Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Erqonomykada əməyin kom­fort dərəcəsinin təyini xü­su­siyyətləri



Yüklə 1,67 Mb.
səhifə5/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

1.4. Erqonomykada əməyin kom­fort dərəcəsinin təyini xü­su­siyyətləri


Əməyin elmi təşkili (ƏET) Amerika mühəndisi F.Teylora məxsusdur. O, XIX əsrdə ilk dəfə olaraq elmi metodla insanin bədəninin iş şəraitinə uyğunlaşmasının analizini verməyə çalışmışdır. Əməyin elmi təşkili texniki, ekonomiki, sosial, fizioloji, estetik və b. tərəflərin birləşmələrini nəzərə alaraq formalaşır. Ə.E.T. - texniki və estetik ölçülərin elmi təşkil olunması ilə az əmək və xammal məsrəf etməklə istiqamətlənmiş və istehsalın artırılmasına nail olmaqdan ibarətdir.
Texniki estetika - dizayn nəzəriyyəsini prinsip və metodlarında
istifadə edərək sənayenin, istehsalın, konstruksiya etmənin, istehsal mühitinin optimal şərtlər daxilində olmasıdır.
Göstərilən anlayışlar – Ə.E.T, istehsal mədəniyyəti və texniki estetika – istehsalın düzgün inkişafının və mükəmməlliyinin kompleks əsasını təşkil edir. Bu amillər istehsalın artmasına, fəhlə və qulluqçuların sağlamlığının qeydinə qalır.
Əməyin məqsədə uyğun şəraiti (sanitar – gigiyenik, fizioloji, estetik) əməyin təhlükəsizliyi və komfortunun dərəcəsindən asılıdır ( Şəkil 1.1).
İnsanın iş qabiliyyətini və həyatsevərliyini normal saxlamaq üçün dörd komfort zonası mövcuddur:
1.Yüksək komfort zonası – bütün göstəricilər yaxşı vəziyyətdədir, insan əmək prosesində tam rahatlıq hiss edir;
2.Komfort zona – insan mühiti normal qəbul edir, qıcıqlanma və yorulma hiss etmir;
3.Komfort olmayan zona – insan bu zonada uzun müddət olduqda, yorulur. Komfort şərtləri ödənilmədikdə (səs – küy, istilik, qarlı hava və s.) baş verir;
4. Dözülməz zona – insan bu zonada xüsusi geyimi olmasa, dözə bilmir. (kosmos, strato – sfera, su altında və s.).

Şəkil 1.1.Komfort dərəcəsini təyin edən sxem.

Öz – özlüyündə komfort şərt estetik şəraiti təmin etmir, amma insanın hiss orqanına təsir edərək estetik qavrayışa təsir göstərir. Əgər istehsalat sahəsi ventilyasiya, istiliklə, işıqla, təmirliklə və s. Estetik həlli olunmasa, layihəçinin bütün səylərinə baxmayaraq istehsal sahəsinin problemi həll oluna bilməz.
Əməyin təşkili:
1. Əmək prosesinin rasional təşkili, əməyin bölünməsi və kooperasiya, əməyin qabaqcıl metodunun tətbiqi.
2. Əməyin əlverişli şəraitinin tətbiqi.
3. Əmək mədəniyyətinin artırılması.
4. İş və istirahət rejiminin optimallaşması.
5. Əmək haqqlarının və normalarının yaxşılaşması.
6. İş yerlərinin təmin edilməsinin yaxşılaşdırılması.
7. İşçilərin ixtisasının artırılması.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin