Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Turizm-ekskursiya ishinin teshkili

§
O

NI
-1
4
,8
sO
-6
,9
 
j
12
,9
0
0
/9
9
<4
m
ON
t/İ
1
9
,9
v f
2
,2
1
0
,2
M
in
 n
ə

r
8
n

2
2
,6
5
3
4
,3
5
7
1
,4
7
8
00
8
3
7
 
|
2
0
0
0
2
3
,2
3
7
6
,2
9
5
5
,1
1
6
3
,9
0
7
 
|
2
,4
2
0
1
,4
2
7
 
I
1
.4
1
6
7
4
2
Y
ax
ın
 Ş
ər
q
S
ə
u
d
iy
y
ə
Ə

b
is
ta
n
ı
M
is
ir
O
O
m
B
ə
h
re
y
n
İo
rd
a
n
iy
a
S
u
ri
y
a
L
iv
a
n
101

Ü
T
T
-n
in
 2
0
0
2
-c

ilin 
se
n
ty
a
b

a
y
ın
a
 o
la
n
 i
lk
in
 m
ə
lu
m
a
tl
a


C
ə
n
u
b

A
si
y
a
 r
e
g
io
n
u
n
a
 g
ə

n
 t
u
r
is
tl
ə
r
in
 s
a
y
ı 
v
ə
 t
u
r
iz
m
d
ə
n
 ə
ld
ə
 e
d
il
ə
n
 g
ə
li
r
 (
2
0
0
0
-2
0
0
1
)’
N
"N 
*
102

Ü
T
T
-n
in
 2
0
0
2
-c

il
in
 s
e
n
ty
a
b

a
y
ın
a
 o
la
n
 i
lk
in
 m
ə
lu
m
a
tl
a
r
ı
Turizm  hazırda  Cənub-Şərqi Asiyada və  Sakit Okean  ray­
onunda  ən  sürətli  templə  inkişaf  edir.  Bu  regionun  ölkələri 
yüksək xidmət standartlarına cavab verən turizm və kurort sənay­
esi  mərkəzləri  kimi  tanınmağa  başlamışlar.  Bir  çox  hallarda  bu 
ölkələrdə  göstərilən  xidmət,  hətta  Avropada  mövcud  olan  nor­
malardan daha yüksəkdir.
Bu  da  regionlararası  rəqabətlə  izah  olunur.  Yeni  yaradılan 
yüksək  səviyyəli  kurortlar  və  turizm  mərkəzləri  kütləvi  turizm 
axınında  maraqlıdır.  Belə mərkəzlər yerli  turistlər üçün  daha ba­
halı  olduğundan,  xarici  qonaqların  qəbuluna  üstünlük  verilir  və 
ənənəvi  turizm regionlarından turistləri öz ölkələrinə  cəlb etmək 
lazım  gəlir.  Əsas  turist yollayan  ölkələr  Avropa və  Şimali  Ame­
rikada  cəmləşdiyi  üçün,  regiona  turistləri  cəlb  etmək  çətin  işə 
çevrilir.
Yeni  turizm  regionlarının  uzaq  olması  və  çoxsaatlıq  avia- 
uçuşlar,  standart  turpaketinin  qiymətlərini  obyektiv  olaraq  baha- 
laşdırır.  Çox  zaman  xidmət standartlarının yüksəlməsilə  müşahi­
də  olunan  keyfiyyət  rəqabəti  səhnəyə  daxil  olunur.  Məsələn. 
Cənub-şərqi  Asiya  regionlarındakı  3  ulduzlu  mehmanxananın 
komfort səviyyəsi 4 ulduzlu Avropa mehmanxanalarının səviyyə­
sinə uyğun gəlir.
Köhnə  turizm  regionları  turist  axınının  yeni  regionlara  is­
tiqamətlənməsində  maraqlı  deyil.  Onlar  öz  keyfiy-yətli  xidmət 
standartlarını  artıraraq  turistlərin  bu  regionlara  marağını  saxla­
mağa  çalışırlar.  Belə  ki,  regional  rəqabət  turistlərə  göstərilən 
xidmətin  səviyyəsinin yüksəlməsinə təsir göstərir.
Turizm  bazarı  fövqəladə  surətdə  differensasiya  olun­
muşdur.  Hər  bir  turizm  regionu  çərçivəsində  turizm  məhsuluna 
olan  tələbat  müxtəlifdir  və  bir  çox  amillərdən  asılıdır.  Beynəl­
xalq  və  beynəlmiləl  olan turizm  bazarının qarşısında  turizm tələ­
binin  və qaydalarının unifikasiya olunması problemləri  durur.  Bir 
yerdə  alman turizm  məhsulu,  başqa yerdə  (adətən başqa ölkədə) 
istehlak olunur.  Turizm  satışının bu xüsusiyyəti  turizm  məhsulu­
na  olan  tələblərin  unifikasiya  olunmasının  vacibliyini  ön  plana 
çəkir.  Müasir  beynəlxalq  turizm  hərəkatı  mehmanxanalarda  və 
nəqliyyatda  göstərilən  xidmətlərdə,  turoperatorların  yaratdığı 
turpaketlər  sahəsində  və  turagentlər tərəfindən  turizm  məhsulu­
nun satışında unifikasiya olunmuş qaydalarına riayət edir.  Yalnız
103

turizm  xidməti  tədarükçüləri,  turoperator,  turagent və  turistlərin 
mövqelərinin  uyğunlaşmasını,  öhdəliyin  qarşılıqlı  yerinə  yetiril­
məsini təmin edə bilər.
4.6. 
TURİZM 
S A H Ə S İ N D Ə   S A H İ B K A R L I Ğ I N  N Ö V L Ə R İ
Turizm -  sahibkarlığın müxtəlif formalarını özündə  birləş­
dirən  nəhəng  sənayedir.  Bir  çox  müəssisələr,  təşkilatlar  və  şir­
kətlər öz fəaliyyət istiqamətini turizm xidməti sahəsində tapırlar. 
Statistika baxımından turizm müəssisələrinin sahibkarlıq növləri­
ni aşağıdakı sxemdəki kimi təsəvvür etmək olar (şək. 22).
Xidmətlər  sənayesi 
turistlərə  əlavə  vasitəçi  xidmətlər 
(avtomobillərin  icarəsi,  bərbərxana,  gözəllik və  fitnes*  salonları, 
camaşirxana, kimyəvi təmizləmə və s.) müəssisələri əhatə edir.
Turizm  -   sahibkarlığın  turizm  formalarına  aid  olan,  ilk 
növbədə  turizm  agentlikləri  və  turoperator  şirkətləri,  həmçinin 
safari, yaxt-klub, turist səfərlərinin və yürüş turlarının təşkili üzrə 
və s.  ixtisaslaşmış müəssisələr.
Mehmanxana  sənayesi  -   turistlərin  yerləşməsi  sahəsində 
sahibkarlığın  bütün  növləri:  mehmanxanalar,  kempinqlər,  turist 
düşərgələri,  kurortlar,  gənclik  turist  bazaları,  pansionlar  və pan-
* Fitnes salonlar ~ əhalinin fiziki cəhətdən sağlamlaşdırmağın qeydinə qalan sa­
lon.  Burada müasir  trenajor zalı,  sauna, üzgüçülük hovuzu, cakuzi ve  s.  istifadə 
olunur.
104
sionatlar, turistlərə icarəyə verilən villalar və s.
Nəqliyyat  -   turistlərə  daşıma  xidmətləri  göstərən  nəq­
liyyat  müəssisələrinin  bütün  övləri:  aviaşirkətlər,  avtonəqliyyat 
müəssisələri, dəmiryol, gəmi və kruiz şirkətləri.
Qidalanma  sənayesi  -   turistlərə  istirahət,  səyahət  və  əy­
ləncə zamanı qidalanma xidmətləri göstərən (restoranlar, kafelər, 
barlar, səyyar bufetlər və s.) bütün növ müəssisələr.
Əyləncə  sənayesi  -   turistlərin  asudə vaxtlarının təşkili  və 
əyləncəsi  ilə  məşğul  olan  (tematik parklar və  attraksionlar,  şou- 
biznes, ekskursiya təşkilatları, teatr -  konsert, idman müəssisələri 
və s.) müəssisələr daxildir.
Gid-ekskursiya  bələdçiləri  -  turizm  -   ekskursiya  sahib­
karlığının  spesifik növü ilə məşğul olan,  ekskursiya tədbirlərinin 
hazırlanması, təşkili və keçirilməsində  iştirak edən,  həmçinin tu­
ristləri səyahət zamanı müşayiət edən və onlara müxtəlif məsələ­
lərin həllində köməklik göstərən peşə sahibləri olan insanlar.
Elm  vo  texnikanın  inkişafı,  beynəlxalq  əlaqələrin  geniş­
lənməsi  və  məlumat  məkanının  intensivləşdirilməsi  (səməroli- 
ləşdirilməsi) zəminində, Ötən əsrin 90-cı  illərində çox iti surətlə 
turizm  bazarına  sahibkarlığın  daha  bir  növü  daxil  oldu.  Bu,  tu­
rizm  bazarının  bir çox  subyektlərini  əlaqələndirən  bronlaşdırma 
və rezerv (ehtiyatda) saxlama sistemi idi.  Hazırda turizm bazarın­
da müxtəlif kompüter bronlaşdırma və rezerv sistemləri  fəaliyyət 
göstərir.  Bu sistemlər -  aviasiya,  dəmiryol,  mehmanxanalar,  mil­
li,  həmçinin  bronlaşdırmanm  və  rezerv  saxlamanın  qlobal  kom­
püter şəbəkələridir (QKŞ).
Avropanın  turizm  müəssisələri  öz  tədqiqatlarında  turizm 
sahibkarlıq  sistemini  iki  hissəyə  bölürlər:  turizm  sənayesi  və 
qonaqpərvərlik sənayesi.  Bu sənaye növlərinin  hər biri  xidmət­
lərin  spesifik növlərini  əhatə  edir.  Turizm  və  qonaqpərvərlik  sə­
nayesinə  aid  olan  turizm  xidmətlori  və  sahibkarlıq  növləri  şək. 
23-də göstərilir.
Mütəxəssislərin  fikrincə,  mehmanxana  biznesi,  nəqliyyat, 
turizm  agentlikləri, turopereytinq, bronlaşdırma və rezervdə  sax­
lama qlobal kompüter şəbəkələri turizmin inkişafına daha çox tə­
sir göstərir və turizm bazarında mühüm rol oynayır.
105

* Turopereytinq -  özünün istehsal etmədiyi (mehmanxanalar, 
nəqliyyat şirkətləri, əyləncə müəssisələri və s.) turlar və xidmətlərin 
komplektləşdirilməsi ilə məşğul olan turoperator fəaliyyəti.
Mehmanxana  müəssisələri  hər  bir  turizm  məhsulunun 
əsasım  təşkil  edir.  Yerləşmə həmişə  hər bir səyahətin xidmətlər 
paketinə  (dəstinə)  daxil  edilir,  çünki  turistin gəldiyi  yerdə  gecə­
ləmə  üçün  şəraiti  olmalıdır.  Bu əsas  xidmətləri  müxtəlif xidmət 
səviyyəli  və  tipli  mehmanxana  müəssisələri  göstərir.  Ona  görə 
də,  bu və ya digər regionda,  turizm mərkəzlərində mehmanxana 
xidmətləri səviyyəsinə və standartlarına uyğun olan mehmanxana 
müəssisələrinin  olması,  turistlərin  qəbulu  imkanına  xeyli  təsir 
göstərir.
106
Nəqliyyat  da  hər bir  səyahətin  ayrılmaz  tərkib  hissəsidir. 
Müasir  nəqliyyat  vasitələri  turistlərə  hətta  ən  uzaq  məsafəyə 
olan  səyahətləri  qısa  müddət  ərzində  həyata  keçirməyə  imkan 
verir.
Nəqliyyatdan həm ekskursiya,  həm də transfer məqsədləri 
üçün istifadə olunur.  Nəqliyyatın imkanları (region-lara gedib ça­
ta bilmək  imkanı,  reyslərin  vaxtaşırı  tezliyi,  xidmətin  səviyyəsi 
və keyfiyyəti) turist axınının artmasına təsir göstərir.
T uroperatorlar  -  turizm məhsulunun formalaşması və  is­
tehlakçılara  çatdırılması  ilə  məşğul  olan  turizm  müəssisələridir. 
Topdan  satış turopereytinqin imkanları,  turizm təklifinin yayımı­
na,  onun  seçim  imkanlarına,  həmçinin  turistlərə  göstərilən  xid­
mətin keyfiyyət standartlarına təsir göstərir.
Turizm   agentlikləri  -   turizm  məhsulunu  satan  müəssi­
sələr.  İstehlakçıların  seçimi  bu  müəssisələrin  imkanlarından  və 
etibarlılığından çox asılıdır.
Qlobal kom püter şəbəkələri (QKŞ) -  bronlaşdırma və rc- 
zervdə  saxlama sistemləri,  turizm məhsulunun satış kanalının al­
ternativi*  ola bilər.  Turizm mütəxəssislərinin proqnozlarına  görə 
QKŞ-ləri  turoperator və turagentlər bazarının böyük bir hissəsini 
ələ alacaqlar.  Amma həmin mütəxəssislər onu da qeyd edirlər ki
turoperator  və  turagentlər  turizm  bazarında  öz  yerini  tapıb,  ixti­
saslaşdırılmış  məsləhətçi  -   satış  məntəqələri  kimi  fəaliyyət  gö­
stərəcəklər.
Bu  gün  informasiya  axınının  sürətlənməsində,  seçim  im­
kanlarının  genişlənməsində  və  bronlaşmasmda  QKŞ-lərin  rolu 
danılmazdır.
* A lternativ -  yeganə mümkün olan iki qərardan birini seçmə məcburiyyəti 
kimi başa düşülür.
107

FƏSİL 5
TURİZMDƏ
AGENTLİK -  OPERATOR MÜƏSSİSƏLƏRİ
5.1. 
T U R İ Z M  V Ə  SƏ Y A H Ə TLƏ R D Ə  
Ə SA S A N L A Y IŞ L A R
Turizm  -   dünya  ölkələrinin  əksəriyyətində  yayılmış  fəal 
istirahət növlərindən biri, asudə vaxtda səyahət.
M arşrut  -   öncədən müəyyən  edilmiş  istiqamət üzrə  gedi­
lən yol.
Turist  m arşrutu  -   öncədən  planlaşdırılmış  səyahət  pro­
qramının yerinə yetirilməsi (əsas) və turizm-ekskursiya xidmətlə­
rinin  göstərilməsi  (əlavə)  üçün müəyyən vaxtla hesablanmış,  tu­
ristlərin hərəkət trassı (istiqaməti).
Turist marşrutu,  turistlərə  göstərilən əsas  xidmət növlərin­
dən  biridir.  Turizm  təşkilatları  marşrutları  hazırlayarkən  onun 
tərkibinə müəyyən xidmətlər kompleksini (qidalanma, yerləşmə, 
nəqliyyat,  ekskursiyalar,  idman  və  asudə  vaxt  tədbirləri  və  s.) 
daxil  edir və bununla  turist marşrutlarını formalaşdırırlar.  Amma 
hələlik səyahətin vaxtı naməlum olduğu üçün turist marşrutlarını 
satmaq  mümkün  deyil.  İlk növbədə  xidmətlərin  istehsalçıları  ilə 
müqavilələr  bağlanır  və  marşrut  formalaşır.  «Xidmətlər zənciri­
ni»  əldə  etmək  üçün  bundan  sonra  marşrutun  konkret  vaxtını 
(marşrut  üzrə  hər  xidmətin  göstərildiyi  vaxtı)  qarşılıqlı  razılığa 
əsasən dəqiqləşdirmək lazımdır.
Turizmdə belə «xidmət zənciri» - tur adlanır.
T u r  -  müəyyən  turizm  marşrutu  üzrə,  müəyyən  müddətə 
fərdi  və  ya qrup  şəklində  təşkil  olunmuş  səyahətdir.  Tur -   turo- 
perator əməyinin məhsuludur.
Səyahətin  növü  və  məqsədlərindən  asılı  olaraq,  onun  tər­
kibinə müxtəlif xidmətlər dəsti daxil ola bilər.
Bir  və  ya  bir  neçə  gün  ərzində  turizm  təşkilatı  tərəfindən
108
turistə  kompleks  şəkildə  göstərilən xidmət dəsti -  paket tu r ad­
lanır.
Turistin  xahişi  ilə  qeyri-standart xidmətlər dəsti  ilə  xüsusi 
marşrut  təşkil  oluna  bilər.  Belə  turlar  -  fərdi  tu r  adlanır.  Paket 
turla yanaşı, spesifik nəqliyyat turları və ya transturlar vardır.
Marşrut  üzrə  daim  hərəkət  üçün  nəqliyyat  vasitələrindən 
istifadə  olunan  turlar  -   nəqliyyat  turları  adlanır.  Bəzi  hallarda 
nəqliyyat  vasitələrindən yerləşmə,  qidalanma və  başqa  növ  xid­
mətlərin  göstərilməsi  üçün  də  istifadə  olunur.  Avtobus  marşrut 
turlarını,  turist 
ekskursiya qatarlarını,  kruizləri  nümunə göstər­
mək olar.
Bəzi  turlar  turist  yollayışlarının  (putyovkaların)  realizə 
edilməsi yolu ilə satılır.
T urist  yollayışı  -  səyahət  ilə  nəzərdə  tutulmuş  xidmət­
lərin  ödənilməsini  təsdiq  edici  sənəddir.  Turist yollayışı 
ciddi 
hesabat blankıdır, yollayış və ya yollayışm nəzarəti talonu xidmət 
göstərən  turizm  təşkilatında qalır və görülən  işi  təsdiqləyir.  Yol- 
layışa  səyahətin  müddəti,  turist  haqqında məlumatlar,  marşrutun 
qısa təsviri və digər məlumatlar daxil edilir.
Ölkəmizdə  «turist  yollayışı»nm  istifadə  qaydaları  Azər­
baycan Respublikası Prezidentinin imzaladığı 04 iyul  1999-cu il tarix­
li,  674  -   İQ  saylı  «Turizm  haqqında»  Qanunun  1-ci  maddəsinə  və 
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında
2002-2005-ci  illərdə turizmin inkişafına dair Dövlət Proqramının təs­
diq olunması haqqında» 27 avqust 2002-ci il tarixli  1029 nömrəli  Sə­
rəncamına  əsasən  Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Tu­
rizm  Nazirliyi  və  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf Nazirliyi 
tərəfindən  hazırlanmış,  Azərbaycan  Respublikası  Maliyyə  Nazir­
liyi  tərəfindən  «Turizm  yollayışının (forma № TY  -1)  forma və 
rekvizitləri və onlardan istifadə qaydaları» təsdiq edilmiş, norma­
tiv  -   hüquqi  akt  kimi  Ədliyyə  Nazirliyində  dövlət  qeydiyyatına 
alınmışdır (11  mart 2003, № 2965).
109

«Turizm yollayışı»nın (forma № TY-1) forma 
və rekvizitləri, onlardan istifadə qaydalan
I.  Ümumi müddəalar
1.1. 
Bu qaydalar «Mühasibat uçota haqqında» Azərbaycan 
Respublikasının Qanununa, «Turizm haqqında» Azərbaycan Res­
publikası  Qanununa,  Azərbaycan  Respublikası  Prezidentinin  27 
avqust  2002-ci  il  tarixli  1029  nömrəli  Sərəncamı ilə  qəbul edil­
miş  «Azərbaycan Respublikasmda 2002-2005-ci illərdə turizmin 
inkişafına  dair  Dövlət  Proqramının  həyata  keçirilməsi  tədbirlə- 
ri»nə,  Azərbaycan Respublikası  Prezidentinin  02 sentyabr 2002- 
ci  il  tarixli  782 nömrəli  Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 
Respublikasmda  bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq  (lisen­
ziya) verilməsi haqqında Qaydaları»na əsasən hazırlanmışdır.
«Turizm  yollayışı»nın  (forma  №  TY-1)  forma  və  rek­
vizitləri  (bundan  sonra  «ciddi  hesabat blankı»  adlandırılacaqdır) 
bu  sahədə  mühasibat uçotunun  düzgün aparılması üçün nəzərdə 
tutulmuşdur.
1.2. Bu Qaydalarda nəzərdə tutulan müddəalar Azərbaycan 
Respublikasının  müvafiq  qanunvericiliyinin  tələblərinə  uyğun 
olaraq  respublikanın  ərazilərində  turizm  xidmətlərinin  göstəril­
məsi  zamanı  nəğd  hesablaşmaların  həyata  keçirilməsi  üçün nə­
zərdə tutulmuşdur.
1.3.  Ciddi hesabat blankının forma və rekvizitləri və onlar­
dan istifadə qaydaları Azərbaycan Respublikası Maliyyə nazirliyi 
tərəfindən təsdiq edildikdən və Ədliyyə Nazirliyində dövlət qey­
diyyatına alındıqdan sonra eyni seriya və nömrə  ilə çap ediləcək 
nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə  tutulduğu kimi yal­
nız onun xüsusi razılıq  (lisenziya)  verdiyi şəxs (mətbəə)  tərəfin­
dən sifarişçilərin vəsaiti hesabma çap edilib yayılır.
1.4.  «Turizm  yollayışı»  (forma № TY-1)  eyni rekvizitlərə 
malik olmaqla 2  hissədən -  «Turizm yollayışı»ndan və «Turizm 
yollayışmm  kəsmə  talonu»ndan  ibarətdir.  Forma  №  TY-1-in 
«Turizm yollayışı» hissəsi müştəriyə verilir, «Turizm yollayışmm 
kəsmə talonu» hissəsi isə  turizm xidmətini göstərən hüquqi şəxs 
olduqda mühasibatlığa  təqdim edilir,  turizm fəaliyyətini həyata 
keçirən fiziki şəxs olduqda isə həmin şəxsdə qalır.
110
1.5. 
«Turzm  yollayışı»  -  Azərbaycan  Respublikası  Prezi­
dentinin  04  iyul  1999-cu  il  tarixli  674-İQ  №-li  «Turizm haqqın­
da»  Azərbaycan Respublikası Qanununun  1-ci maddəsinə əsasən 
ciddi  hesabat blankı olub, proqramla nəzərdə tutulmuş xidmətlə­
rin (turistlərin istifadə edəcəkləri xidmət-Iəri) ödənildiyini təsdiq 
edən sənəddir.
II.  Ciddi hesabat blanklannın tətbiqi
2.1.  Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 
xüsusi  razılıq  (lisenziya)  verilmiş  şəxs  (mətbəə)  ciddi  hesabat 
blanklarınm üzərinə aşağıdakı rekvizitləri mütləq həkk edir:
- müəssisənin tam adını və vergi ödəyicisinin eyniləşdirmə 
nömrəsini (VÖEN-nin);
-  gizli  texniki  nişanələrdən  istifadə  etməklə  Azərbaycan 
Respublikasının Dövlət Gerbinin rəngli təsvirini blankm orta  his­
səsinə;
-  ciddi  hesabat  blanklarını  çap  edən  mətbəənin  özünü 
müdafiə məqsədilə gizli nişanlarını (şərti  qəbul  edilmiş emblem, 
tor və s.) və VÖEN-nin;
- ciddi hesabat blanklarınm seriya və nömrələrini.
2.2.  Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və 
eyni  nömrədə  ciddi  hesabat  blanklarmdan  təkrar  çap  etmək  qa­
dağan edilir.
2.3.  Ciddi  hesabat  blanklarınm  istifadəsinə  nəzarət,  onun 
seriya və nömrələrinə əsasən həyata keçirilir.
2.4.  Xüsusi  razılıq  (lisenziya)  verilmiş  şəxs  (mətbəə)  çap 
etdiyi  ciddi  hesabat  blanklarınm  admı,  seriyasım,  nömrəsini  və 
digər  lazımi  göstəricilərini,  eyni zamanda onları təsdiq edən şəx­
sin  (sifarişçinin)  tam  adını,  VÖEN-ini,  ünvanını  və  digər  lazımi 
göstəricilərini özündə əks etdirən məlumatı hər ay (hesabat ayın­
dan  sonrakı  növbəti  aym  10-dək)  Azərbaycan  Respublikası  Ma­
liyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.
2.5.  Ciddi  hesabat  blankları  qanunvericilikdə  nəzərdə  tu­
tulmuş qaydada müəssisənin anbarında  saxlanılmaqla uçotu apa­
rılır,  müəssisə rəhbərinin icazəsi  ilə  anbardan təhtəlhesab şəxs­
lərə  (icraçılara)  qaimə-faktura  əsasmda  verilir  və  onlarla  tam 
maddi-məsuliyyət  barədə  nümunəvi  fərdi  müqavilə  bağlanılır.
111

Verilmiş  ciddi  hesabat  blanklarmm  uçotu  balansarxası  hesabda, 
mədaxil  və  məxaric  üzrə  hərəkətinin  qeydiyyatı  isə  əmlakın 
(qiymətlilərin)  uçot  kartı  f.№  lQ-də  materialların  uçotu  qayda­
sında aparılır.
2.6. 
Ciddi  hesabat blanklarım  cırmaq,  pozmaq,  ləkələmək 
və  onların üzərində düzəliş aparmaq olmaz  (korlanmış  ciddi he­
sabat  blanklarmm  əvəzinə  başqası  doldurulur).  Korlanmış  ciddi 
hesabat  blankları  müvafiq  qaydada  mühasibata  təhvil  verilir  və 
müəyyən  dövrdə  mühasibatda yoxlama  (təftiş)  keçirildikdən so­
nra üzərlrində «korlanıb» sözü yazılmaqla həmin blanklar mövc­
ud qanunvericiliyə uyğun olaraq arxivə təhvil verilir.
Ш . Ciddi hesabat bianklarınm  tərtibi
3.1. 
«Turizm  yollayışı»nm  (forma  №   TY-1)  rekvizitləri 
kimi doldurulur:
Ciddi hesabat blankınm «Turizm yollayışı» hissəsi:
«Tur» rekvizitində marşrutun istiqaməti göstərilir.
«Alıcı» rekvizitlərində turizm xidmətlərindən istifadə edən 
hüquqi  şəxsin  adı,  bu  şəxsin rəhbərinin soyadı,  adı,  atasının adı, 
hüquqi  ünvanı,  blank rekvizitləri,  telefon  (faks) №-si,  fiziki  şəx­
sin  soyadı,  adı  atasmm  adı,  şəxsiyyət  vəsiqəsinin  (SV)  və  ya 
ümumvotəndaş  pasportunun  (ÜVP)  seriya  və  №-ləri,  onların  nə 
vaxt alınması barədə məlumat, telefon (ev, iş) №-si göstərilir.
«Səfərin  müddəti»  rekvizitində  turistin  bu  turda  getdiyi 
səfərin müddəti göstərilir.
«Səfər  zamanı  ekskursiyaların  m arşrutu»  rekvizitində 
səfər  zamanı  keçiriləcək  ekskursiyaların  marşrutu  şəhərlər  və 
məntəqələr üzrə göstərilir.
«Xidmətlər paketi» rekvizitinə aşağıdakı rekvizitlər daxil­
dir:
-  «Mehmanxana»  rekvizitində  turistin  yerləşdiyi  meh­
manxananın  adı  göstərilir.  Həmin  rekvizitin  yanında  SGL 
(biryerli  nömrədə  yerləşdirmə),  DBL  (ikiyerli  nömrədə  yerləş­
dirmə),  TRP  (üçyerli  nömrədə  yerləşdirmə)  işarələrinin  birinin 
üzərindən xətt çəkməklə turistin yerləşdiyi mehmanxanada neçə 
yerli nömrədən istifadə etdiyi müəyyən edilir;
- «Yemək -  P, YP,  rekvizitində P -  tam pansion (şəhər
112
yeməyi,  nahar,  şam yeməyi),  YP •  yarım pansion (iki  dəfəlik qi­
dalanma),  S 
səhər  yeməyi  işarələri  göstərilir.  Bu  işarələrin 
üzərindən xətt çəkməklə turistin hansı yemək rejimindən istifadə 
etdiyi müəyyən edilir;
- «Sığorta (tibbi)», «Viza», «Transfer» rekvizitlərində tu­
ristin  bu  xidmət  növlərindən  istifadə  etməsi  «hə»  sözünü  yaz­
maqla,  etməməsi  isə  «yox»  sözünü  yazmaqla  göstərilir  («trans- 
fen>  -  turistin  qarşılanması,  müşayiət  olunması  və  sair  bu  kimi 
xidmətlər deməkdir).
«Əlavə  xidmətlər»  rekvizitində  turistə  əlavə  göstərilmiş 
xidmətlərin növləri göstərilir.
«Qəbul  edən  şirkət»  rekvizitində  turisti,  müəyyən  olun­
muş  marşrut üzrə  qeyd olunan ölkələrdə qarşılayan  müvafiq xid­
mət müəssisəsinin adı, hüquqi ünvanı, telefonu göstərilir.
«Turizm   yollayışmın  qiyməti»  rekvizitində  turist  tərəfin­
dən,  ona  göstəriləcək  turizm  xidmətlərinə  dair  ödədiyi  yekun 
dəyər müəyyən olunmuş qaydada yazılı şəkildə göstərilir.
«Turizm   yollayışmın  satış  tarixi»  rekvizitində  turistə 
«Turizm yolIayışı»nın satışı tarixi göstərilir.
«Satıcı»  rekvizitində  «Alıcı»ya  turizm  xidmətlərinə  dair 
yollayışı  satan  şəxsin,  hüquqi  şəxs  olduqda  adı,  hüquqi  ünvanı, 
telefon  (faks)  №-si,  fiziki  şəxs  olduqda  soyadı,  adı  və  atasının 
adı,  onun  şəxsiyyət  vəsiqəsinin  (ŞV)  və  ya  ümumvətəndaş  pas­
portunun  (ÜVP)  seriya və №-ləri,  onların nə  vaxt alınması  barə­
də  məlumat,  telefon  (ev,  iş)  №-si  gös-tərilir.  «Ödənişdən  qabaq 
turizm  yollayışmın  şərtləri  ilə  tanış  oldum  və  razıyam 
Aılıcı» 
rekvizitində  turizm  yollayışını  alan  şəxs  imza  edir.  «M.  Y /  İm­
za»  rekvizitində  «Satıcı»  hüquqi  şəxs olduqda onun rəhbəri  imza 
etməklə möhürünü  vurur,  fiziki şəxs olduqda yalnız imza edir.
Ciddi  hesabat blankınm  «Turizm  yollayışmın  kəsmə  ta- 
lonu»  hissəsi  blankın  «Turizm  yollayışı»nın  rekvizitləri  kimi 
doldurulur.
IV.  Məsuliyyət
4.1. 
Bu  qaydaların  tələblərini  pozanlar  Azərbaycan  Res­
publikasının  qüvvədə  olan  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
qaydada məsuliyyət daşıyırlar.
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin