Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə3/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

1.2.Erqonomikanın tədqiqat sahələri
Qavrama və hissetmə hədlərində, analizatorların iş qabiliyyətindən, işıq və rəng siqnallarından asılı olaraq müxtəlif tip indiqasiyaların (görmə, eşitmə və s.) optimal xarakteristikalarının effektivliyinin təyini, idarəetmə orqanlarının, onların diktə etdiyi iş hərəkətlərinin insanın reflektiv reaksiyasına uyğunluğunu nəzərə almaqla, səciyyəvi xassələrinin təyini.
Erqonomikanın tədqiq etdiyi sistem “insan- əmək aləti - istehsal” mühitidir. İnsan bu sistemin elə bir hissəsidir ki, onu dərhal dəyişdirmək mümkün deyildir. Odur ki, bu sistemin digər hissələrini məhz insana uyğunlaşdırmaq daha məqsədəuyğundur.
Bir çox müəlliflər erqonomikanı şərti olaraq üç sahəyə bölürlər:
* Mikroerqonomikada sistemlərin tədqiqatı və planlaşdırılması obyekti “ insan — maşın”dır. Buraya “insan – kompüter”, "proqram təminatının erqonomikası", "insan — kompüter — prosesdir ", “insan — proqramdır, insan — proqram təminatıdır" bölmələri daxildir.
* Midierqonomikada "insan tədqiqatdır və sistemlərin planlaşdırılmasıdır”. Burada insan işçi qrupdur, kollektivdir və yaxud "kollektiv — maşındır”, " insan — şəbəkədir, şəbəkə cəmiyyəti", "kollektiv — təşkilatdır" .
* Makroerqonomikada — "insan sosial mühitdir, cəmiyyətdir və təşkilatların sistemidir".
Erqonomika — sistemli elmi- praktiki fəndir. O, insanın "insan — maşın” sisteminə yönəldilmiş xüsusiyyətlərinin formalaşmasının qanunauyğunluqları, funksional vəziyyəti və belə sistemlər tərkibində işləyən insanın şəxsiyyətinin inkişafını öyrənir.
Hazırda klassik erqonomikada üç əsas istiqamət seçilir (ayrılır):
1.Fiziki mühitin erqonomikası - insanın anatomik, antropometrik, fizioloji və biomexanika xarakteristikalarına aid məsələləri həll edir.
2.Koqnitiv (intellektual) erqonomika – insanın koqnitiv əsəbi proseslərinin "insan — maşın — mühit” sistemin elementlərinin fəaliyyətə təsirini öyrənir. Burada intellektual əməyin təşkilinin problemləri həll edilir, qərarların qəbul olunmaları, insanın və kompüterin effektiv qarşılıqlı təsirinin təminatları, interfeys sistemlərinin hazırlamaları məsələləri şərh olunur.
3. Təşkilat erqonomikası — təşkilatı və idarə etməyə daxil olan sistemlərin yaradılması və sosial-texniki optimallaşdırma ilə bağlı suallara (məsələlərə) baxır.
Mühəndislik psixologiyasının və erqonomikanın arasında fərqlər əhəmiyyətsiz, təmiz terminoloj xarakter daşıyır. Bu elmlər birgə sərhədləri tez-tez pozur.
Hesab edilir ki, mühəndislik psixologiyası "insan -texnika" , amma erqonomika isə "insan- texnika - mühit” sistemlərilə məşğul olur. Erqonomika daha çox praktik, amma mühəndislik psixologiyası isə nəzəri elmdir.
Erqonomika bütün elmlərlə əmək fəaliyyətini həyata keçirən insanla bu və ya digər dərəcədə bağlı olan antropologiya, psixologiya, pedaqogika, fiziologiya, texniki estetika, gigiyena və əməyin təhlükəsizliyi fənnləri ilə qarşılıqlı əlaqədədir.
Leonardo Da Vinçi Erqonomokanın fiziolji və estetik tələblər ilə əlaqəsi” əsərində yazır ki, insan faydalı əməyin hansı formasında olursa olsun o əsəb, güc, hissiyat və b. orqanlarını işlədir. Nəticədə insan yorulur. Yorulma zamanı insanın diqqəti hərəkətin dəqiqliyinə və kordinasiyasına nəzarəti azalır, işdə nöqsanlar əmələ gəlir və əmək məhsuldarlığı aşağı düşür. Buna görə insanın texnikaya hərtərəfli uyğunlaşması üçün daha mükəmməl şərait yaratmaq lazımdır. Hal- hazırda insan həyatını texnikasız təsəvvür etmək mümkün deyil. Əməkdə iştirak edən əşyaları üç yerə ayırmaq olar:
əməyin növü;
● əməyin aləti;
● əmək şəraiti.
Bu qrupların funksional texniki və estetik münasibətlərinin mükəmməlliyi əməyi yüngülləşdirir, əmək məhsuldarlığını artırır, əməyi sevdirir və s.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin