Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə8/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları :
1.Erqonomikanın yaranma və meydana çıxmasının səbəbləri.
2.Erqonomika mahiyyəti
3.Erqonomikanın tədqiqat sahələri
4. Erqonomik sistemin mahiyyəti
5. "İnsan — maşın” sistemi və onun konseptual və informasiya modeli nədir?
6. İ.V.Blauberq, V.N.Sadovskoqon və E.Q.Yudinasın sistemi növbəti əlamətlər vasitəsilə də müəyyən edilməsi.
7.“ İnsan-maşın” sistemlərinin hazırlamasının erqonomik təminatı prinsipləri.


MÖVZU 2. ƏMƏK QANUNVERİCİLİYİNİN ƏSASLARI. ƏMƏK MÜHAFİZƏSİNİN HÜQUQİ VƏ TƏŞKİLATI MƏSƏLƏLƏRİ

2.1. Əmək mühafizəsinin nəzəri əsasları
İstehsal prosesində həyata keçirilən əmək insan fəaliyyəti fəaliyyətin əsas formalarından biridir. Əmək prosesində işçilər istehsal mühitinin müxtəlif elementləri ilə qarşılıqlı təsirdə olurlar. Bunlara aşağıdakılar aiddir:
● perimetrlər və əmək alətləri, istehsal vasitələri, hava vəziyyəti;
● texnogen amillər , yəni təbiətlə bilavasitə bağlı təhlükələr;
● zərərli texnoloji proseslər və s.
Texnogen amillərə əsasən təbiətlə, bilavasitə təbiətlə bağlı gözlənilməz təhlükələr ( zəlzələ, sunami, ildırım çaxmasında yaranan elektrik cərəyanları və s.) nəticəsində baş verən hadisələr zamanı işçilərin sağlamlığına , yəni onların zədə almasına və ölümünə səbəb olan amillər daxildir.
Zərərli amillərə istehsal proseslərində və onlarla bir başa bağlı olan əməliyyatların icra zamanı texniki təhlükəsizlik və sanitar – gigiyena qaydalarına əməl olun maması və pozulması nəticəsində işçilərin aldığı zədələmələr və ölümlə nəticələnən amillər aiddir.
İstehsal təhlükəli və zərərli amillər tərkib və xüsusiyyətlərinə görə fiziki, kimyəvi, bioloji və psixoloji amillərə bölürlər.
Fiziki təhlükəli və zərərli amillərə hərəkət edən maşınlar və mexanizmlər, istehsalın qorunmamış hərəkətli elementlər və avadanlıqlar, yüksəldilmiş gərginlik elektrik şəbəkələr, elektromaqnit səviyyəsi yüksəldilmiş rentgen, lazer və ultrabənövşəyi şüalar, kifayət etməyən işıqlandırmalar, əlverişsiz meteoroloji şərtlər və başqaları daxildirlər.
Kimya təhlükəli və zərərli amillərə malik olan kimyəvi elementlər , müxtəlif həssaslığı artıran və kanserogen (nikel, kadmium və onların birləşmələri) və uçan maddələr aiddir.
Bioloji təhlükəli və zərərli amillərə mikro - mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, bitkilər, heyvanlar) aiddir.
Psixofizioloji amillər fiziki yüklənmələri özünə daxil edir (statiklər və dinamik təsirlər), həmçinin ruhi-əsəblər və əqli gərginlər, emosional yüklənmələr, hislər orqanlarının gərginliyi və başqaları aiddirlər.
İstehsal mühitinin elementlərinin xüsusiyyətləri və istehsal amilləri işçilərə təsir edənlər şəraiti formalaşdırır və onlar dörd: optimal, mümkün, zərəri və təhlükəli sinfə bölürlər.
♣ optimal sinfə - işləyənlərin sağlamlığı və işləmək qabiliyyətinin yüksək səviyyəsinin saxlanılması üçün ilkin şərtlərin yaradılması ;
♣ əməyin mümkün sinfinə - orqanizmin funksional vəziyyətinin mümkün dəyişikliklərinin bərpa olunması üçün tənzimlənmiş istirahət vaxtı ;
♣ əməyin zərərli sinfinə – gigiyenik normativlər zərərli texnogen amilləri ötür və işçinin orqanizminə əlverişsiz təsir göstərənlər ;
♣ təhlükəlilər sinfinə – texnogen amillər həyat üçün təhlükə yaradanlar daxildirlər.
Xarici təcrübə göstərir ki, iqtisadi yanaşmalar mühafizə problemlərinin daha elastik formasını yaradır və onlar sonsuz əmək şərtlərini yaxlaşdırmağa icazə verirlər.
İnsanın əmək fəaliyyəti olduqca müxtəlifdir və iki əsas növə bölünür – fiziki və əqli əmək.
Fiziki iş insanın dayaq-hərəkətedici və orqanizminin funksional sistemləri olan ürək-damar, əzələ-əsəb, tənəffüs və başqalarını yüklənmək ilə səciyyələnir.
Əqli əmək insanın düşüncələri və əsas gərginliyi tələb edən informasiyanın emalı, saxlanması, ötürülməsi ilə bağlı işləri birləşdirir.
Əmək fəaliyyətinin fizioloji təsnifatına əsasən əməyin növbəti formaları bunlardır:
– əhəmiyyətli əzələ fəallığını tələb edən əməyin formaları (icra olunacaq işin yerinə yetirilməsi üçün mexanikləşdirilmiş vasitələrin yoxluğunda böyük həcmdə fiziki enerjinin tələb olunması ilə səciyyələn işlər);
– yarımavtomatlaşdırılmış proseslərlə bağlı əməyin formaları.
İnsan orqanizmin funksional gərginliyi əməyin gərginliyi dərəcəsi ilə səciyyələnir. Yəni, fiziki əmək vaxtı 1 nəfər işçinin orqanizminin birgünlük enerjinin sərfi 17-25 Mcl (Meqacool), mexanikləşdirilmiş proseslərdə12,5-13 Mcl., əqli əmək işlərində 10-12 Mcl təşkil edir.
Qeyd etmək lazımdır ki. dünya ölkələrində istehsalların neqativ təsirinə görə illik iqtisadi itkilər Ümumi Daxili Məhsul istehsalının 3-4 % , istehsal proseslərində zədələmələr alan və ölən işçilərin illik sayı 2,2 milyon nəfərdən artıqdır.
Avropa Birliyi ölkələrində istehsal proseslərində itkilərin qiymətləndirilməsi tətbiq edilən son modellərdən biri TUTA modelidir. Bu model əsasında itkilərin hesablanmasında bədbəxt hadisələrin nəticəsi, işə çıxmamalar, kadrların dəyişmələri, həmçinin müəssisədə istehsal mühitinə vəsait qoymaların dəyərini nəzərə alınmaqla təyin edilir.
Bütövlükdə müəssisə üzrə bədbəxt hadisələr, işçilərin zədələnmələri və peşə xəstəliklərindən yaranan iqtisadi zərəri aşağıdakı düstur düstur ilə hesablanır:


(2.1)
Burada - bədbəxt hadisələr, işçilərin zədələnmələri və peşə xəstəliklərindən yaranan kompensasiyanın məbləğidir, man; Hn – müəssisədə işçilərin bədbəxt hadisələr, işçilərin zədələnmələri və peşə xəstəliklərindən yaranan bağlı istehsal olunmayan məhsulun məbləğidir, man.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin