Dərs vəsaiti Bakı Dövlət Universiteti



Yüklə 11,29 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix28.07.2020
ölçüsü11,29 Mb.
#32325
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Turizm-ekskursiya ishinin teshkili


113

Müəssisənin adı, hüququ ünvanı, telefon, faks, VÖEN, lisenziyanın Ah-si 
seriya və Afc-lər mətbəə tərəfindən həkk edilir
Tur _ 
A lıc ı
T U R İ Z M  Y O L L A Y I Ş I
(marşrutun İstiqaməti)
hüquqi şəxslər üçün: müəssisənin adı, rəhbərin s.a.a. adı;
hüquqi ünvanı, bank rekvizitləri, telefon (faks) A*-si
fiziki şəxslər üçün: s.a.a. adı, ŞV (ÜVP) seriya və Ah-si
ev ünvanı, telefon (ev, iş) Ah-si
S ə f ə r in  m ü d d ə ti:  «_______________ » - d ə n   « ___________ _ » -d ə k
S ə f ə r  z a m a n ı  e k s k u r s iy a la r ın  m a r ş r u t u : ____________________
şəhərlər və məntəqələr
X id m ə t lə r  p a k e ti:
M e h m a n x a n a ______________________________ S G L ,  D B L ,  T R P
mehmanxananın adı
Y e m ə k   -   P ,  Y P ,  S
S ığ o r ta   ( t i b b i ) _______ ;  V iz a _______ ;  T r a n s f e r _________.
Ə la v ə   x i d m ə t l ə r ___________________________________________
(əlavə xidmətlərin nəvlərinin adı)
Q ə b u l  e d ə n   ş ir k ə t:________________________________________ _
adl, hüquqi ünvanı, telefon (faks) At-si
T u r iz m  y o lla y ış ın m   q i y m ə t i ______________________________ _
yazı ilə göstərilir
_______________________________________________________ m a n a t
T u r iz m  y o lla y ış ın m   s a tış   t a r i x i « ______ » __________ 2 0 0 _ -c i il
S a tıc ı_____________________________________________ __________
hüquqi şəxslər üçün müəssisənin adı, rəhbərin s.a.a. adı;
hüquqi ünvanı, bank rekvizitləri, telefon (faks) Ah-si
fiziki şəxslər üçün: s.a.a. adı, ŞV (ÜVP) seriya və At-si
ev ünvanı, telefon (ev, iş) As-si
Ö d ə n iş d ə n   q a b a q  tu riz m  y o lla y ış ın m  ş ə r tlə r i ilə
ta n ış   o ld u m  v ə   ra z ıy a m   -  A lıc ı 
/ __________ _ /
imza
M .Y .  /İ m z a
114
Müəssisənin adı, hüququ ünvanı, telefon, faks, VÖEN, lisenziyanın As-si 
seriya və Ah-lər mətbəə tərəfindən həkk edilir
T U R İ Z M   Y O L L A Y I Ş I N I N   K Ə S M Ə   T A L O N U
T u r ______________________________ __________________________
(marşrutun istiqaməti)
A l ı c ı _______________________________________________________
hüquqi şəxslər üçün:  müəssisənin adı, rəhbərin s.a.a. adı;
hüquqi ünvanı, bank rekvizitləri, telefon (faks) Ät-si 
fiziki şəxslər üçün: s.a.a. adı, ŞV (ÜVP) seriya və Jft-aİ
ev ünvanı, telefon (cv, iş) Ab-si
S ə f ə r in   m ü d d ə ti:  « _______________ » - d ə n   «_______ ____ _ » -d ə k
S ə f ə r  z a m a n ı e k s k u r s iy a la r ın  m a r ş r u t u : ____________________
şəhərlər və məntəqələr
X id m ə t lə r  p a k e ti:
M e h m a n x a n a _____________________________ _ S G L ,   D B L ,  T R P
mehmanxananın adı
Y e m ə k   -  P ,  Y P ,  S
S ığ o r ta  ( t i b b i ) _______ ;  V iz a ________; T r a n s f e r __ ______ .
Ə la v ə   x i d m ə t l ə r ___________________ _____________________ _
(əlavə xidmətlərin növlərinin adı)
Q ə b u l  e d ə n   ş i r k ə t: _________________________________________
adı, hüquqi ünvanı, telefon (faks) Ah-si
T u r iz m   y o lla y ış ın m   q i y m ə t i ________________________________
yazı Uə göstərilir
_______________________________________________________ m a n a t
T u r iz m   y o lla y ış ın m   sa tış  ta r ix i  « ______ » __________ 2 0 0 _ - c i  il
S a tıc ı_______________________________________________________
hüquqi şəxslər üçün müəssisənin adı, rəhbərin s.a.a. adı;
hüquqi ünvanı,  bank rekvizitləri, telefon (faks) Ah-si 
fiziki şəxslər üçün: s.a.a. adı, ŞV (t'VP) seriya və As-si
ev ünvanı, telefon (cv, İş) Aı-si
Ö d ə n i ş d ə n   q a b a q   tu r iz m  y o lla y ış ın m   ş ə r tlə r i  ilə
ta n ı ş   o ld u m   v ə   r a z ıy a m  -   A lıc ı 
/______________ /
imza
M .Y .  /İ m z a
115

«Turizm yoIlayışı»nm istifadə qaydaları
1.  Ümumi müddəalar
1. 
«Turizm  yollayışı»nm  istifadə  Qaydaları  Azərbaycan 
Respublikası  Prezidentinin  «Azərbaycan  Respublikasında  2002- 
2005-ci illərdə turizmin inkişafina dair Dövlət Proqramının təsdiq 
olunması haqqında» 27 avqust 2002-ci il tarixli  1029 nömrəli Sə­
rəncamına əsasən hazırlanmışdır,
1.1.  «Turizm yollayışı» Azərbaycan Respublikası Preziden­
tinin  04  iyul  1999-cu  il  tarixli  674-İQ  №-li  «Turizm  Haqqında» 
Qanunun  1  maddəsinə ciddi hesabatlı blankıdır, xidmətlərin ödə­
nildiyini təsdiq edən sənəddir.
1.2.  «Turizm  yollayışı»  yuxarıda  göstərilən  Dövlət  Pro­
qramının  1.8.  bəndinin tələbinə  uyğun  hazırlanaraq (bundan so­
nra ciddi hesabat blankları  adlandırılacaqdır), bu sahədə mühasi­
bat uçotunun düzgün aparılması üçün nəzərdə tutulmuşdur.
1.3.  Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Turizm 
Nazirliyi  və  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf Nazirliyi 
tərəfindən razılaşdırılaraq, Azərbaycan Respublikası Maliyyə na­
zirliyi  tərəfindən  «Turizm  yollayışı»nın  (forma  №  TY-1)  forma 
və  rekvizitləri  və  onlardan istifadə qaydaları təsdiq edilərək nor­
mativ -  hüquqi akt kimi Ədliyyə nazirliyində dövlət qeydiyyatına 
alınmışdır.
П. «Turizm yollayışı» blanklarının sifarişi 
və çap olunması
2.1. Bütün turist şirkətləri tərəfindən «Turizm yollayışı»nm 
istifadəsi məcburidir.
2.2.  «Turizm  yollayışı»  blankları  Gənclər,  İdman  və  Tu­
rizm Nazirliyi  tərəfindən təyin  edilən mətbəədə sifariş edilməli­
dir.
2.3.  Turist  şirkətləri  «Turizm  yollayışı»  blanklarını  sifariş 
etmək üçün,  sifariş qəbul edən mətbəəyə vergi orqanları tərəfin­
dən uçota alınması haqqmda şəhadətnamənin və turizm fəaliyyə­
tinə dair lisenziyanm surətlərini təqdim etməlidir.
2.4.  «Turizm yollayışı»  blankları turist şirkətlərinin öz və­
saitləri hesabma çap edilir.
116
111.  Xaricə gedən turistlər üçün «Turizm yollayışı» 
blankmın verilmə qaydaları
3.1.  Turist  şirkəti  xaricə  getmək  üçün  hər  bir  müraciət 
edənə  «Turizm yollayışı»  blankını doldurub və onlara təqdim et­
məlidir.
3.2.  Turist  şirkəti  vizanın  rəsmiləşdirilməsi  üçün  «Turizm 
yollayışı»  blankını  xarici  ölkələrin  Azərbaycan  Respublikasında 
akreditə olmuş Səfirliklərinə və ya Konsulluqlarına təqdim etmə­
lidir.
3.3. Xaricə gedən turistlər üçün vizalar yalnız «Turizm yol- 
layışı» blankı təqdim edildikdən sonra, rəsmiləş-dirilir.
IV.  Azərbaycana gələn turistlərin «Turizm yollayışı» 
blankmın təqdim olunması qaydaları
4.1.  Vizanın  20  ABŞ  dolları  həcmində  rəsmiləşdirilməsi 
üçün,  yerli  turist  şirkəti  qəbul  etdiyi  turistlərin  siyahısını,  «Tu­
rizm yollayışı» blanklarının nömrələri göstərilməklə xaricdə olan 
Azərbaycan  Respublikasının  Səfirliyinə  və  ya  Konsulluğuna  tə­
qdim etməlidir.
4.2.  Xarici  ölkədə  Azərbaycan  Respublikasının  Səfir-liyi 
və  ya  Konsulluq  İdarəsi  yoxdursa,  vizanın  20  ABŞ  dolları 
həcmində  rəsmiləşdirilməsi  üçün,  yerli  turist  şirkəti  turistlərin 
siyahısını «Turizm yollayış»larmın surəti  ilə birlikdə Azərbaycan 
Respublikası Xarici  İşlər nazirliyinin Konsulluq İdarəsinə təqdim 
etməlidir.
4.3.  «Turizm  yollayışı»nm  əsli  turistlərə  şəxsən  təqdim
edilir.
4.4. Yalnız «Turizm yollayışı» olduqda, viza 20 ABŞ dolla­
rı həcmində rəsmiləşdirilir.
V.  Məsuliyyət
5.1. 
Bu  Qaydaların  tələblərini  pozan  hər  bir  turist  şirkəti 
Azərbaycan  Respublikasmm  qüvvədə  olan  qanunvericiliyi  ilə 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
117

*   *   *
Beynəlxalq  turist  mübadiləsində  yollayışm 
«vauçer» 
adlı 
beynəlxalq forması tədbiq edilir.
Turistləri  göndərən  və  qəbul  edən  turoperatorlar  arasında 
qarşılıqlı hesabatların tənzimlənməsi turist vauçeri əsasında apa­
rılır.  Vauçerdə aşağıdakı məlumatlar göstərilir:
- turistləri göndərən firmanın adı, ünvanı və rekvizitləri;
- turist qrupunun nömrəsi (əgər qrup yollayışıdırsa);
-  qrupda  turistlərin  sayı  və  ya  fərdi  səyahət  edən  turistin 
adı və soyadı;
- getdiyi ölkədə qalma müddəti;
- səyahətin marşrutu;
-  xidmətin  əsas  şərtləri  (yerləşmə,  qidalanma,  ekskur­
siyalar və ödəməyə daxil olan digər xidmətlər);
- qrup rəhbərinin adı və soyadı (əgər yollayış qrup şəklində 
səyahət üçün nəzərdə tutulursa);
- vauçcrin verilmə tarixi;
- firmanın imzası vo ştampı.
Həm  yollayış,  həm  də vauçer turistlə  firma arasındakı mü­
qavilənin ayrılmaz hissəsidir. Turun satılması üzrə turizm təşkila­
tı  ilə  müştəri  arasındakı  qarşılıqlı  münasibətləri  müəyyən  edən 
əsas hüquqi sənəd -  müqavilədir.
Müqavilə,  turist  tərəfindən  turun  dəyəri  ödənildikdən  so­
nra bağlanır.
M üqavilə 
-  onu bağlayanlarm imzaları ilə (hüquqi 
şəxs 
tə­
rəfindən möhür vurulur) tərəflərin vəzifələrini, müqavilədə qeyd 
olunan öhdəliyi  və bu öhdəliyin yerinə yetirilməsi üzrə tərəflərin 
məsuliyyətini müəyyən edən hüquqi sənəddir.
Turizm  xidmətləri 
m üqaviləsi 
-   turizm  firmasının  turist 
üçün  nəzərdə  tutulmuş  xidmətlərin  göstərilməsi  qeyd  olunmuş 
müqavilədir.
Turizm məhsulunun satışı yazılı surətdə müqavilə əsasında 
həyata  keçirilir  və  Azərbaycan  Respublikasının  müvafiq  qanun­
vericiliyinə,  ilk  növbədə  istehsalçıların  hüquqlarının  müdafiəsi 
qanunvericiliyinə uyğun olmalıdır.
118
5.2. 
TURLARIN VƏ  MARŞRUTLARIN 
TƏSNİFATI
Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur 
və  turist  marşrutları  mövcuddur.  Bunlar  çox  rəngarəngdir  və 
müxtəlif istehlakçı  qruplarına ünvanlanır.  Tur və transturlarm bir 
neçə  təsnifat  növləri  vardır  və  hər  bir  növ  müəyyən  təsnifat 
xüsusiyyəti  ilə (günlərin  sayı, nəqliyyat növü,  tərkibi  və s.) seçi­
lir (Şək.  24).
Turlar satış  zamanı xidmətlər paketinin  formalaşmasına  və 
tərkibinə görə,  inklüziv və sifarişli turlara ayrılır.
İnklüziv tu rla r -  tərkibinə müəyyən, dəqiq, öncədən plan­
laşdırılmış xidmətlər dəsti daxil edilən turlardır.
Sifarişli  (fərdi)  turlar  -   müştərinin  istəyinə  və  seçiminə 
görə  xidmətlər  paketinin  tərkibi birbaşa  satış  zamanı  formalaşan 
turlardır.
Xidmət proqramının  tərkibindən asılı olaraq  turlar aşağıda­
kı tiplərə ayrılır:
-  tematik  (nıövzulu)  turlar 
proqramında  ekskursiya 
xidmətinin və tematik -  dərketmə yönümlü məşğulluğun (muzey­
lərə  baş  çəkmək,  folklor  bayramlarında  iştirak  etmək,  xarici  dil­
lərin öyrənilməsi vo s.) üstünlük təşkil etdiyi  turlar;
-  kurort  -   sağlamlıq  turları 
sağlamlığı  borpaelmə  təd­
birlərinin  və  istirahət  yönlü  məşğulluğun  (kurort  proqramları, 
profilaktik su -  palçıq müalicəsi, mineral  sulardan  istifadə,  dəniz 
kənarında  istirahət,  fıto-proscdurlar  və  s.)  üstünlük  təşkil  etdiyi 
turlar;
-  idman  tu rları  -   idman  tədbirlərinin  və  ya  fəal  hərəkat 
üsullarının (yürüşlər və gəzintilər,  dağ xizəklərində sürüşmə,  ve­
losiped  turları,  raftinq*,  dayvinq**,  məcaralı ekspedisiyalar və s.) 
üstünlük təşkil etdiyi turlar;
-  kombinə  edilmiş  turlar  -   xidmət  proqramında  tematik, 
kurort -   sağlamlıq  və  idman  -  yürüş  turlarının  elementlərini  bir­
ləşdirən turlar.
*  Raftinq  tu r 
dağ  çaylarında  içərisi  hava  ilə  doldurulmuş  rezin  sal  və 
qayıqlarda səyahət.
** Dayvinq -  akvalanqla su altına enmə.
119

120
Ş
ə
k
il
 2
4

T
u
r
la
r
ın
 v
ə
 m
a
r
ş
r
u
tl
a
r
ın
 t
ə
s
n
if
a

Mövsümə görə turlar:
-  İl  boyu  -   bunlara  illik  fəaliyyət  qrafiki  olan  bütün  növ 
turlar aiddir;
-  Mövsümi  -   hər  hansı  bir  mövsüm  və  ya  mövsümlər  ər­
zində  fəaliyyət  göstərən  turlardır.  Məsələn,  yay  kurort  turları  -  
yay aylarında,  dağ -  xizək turları isə qış-yaz mövsümlərində fəa­
liyyət göstərir və s.
Turlar marşrut yolunun quruluşuna görə -  xətti, radial,  dai­
rəvi və kombinəedilmiş olur.
-  Xətti  -  bir neçə  xidmət məntəqələrinə baş  çəkməklə  və 
xidmətin  başlanğıc  və  son  nöqtələrinin  üst-üstə  düşməməsi  ilə 
fərqlənən turlar. Məsələn, Bakı-Şamaxı-Şəki-Tbilisi (şək. 25).
-  Radial  (stasionar)  -   bir  qayda  olaraq,  bir  xidmət nöqtə­
sinə  (məntəqəsinə,  şəhərə və ya əraziyə) baş çəkilən turlar.  Mə­
sələn, Bakı-Naxçıvan-Bakı (şək. 26).
-  Dairəvi  -   bir  neçə  xidmət  nöqtələrinə  (məntəqələrinə) 
baş  çəkilməsi,  eyni  zamanda xidmətin başlanğıc  və  son nöqtələ­
rinin  üst-üstə  düşməsi  ilə  fərqlənən  turlar.  Məsələn,  Bakı- 
Şamaxı-Minkəçcvir-Qəbələ-İsmayıllı-Bakı (şək. 27).
-  Kombiııasiyah  (kombinə  edilmiş)  m arşrut  -   xətti  və 
radial  marşrutların  elementlərinin  ixtiyari  kombinasiyasmı  özün­
də  birləşdirən  marşrut.  Məsələn,  Bab-Gəncə-Göygöl-Gəncə- 
Tbilisi (şək.  28).
Şəkil 25.
121

Şəkil 27.
T ransturları  (nəqliyyat  turlarını)  nəqliyyatın  aidiyyəti 
üzrə aşağıdakı kimi ayırmaq olar:
1. Xüsusi nəqliyyatdan istifadə etməklə -  turizm firmalarının 
və  şirkətlərinin  tabeçiliyində  olan  nəqliyyat  təsərrüfatlarına  məxsus 
olan nəqliyyat vasitələri ilə səyahətlər;
2.  İcarəyə götürülən ixtisaslaşdırılmış nəqliyyatdan isti­
fadə  etməklə  -   nəqliyyat  təşkilatlarına  məxsus  olan  və  turizm 
təşkilatları  tərəfindən  müqavilə  ilə  müəyyən  müddətə  icarəyə 
götürülən nəqliyyat vasitələri ilə turlar;
3.  Ümumi  ictimai  istifadədə  olan  nəqliyyatdan  istifadə  et­
məklə -  turist qruplan üçün adi sərnişinlər kimi (biletlə) qrafik üzrə 
işləyən sərnişin nəqliyyatında təşkil olunan səyahətlər. Ümumi istifa­
dədə olan nəqliyyat -  qrafik üzrə işləyən qatarlar, təyyaıələr, sərnişin 
gəmiləri və avtobuslar ola bilər.
122
4.  Turistlərə məxsus olan nəqliyyatdan istifaədə etməklə
-   marşrut  üzrə  turistlərə  bütün növ  xidmətlər  (avtokempinqlərdə 
yerləşmə, qidalanma, ekskursiyalar, asudə vaxtm təşkili, avtotəmir 
və s.)  göstərməklə avtomobil həvəskarları (şəxsi avtomobil  sahib­
ləri) üçün xüsusi hazırlanmış fərdi və ya qrup turları.
Və  nəhayət  m arşrut  üzrə  hərəkət  vasitəsindən  (nəqliy­
yatın  növündən)  asılı  olan  transturlar  -   aviasiya,  avtobus,  d ə­
miryol, gəmi və kombinə edilmiş səyahətlərə bölünür (şək. 29).
Gəmi turları  -  gəmi ilə təşkil olunan səyahətlər. Belə tur­
lar öz növbəsində  dəniz (dəniz və okean)  və  çay  (çaylarda,  göl­
lərdə və şlüz qurğularında) səyahətlərinə bölünür.
Həm  dəniz,  həm  də  çay  turlarının  iki növ müxtəlifliyi  ola 
bilər: gəzinti (müddəti  24 saatdan az olmaq şərti ilə portun akva­
toriyası  hüdudunda)  və  kruiz (müddəti 24 saatdan artıq olan tur­
lar)  səyahətləri.  Kruiz  səyahətlərinin  təşkili  üçün  əsasən  iri 
həcmli  komfortlu  gəmilərdən  istifadə  olunur.  Gəzinti  reysləri 
üçün  kiçik həcmli  çay tramvayları,  «raketa və kometa»  tipli,  ka­
ter, yaxta və katamaran* və s. gəmilərdən istifadə olunur.
Aviasiya  (hava  nəqliyyatı)  turları 
aviasiya  nəqliy­
yatından  istifadə  etməklə  hazırlanmış  marşrut üzrə  təşkil olunan 
turist səyahəti.  Bu səyahətlər:
-  çarter  -  xüsusi  tərtib  edilmiş  cədvələ  əsasən  turistlərin 
daşınması ilə məşğul olan icarəyə götürülmüş təyyarələrlə;
-  müntəzəm  -   aviaşirkətlərin müntəzəm reysləri  ilə turist­
lərin daşınması.
Avtobus  turları  -   marşrutun  məntəqələri  arasında  əsas 
hərəkət  vasitəsi  kimi  avtobuslardan  istifadə  etməklə  təşkil  olun­
muş turist qruplarının səyahətləri. Bu səyahətlər iki cür ola bilər: 
m arşrut  (vo ya turist -  ekskursiya)  öncədən planlaşdırılmış te­
matik marşrut üzrə avtobusla səyahət; gəzinti xarakterli -  istira­
hət,  gəzinti  və  s.  məqsədlə  avtobusla  şəhərkənarı  zonalara  bir 
günlük səfərlər.
Dəmiryol  turları  -   dəmir  yol  nəqliyyatından  istifadə  et­
məklə  təşkil  olunmuş  turist  səyahətləri.  Belə  turlar:  turist -  ek­
skursiya  qatarlarından,  gəzinti  məqsədli  qatarlardan,  qrafik 
üzrə hərəkət edən qatarlardan ibarətdir.
*  K atam aran  -   yuxarı  hissələri  birləşdirilmiş  iki  paralel  gövdədən  olan 
ibarət gəmi.
123

124
$
ə
k
il
 2
9.
 Nəql
iyy
at 
növü
nə 
g
ö

 s
əy
ah
ət
lər
in 

sn
ifa

-  Turist -  ekskursiya  qatarları 
-  müəyyən marşrutlar üzrə 
səfərlər  edən  və  turistlərə  həm  daşıma,  həm  yerləşmə,  həm  də 
qidalanma (turistlər səfər müddətində qatarın kupelərində yaşayır 
və  qatarın  restoranlarında  qidalanırlar)  xidmətləri  göstərən,  tu­
rizm məqsədləri üçün xüsusi icarə olunmuş dəmiryol qatarları.
-  G əzinti  m əqsədli  qatarlar 
-  istirahət,  ətraf ərazilərə 
gəzinti məqsədilə xüsusi təşkil olunmuş qatarlarda bir günlük tur­
lar.  Çox  vaxt belə səfərlər zamanı  turistlərə qida  və müxtəlif isti 
(çay, qəhvə) və sərinləşdirici içkilər də təklif olunur.
-  Q rafik üzrə hərəkət edən qatarlar 
-  səyahət zamanı  tu­
ristlərin  daşınması  üçün  (sərnişin  kimi)  müntəzəm  (qrafik  üzrə 
hərəkət edən) qatarlardan  istifadə olunması.
-  K om binəedilm iş  turlar 
iki  və  ya  daha  çox  nəqliyyat 
növündən istifadə olunan səyahətlər.  Məsələn,  marşrut üzrə  tu­
ristlər  «irəliyə»  qatarla,  «geriyə»  isə  təyyarə  ilə hərəkət edirlər. 
Xüsusi  hazırlanmış  «avia-dəniz»  paketləri  də  mövcuddur.  Belə 
turpaketlərdə  turistlərin  kruizin  başlanğıc  məntəqəsinə  təyyarə 
ilə uçması  və kruiz səyahəti  başa çatandan sonra sonuncu məntə­
qədən aviareyslərlə geri qayıtması nəzərdə tutulur.
5.3. 
TURİZM FİRMALARI 
(
t u a c e n t l ə r
 
v ə
 
t u r o p e r a t o r l a r
)
Turların  təşkil  edilməsi və satışı  ilə məşğul  olan  təşkilatlar 
(turizm büroları, səyahət büroları, turizm agentlikləri və s.) 
turist 
-  ekskursiya təşkilatlan adlanır.
İş  bölgüsü  baxımından  turizm  bazarında  bu  təşkilatlar  tu­
rizm agentlikləri və turizm operatorlarma ayrılır.
Turizm  məhsulu,  istirahət və  səyahət zamanı  insanlara bi­
lavasitə  xidmət  göstərən  müəssisələrin  fəaliyyəti  əsasında  (nəq­
liyyat firmaları və şirkətləri, mehmanxanalar, restoranlar, kafelər, 
ekskursiya  firmaları,  muzeylər  və  sərgilər,  attraksion  parkları, 
asudə  vaxt  -   əyləncə  müəssisələri,  idman  və  kurort  təşkilatları 
və s.) formalaşır.
Turizm  məhsulunun  komplektləşməsi  ilə  (xidmət  dəstinin
125

formalaşması  ilə)  turoperatorlar  məşğul  olur.  Turoperatorlar 
müştərilərin  arzu  və tələbatına uyğun olaraq,  turizm məhsulu is­
tehsal edir.
Turoperator  -   turistlər  üçün  xidmət  kompleksinin  for­
malaşması  və  turların  komplcktləşməsi  ilə  məşğul  olan  təşkilat­
dır.  Turoperator turist marşrutlarını  hazırlayır,  xidmət istehsalçı­
ları  ilə  qarşılıqlı  əlaqə  vasitəsilə  marşrutu  təchiz  edir,  turların 
fəaliyyətdə olmasım və xidmət göstərilməsini təmin edir, öz tur­
ları  üzrə reklam-məlumat nəşrlərini hazırlayır,  turların qiymətlə­
rini hesablayır, turistlərə satmaq üçün turları turagentlərə verir.
Turagent -  turoperator tərəfindən formalaşdırılmış turların 
satışı  ilə məşğul  olan  vasitəçi -- təşkilatdır.  Turagent turoperator- 
dan  turları  alaraq,  turizm  məhsulu  kimi  müştəriyə  kompleks şə­
kildə  (inkluziv  turlar)  və ya  sərbəst xidmətlər dəsti  şəklində (si­
farişli  turlar)  satır.  Turagent turoperatordan alman  tura turistlərin 
yaşadığı  yerdən  marşrut  üzrə  birinci  yerləşmə  məntəqəsinə  və 
marşrutun  sonuncu  yerləşmə  məntəqəsindən  geriyə  daşıma  xid­
mətini əlavə edə bilər.
Bu  təşkilatlarm  əsas  vəzifələri,  xidmət  tədarükçüləri  ilə 
(çox zaman ərazi baxımından,  çox aralıda yerləşən) müştəri  - tu­
ristlər arasında əlaqələrin yaradılmasından ibarətdir.  Bu biznesin, 
spesifik  turizm növüdür.  Burada əsas  şərt turizm bazarım, bizne­
si,  onun inkişaf xüsusiyyətlərini və  ifadə olunmasını peşəkarcası­
na bilən xidmət tədarükçülərinin düzgün seçimidir.
Turist  -  ekskursiya  təşkilatlarının  əsas  funksiyaları  - kom­
plektləşmə, servis vo zəmanətdir.
Komplektləşmə  funksiyası.  Turoperator  üçün  turların  ay­
rı-ayrı  xidmətlor dəstindən  komplektləşməsi;  turagent üçün -  tur 
paketlərin  nəqliyyat və  başqa  xidmət növləri  ilə komplektləşdir- 
məsidir.
Servis  funksiyası  -   ofisdə  turpaketlərin  satışı  zamanı, 
həmçinin marşrutlarda turistlərə xidmət göstərilməsi.
Zəm anət funksiyası -  turist tərəfindən öncədən ödənilmiş 
və  turda nəzərdə tutulan turizm xidmətlərinin miqda-rının vo sə­
viyyəsinin təmin olunmasına zəmanət.
Beynəlxalq  və  Azərbaycan  qanunvericiliyinə  əsasən  xid-
126
mət  paketini  formalaşdıran  vo  onu  turistə  satan  təşkilat  (bu  xid­
mətlərin  özü və  ya  başqası  tərəfindən  göstərilməsindən  asılı  ol­
mayaraq)  turist  qarşısında  xidmətə  görə  tam  məsuliyyət daşıyır. 
Bütün dünyada olduğu kimi, bizim ölkədə də çoxsaylı turizm ag­
entlikləri  fəaliyyət  göstərir.  Amma sırf turoperatorlara çox  nadir 
hallarda  rast  gəlmək  olar.  Adətən  turoperator  -   baş  turoperator 
ofisinə  və bir neçə  filiala (agent şəbəkəsinə) malik olan,  turagen- 
tdən  daha  böyük  olan  şirkətdir.  Onların  başqa  ölkələrdə  təşəb­
büsçü  nümayəndəlikləri  və  öz  turlarım  satmaq üçün  bir neçə  tu­
rist  agentlikləri  olur.  Turoperator  turizm  məhsulunu  hazırlayıb, 
satış  üçün turagenlə  verir.  İri  turoperatorlar dünya  üzrə agent şə­
bəkələrinə malik olurlar.  Turoperator öz turlarının satılması üçün 
müstəqil turagcntliklorlə agent müqaviləsi bağlayırlar. Onlar şəx­
si, dövlət, səhmdar cəmiyyətləri ola bilər.
5.4.  TURİZM MƏHSULU
Turizm bazarının əsas əmtəə forması  - turizm məhsuludur. 
Xüsusi  olaraq hazırlanmış marşrutun,  təşkil olunmuş  xidmət  pro­
qramı  olan  turun,  əlavə  təqdim  edilən  xidmətlərin,  həmçinin  tu­
rizm xidmətlərinə  uyğun olan istehlak malları  və xidmətlərin da­
xil olduğu məhsulun çox spesifik növüdür.
«Turizm  məhsulu»  -  səyahət  zamanı  turistin  tələbatının 
ödənilməsi  üçün  lazım  olan  maddi  istehlak  malları  və  qeyri-maddi 
(xidmət formasında) istehlak dəyərinin toplusudur.
Turizm  məhsulunun  yaradılması  zamanı  müxtəlif partnyor 
təşkilatların  xidmətlərindən  istifadə  olunur:  mehmanxanalar  (tu­
ristlərin  yerləşməsi  üçün),  restoran  vo  kafelər  (qidalanma  üçün) 
vo  s.  Turoperator  (turizm  təşkilatçısı)  bu  halda  istehlakçı  (turist) 
və xidmətləri  istehsal edənlər (turistin istirahəti və səyahəti üçün 
lazım olan xidmətlər kompleksini formalaşdıranlar) arasında vasi­
təçi rolunu oynayır (şək.  30).
Yüklə 11,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin