyalarının 
daimi  marketinq  tədqiqatı  aparılmalıdır.  Yeni  xidmət növlərinin 
inkişafı  onu  yaradanlara  həmişə  daha  yüksək  qiymət  təyin  et­
məyə və bununla da yaxşı qazanc əldə etməyə imkan verir.
2. Turizm sahibkarlığı çərçivəsində qalmaqla kapitalın tod- 
biq  edilmə  sahəsinin  müxtəlifliyinə  imkan  verən,  turizm  fəa­
liyyətinin diversifıkasiyası keçirilməlidir. Turizmdə istehsalat di- 
versifıkasiyasmm iki müxtəlif növü inteqrasiya ola bilər: üfüqi və 
şaquli.
Üfüqi  inteqrasiya  -  yeni marşrutların,  istiqamətlərin  açıl­
ması, yeni turizm və xidmət növlərinin mənimsənilməsi; firmala­
rın  birbaşa  tabeçiliyində  olan  və  oxşar  fəaliyyətlə  məşğul  olan 
müəssisələrin açılması, rəqib müəssisələrinin alınması, iri birlik­
lərin, korporasiyaların formalaşması.
Şaquli  inteqrasiya -  yeni  fəaliyyət növlərinin açılışı.  Mə­
sələn,  turoperator  öz  agentliyini  yaradır,  transfer  üçün  qaraj  və 
aviaşirkət açır,  gələcəkdə mehmanxana, restoran tikir.
Dünya təcrübəsində  şaquli  inteqrasiyaya daha çox rast gə­
linir.  Amma o, yalnız kapitalın və dövriyyənin müəyyən səviyyə­
sinə çatdıqdan sonra mümkün olur.
134
FƏSİL 6
YERLƏŞMƏ SƏNAYESİ STRUKTURU
6.1. 
M
e h m a n x a n a
 
v ə
 
d
İ
c ə r
 
y e r l ə ş m ə
VASİTƏLƏRİN İN  TƏSNİFA TI
Müxtəlif  ölkələrdə  mehmanxanaların  təsnifatı,  təsdiq 
olunmuş  müəyyən  sənədlərin  tələblərinə  uyğun  olaraq  tərtib 
olunur.
Təsnifat,  yaşayış  üçün  kirayəyə  verilən  ev  və  mənzillərə 
aid edilmir.
Təsnifat (klassifikasiya)  dedikdə,  konkret mehmanxananın 
(motelin) və nömrələrin xidmət standartlarına uyğunluğunun təy­
in olunması nəzərdə tutulur.
Mehmanxanaların  dərəcələr  (kateqoriya)  üzrə  klassi- 
fikasiyası aşağıdakı tələblərə əsaslanır:

maddi-texniki təminata;
göstərilən  xidmətin  nomenklaturasına*  və  keyfiy­
yətinə;

xidmət səviyyəsinə
Yuxanda  qeyd  olunan  kimi,  mehmanxanaların  dərəcələrə 
bölgünüsünün  ən  geniş  yayılmış növlərindən  olan  «ulduz»  siste­
midir.
Kateqoriyalar (dərəcələr) «'A'» (ulduz) rəmzi ilə işarələnir.
Ulduzların sayı xidmət keyfiyyətinə uyğun olaraq artır.
Mehmanxanalar beş kateqoriya (dərəcə) üzrə təsnif edilir.
Yüksək  dərəcəli  mehmanxanalara  -  « A A A A A »   (beş 
ulduz), aşağı  dərəcəli  - «Ar» (bir ulduz), yüksək dərəcəli motel- 
lər 
«AAAA» 
(dörd  ulduz),  aşağı  kateqoriyalı  motcllər 
«A» 
(bir ulduz) belə işarələnir.
Mehmanxana  və  motellərin  müəyyən  kateqoriyaya  aid
* Nomenklatura  (latrn mənşəli sözdür, siyahı, adların yazılışı) -  elm, tex­
nika, istehsalat, təsərrüfat və s. sahələrdə işlədilən adların ümumi siyahısı.
135

olunması  üçün  standartlarda minimal  tələblər  müəyyən edilmiş­
dir:
1. İstənilən kateqoriyalı (dərəcəli) mehmanxananın yol işa­
rələri  ilə  təchiz edilmiş rahat magistrala çıxış yolları,  abadlaşdı­
rılmış ətraf ərazisi, avtomaşınlar üçün dayanacaq meydançası, də­
rəcəsi  və  müəssisənin  adı  qeyd  olunmuş  lövhəsi,  ayrıca  girişi 
olan  mehmanxana  restoranmm  ad  göstərici  lövhəsi  olmalıdır. 
Əgər  mehmanxana  binanın  müəyyən  bir  hissəsində  yerləşirsə, 
onun ayrıca giriş qapısı olmalıdır.
2.  Mehmanxananın  memarlıq-planlaşdırma  həlli  və  inşa 
elementləri, istifadə olunan texniki avadanlıq, tikinti  normalarına 
və qaydalarma uyğun olmalıdır.
3.  Mehmanxananın  yerləşdiyi  ərazinin  ekoloji  şəraiti  ya­
şayış üçün əlverişli olmalıdır;
4.  Mehmanxanada  yaşayan  qonaqların  hoyatınm  təhlü­
kəsizliyi  və  onların  əmlakının  qorunması təmin  olunmalıdır.  Bi­
nanın qəza zamanı istifadə edilən çıxışları, pilləkənləri,  qapıların 
adi və qəza hallarında sərbəst orientasiyası üçün çıxış göstəricilə­
ri olmalıdır;
5.  Yanğm  təhlükəsi  qaydalarma  əsasən,  mehmanxana 
yanğından mühafizə sistemləri ilə təchiz olunmalıdır;
6.  Mehmanxanada  sanitar -   epidemioloji nəzarət orqanları 
tərəfindən  təsdiq edilmiş  sanitar  - gigiyena normalarına və qay­
dalarma  (otaqların  təmizliyi,  santexnika qurğularının və  avadan­
lığının işlək vəziyyətində olması, tullantıların vaxtmda təmizlən­
məsi, həşərat və gəmiricilərdən effektli müdafiə olunması) riayət 
edilməlidir;
7.  Mehmanxanada bir sutkadan az olmamaq şərtilə su ehti­
yatı  daxil  olmaqla,  isti  və  soyuq  su  təchizatını;  kanalizasiyanı; 
isitmə  sistemini,  nömrələrə  və  ictimai  otaqlara  kənar  qoxularm 
daxil  olmasının  qarşısını  alan  vcntilyasiyanı  (təbii  və  məcburi) 
təmin  edə  bilən mühəndis  sistemi  və  avadanlığı  ilə  təchiz  olun­
malıdır. Bütün nömrələrə radio yayım, televiziya, telefon rabitəsi 
xətləri  çəkilməlidir.  Qüvvədə  olan  normalara  uyğun  olaraq, 
mehmanxananın  həm  təbii,  həm  də  süni  işıqlandırılması  təmin 
edilməlidir;
8.  Yeni  mehmanxanaların layihələri  hazırlanarkən və fəa­
liyyətdə  olanlarda yenidənqurma  işləri  aparılarkən,  əlil  arabala­
136
rından istifadə edən əlillərin qəbulu və xidməti üçün lazımi şərai­
tin yaradılması mütləq nəzərə alınmalıdır.
Nömrə fondu  - bir və iki yerlik nömrələrin sayı bir ulduz­
lu mehmanxanalarda 60%-dən az olmamalıdır.
İki  ulduzlu mehmanxanalarda bu cür otaqların sayı 
80%. 
üç, dörd və beş ulduzlu mehmanxanalarda -   100% olmalıdır.
Çox otaqlı nömrələr (apartamentlər) üç və daha yüksək də­
rəcəli mehmanxanalarda olur.
Dörd  və  beş  ulduzlu  mehmanxanalar  trenajor  zalları, 
üzgüçülük  hovuzları,  sauna,  mağazalar  və  ticarət  köşkləri  və  s. 
təchiz olunur.
Qidalanma  xidmətləri göstərmək üçün yerlər iki-beş ul­
duzlu  mehmanxanalarda  mütləq  nəzərdə  tutulur.  İki  ulduzlu 
mehmanxanalarda  - kafe və ya restoran,  üç ulduzlularda  - resto­
ran  və  bar,  dörd  və  beş  ulduzlularda  •-  bir  neçə  restoran  zalları, 
ayrıca kabinələr, banket zalları, gecə klubları olur.
Qidalanma  xidmətlərinin  standartlarına  görə  meh-man- 
xanalarda  təklif olunan  qidalanma  variantlarından  birinin  (təkcə 
səhər  yeməyi,  iki  və  ya  üç  dəfəlik  qidalanma)  seçim  imkanı 
«iki-beş ulduzlu»;  bir kafe  və ya barın  24 saat ərzində  işləməsi 
«dörd-beş  ulduzlu»;  nömrələrdə sutkaboyu  xidmət -  «beş  ulduz­
lu» mehmanxanalar üçün xarakterikdir.
Stantdart,  mehmanxana personalına olan  tələbləri  və  onla­
rın  iş  bacarığım  müəyyən edir,  funksional  vəzifələri  təsdiq  edir 
və iş qaydalarını təyin edir.
Mehmanxana rəhbərliyi və personalı peşə hazırlığı  keçmə­
lidir.  Xarici  dillərə  xüsusi diqqət verilir.  «Üç-beş  ulduzlu»  meh­
manxanaların  personalı  xarici  dillərin  birində  sərbəst  danışmalı, 
qəbul  üzrə  xidmətdə  işləyənlər  isə  iki  və  ya  üç  dildən  tərcümə 
etmək bacarığına malik olmalıdır.
Bütün  kateqoriyalı  mehmanxanaların  personalı  vaxtaşırı 
tibbi  müayinədən  keçməlidir.  Personalın  (üç  ulduzlu  və  daha 
yüksək  dərəcəli  mehmanxanalarda)  forma  geyimi,  xidməti  döş 
nişanları olmalıdır.
Personalın əxlaqına olan tələblər: personal mehman-xanada 
qonaqpərvərlik mühiti  yaratmalı, qonaqlara qarşı xeyirxah, meh­
riban münasibət göstərməlidir.
Hazırda  beynəlxalq  və  milli  səviyyədə,  mehmanxana  şə­
137

bəkələrində, assosiasiya və ittifaqlarda 30-dan artıq mehmanxana 
klassifıkasiyası mövcuddur.
Ulduz  dərəcəli  sistemdən  başqa,  hərf indeksləri,  bal  və  s. 
sistemlər də tətbiq olunur.
Milli  adət-ənənələr,  həmçinin  ölkələrin  mədəni  -   tarixi 
müxtəlifliyi,  keyfiyyət  kriteriyası,  beynəlxalq  miqyasda  vahid 
mehmanxana  klassifıkasiyasmm  tətbiq  olunamasına  mane  olur. 
Ümumdünya Turizm Təşkilatının, Avropa İttifaqının mehmanxa­
nalar  və  restoranlar  sənayesi  komitəsinin,  Beynəlxalq mehman­
xanalar  assosiasiyasının  təşəbbüslərinə  baxmayaraq,  hələlik va­
hid  mehmanxana  klassifıkasiyasmm  tətbiq  olunması  mümkün 
olmamışdır,  ona görə də  çoxsaylı mehmanxana klassifikasiya bu 
gün də davam edir.
Dərəcələrə  bölgünün ən geniş yayılmış növləri  aşağıdakı­
lardır:  -  Fransa,  Avstriya,  Macarıstan,  Misir,  Çin,  Rusiya,  Azər­
baycan  və  beynəlxalq  turizm  mübadiləsində  iştirak  edən  digər 
ölkələrdə tətbiq edilən «ulduz» sistemi;
-  Yunanıstanda istifadə edilən «hərf» sistemi;
-  Böyük Britaniya üçün xarakterik olan «tac» sistemi;
-  Bir çox ölkəlrdə istifadə olunan «dərəcələr» sistemi və s.
Yuxanda  qeyd  edilən  dərəcələrə  bölgü  növlərinin  xüsu­
siyyətlərini nəzərdən keçirək.
Fransada  milli  dərəcələrə  bölgü  sistemi  üzrə  mehmanxa­
naların,  komfortabellik kateqoriyasma uyğun olaraq  «ulduzlarla» 
dərəcələrə bölünməsinə daha çox rast gəlmir.
Avstriya -  turist qəbulu üzrə dünyanm tanınmış liderlərin­
dən  biridir.  Ölkənin yalnız dağlıq bölgəsində 20 mindən çox otel 
vardır.  Yerləşdirmənin  daha ucuz  vasitələrindən  sayılan  «youth 
hotels»lərin sayı Avstriyada  100-dən artıqdır.
Arzu edənlər (əsasən gənclər üçün nəzərdə tutulmuş)  belə 
yataqxanalarda ucuz qiymətlə gecələyə bilər, amma burada xüsu­
si rahatlığa zəmanət verilmir.
Avstriyada  otellər yuxarıda  qeyd  olunan  kimi  «beş  ulduz» 
sistemi  ilə  qiymətləndirilir.  Amma,  kənd  yerlərində  çox  vaxt 
“kateqoriyadan  kənar  mehmanxanalara”  -   bir-iki-üç mərtəbəli, 
əsasən fermer ailəsi tərəfindən xidmət edilən evlərə rast gəlinir. 
Avstriyanın  «üç-beş  ulduz»  dərəcəli  otelləri,  ilk  baxışda  bir- 
birindən  az  fərqlənirlər.  Belə  mehmanxanaların  əksəriyyətində
138
hovuz,  sauna,  restoran,  bufet  və  solyarilər*  vardır.  Avstriyanm 
əksər mehmanxanalarının  interyerini bəzəyən  “romantik üslub” , 
onların arasındakı oxşarlığı daha da artırır.  Bu üslub, qədim məi­
şət  əşyalarının  müasir  texnika  ilə  harmonik  uyğunlaşdırıl- 
masmdan ibarətdir.
Bezən  «üç  ulduzlu»  mehmanxananın  avadanlığı  (məsələn, 
hovuz)  «dörd  ulduzlu»  mehmanxanaların  avadanlığından  daha 
yaxşı ola bilər.  Ümumiyyətlə,  iki  və  daha yüksək dərəcəli  otel­
lər, nömrələrin genişliyi və təklif edilən xidmətin müxtəlifliyi ilə 
seçilirlər.  «Beş  ulduzlu»  mehmanxanalar,  əlavə  “xırdalıqlar”  və 
daha yüksək xidmət səviyyəsi  ilə  «dörd ulduzlu»  mehmanxana­
lardan fərqlənir.
Çində -  400 mindən artıq yerləşdirmə oybekti var. Onların 
qiymətləndirilməsi zamanı, geniş yayılmış beş ulduzlu sistemdən 
istifadə  olunur.  Bundan  əlavə,  ölkədə  yerli  spesifik  şkaladan  da 
istifadə  edilir.  Bu  şkalaya  görə,  “qonaq evləri”  (zhaodaisuo)  qə­
bul  üçün  nəzərdə  tutulmuş  daha  primitiv bazalara  aid  edilir.  Bu 
karvansaralar və  ya hostellər**-lə  (tələbə  yataqxanası)  müqayisə 
edilə bilər.
“Qonaq  üçün  evlər”  (binquan)  daha  komfortabellidir  və 
iki-üç ulduzlu mehmanxana səviyyəsində olur.
Turist mehmanxanalarını,  üç-dörd ulduzlu  mehmanxanala­
rın  tələblərinə  cavab  verən  daha  yüksək  yerləşdirmə  vasitələri­
nə,  “şərab  evlərini”  (jindian)  isə  dörd-beş  ulduzlu  otellərə  aid 
etmək olar.  Bu bölgülərdə Çin standartları,  Avropa standartların­
dan heç də geri qalmır.
Yunanıstanda dərəcələrin “h ə rf’ sistemi ilə bölgüsü geniş 
yayılsa  da,  otellərin  fasadlarında***,  adətən,  hərflərlə  yanaşı  ul­
duzları da görmək olar.  Bütün Yunan mehmanxanaları dörd kate­
qoriyaya  bölünürlər:  A.B,C,D.  “A”  kateqoriyalı  mehmanxanalar 
dörd,  “B”-üç,  “C”-iki ulduzlu dərəcələrinə uyğun gəlir.
Yüksək  səviyyəli  mehmanxanalara  “D”  (de  luxe)  kateqo­
*  S o l y a r i   ( la tın   m ə n ş ə l i   s ö z d ü r ,  g ü n ə ş   m ə n a s ın d a   b a ş a   d ü ş ü lü r )   -   g ü n ə ş  
v a n n a la r ı q ə b u l   e t m ə k   ü ç ü n   x ü s u s i  h a z ır la n m ış   y e r lə r .
**  H o s te l  ( i n g ilis   m ə n ş ə l i   s ö z d ü r )   -  g e c ə l ə m ə k   ü ç ü n   u c u z   q iy m ə tli  t ə l ə b ə  
m e h m a n x a n a s ı
***  F a s a d   ( f r a n s ı z   m ə n ş ə l i   s ö z d ü r ,  ü z ,  s i f ə t m ə n a l a r ı n ı  d a ş ıy ır )   -   b in a  v ə  y a  
tik ilin in   x a r ic i  t ə r ə f i .
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin