Dərs vəsaiti Bakı Dövlət Universiteti


* Animator -  turistlərin rekreasiya fəaliyyətinin təşkilatçısı  və  turist məh­ sulunu formalaşdıran mütəxəssis. 52



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   2   3   4   5   6   7   8   9   ...   24
Turizm-ekskursiya ishinin teshkili


* Animator -  turistlərin rekreasiya fəaliyyətinin təşkilatçısı  və  turist məh­
sulunu formalaşdıran mütəxəssis.
52
qısaldılmış  iş  gününə  razılığı  alınmalıdır.  Bu,  turizmdə  me­
necmentin*  problemidir.  Digər  tərəfdən,  turizm  müəssisələrində 
məşğulluq  adətən  mövsümi  xarakter  daşıyır,  bu  arzuolunmaz 
amildir.  Yüksək  mövsümdə  bu  amili  yumşaltmaq  məqsədi  ilə 
digər yaşayış məntəqələrindən, müqavilə əsasında tələbələrin işə 
cəlb  olunması  təcrübəsi  tətbiq  olunur.  Yerli  əhaliyə  bir  qayda 
olaraq  daimi  iş  yerləri  verilir.  Yüksək  mövsümlərdə  tələbələrin, 
evdar qadınların pul qazanmaq imkanı müsbət hallardan birdir.
Dünya təcrübəsi göstərir ki, bu və ya digər regionda turizm 
sənayesi  nəinki  yerli  əhalini  işlə  təmin  edir,  həmçinin  regiona 
əlavə  işçi  qüvvəsi  cəlb  etməklə,  ərazinin  əhalisinin  sayının  art­
masına səbəb olur.
Başqa  ərazidən  işçi  dəvət  etməklə,  orta  hesabla  yaşayış 
üçün  3  nəfəri cəlb etmiş oluruq.  Amma kənar əmək ehtiyatlarını 
cəlb etmək, yerli əhalinin həddindən çox artmasına səbəb ola bi­
lər, bu da öz növbəsində rekreasiya təzyiqin artmasına gətirib çı­
xarır.  Turizm  təklifi  rekreasiya  üzərində  qurulduğuna  görə,  bu 
prosesin tənzimlənməsi vacibdir.
Zəhmətkeşlərin  həyat  səviyyəsinin  yüksəlməsi.  Turizm 
daha çox əmək ehtiyatlarının  işə cəlb olunması, gəlirli olması  və 
nisbətən  tez  zamanda  öz  xərclərini  ödəməsi  ilə  əhalinin  həyat 
səviyyəsinin yüksəlməsinə  birbaşa və bilavasitə təsir göstərir:
-  birbaşa  tosir,  turizm  müəssisəsi  və  firmanın  təklif etdik­
ləri  xidmətin  genişlənməsi  ilə  əlaqədar  işçilərin  əmək  haqqları­
nın  artması  sayəsində  onların  gəlirlərinin  yüksəlməsində  özünü 
büruzə  verir.  Başqa  peşə  sahiblərinin  mövsümün  qızğın  çağında 
turizmdə əlavə işlə təmin olunması heç də sonuncu rol oynamır;
-  bilavasito  tosir,  turizm  mərkəzlərində  servis  xidmət­
lərinin geniş şəbəkəsi  (məişət xidmətləri,  idman klubları,  hovuz­
lar,  şou  biznes,  restoranlar,  kafe,  barlar,  diskotekalar,  avtomobil 
təmiri  emalatxanaları  və  s.)  inkişafı  ilə  bağlıdır.  Bu  obyektlərin 
fəaliyyəti  həm  gəlmə  turistlərə  (qonaqlara),  həm də  yerli  əhali­
nin  xidmətinə  yönəlir.  Yeni  mehmanxanaların  və  ya  turist m ər­
kəzlərinin  yaranması,  turizmin  infrastrukturu  anlayışına  daxil 
olan  müstəqil  servis,  ticarət  və  əyləncə  müəssisələrinin,  abad 
yollarm  tikintisi  ilə  mütləq  müşahidə  olunur.  İnkişaf etmiş  infra-
*  Menecment  (ingilis  mənşəli  sözdür)  idarəetmə  məsələlərinin  həlli  vasi­
təsilə müəyyən son nəticənin əldə olunmasına  yönəldilmiş fəaliyyət.
53

strukturdan regionda yaşayan yerli əhalinin istifadə etməsi - həy­
at səviyyəsinin göstəricisidir.
Turizmin  ekoloji istiqamətlənməsi. Turizmin ekoloji təsi­
ri  onun  nisbətən  zərərli  olması  və  ətraf mühitin  mühafizəsinin 
təşkili  bacarığı  ilə  ifadə  olunur.  Turizm  digər  sahələrdən  fərqli 
olaraq  ekologiya  və  rekreasiyanın  dəstəklənməsində  çox maraq­
lıdır, çünki bu onun fəaliyyətinin mühüm şərtlərindəndir.
Turizm  təbiət  tarazlığını  pozmur,  ekologiyanı  tükətmir. 
Təbiət, mədəniyyət və tarixi obyektləri istismar edərkən abidələ­
rə  nəinki  xələl  gətirmir,  əksinə  onlarm  qorunmasında  və  bərpa­
sında  maraqlıdır.  Çünki  obyekt  baxımlı  olmasa,  turist  -   ekskur­
siya xidmətinin əsas  element-lərindən olan nümayiş  də  mümkün 
olmaz.
Turizm  mərkəzində  və  onun ətrafında maraqlı,  abad park­
ların,  şəhər  bağçalarının  olması  turistlərin  yaxşı  istirahəti  üçün 
şərait yaradır və turizm mərkəzinin reytinqini yüksəldir. Ona gö­
rə  də  təbiət obyektlərinin istismarı  müəyyən  hədd çərçivəsində 
olmalı  və insanların qüvvəsinin bərpasına kömək etməlidir.
2.3.  TURİZMİN HUMANİTAR ƏHƏMİYYƏTİ
Turizmin  ictimai  həyatında  əhəmiyyətindən  söz  açarkən, 
onun  humanitar  funksiyasını  unutmaq  olmaz.  Turizmin  mühüm 
funksiyası -  şəxsiyyətin inkişafı, onun dərketmə dairəsinin və ya­
radıcılıq potensialının genişlənməsi üçün imkanlarm yaradılması- 
du.  Dərketməyə  meyli  həmişə  şəxsiyyətin  ayrılmaz  xüsiyyətlə- 
rindən olmuşdur.
Turizmin  hamıya  bəlli  olan  humanitar  funksiyalarından 
aşağıdakıları qeyd edə bilərik.
İntellektual  məzmunlu  funksiya  həyatın,  tarixin,  mədə­
niyyətin,  başqa  millətlərin  ənənələrinin  dərketməsinin  istirahət 
ilə uyğunlaşduılması  - elə bir problemdir ki,  onu böyük humani­
tar potensiala malik olan turizm həll edə bilər.
Ekskursiya tədbirləri turizmdə əsas  intellektual -  dərketmə 
funksiyasını  yerinə  yetirir.  Ekskursiyaların  müxtəlif  mövzuları 
(tarixi,  ədəbi,  memarlıq,  etnoqrafik,  təbiəti  dərketmə,  istehsalat 
və s.) bütün insanların həyatı və təbiət haqqında biliklərin inkişaf 
etməsinə  imkan verir,  hər kəsə öz marağma uyğun  geniş dərket­
54
mə seçiminə şərait yaradu.
Audio  və  video  vasitələrin  birləşməsi,  təklif edilən  mate­
rialın daha yaxşı dərkedilməsinə imkan verir. Müəyyən obyektlə­
rin nümayişi  ilə  aparılan ekskursiyaların məzmunu mənimsəmə­
ni  və  alman təəssüratı gücləndirir.  Maraqlı obyektlər ekskursiya­
nın  müvəffəqiyyətlə keçməsinin yarısı deməkdir.  Ekskursiya  bə­
lədçisinin  danışıq  məharəti  də  mühüm  əhəmiyyət  kəsb  edir  və 
nümayiş etdirilən  obyektlər haqqında maraqlı  məlumatları,  fakti­
ki materialı və ekskursiya bələdçisinin şəxsi münasibətini özündə 
əks etdirir.
Turistlər  üçün  diqqətəlayiq  yerlərə  baxışm  mühüm  ə h ə ­
miyyəti  var.  Ekskursiya zamanı  əyani  olaraq  qeyd edilən  və  eşi­
dilənlər  bir  qayda  olaraq  uzun  müddət  yaddaşda  qalır.  Peşəkar 
bələdçinin keçirdiyi  ekskursiya insan qəlbinə yol tapır.  Başqa öl­
kələrin  mədəniyyəti  və  ənənələri  ilə  tanışlıq  insanın  ruhunu  zə­
nginləşdirir və onun dünyagörüşünü genişləndirir.
Turizmin  dinc,  sülhsevər istiqamətlənməsi. Turizm xalq­
lar arasındakı  sülh  və  dostluğun  möhkəmlənməsində  maraqlıdır, 
çünki bu onun  fəaliyyətinin şərtlərindən biridir. Beynəlxalq turist 
mübadilələri müxtəlif regionlar, xalqlar, ölkələr arasındakı əlaqə­
lərin  möhkəmlənməsinə  imkan  yaradır.  Turizm  müharibə  və 
başqa  gərginlik şəraitində  inkişaf edə  bilməz.  Xalqlar arasındakı 
anlaşılmazlıq da  turizmə  tam  həcmdə  inkişaf etməyə  imkan  ver­
mir.  Ona görə  də  müxtəlif ölkələr arasındakı  turizm  əlaqələrinin 
yaradılması -  bütün  dünyada  qarşılıqlı  münasibətlərin  istiləşmə­
sinin  ifadəsidir.  Millətlər arasındakı  dinc yanaşı yaşama prinsipi­
ni  təbliğ  edən  turizm,  dünyada  sülhün olmasından  bilavasitə  ası­
lıdır.
Gənc  nəslin  tərbiyəsi.  Uşaq  auditoriyasma  peşəkar  eks­
kursiya  xidmətinin  göstərilməsi  nəinki  onlarm  dünyagörüşünü  artı­
rır,  hətta  gənc  nəslin  estetik  zövqünün  cəmiyyətə  və  ətraf təbiətə 
münasibətinin  formalaşmasına kömək göstərir.
Cəmiyyət  uşağı  həyata  necə  hazırlayırsa,  cəmiyyəti  o  cür 
gələcək  gözləyir.  Ona  görə  də turizm  və  ekskursiya  firmalarının 
uşaq  auditoriyası  ilə  apardıqları  iş,  mühüm  humanitar  və  sosial 
əhəmiyyətlidir.
55

FƏSİL 3
TURİZMİN  STATİSTİKASI
Turizm bütün dünyada iqtisadiyyatın ən gəlirli  sahəsi  sayı­
lır.  Turizm  sahəsinin  milli  təsərrüfatdakı  paymı  nümayiş  etdir­
mək üçün müxtəlif üsullardan istifadə olunur.  Statistika bunun ən 
yaxşı  göstəricisidir.  Onun  əsas  vəzifəsi  turizmin regionun  iqtisa- 
diyyatmdakı  rolunu  göstərməkdən  ibarətdir.  ÜTT  ekspertlərinin 
rəyinə  görə,  bir  sıra  ölkələrdə  turizm  üzrə  statistika  uçotunun 
aparılma  metodikası  səmərəli  deyil,  bir  çox  ölkələrdə  isə  bu  iş 
hələ  lazımi  səviyyədə  deyil.  Belə ölkələr sırasında  Azərbaycanı 
da qeyd etmək olar.  Ona görə də  inkişaf etmiş ölkələrdə istifadə 
olunan və ÜTT tövsiyələrinə əsasən turizmdə  istifadə  edilən  qa­
baqcıl  statistik uçotun  aparılması  üsullarını  öyrənmək  və  tədbiq 
etmək lazımdır.
3.1. 
T U R İZ M   STA TİSTİK A SI ANLAYIŞI 
VƏ  ONUN MƏQSƏDLƏRİ
Statistika  -   cəmiyyət  həyatmın 
kəmiyyət  qanununa 
uyğunluğunu,  onların  keyfiyyət tərkibi  ilə  qırılmaz  əlaqəsini  xa­
rakterizə  edən  məlumatın  alınması,  işlənməsi,  analizi  və  dərc 
olunması kimi başa düşülür.
Daha yığcam mənada statistika -  hər hansı bir hadisə və ya 
proses haqqındakı məlumatlar (rəqəmlər) məcmusudur.
Turizm XX əsrin sonlarında nəinki beynəlxalq  həyatm  və 
ticarətin mühüm elemetlərindən biri olub, hətta bir çox ölkələrin 
iqtisadi,  mədəni  və  sosial  inkişafının  əhəmiyyətli  amillərindən- 
dir.
Ölkələrin bir-birindən iqtisadi asılılığının artması, siyasi və 
iqtisadi  barterlərin  azalması,  adətən  müxtəlif  ölkələrdə  bir- 
birindən  fərqli  olan  turizm  üzrə  ənənəvi  hesablama  üsullarının 
dəyişməsini  tələb  edir.  Statistik  göstəricilərin  yığımı  işində  və 
onların mübadiləsi üçün turizmin vahid  statistik bazasının yaran­
56
ması,  turizm  sahəsində  ümumi  konsepsiyanın*,  anlayışların  və 
klassifikasiyalarm  qəbul  olunması  üçün  hökümətlər  və  turizm 
sahəsi  nümayəndələri  arasında  razılaşmaların  əldə  edilməsinin 
tezləşdirilməsi vacibdir.
Bir  sıra  ölkələrdə  turizm  göstəricilərinin  mənbəyi  müəy­
yən olunub, amma statistika konsepsiyası və turizm anlayışları bir 
çox ölkələrdə müxtəlifdir. Bəzi ölkələrdə statistika sistemləri h ə­
lə işlənib hazırlanmayıb.
Vaxtilə  ÜTT  tərəfindən  təklif edilən və  bir çox inkişaf et­
miş ölkələr tərəfindən qəbul edilən turizm statistikası üçün vahid 
göstəricilər yığımı sisteminə keçilməsinə ən zəruri ehtiyac var.
Etiraf etməliyik ki, Azərbaycan Respublikası Dövlət Statis­
tika  Komitəsinin  18.01.2002-ci  il  tarixli  6/14  saylı  qərarı  ilə  tu­
rizm fəaliyyəti haqqmda illik hesabat forması təsdiq olunub  (əla­
və  olunur).  Lakin  eyni  zamanda  qeyd  etməliyik  ki,  respublika­
mızda  bu  cünə  kimi  turizm  statistikasının  aparılması  hələ  də  la­
zımi səviyyədə deyil.
Azərbaycan  Respublikası 
Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası 
Dövlət Statistika Komitəsinin 
18.01.2002-ci il  tarixli 6/14 saylı 
qərarı ilə təsdiq edilmişdir.
1  -  TURİZM «Turizm fəaliyyəti haqqında illik hesabat»
dövlət statistik hesabat formasının tərtibinə dair 
metodoloji izahatlar
1  -  TURİZM  dövlət  statistik  hesabat  formasını  mülkiyyət 
və  təşkilati-hüquqi  formasından  asılı olmayaraq turizm  məhsulu­
nun (turların)  formalaşdırılması, hərəkətə gətirilməsi və satışı  ilə 
məşğul olan bütün turist müəssisələri -  hüquqi şəxslər və onlarm 
yerli  bölmələri  doldurur.  Təkrar uçota  yol verməmək üçün turo- 
peratorun  müstəqil  balansa  malik  olan  özünün  turist  agentlikləri 
üzrə məlumatlar turoperatorlarm  hesabatlarına daxil edilmir.  Əg­
*  K o n s e p s iy a  
(latın mənşəli sözdür,  başa düşmə, sistem mənalarını daşıyır)
-   hər  hansı  predmeti,  hadisəni,  prosesi  başa  düşməyin,  şərh  etməyin 
müəyyən üsulu.
57

ər turist agentlikləri müstəqil balansa malik deyilsə, baş müəssisə 
onların məlumatlarını öz hesabatlarında əks etdirməlidir.
Mövsümi  fəaliyyət  göstərən turist təşkilatları  (təqvim  ilini 
tam işləməyənlər) ümumi əsaslarla təqdim edirlər.
Dəyər  ifadəsində  bütün  göstəricilər min  manatla,  onda  bir 
dəqiqliklə, qalan göstəricilər isə tam ədədlərlə göstərilir.
1  -   TURİZM  dövlət  statistik  hesabat  formasında  istifadə 
edilən  anlayışlar  1999-cu  ildə  qəbul  olunmuş  Azərbaycan  Res­
publikasının  «Turizm  haqqında»  Qanununa  uyğun  olaraq  aşağı­
dakı mənaları ifadə edir.
turizm  -   Azərbaycan  Respublikası  vətəndaşlarının,  əcnə­
bilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  müvəqqəti  olacağı  öl­
kədə  (yerdə)  ödənişli  fəaliyyətlə  məşğul  olmamaq  şərtilə  istira­
hət,  sağlamlaşdırma, tanış olma,  idrakı  (tarix və mədəniyyət sər­
vətlərindən  bəhrələnmə  və  s.),  iş-peşə  (vəzifə  borclarının  icra 
edilməsi  istisna  olmaqla),  idman  və  dini  məqsədlərlə  daimi  ya­
şayış yerlərindən müvəqqəti getmələri (səyahətləri);
turist -   istirahət,  sağlamlaşdırma,  tanış  olma,  idrakı  (tarix 
və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.),  iş-peşə (vəzifə 
borğlarmın  icra edilməsi istisna olmaqla),  idman və dini məqsəd­
lərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq 
şərtilə 24 saatdan  12 ayadək müvəqqəti olan şəxs;
tu r  -   konkret  müddətdə  konkret  marşrut  üzrə  fərdi  və  ya 
qrup  halmda  səfərdən  ibarət  olan,  turizm  məhsulunun  vauçer 
şəklində satılmış forması;
turizm  yollayışı  -   ciddi  hesabatlı  blank  olub,  proqramla 
nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd;
turoperator  -   turların  komplektləşdirilməsi,  turizm  məh­
sulunun  formalaşdırılması,  hərəkətə  gətirilməsi  və  satışı  ilə 
məşğul olan turizm təşkilatı;
turagent  -   turoperator  tərəfindən  turların  satışı,  turizm 
məhsulunun  hərəkətə  gətirilməsi  və  satışı  üzrə  vasitəçilik  fəa­
liyyəti göstərən hüquqi və ya fiziki şəxs;
turagentiik  -   turizm  və  ekskursiya  yollayışlarının  satışı, 
habelə  turizm-ekskursiya  fəaliyyətinin  təşkili  (informasiya,  rek­
lam, marketinq və s.), digər xidmətlər göstərilməsi üzrə vasitəçi­
lik fəaliyyəti göstərən hüquqi və fiziki şəxs;
turizm  məhsulu  -   turistlərə  göstərilmiş  xidmətlər  kom­
58
pleksi  (turistlərin  yerləşdirilməsi,  daşınması,  yeməyi  üzrə  xid­
mətlər  kompleksi,  ekskursiya,  həmçinin  bələdçi  (bələdçi- 
tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq  gö­
stərilən digər xidmətlər).
I  Bölmə.  İşçilərin  orta  sayı  haqqında  məlumatların  doldu­
rulması zamanı (08-ci sətir) Azərbaycan Respublikası Dövlət Sta­
tistika  Komitəsinin  işçilərin  sayı,  əmək  haqqı  və  hərəkəti  haq­
qında  hesabat  formalarının  doldurulmasına  dair  metodoloji  iza­
hatlar əsas götürülməlidir,  09-cu sətiri turizm fəaliyyətindən baş­
qa dijər fəaliyyətlə məşğul olan turoperatorlar doldururlar. Bu sə­
tirdə  başqa  fəaliyyət  növü  ilə  bağlı  işləri  yerinə yetirən  işçilərin 
sayı göstərilir.
10-cü  sətirdə  ƏDV,  aksiz  rüsumlar  və  analoji  məcburi 
ödənişləri çıxmaqla işlərin, xidmətlərin (səyahətlərin), məhsulla­
rın  satışından  əldə  edilən  gəlirlər  göstərilir.  Bu  göstərici  46-cı 
hesabda  «Satış»  və  «Mənfəət və  zərər haqqında»  2  №-li  müha­
sibat  formasının  10-cu  sətrinə  uyğun  olmalıdır.  Kiçik  müəssisə­
lər  üçün  bu  göstərici  «Satış  üçün  uçot  cədvəli»  üzrə  ödəniş  for­
masına  və ya «Təsərrüfat fəaliyyəti  faktlarının uçot kitabı (jurna­
lım a  uyğun sadələşmiş formada aparılır.
Turoperatorlar  10-cu  sətirdə  turizm  fəaliyyətindən və  baş­
qa  fəaliyyətdən  əldə  edilən  gəlirləri  göstərirlər.  Onlar  11-ci  sə­
tirdə  10-cu  sətir  üzrə  göstərilmiş  gəlirlərin  cəmindən  bilavasitə 
turizm  fəaliyyətindən əldə edilən gəlirləri göstərirlər.
Turagentiik  10-cu  sətirdə  yalnız  digər  fəaliyyətdən  əldə 
edilən gəliri (turizmdən başqa) göstərirlər.  Agentliklər  11-ci  sətri 
doldurmur,  12-ci sətirdə isə 46-cı hesabda uçota alınmış mükafat­
ların məbləğini göstərirlər.
13- 
cü  sətirdə  20-ci  hesabda  müəssisənin  «Əsas  istehsal» 
hesabmda uçota alınan təşkilatların istehsal xərcləri göstərilir.
14- 
cü  sətirdə  xərclərin  ümumi  cəmindən  əsas  turizm  fəa­
liyyətinə ayrılmış xərclər göstərilir.  14-cü sətirdə turist xidmətlə­
rinə  ayrılmış  xərclərin  məbləği  elementlər üzrə  ayrılmış  (15-19- 
cu sətirlər) məbləğlərin cəminə bərabər olmalıdır.
15,  18,  19-cu  sətirləri  doldurmaq  mümkün  olmadıqda 
aşağıda göstərilmiş hesablama üsulundan istifadə etmək olar:
turizm  fəaoiyyəti  ilə  məşğul  olan  işçilərin  müəssisə  üzrə 
işçilərin  ümumi  saymda  xüsusi  çəkisi,  nisbəti  əsas  götürülərək
59

material xərclori, əsas fondların amortizasiyası və digər xərclərin 
hesablanmasına şamil edilir.
20-ci sətirdə turizm məhsulunun istehsalı (satışı) zamanı is­
tifadə olunan kənar təşkilatların göstərdiyi xidmətlər üzrə hüquq­
ların əldə edilməsinə çəkilən xərclərin məbləği göstərilir. Bu sə­
tirdə göstərilmiş xərclərin məbləği 21-26-cı sətirə  qədər göstəri­
lən xərclərin  cəminə  bərabər olmalıdır.  Turoperatorlar 27-ci  sə­
tirdə  ayrıca balansa malik olan və olmayan şəxsi  turagentliklərin 
saxlanmasına çəkilən xərcləri göstərir.
Turagentliklər 20-27-ci sətirləri doldurmur.
28-ci  sətirdə  mühasibat  balansının  80-ci  «Mənfəət»  hesa­
bında  göstərilən  mənfəət  (zərər)  göstərilir.  29-cu  sətirdə 
bilavasitə  turizm  fəaliyyətindən  yaranmış  mənfəət  və  zərərin 
məbləği göstərilir.
30- 
cu sətirdə büdcəyə və büdcədən kənar fondlara məcburi 
ödənişlərin həcmi göstərilir.
II  Bölmə.  Bu  bölmə  qeyri-turizm  təşkilatları  tərəfindən 
doldurulur.  Müəssisə  gəlir əldə  etmək məqsədilə əsas  fəaliyyəti 
ilə yanaşı müntəzəm və ya vaxtaşırı  turizm fəaliyyəti  ilə məşğul 
olursa bu bölməni doldurur.
31- 
ci  sətirdə  işçilərin orta sayı haqqmda məlumatların  dol­
durulması  zamanı  Azərbaycan  Respublikası  Dövlət  Statistika 
Komitəsinin işçilərin sayı, əmək haqqı  və hərəkəti haqqında he­
sabat  formalarının  doldurulmasına  dair  metodoloji  izahatlar  əsas 
götürülməlidir.
32- 
ci  sətirdə ƏDV,  aksiz rüsumlar və analoji məcburi ödə­
nişləri çıxmaqla müəssisənin yalnız turist işlərinin, xidmətlərinin 
satışından əldə olunan gəlirlər göstərilir.
III  Bölmə.  47-ci  sətirdə  kənar  turizm  agentliyinə  və  əha­
liyə satılmış turizm yollayışı blanklarmın sayı göstərilir.
48-ci sətirdə ancaq əhaliyə satılan turizm yolalyışı blankla- 
rınm sayı və dəyəri göstərilir.  Bu sətri turoperatorlar, turagentlik­
lər,  habelə  əsas  fəaliyyəti  turizm  olmayan  müəssisələr doldurur. 
4,  5,  6-cı sütunlarda turizm yollayışı blanklarmın satış dəyəri 62- 
ci  hesabda  «Alıcılarla  və  sifarişçilərlə  hesablaşma»  qaydasına 
əsasən hesablanır.
Xarici  nümayəndəliklər  tərəfindən  valyuta hesabma xarici 
vətəndaşlara  satılmış  turizm  yollayışı  blanklarmın  dəyəri  əmə­
liyyat başlanan andan Milli Bankın təyin etdiyi rəsmi valyuta mə­
60
zənnəsi üzrə manatla hesablanır.
IV  Bölmə.  52-ci  sətirdə  xidmət  göstərilmiş  turistlərin 
ümumi  sayı  göstərilir.  Bu  say  3-cü  bölmədə  48-ci  sətrin  3-cü 
sütununda  satılmış  türizm  yollayışı  blanklarının  sayı  ilə  eyni  ol­
malıdır.  1-ci sütunda xarici ölkələrdən Azərbaycan Respublikası­
nın  ərazisində səyahət etmək üçün gəlmiş turistlər,  3-cü sütunda 
isə xarici ölkələrə səyahət üçün Azərbaycandan getmiş turistlərin 
sayı  göstərilir.  53-cü  sətirdən  67-ci  sətrə  qədər bütün  sütunların 
cəmi 52-ci sətirə bərabər olmalıdır.
5-ci  sütunda  xarici  ölkələrə  göndərilmiş  turistlərin  ümumi 
sayından şopturlar ayrılır.
V  Bölmə.  Bu bölməni  turoperatorlar və  əsas  fəaliyyəti  ilə 
yanaşı  turizm  fəaliyyəti  göstərən müəssisələr doldurur.  69-75-ci 
sətirlərdə  müvəqqəti  yaşayış  yerlərinə  görə  bölünən  turistlərin 
sayı  göstərilir.  69-cu sətirdən  75-ci  sətirə  qədər olan  məlumatla­
rın cəmi  68-ci  sətrə;  53-cü  sətrin  1  və  3-cü sütunlarının cəmi  və 
52-ci  sətrin  1  və  3-cü  sütunlarının  cəmi  68-ci  sətrin  3-cü  sütu­
nunda verilmiş məlumata; bundan başqa IV bölmə  52-ci sətrin  1- 
və  3-cü sütunlarının cəmi  68-ci  sətrin  1-ci sütununa;  53-cü sətrin 
1  və 3-cü sütunlarının cəmi isə 68-ci sətrin 2-ci sütununa bərabər 
olmalırıdr.
76-82-ci  sətirlərdə  nəqliyyat xidmətləri  ilə  təmin olunmuş 
turistlərin  sayı  göstərilir.  Turistlərə  satılmış  səyahət  vərəqələri­
nin  dəyərinə  nəqliyyat  xidməti  daxil  edilmişdir.  76-cı  sətirdən 
82-ci  sətirlərə qədər nəqliyyat xidməti  göstərilmiş  turistlərin  cə­
mi  68-ci  sətrin  sütunlarında  göstərilmiş  turistlərin  cəminə  bəra­
bər olmalıdır.
Arayışın boş sətirlərində Azərbaycan Respublikasının regi­
onları  üzrə qəbul  edilmiş və  göndərilmiş  turistlərin  sayı  (IV böl­
mədə  53-cü sətrin  1  və  3-cü  sütununa müvafiq olaraq)  göstərilir, 
bununla belə A sütununda Azərbaycan Respublikasının rcgonları, 
2-ci  sütunda  qəbul  edilmiş  turistlərin sayı,  3-cü sütunda  isə gön­
dərilmiş turistlərin sayı göstərilir.  1-ci sütun doldurulmur.
61

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
Alınmış ilkin məlumatların məxfiliyinə zəmanət verilir
Hesabat təqdim edən müəssisənin:
1 -  TURİZM №-li forma
Tam adı:______________________
_____________________________   Azərbaycan 
Respublikası
Ünvanı: 
Dövlət  Satistika  Komitəsi-
Əsas fəaliyyət növünün adı:_______   nin  18.01.2002-ci  il  tarixli
6/14  saylı  qərarı  ilə  təsdiq 
edilmişdir.
İLLİK
Mülkiyyət 
və 
təşkilatı- 
hüquqi  formasından  asılı 
olmayaraq  turist  məhsulu­
nun  (turların)  formalaşdırıl­
ması,  hərəkətə  gətirilməsi 
və  satışı  ilə  məşğul  olan 
bütün  turist  təşkilatları,  ha­
belə  turizm  fəaliyyəti  ilə 
(vaxtaşırı  və  müntəzəm) 
məşğul 
olan 
qeyri-turist 
müəssisələri  yerləşdiyi  əra­
zinin  (şəhərin, rayonun) sta­
tistika  idarəsinə aprel  ayının 
20-dək  hesabatın  iki  nüsxə­
sini  təqdim  etməlidir  (bir 
nüsxə  statistika  idarəsinə, 
bir  nüsxə  isə  Dövlətstatko- 
mun  BHM-nə təqdim etmək 
üçün)
İdarə sənədləri­
nin təsnifatı üzrə 
formanın kodu
Müəssisənin 
identifikasiya 
(statistik) kodu
62
2 0 0  
- c i il  ü çü n
TURİZM FƏALİYYƏTİ HAQQINDA İLLİK HESABAT
Sizin təşkilatın 
tursit fəaliyyətinin 
növü (dairəyə alın)
Təşkilat turist 
fəaliyyətindən 
başqa digər 
fəaliyyət növü 
ilə məşğul 
olurmu? 
(dairəyə al)
Təşkilat 
kiçik sa­
hibkarlıq 
statusuna 
malik- 
dirmi? 
(dairəyə 
alın)
Hesabat 
ilində 
təşkilatın 
işlədiyi 
ayların 
sayı, va­
hid
01
02
03
04
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin