Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   2   3   4   5   6   7   8   9   ...   24
Turizm-ekskursiya ishinin teshkili


1 .4 .  D
ü n y a
 
t u r
İ
z m
İ
n
I
n
İN K İŞ A F   P E R S P E K T İV L Ə R İ
Mütəxəssislərin  proqnozlarma  görə  XXI  əsrin  birinci  10- 
20-ci  illərində beynəlxalq turizmin artım sürəti bir qədər azalma­
lıdır.  Əgər  1999-2000-ci  illərdə  dünya üzrə  turizmin  artım  sürəti 
5  %-dən  bir  qədər  artıq  idisə,  2005-ci  il  üçün  bu  artım  4,4  %, 
2010-cu il üçün isə artım sürəti 4,3 %-ə enəcəyi gözlənilir.
Getmə  (ölkədən  kənara)  turizminin  strukturunda da  böyük 
dəyişikliklərin olacağı proqnozlaşdırılır.
Uzaq  məsafəli  regionlararası  səfərlərin  payının  artması 
gözlənilir.  Əgər  1995-ci  ildə  0,  15  %  təşkil  edirdisə,  2010-cu  il 
üçün 25 % qədər arta bilər.
Bu tendensiya həm  insanların  ildən-ilə  səyahətlərdə daha 
çox  iştirak  etməsi,  həm  də  müasir  turizm  sənayesinin  turistlərə 
yüksək səviyyədə təhlükəsizliyin təmin olunduğu müxtəlif səya­
hətlər təklifi ilə izah olunur.
Mütəxəssislər  2010-cu  ildə  965  mln.  insanın  xarici  səya­
hətlərdə  iştirak  edəcəyini  proqnozlaşdırır.  Bu  da  2001-ci  il  ilə 
müqayisədə  272 mln. nəfər çoxdur.  Amma bu artımın sürəti çox 
az olacağı gözlənilir.  2020-ci illər üçün beynəlxalq turist gəlişləri 
1,6 mlrd,  nəfərə çatacaq,  1995-ci illə müqayisədə bu artım 3  də­
fədən  çox  olacaq.  ÜTT  -   getmə  turizminin  güclü  inkişafını  pro­
qnozlaşdırır.  Belə  ki,  2020-ci  ildə ən çox turist göndərən ölkələr
42
-   Almaniya  (163  mln.),  Yaponiya  (141  mln.),  ABŞ  (123  mln.) 
Çin XR (100 mln.) və Böyük Britaniya (96 mln. nəfər) olmalıdır.
Avropa  və  Aralıq  dənizi  hövzəsi  ölkələrindən  getmə  tu­
rizminin  artımı  azalacağı  halda, Cənub-Şərqi Asiya ölkələrindən 
xaricə  gedən  turistlərin  sayı,  regionda  olan  iqtisadi  çətinliklərə 
baxmayaraq yüksək olaraq qalacaq.
ÜTT-nin  «Tourizm  2020  Vision»,  inkişaf proqnozları  təd­
qiqatlarının nəticələrinə əsasən ən perspektivli turist istiqamətləri 
və turizm növləri müəyyənləşdirilib (cədvəl 5).
2020-ci  il üçün turizmin ən populyar növləri:  macəra,  eko­
loji, mədəni-dərketmə, tematik və kruizlər olacaq.
Cədvəl 5
ÜTT-nin proqnozlarına görə 2020-ci ildə 
dünyanın  ən populyar turist istiqamətləri
1
Ölkə
Turist gə­
lişinin mi­
qdarı 
(mln.)
Dünya tu­
rizm baza­
rında payı
(%)
Artım di­
namikası 
1995- 
2020-ci 
illər (%)
1.
Çin Xalq 
Respublikası
137,1
8,6
8,0
2.
LABS__________
102,4
6,4
3,5
3.
Fransa
93,3
5,8
1,8
4.
İspaniya
71,0
4,4
2,4
5.
Honkonq
59,3
3,7
7,3
6.
İtaliya
52,9
3,3
2,2
7.
Böyük Britaniya
52,8
3,3
3,0
8.
Meksika
48,9
3,1
3,6
9.
Rusiya
47,1
2,9
6,7
10.
Çexiya
44,0
2,7
4,0
Cəmi (1-10)
708,8
44,2
-
ÜTT  həmçinin  insanların  öz  istirahətinə  ayıracaqları 
müddətin  azalacağmı  da  proqnozlaşdırır.  Tədqiqatlara  əsasən 
XXI-ci əsrin səyahətçiləri  «pul cəhətdən zəngin, vaxt  cəhətdən
43

isə  kəsib»  olacaqdır.  Nəticədə  onlar  özləri  üçün  çox  kiçik  bir 
müddət ərzində,  maksimum ləzzət ala biləcəkləri turizm mövzu­
sunu axtaracaqlar.
Qısa  müddət  ərzində  insanların  bir neçə  yerə  baş  çəkmək 
istəyi  nəticəsində  tematik parklar  və  kruiz  səyahətləri  daha  çox 
inkişaf edəcək.
Cədvol 6
ÜTT-nin proqnozlarına görə 2020-ci ildə xarici ölkələrə ən 
çox turist göndərə bilən ölkələr
n/n
Ölkə
Xarici ölkələrə 
gedən turistlərin 
miqdarı (mln.)
Dünya tu­
rizm baza­
rında payı
(%)
1.
Almaniya
163,5
10,2
2.
Yaponiya
141,5
8,8
3.
ABŞ
123,3
7,7
4.
Çin Xalq 
Respublikası
100,0
6,2
5.
Böyük Britaniya
96,1
6,0
6.
Fransa
37,6
2,3
7.
Niderland
35,4
2,2
8.
Kanada
31,3
2,0
9.
Rusiya
30,5
4,9
10.
İtaliya
29,7
1,9
Cəmi (1-10)
788,9
49,2
Yaxın  on  ildə  Avropa və  digər regionların bir çox ölkələ­
rində turizm yeni  iş yerlərinin yaradılmasının ən iri mənbəyi kimi 
qalacaq.  İmkanı və tələbatı müxtəlif və fərqli olan istehlakçıların 
daha  geniş  səyahətlərə  cəlb  edilməsi  üçün  təklif olunan  turizm 
məhsulunun  differensiyası  proqnozlaşdırılır.  Kapitalın  gələcək 
konsentrasiya olunması  prosesi,  iri beynəlxalq şirkət vo korpora­
siyaların yaranması  proqnozlaşdırılır.  Turizm sahəsində inteqra­
siya proseslərinin tendensiyası saxlanılacaq.
44
FƏSİL 2
CƏMİYYƏTİN HƏYATINDA 
TURİZMİN ƏHƏMİYYƏTİ
Turizm  müasir  cəmiyyətdə  böyük rol  oynayır.  Bu  gün  in­
sanların,  regionlarm,  dövlətlərin  həyatmda və beynəlxalq həyat­
da  turizmin  əhəmiyyətini  qiymətləndirməmək  mümkün  deyil. 
Bu əksər ölkələrdə etiraf edilmiş fə beynəlxalq turizm forumları­
nın* sənədləri ilə təsdiq olunmuşdur.
Cəmiyyətin həyatına turizmin təsirinin üç əsas istiqamətini 
göstərmək olar:  iqtisadi, sosial və humanitar.
2.1 
T U R İZ M İ N   İQ T İS A D İ Ə H Ə M İY Y Ə T İ
Turizm cəmiyyətin iqtisadi problemlərinin həllinə xeyli tə­
sir göstərir.  Məlumdur ki,  inkişaf etmiş ölkələrdə  turizmdən  əl­
də edilən gəlir əlvan və qara metalların beynəlxalq satışından əl­
də olunan gəlirdən  iki  dəfə üstündür.  Turizmdən əldə edilən  gə­
lir  onun  inkişaf etdiyi  regionda  iqtisadiyyatı  yüksəltməyə  qadir­
dir.
Turizmin  iqtisadiyyata  təsiri,  onun  növlərindən  və  istiqa­
mətlərindən asılı olaraq qismən fərqlidir.  Məsələn,  hamıya bəlli­
dir ki,  turizmin  gəlmə növü  dövlətə böyük iqtisadi  xeyir gətirir. 
Xaricə turist göndərən ölkələr üçün turizmin  iqtisadi  əhəmiyyəti 
bir  qədər  azdır.  Amma  getmə  turizminin  inkişafı  onun  xeyrini 
tam qiymətləndirməyə imkan verir.
Daxili  və  gəlmə  turizmin  inkişaf etdiyi  regionda  o,  iqtisa­
diyyata,  ətraf infrastruktura,  istehlakçılar bazarına və  sahibkarlıq 
fəaliyyətinin digər sahələrinə təsir göstərir.
Turizmin  sahibkarlıq  sahəsi.  Yaradılan  hər  bir  müəssisə 
xeyir gətirməlidir,  çünki o, müştərilərə öz məhsulunu və xidmət­
lərini  təqdim  edir;  fəhlə  və  qulluqçulara əmək haqqı  və ödəmə­
*  F o r u m  
(latın mənşəli  sözdür,  geniş nüfuzlu  məclis mənalarını  bildirir)  -  
bizim günlərdə forum, iclas, qurultay, böyük yığıncaq mənasını daşıyır.
45

lərin digər növlərini;  aksionerlərə (səhmdarlara) -  gəlir;  dövlətə 
(regiona) -  vergi və rüsumlar ödəyir.
Bunların  hamısı  bilavasitə  turist  firmasına  da  aiddir.  Onun 
yaradılması üçün böyük investisiya tələb olunmur, amma vəsaitin 
dövriyyəsi  sürətlənir  və  nisbətən  yüksək  rentabellik  əldə  edilir. 
Turizmdə,  xüsusilə gəlmə turizmdə  əsaslı kapital qoyuluşu tələb 
edən xidmət müəssissələrinin  (mehmanxanalar, restoranlar,  nəq­
liyyat  müəssisələri  və  şirkətləri)  mühüm  əhəmiyyəti  var.  Belə 
müəssisələrin  yaradılması  müxtəlif  növ  kapital  qoyuluşu  ilə 
bağlıdır.  Qeyd  etmək  lazımdır  ki,  bir  çox  şirkətlər  turagentlik 
turoperator  şirkəti 
kapital  həcmli  istehsalat  (misal  üçün, 
mehmanxana, restoran və s.) sxemi ilə inkişaf edirlər. Bu, kapita­
lın  toplanması  və  onun  inteqrasiya  olunmuş  turizm  istehsalatma 
investisiya olması yoludur.
İstehlak sahəsi.  Turizm -  istchlak tələbinin yeni  formasını 
-  gələn  turistlərin müxtəlif mal  və  xidmətlərə  olan  tələbini  can­
landırır.  Yerli sənaye bunları istehlakçıların tələbatma uyğun ola­
raq,  lazımi  miqdarda  təklif etməlidir.  Ona görə  də  turizm  isteh­
lak malları istehsal edən sahələrə müəyyən təsir göstərir. Turizm 
sayəsində  istehlak  mallarının  istehsalı  intensiv  surətdə  artaraq, 
regiona  fayda  gətirir,  yerli  sənayesinin  məhsullarının  satışı  arta­
raq, zəhmət adamlarmın yaşayış səviyyəsi yüksəlir.
G əlir  sahəsi.  Turist  axmı  sayəsinə  turizmin  aşağıda  qeyd 
olunan bir çox yerli  müəssisələrinin gəliri artır:  -  mədəni və əy­
ləncə müəssisələrinin (muzeylər, sərgilər,  memorial-xatirə kom­
pleksləri  və  abidələri,  şou və  kinobiznes)  gəlirləri  artır və  bu da 
öz növbəsində vergi ödəmələri hesabma regiona və yerli əhaliyə 
fayda verir.
-  Nəqliyyat müəssisələri, firma  və şirkətləri.  Bu müəssisə­
lərin gəlirləri birbaşa turistlərin miqdarından asılıdır. İctimai nəq­
liyyat,  avtomobillərin  icarəsi,  ekskursiya  məqsədləri  üçün  avto­
buslardan istifadə olunma, transferlər*, yerli aviaşirkətlər -  bunla­
rın hamısı turizmdən əldə edilən gəlirə istiqamətlənir.
*  Transfer  (ingilis  mənşəli  sözdür,  yerdəyişmə,  yerini  dəyişdirmək  mən- 
arını  bildirir)  -  turist  qrupları və yaxud  fərdi  turistlərin  qəbul  olunması  və 
yola  salınması  üçün  (bir qayda  olaraq bələdçi  -   tərcüməçi  ilə  birgə)  nəq­
liyyat vasitələrinin, aeroport -  otel -  aeroport və ya dəmiryol vağzalı  - otel 
-  vağzal marşrutu üzrə verilməsi.
46
-  Suvenirlər, xüsusi turizm ləvazimatı istehsal edən müəssi­
sələr və xalq sənətkarlığı.  Bu müəssisələrin istehsal etdiyi məh­
sullar bütün dünyada qonaqlara və turistlərə  istiqamətlənir.  Yal­
nız  turist  axım  olduqda  belə  məhsulun  kütləvi  şəkildə  hazırlan­
ması və satışı mümkündür.  Kifayət qədər işçiləri qazancla təmin 
edən  belə  müəssisələrin  məmulatlarının  satışı,  turizm  mərkəzi 
üçün əlavə reklam vasitəsidir.
Bu  keyfiyyətdən  geniş  istifadə  edərək,  yerli  simvollu*  tu­
rizm  ləvazimatı,  xalq  sənətkarlığı  məmulatları  istehsalına  hərtə­
rəfli dəstək vermək lazımdır.
Valyuta  sahəsi.  Turizm  ölkəyə,  regiona  böyük  miqdarda 
xarici valyuta axınına səbəb olur. Qəbul edən turizm «görünməy­
ən ixrac» adlanır, çünki istehlakçı ixrac məhsulunu bir yerdə otu­
rub gözləmir, özü bu məhsulun ardınca onu istehsal  edən ölkəyə 
gedir.
İnkişaf etmiş turizm sahəsi, ölkəyə valyuta daxil olmasmm 
artımına və sabitliyinə təkan verir.
Xarici  valyuta  nəinki  turist  paketinin  (turun)  ödənişindən, 
həmçinin  turistlərin  gündəlik  xərclərinin  və  əlavə  xidmətlərin 
ödəməsi üçün turizm (kurort) mərkəzlərinin pul mübadiləsi mən­
təqələrində dəyişmələrindən də daxil olunur.
Turizmin regionun  iqtisadiyyatına təsiri birmənalı  deyil və 
müəyyən problemlər yaradır:
Turizm fəaliyyəti mövsümi xarakter daşıyır.  Turistlərin gü­
nəş  vannaları  qəbul  etmək,  dənizdə çimmək,  yelkənli  qayıq,  xi­
zək  sürmək  və  idmanın  digər  növləri  ilə  məşğul  olmaq  zamanı 
özünü  daha  çox  biruzə  verən  bir  hal  kimi  çox  normal  qəbul 
olunmalıdır,  istirahət  və  tətil  mövsümləri  bütün  dünyada  mövc­
uddur.  Turizm  hərəkatında bu yüksək mövsüm adlanır və turist­
lərin  kütləvi  səyahətləri  ilə  müşahidə  edilir,  il  ərzində  sönük 
mövsüm  və mövsümlər arası dövrlər də vardır.  Bunların hamısı 
tələbat  və  istehsal üzərinə öz izini qoyur,  bütün turizm müəssisə 
və  təşkilatların,  həmçinin  turistlərə  xidmətə  yönəlmiş  digər  is­
tehsalat sahələrinin səmərəli işləməsinə böyük təsir göstərir.
Mövsüm amili yüksək əmək və böyük kapital qoyuluşu tə­
ləb  edən  müəssisələrə,  xidmətlər  sahəsinə  öz  təsirini  göstərir.
Simvol  -   yunan  mənşəli  sözdür,  işarə,  fərqləndirici  əlamət,  rəmz  mə­
nalarını bildirir.
47

Mövsümü enmə  işçi qüvvəsinin müvəqqəti azad olmasına gətirib 
çıxarır və işçi qüvvəsinə başqa iş yeri tapmaq məcburiyyəti qarşı­
sında qoyur.
Mövsümi  enmə  istehsal xərclərinin bölüşdürülməsinə  təsir 
göstərir,  bu  da  mallara  və  turistlərə  göstərilən  xidmətlərə  tətbiq 
edilən  qiymət  siyasətilə  sıx  bağlıdır.  Müəssisələrin  rentabelliyi 
qiymətlərin  səviyyəsindən  və  xidmətlərin  həcmindən  asılıdır. 
Ona  görə  də  qeyri-mövsüm  dövrlərindəki  istehsal  xərcləri  yük­
sək mövsümlərdə turizm  müəssisələri tərəfindən əldə edilən gə­
lirlər hesabına  ödənilir.  Bu da qiymət səviyyəsində  və differen- 
sasiyasında  əks  olunur.  Tələbatın  ölçüsü  eyni  zamanda  qiymət­
dən  asılıdır.  Qiyməti  elə  bir  səviyyədə  saxlamaq  lazımdır  ki,  o 
həm tələbin qənaətbəxş olmasını, həm də münasib istehsalat ren­
tabelliyini  təmin  etsin.  Qiymətlərin köməyi  ilə  turizmdə  mövsü­
mi xarakterin mənfi təsiri yumşaltmaq, qeyri-mövsümdə müştəri­
ləri cəlb  etmək,  bununla da müəssisələrin gəlirli  işləmə dövrünü 
uzatmaq  olar.  Turların  və  xidmətlərin  satışı  zamanı  mövsümi 
qiymət  endirimlərini  və  artımlarını  uşaq  yollayışlarına  (putyov­
ka) güzəştləri və s. nəzərə almaq lazımdır.  Bir sözlə turizm məh­
sullarına  və  xidmətlərinə  mövsümi  qiymət  differensasiyası 
vacibdir.
Qiymətlərin  differensasiyası  ilə  birgə  rentabellik problem­
lərinin  həlli üçün başqa üsullar da tədbiq olunur.  Qeyri-mövsümi 
istirahət formasının  və  xidmətin  inkişafı  onların  uğurlarından bi­
ridir.  Payız və yaz dövrlərində kurort mehmanxanalarında hobbi- 
turlarm*  təşkili;  qurultay,  konqress,  simpoziumların  keçirilməsi 
üçün maddi bazadan  istifadə olunması;  kurortlar yerləşmiş ərazi­
lərin  diqqətəlayiq  yerlərinə  dərketmə  turlarının  təşkili,  qeyri- 
mövsümdə maddi bazanın yüklənməsinə,  turagcnt və turoperator 
şirkətlərinin  işinin fəallaşmasma,  iqtisadi problemlərinin azalma­
sına  imkan  verir.  Birinci  və  qismən  ikinci  üsulla  yanaşı,  qeyri- 
mövsümi  dövrlərdə  tam istirahəti təmin edən üsuldan  da istifadə 
etmək  olar.  Payız-qış-yaz  aylarında  dənizdə  çimmək  mümkün 
olmasa  da,  kürort mehmanxanalrında qızdırılmış  dəniz suyu olan
*  Hobbi  turizm  -  beynəlxalq  turizmin bir növü.  Turizmin bu  növü  turistə 
səyahət  və  istirahət zamanı  onun  həvəs  və  maraqlarını bölüşdürənlər  ara­
sında  sevimli  işlə  (avtomobil  həvəskarlan,  idman  azarkeşləri,  musiqi  kol­
lektivlərinin pərəstişkarları və s.) məşğul olmağa imkan yaradır.
48
hovuzlar vardır.  Sərin  külək günəş vannalarını qəbul etməyə im­
kan  verməsə  də  şüşəbəndli  verandalar  süni  solyariyalar,  qış 
bağçaları  vardır.  Bütün  digər xidmətlər isə  mövsümdən  asılı  ol­
mayaraq  dəyişməz  qalır  və  həmişə  turistlərin  sərəncammdadır. 
Mövsümi endirimlərlə yanaşı,  belə məhsul  öz tələbat seqmentini 
mütləq tapacaqdır.
Turizm istehsalı aşağıda adı çəkilən xarici amillərdən:  döv­
lətin  ümumi  vəziyyəti  və  iqtisadiyyatının  inkişafı,  siyasi  və­
ziyyət,  region  istehlakçılarının  təhlükəsizlik  məsələləri  və  in­
formasiya təminatından xeyli dərəcədə asılıdır.
Bu  amillərdən  hər birinin  turist  axınının  artıb-azalmasında 
rolu  olduğu  üçün  turizm  müəssisəsinin  maliyyə vəziyyətinə  həl­
ledici  təsir göstərə bilər.
Ona  görə də  firmanın davamlı  maliyyə zəmanəti sahibkar­
lığın divcrsifikasiyası*, müəssisənin peşəkar fəaliyyətinin sığorta­
lanması və s. nəzərə alınmalıdır.
2 . 2 .   T U R İZ M İN  SOSİAL ƏHƏMİYYƏTİ
Hamıya  bəllidir  ki,  müasir cəmiyyət elm  və  texnikanın  in­
kişafı,  şəhərlərin  böyüməsi,  əmək  məhsuldarlığının  artması,  in­
formasiya  axınm  güclənməsi  nəticəsində  bir  sıra  problemlərlə 
üzləşir.
İşsizlik,  zəhmətkeşlərin  həyat  səviyyəsinin  aşağı  olması, 
psixoloji təzyiq,  streslər və onunla  bağlı böhranlı hadisələrin ge­
dişi,  asudə  vaxtlarda  gənclərin  neqativ  fəaliyyətinin  artması,  tə­
biətdə  ekoloji tarazlığın pozulması -  müasir cəmiyyətin  bu və ya 
digər problemləri bizim ölkədə də mövcuddur.
Turizm  sahəsinin  inkişafı  bu problemlərin həllində öz  töh­
fəsini  verə  bilər.  Cəmiyyətin  həyatında  turizmin  sosial  əhə­
miyyəti  aşağıdakılardan ibarətdir:
-  cəmiyyətin  psixofızioloji  resurslarının  bərpası,  insanın 
əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti;
- asudə vaxtdan səmərəli istifadə;
* Divcrsifikasiya (latın mənşəli sözdür, müxtəliflik, dəyişkənlik mənalannı 
daşıyır)  -   hər  hansı  bir  obyektin  fəaliyyətinin  genişlənməsi,  öyrənilməsi 
kimi başa düşülür.
49

- zəhmətkeşlərin gəlirlərinin artması;
-  turizmin  ekoloji  cəhətdən  zərərsiz  olması,  onun  rekrea­
siyanın bərpasına və dəstəklənməsinə istiqamətlənməsi.
Turizm in tək rar istehsaletmə funksiyası.  Turizmin  sosial 
baxımdan  əsas  funksiyası  -   insanın  və  ya  cəmiyyətin  müəyyən 
istehsalat  və  məişət  məsələlərinin  həlli  üçün  sərf  olunmuş 
qüvvəsinin  bərpasına  istiqamətlənmiş  təkrar  istehsaletmə  fun­
ksiyasıdır.  Bu  funksiya istirahət,  fiziki  və psixoloji  qüvvənin  qo­
runub  saxlanılması  və  bərpası  ilə  məhdudlaşmır.  O,  fəaliyyətin 
xarakterinin  dəyişməsini,  ətraf  şəraitin,  təbiətin,  mədəniyyətin 
və s. yeni olayların fəal dərkedilməsini təmin edir.
Urbanizasiya,  istehsalatın  mexanikləşdirilməsi,  istehlakın 
yeksənəkliyi, həmçinin informasiya axınının güclənməsi, insanın 
öz  iş  yerini  daha  yorğun  tərk  etməsinə  səbəb  olur.  Yorğunluq, 
psixoloji  xarakter  daşıdığı  üçün,  stresin  götürülməsi  tələbatı  ya­
radır.  Əsəb gərginliyi və daim təkrarlanma ilə bağlı olan istehsa­
lat həyatınm yorğunluğunu,  daimi  yaşayış  və  iş  yerinin,  ilk növ­
bədə adi  həyat tərzinin və şəraitin müvəqqəti dəyişməsini təmin 
edən yerdəyişmə ilə aradan qaldırmaq olar. Bunların hamısmı tu­
rizm verə bilər.
Ondan  başqa,  müasir  urbanizasiya  və  şəhərlərdə  sənaye 
müəssisələrinin  təmərküzləşməsi  işdən  sonra  əsl  istirahət  et­
məyə imkan verir.
Aqlomerasiya*  şəraitində  sərbəst,  günəş  saçan  məkan  aza­
lır, şəhər sakinləri  təbiətdən təcrid olunurlar.  Park və bağ sahə­
lərinin az olması  iri  şəhərlərin ekologiyasında  olan çatışmamaz- 
lıqların bərpa olunmasına imkan vermir.
Şəhər  həyatmm  tempi,  sürətli  reaksiyanın  lazım  olduğu, 
küçələrdə  sayıqlıq,  gündəlik  böyük  məsafələrin  dəf edilməsi  -  
bunlarm  hamısı,  hətta işdən azad vaxtda da əsəb gərginliyi yara­
dır və  gücləndirir.  Bu cür yorğunluq toplanaraq müxtəlif istehsa­
lat və  məişət xəsarətlərinə  və  xəstəliklərə  əlavə  şərait yaradır, 
hətta  istehsalatda  və  ondan  kənarda  neqativ  enerjinin  yığılması 
konflikt vəziyyətə gətirib çıxarır.
*  Aqlomerasiya  (latın mənşəli  sözdür,  birləşdirmək,  əlavə  etmək mənala­
rını bildirir).  Urbanizasiyanın müasir mərhələsi  üçün  şəhər əhalisinin yer- 
ləşdirilməsinin  sadə  formalarından  daha  mükəmməl  formalarına  -   adı 
«nöqtəvari» şəhərdən, şəhərlərin qruplarla yerləşməsi sistemlərinə keçid.
50
Turizm  istirahəti  hərtərəfli  özünübərpanın  əla  formasıdır. 
O,  fəal,  çevik,  maraqlı  olması  ilə  insanın  və  cəmiyyətin  fiziki 
«kondissiyasım»* bərpa edir.
Müasir  şəraitdə  insanın  real  sağlamlığı,  yalnız  onun  daimi 
həyat  şəraitindən  tam  fərqli  olan  istirahət  formalarından  istifadə 
etməklə bərpa oluna bilər.  Bunu da turizm verə bilər.
Turizmin  bərpacdici  funksiyasının  üç  əsas  nöqteyi-nəzəri 
seçilir:
1.  Şəraitin  və  fəaliyyət  növünün  tam  dəyişməsi  yolu  ilə 
fərdin yorğunluq hissindən azad olması;
2.  Əyləncə  funksiyası  -   istirahət  edənə  əyləncə  üçün  im­
kan yaradılmasıdır.  Gəldiyi yerlə, oradakı  insanlarla tanış olmağı, 
mədəni tədbirlərdə (konsertlər, teatrlar) iştirak etmək, asudə vaxt 
tədbirləri  (rəqslər,  diskotekalar,  şoular,  festivallar  və  s.),  idman 
məşqləri, birinci funksiyanın güclənməsinə imkan yaradır;
3.  İntellektual  funksiya  -   şəxsiyyətin  inkişafına,  onun  dər­
ketmə  potensialının  genişlənməsinə,  yaradıcılıq  və  təşkilatçılıq 
fəaliyyətinə  imkan  yaradır,  dərketmə  (ekskursiyalar,  muzey  və 
abidələrə  baş çəkilməsi),  özünü  təsdiq etmə  (müsabiqələr,  yürü­
şlər,  ekspedisiyalar,  idman  məşqələləri  və  s.),  həmçinin  insan 
qüvvəsinin bərpası üçün psixoloji cəhətdən faydalıdır.
Asudə  vaxtın  səm ərəli  istifadə  olunması.  İstchsalcdici 
qüvvələrin  inkişafı  zəhmətkeşlərin  asudə  vaxtmın  artmasına  sə­
bəb  olmaqla yanaşı  onun  səmərəli  istifadə  olunması  problemlə­
rini  də ortaya çıxarır.  Turizmin  vəzifəsi  vətəndaşların  işdən azad 
vaxtlarında  müsbət  fəaliyyət  növlərinə  cəlb  etməkdən  ibarətdir. 
Bu  insanlarda  mənfi  hal  olan  sərxoşluqdan,  narkotik  maddələrin 
qəbulundan, qeyri-hüquqi xarakterli, qeyri-formal birliklərdə  işti­
rak etməkdən  və  s.  neqativ  hərəkətlərdən yayındıra bilər.  İnsan­
lara münasib qiymətlərlə  təklif edilən  səyahətlər və  ekskursiya­
lar onları turizm istirahətinə cəlb edir.
Turizm məhsulunun  istehlakçıları  istirahət,  məzuniyyət  və 
tətil  günlərini  turist  marşrutlarında  və  ekskursiyalarda  keçirmək­
lə,  öz  asudə  vaxtından  səmərəli,  faydalı  və  maraqlı  istifadə  et­
mək imkanı əldə edirlər.
Turizm vasitəsilə bazar günlərində asudə vaxtm təşkili  (ba­
zar günləri marşrutu ilə) istehlakçılara istirahət günlərini səmərə­
* Kondisiya -  norma, standart, keyfiyyət mənalarını bildirir.
51

li və maraqlı keçirməyə köməklik edir.
Bir  sıra  mütəxəssislər,  qısa  müddətli  səyahətlərin  tez-tez 
həyata  keççirilməsinə baxmayaraq kifayət qədər  lazımi  istirahət 
effekti vermədiyini təsdiq edirlər.
İstirahət və tətil günlərində istirahətin təşkili  turizm təşki­
latlarının  vəzifəsidir  və  cəmiyyətin  mənəvi  və  fiziki  sağlamlığı 
müəyyən dərəcədə onun lazımi səviyyədə icrasından asılıdır.
Müxtəlif turist klublarının  inkişafı  gəncləri  turist marşrut­
larına (ekologiya və təhlükəsizlik qaydalarına riayət edilməsi şər­
ti ilə qayıq və sallarla su hövzələrində, meşə və dağlarda) maraq­
lı  səyahətlərə  cəlb  etməklə,  sağlam  nəslin  formalaşmasına  kö­
məklik edə bilər.
Məşğulluğun  təmin  olunması.  Müəyyən  ərazidə  inkişaf 
etmiş turizm sənayesinin mövcudluğu işsizlik problemlərinin həl­
linə imkan yaradır.  Belə ki, turizm mexanikləşmənin və avtomat- 
laşmanın  təsiri  altma  düşməyən  sahədir.  Misal  üçün,  mehman­
xana biznesində  məşğulluq göstəricisi orta hesabla  10  nəfər turi­
stə  3  nəfər  xidmət  personalmdan  (2-dən  5  nəfərədək)  ibarətdir. 
Mehmanxananın  dərəcəsindən  asılı  olaraq,  onun  səviyyəsi 
yüksəldikcə  sərf olunan  əmək do  artır.  Bu  kifayət  qədər yüksək 
göstəricidir.  Beş  ulduz  dərəcəli  mehmanxanalarda  1200  nəfər 
qonağa xidmət göstərilməsi ilə 600 işçi məşğul olur.  Kruiz gəmi­
lərində  5000  sərnişinə  1200-1500  turist  ekipajı  üzvləri  (matros­
lar,  animator*,  turizm  üzrə  təlimatçılar  və  digər  işçilər)  qulluq 
edir.  Ekskursiya  bələdçilərinin,  gidlərin,  turizm  və  idman  üzrə 
təlimatçılarm  əməyini  mexanikləşdirmək  və  avtomatlaşdırmaq 
mümkün deyil.
Turizm infrastrukturunun inkişafı əmək resurslarını turistlə­
rin xidmətinə  cəlb edir.  Ona  görə  də  turizmin  inkişafı,  işsizliyin 
aradan qaldırılmasına imkan yaradır.
ÜTT-nin statistik göstəricilərinə  görə, bu gün dünyada hər 
15-ci iş yeri turizmin payma düşür.
Amma qeyd etməliyik ki, turizm  sahəsində məşğulluq mə­
sələlərinin  öz  problemləri  var:  natamam  iş  günü,  mövsümlük və 
s.  Misal  üçün,  turizm  mərkəzlərində  qonaqlara  xidmət  zamanı 
natamam  iş  günündən  istifadə  olunur.  İşçilər  seçilərkən  onların
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin