Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Bionika modelinin erqo­nomika və iş təhlükəsizliyi ilə qarşılıqlı münasibətləri



Yüklə 1,67 Mb.
səhifə4/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

1.3. Bionika modelinin erqo­nomika və iş təhlükəsizliyi ilə qarşılıqlı münasibətləri

Bionika (yunan sözüdür, bion -həyat elementi, hərfi mənada yaşayan və s. mənalarını verir) – orqanizmlərin quruluşunun və həyat fəaliyyətinin təhlili əsasında mühəndisliyə dair məsələləri həll edən bioloji – texniki elmdir. Bionikanın yaranma tarixi, formal olaraq, 1960 – cı il sentyabrın 13 – dən (ABŞ – ın Dayton şəhərində Bionika üzrə keçirilmiş 1 – ci Beynəlxalq simpozium) hesab edilir. Lakin, Bionika elmi əslində çox qədim tarixə malikdir.
Sokrata görə biz parça toxumaqda hörümçəyin, üzməkdə balığın
şagirdləriyik. Demokritin fikrincə insanlar ixtiraçılıq fəaliyyətində
canlı təbiəti təqlid edirlər. Alim və mühəndislərin yaratmaq istədiklərini Allah çoxdan yaratmışdır. Leonardo Da Vinçi quşların uçmasını tədqiq edərək uçuş aparatları yaratmağa çalışmış, sovet alimi E.İ.Jukovski quşların uçuşunu təhlil edərək aerodinamikanın əsas qanunlarını kəşf etmiş və yeni qurğular yaratmışdır.
Bionikanın modeli dinamik strukturalardır. Bunların dəqiqləşdirilməsi üçün canlı materialda dəqiqləşdirmə araşdırmalarını aparmaq tələb olunur. Akademik V.V.Parin bu elmi, texniki avadanlıq yaradan zaman canlı təbiətdə bunun nümunələrini tapmaq kimi xarakterizə etmişdir və təbiətin öyrənilməsi (bitki, heyvan və insanın özü) lazım olan formnın mükəmməlləşməsinə gətirir.
Akademik P.L.Kapitsa problemlərin strukturlarının misalında “insandan fərqli olaraq, təbiət əla mühəndis-konstruktordur” və bizim ondan öyrənəcəyimiz hələ çox şeylər vardır söyləmişdir.
Bionika canlılarda enerji və informasiyanın əmələgəlmə prosesini öyrənməklə əldə etdiyi bilikləri, yeni maşın və sistemlər yaratmaq məqsədi ilə mühəndislik məsələlərinin həllinə tətbiq edir. Bionika, əvvəllər bir – birindən təcrid olunmuş halda inkişaf edən biologiya və texnika elmlərini birləşdirir, onların qarşılıqlı əlaqəsini daha da dərinləşdirir. Bionika sistemlərin quruluş və funksiyalarını öyrənərək mövcud maşın, cihaz, aparat, qurğu və texnoloji prosesləri təkmilləşdirir və prinsip etibarı ilə bioloji sistemləri səciyyələndirən yeni texniki qurğular yaradır.
Hazırda bionika üç əsas metodoloji istiqamətdə – bioloji, texniki və nəzəri istiqamətlərdə inkişaf edir.
Bionika biologiya və təbabətin nailiyyətlərinə əsaslanaraq canlı təbiətin müəyyən prinsiplərini aydınlaşdırır və bundan sırf mühəndislik problemlərinin həllərində istifadə edir.
Texniki bionika canlıların fəaliyyətinin bu və ya digər tərəflərini əks etdirən riyazi modellərin həyata keçirilməsi, mövcud cihaz, aparat, qurğu və texnoloji proseslərin daha da təkmilləşdirilməsi, prinsipcə yeni texniki vasitə və sistemlərin yaradılması ilə məşğul olur.
Nəzəri bionikanın məzmununu canlı orqanizmlərdə baş verən hadisə və proseslrin riyazi modelləri təşkil edir.
Bionika canlı təbiəti kortəbii şəkildə təqlid edir, bioloji obyektləri öyrənməklə aldığı bilikləri yaradıcılıq və ixtiraçılıq süzgəcindən keçirir, texnika qurğuya canlıda olmayan, lakin onu daha da təkmilləşdirən əlavələr edir. Bionikanın əhatə ediyi fövqəladə geniş sahəyə təyyarəqayırma, gəmiqayırma, kosmonavtika, radioelektronika, maşınqayırma, metrologiya, kimyəvi məhsul istehsalı texnologiası, arxitektura, inşaat və s. məsələlər daxildir.
Hazırda bionikaya aid tədqiqat işləri aşağıdakı istiqamətlərdə
aparılır:
1. Neyronların, sinir mərkəzlərinin, beynin quruluş və iş prinsiplərinin öyrənilməsi və bundan texniki qurğularda istifadə olunması;
2.Canlı orqanizmlərin mühitə uyğunlaşmaq (adaptasiya) qabiliyyətinin tədqiqi;
3.Bioloji reseptor və analizator sistemlərinin xüsusilə görmə, eşitmə və iybilmə orqanlarının və onların texniki modellərinin yaradılması;
4.Canlıların naviqasiya, lokasiya və oriyentasiyaya aid mexanizmlərini öyrənmək və buna əsaslanan prinsipcə yeni texniki qurğular yaratmaq;
5.Müxtəlif inkişaf səviyyəsində olan canlıların informasiyasını qəbul etmək, göndərmək, təhlil etmək və çevirmək üsullarının öyrənilməsinə əsaslanan yəni texniki rabitə növləri və vasitələri yaratmaq.
Bunlara aşağıdakılar daxildir:
* “Insan – maşın” probleminin bionik istiqamətini, insanın psixo – fizioloji qabiliyyət və imkanlarını aşkar etmək;
* Quş və həşəratın aerodinamik, balıqların və xüsusilə də balinalar fəsiləsindən olan heyvanların hidrodinamik xassələrini tədqiq etmək və bundan təyyarəqayırma və gəmiqayırmada istifadə etmək;
6. Bioloji sistemlərlə analogiyaya əsaslanan və enerji almaq üçün işlədilən texniki sistemlər yratmaq.
Bionikaya aid bütün problemlərin həllində canlı təbiət insanın müttəfiqi, məsləhətçisi və müəllimidir. Bionika canlıların idarəetmə orqanlarını, habelə əzələlərin, iş prinsipini, kimyəvi enerjinin birbaşa mexaniki işə çevrilmə mexanizmini də öyrənir. Bionikaya aid cihazlar müasir texnikanın bütün sahələrinə geniş yol tapır və texniki tərəqqi üçün böyük imkan yaradır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin