Müqavilələrdə tərəflər çatdırılma vaxtının pozulması üçün cərimə şəklində məsuliyyət tədbiri kimi şərtlər nəzərdə tuta bilərlər. Bu zaman daşıyıcılar çatdırılma müddətlərini pozarsa, onlar, cərimə ödəyir. Daşıyıcılardan vurulmuş ziya-nın əvəzi alınmır.
Konvensiya həm də daşıyıcıların məsuliyyətdən azad edilməsini şərtləndirən halları müəyyənləşdirir. 17-ci maddə bu məsələyə həsr olunmuşdur. Əgər yüklərin salamat olma-masına və çatdırılma vaxtının pozulmasına səbəb daşıyıcılar olmazlarsa, daşıyıcılar məsuliyyət daşımır və məsuliyyətdən azad olunur. Həmin hallara aşağıdakılar daxildir:
-iddiaçının hüquqa uyğun olmayan hərəkət və ya eti-nasız olması (laqeydliyi);
-iddiaçının daşıyıcının hüquqa uyğun olmayan hərə-kət və ya etinasızlığı ilə əlaqədar olmayan göstərişləri;
Elçin Eyvazov, Nərminə Balabəyova
-yüklərin (malların) spesifik xarakteri ilə şərtlənən ça-tışmazlıqlar (qüsurlar);
-daşıyıcılar tərəfindən qarşısı alınması mümkün ol-mayan hallar.
Konvensiya həm də xüsusi risk siyahısını nəzərə alır ki, onlar da daşıyıcıların məsuliyyətdən azad olunmasını şərtləndirir. Məsələn, açıq (brezenti olmayan) yük avtomobi-lindən istifadə edilməsi, bu şərtlə ki, bu cür istifadə barədə şərtlər qaiməyə daxil edilsin (Konvensiyada 17-ci maddə).
Daşınmanı yerinə yetirmək üçün istifadə olunan nəq-liyyat vasitəsinin texniki cəhətdən nasaz olması və ya qüsur-luluğu, həmçinin, avtomobili icarəyə götürən şəxslərin təqsi-ri daşıyıcının məsuliyyətdən azad olunması üçün səbəb de-yildir.
Konvensiya nəqliyyat hüquqlarının ənənəvi prinsipi olan təqsirə əsasən məsuliyyət prinsipindən çıxış edir.
Pretenziyalar və iddialar. Konvensiyada pretenziyalar və iddialar məsələlərinə həsr edilmiş norma da nəzərə alın-mışdır. Bu normaya əsasən, yük sahibi daşıyıcı ilə yaranan mübahisəni pretenziyalar qaydasında həll edə bilər. Mübahi-sələrin pretenziya qaydasında həll olunması dedikdə yük sa-hibləri və daşıyıcılar arasında mübahisələrin məhkəməyə müraciət edilmədən tərəflərin özü tərəfindən nizamlanması anlaşılır.
Konvensiya yaranmış ixtilafların pretenziya prosedu-ru əsasında həll edilməsinin mümkünlüyünü nəzərə alır. Amma pretenziyanın proseduru məcburi xarakterli deyildir. Bu zaman, yükgöndərən və ya yükalan ixtilafları həll etmək üçün daşıyıcılara pretenziya verməyə bilər. Onlar pretenziya verilmədən də iddialarla məhkəməyə şikayət edə bilərlər. Daşıyıcıya məhkəməyə kimi pretenziya həm verilə, həm də
Beynəlxalq nəqliyyat əməliyyatları
verilməyə bilər. Bununla da, pretenziya proseduru məhkə-məyə iddia təqdim olunmasının məcburi şərti sayılmır.
Yük itirildiyi və ya zədələndiyi zaman, yükalan ləngi-mədən qaimədə bu haqda uyğun qeydlər aparmalıdır. Yüka-lan apardığı qeyddə itmə və zədələnmənin xüsusiyyətini göstərməlidir. Əgər yükalan yükləri qaimədə hər hansı qeyd aparmadan qəbul edərsə, onda hesab olunur ki, daşıyıcı yük-ləri yükalana lazımi keyfiyyət və kəmiyyətdə təqdim etmiş-dir.
Əgər yüklərin itirilməsi və zədələnməsi aşkar şəkildə məlum olmazsa (gizli uyğunsuzluqlar olduqda), onda yüka-lanlar yeddi gündən çox olmayaraq, bu haqda daşıyıcıya ya-zılı şəkildə bildiriş təqdim etməlidir. Yeddi günlük vaxt yük qəbul edildiyi gündən hesablanır (buraya təyinat məntəqəsi-nin aid olduğu dövlətdə istifadə edilən bayram və istirahət günləri də aiddir).
Yükalanın yükün itmə və zədələnməsi haqda bildiriş təqdim edilməsinin zəruri hüquqi əhəmiyyəti mövcuddur. Belə ki, bildiriş daşıyıcının təqsirli olmasının sübut olunma-sını asanlaşdırır. Amma bildiriş təqdim etməmək yükalanları daşıyıcılara tələb irəli yürütmək hüququndan məhrum et-mir. O, bildiriş təqdim etmədiyi zamanda da daşıyıcıya pre-tenziya qarşı irəli sürə bilər. Lakin belə halda da, aydındır ki, daşıyıcının təqsirini sübuta yetirmək çətinləşir. Yükalan daşı-yıcının təqsirini isbat etməlidir. Konvensiya yük tam itirildi-yi hallarda daşıyıcıya pretenziya verilməsinin mümkün ol-ması və müddəti, habelə ziyanın əvəzinin tam həcmdə ödə-nilməsi haqda norma müəyyənləşdirmir. Belə vəziyyətlərdə məsələ beynəlxalq adət normasına görə həll edilir. Bu nor-maya əsasən, yükün təyinat məntəqəsinə çatdırılmasının
Elçin Eyvazov, Nərminə Balabəyova
maksimum müddəti keçdikdən sonra yükalanlar daşıyıcılara yazılı pretenziya verməlidir.
Yükün tamamilə itməsini sübut etmək vəzifəsi yüka-lanların üzərinə düşür. Yükün təyinat məntəqəsinə çatdırıl-ma müddəti pozulduğunda, yəni təyinat məntəqəsinə yük gec çatdırıldığı zamanlarda yükalan daşıyıcıya yazılı preten-ziya təqdim etməlidir. Bunun üçün 21 günlük müddət müəy-yənləşdirilir. Həmin müddət yükün yükalanın ixtiyarına ve-rildiyi gündən hesablanır.
Yükün sağlam şəkildə qalmaması (itməsi və zədələn-məsi) vəziyyətindən fərqli olaraq, çatdırılma vaxtının pozul-ması zamanı bildiriş təqdim edilməməsi yükalanı daşıyıcıya tələb irəli yürütmək hüququndan məhrum edir. Yəni, əgər daşıyıcıya bildiriş verilməzsə, yükalanlar çatdırılma müddə-tinin pozulması nəticəsində onlara vurulmuş zərərin əvəzini daşıyıcıdan qəbul edə bilməz. Yükalan tərəfindən yalnız da-şıyıcılara yazılı bildiriş verdiyi vəziyyətdə vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb olunmağı mümkündür.
Konvensiyaya əsasən, iddia müddəti 1 il müəyyənləş-dirilir. Bu onu müəyyən edir ki, Konvensiya ilə nizamlanan beynəlxalq yük daşınması sazişindən formalaşan tələblər haqda məhkəməyə 1 il vaxtında iddia verilə bilər.
Bilə-bilə törədilmiş hüquqa zidd hərəkətlər olunduğu hallarda, iddia müddəti 3 il olur. Öhdəliyin lazımınca icra olunmaması da məhkəmə tərəfindən bilə-bilə törədilmiş hü-quqa zidd hərəkəti kimi tanına bilər.
Konvensiya həm iddia müddətini, həm də bu cür müddətin hesablanma qaydasını müəyyənləşdirir. Belə ki, iddia vaxtı hesablanır, yəni başlanır:
Beynəlxalq nəqliyyat əməliyyatları
-yükün qismən itirildiyi, zədələndiyi və təyinat mən-təqəsinə gec çatdırıldığı vəziyyətlərdə yük təhvil verildiyi gündən;
-yüklər tam itdiyi vaxtda - tərəflərin razılığı ilə müəy-yənləşdirilmiş çatdırılma vaxtından sonra 13-cü gündən, ya-xud əgər belə müddət müəyyənləşdirilməyibsə, daşıyıcı tərə-findən yükün daşınmaq məqsədilə qəbul olunmasından son-ra 60-cı gündən;
-başqa hallarda (daşıma xərcinin ödənilməməsi və ya zamanında ödənilməməsi haqda iddia verildiyi zamanda, daşıyıcı yük sahiblərinə tələb irəli sürdüyü vaxtlarda) - daşı-ma sazişinin bağlandığı gündən 3 aylıq vaxt keçdiyi andan. İddia vaxtı başlandığı gün iddia vaxtına daxil edilmir.
Yazılı şəkildə pretenziya verilməsi iddia vaxtının axı-nının dayandırıl-masına səbəb olur. Daşıyıcılar yazılı şəkildə pretenziyadan imtina edərsə, iddia vaxtının axını təzələnir. Əgər pretenziya az da olsa təmin olunarsa, iddia vaxtının axını pretenziyanın mübahisəli digər hissəsinə münasibətdə təzələnir.
Konvensiyada aşağıda göstərilənlər müəyyən edil-mişdir:
-pretenziyaya baxılma vaxtı;
-pretenziyaya cavab verilmə vaxtı; -pretenziyanın təmin edilmə vaxtı.
Hesab edirik ki, qeyd olunan vaxtların dəqiq və konk-ret müəyyənləşdirilməsi haqda Konvensiyada müvafiq nor-ma nəzərə alınmalıdır. Belə normanın nəzərə alınması, təbii ki, tərəflər arasında meydana çıxmış mübahisələrin müəyyən vaxt çərçivəsində məhkəmədən kənar yolla nizamlanması baxımından öz praktiki əhəmiyyətini göstərərdi.
Elçin Eyvazov, Nərminə Balabəyova
Daşıyıcıya iddia aşağıda qeyd olunan məhkəmələr-dən birinə təqdim oluna bilər:
-tərəflərin razılığı ilə müəyyənləşdirilən məhkəmə;
-yükün daşınma üçün qəbul olunduğu yerin məhkə-
məsi;
-yükün təyinat məntəqəsinin məhkəməsi;
-cavabdehin yaşadığı ərazinin məhkəməsi;
-özünün əsas kommersiya müəssisələrinin olduğu ye-
rin məhkəməsi;
-özünün şöbələr və ya agentliyinin yerləşdiyi ərazinin məhkəməsi (həmin şöbələr və ya agentliyin vasitəsilə saziş bağlanılır).
Mübahisə tərəflərin razılığı əsasında baxılıb həll olun-ması üçün arbitraja təqdim oluna bilər.
6.5. Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma sahəsində “Gömrük Konvensiyası”, Beynəlxalq Yol Daşı-ma kitabçası Konvensiyanın predmeti və əsas xüsusiyyəti.
Beynəlxalq avtomobil nəqliyyatının (daşımasının) əsas xassələrindən biri onun gömrük məsələləri ilə bağlı ol-masından ibarətdir. Bu səbəbdən beynəlxalq avtomobil daşı-maları yerinə yetirilən zaman həmin məsələnin həll olunma-sına zərurət yaranır. Həmin məsələ ölkələrarası yükdaşıma-ların gömrük rəsmiləşməsindən ibarətdir. Bu, beynəlxalq yük daşınmalarının təşkili baxımından ən zəruri və əhəmiy-yəti olan məsələlərdən biri sayılır.
Avtomobillə beynəlxalq yük daşınmalarının gömrük rəsmiləşdirilməsi mürəkkəb prosedur sayılır. Gömrük prose-durunu asanlaşdırmaq məqsədilə 15 yanvar 1959-cu ildə av-tomobil nəqliyyatı ilə beynəlxalq yükdaşınma sahəsində mü-vafiq Cenevrə Konvensiyası təsdiq edilmişdir. Avropa ölkə-
Beynəlxalq nəqliyyat əməliyyatları
lərinin böyük bir hissəsi, həmçinin, ABŞ, Kanada və Yaponi-ya Konvensiya iştirakçılarıdır. Keçmiş SSRİ 21.05.1974-cü il-dən Konvensiyaya qoşulmuşlar. Respublikamız da 1996-cı il-dən Konvensiya iştirakçısıdır. Konvensiya beynəlxalq avto-mobil daşınmaları vaxtı gömrük prosedurunu nizamlayır, belə daşımaların gömrük rejimini müəyyənləşdirir. Konven-siya, Beynəlxalq Yol Daşıma (BYD) kitabçaları tətbiq olun-ması nəzərdə tutur. İngilis dilində o, «TIR» (Transport Inter-national Routine) adlandırılır. Bu səbəbdən Konvensiyaya BYD Konvensiyası (TİR Konvensiyası) da adlanır. Konvensi-yanın tam adı isə belə adlanır: «BYD kitabçası tətbiq olun-maqla beynəlxalq yük daşımaları barədə» Gömrük Konven-siyası. 14.11.1975-ci il tarixində Cenevrədə Konvensiya yeni redaksiyada təsdiqləndi və 1978-ci ildə qəbul olundu. Belə-liklə Konvensiyanın hüquqi təsiri avtomobil nəqliyyatının çı-xış etdiyi qarışıq daşınmalara da aid olundu.
BYD Konvensiyasında indiki halda 60-dan çox ölkə çıxış edir. Bu Konvensiya Şimali Afrika, həmçinin Yaxın və Orta Şərq regionlarında da tətbiq olunur. Çili və Uruqvay ki-mi ölkələr də BYD Konvensiyasına qoşulmuşlar. Hər il təqdim edilən BYD kitabçalarının (Carnet TIR) miqda-rı artmaqdadır. Məsələn, XX əsrin 70-80-ci illəri ərzində veri-lən kitabçaların sayı orta hesabla hər ildə 700 min idisə, 1994-cü ildən etibarən, hər il ərzində 2 milyondan artıq şəxsin on-dan istifadəsi mümkün olmuşdur. 2006-cı ildə təqdim edil-miş BYD kitabçalarının sayı təqribən 3,6 milyona yaxın ol-muşdur. Bütün bunlar onu sübut edir ki, BYD kitabçası ölkə-lərarası avtomobil daşımalarında mühüm əhəmiyyət kəsb edir və uğurla tətbiq olunur.
Beynəlxalq Yol Daşıma kitabçası. Gömrük Konvensi-yası avtomobil ilə dövlətlərarası yük daşımalarının BYD ki-
Elçin Eyvazov, Nərminə Balabəyova
tabçası üzrə yerinə yetirilməsini nəzərdə tutur. BYD kitabça-sı dövlətlərarası gömrük tranzit sisteminin mühim element-lərindən biri hesab olunur. O, Konvensiya ilə təyin olu-nan nümunədə olmalıdır. BYD kitabçası yükün yola salındı-ğı ölkədə tərtib olunur. Onu vermək səlahiyyəti BANİ-nin milli birliklərinə məxsusdur. Müasir dövrdə BYD kitabçası-nı BANİ buraxır və milli birliklərə verir. Bu birliklər də, ki-tabçanı öz öl-kələrinin daşıyıcılarına ötürürlər. BYD kitabçası istifadə edildikdən sonra daşıyıcı tərəfindən milli birliklə-rə geri verilir ki, onlar da kitabçanı BANİ yə yollayırlar. BYD kitabçası bir dəfəlik vahid beynəlxalq təminat sənədi hesab edilir. Bir kitabça ilə, əsasən konteyner yaxud bir nəq-liyyat vasitəsi rəsmiləşdirilir. Yük güvənli nəqliyyat vasitə-sində yaxud konteynerdə daşınmalıdır. Söhbət surquclanmış nəqliyyatdan və konteynerdən gedir. Burada əsas məqsəd yükün Konvensiya ilə təyin olunan texniki tələblərə uyğun-laşaraq, gömrük məntəqəsindən keçən vaxt baş verə biləcək sui-istifadə hallarının qarşısının alınmasına yönəlir. Hər hansısa yol nəqliyyat vasitəsinə yüklənmiş bir neçə kon-teyner üçün də bir kitabça tərtib olunur. Daşımanı rəsmiləş-dirən həmin kitabçanın sayı haqda qəti qərarı yükün göndə-rildiyi yerin gömrük orqanı verir. Bu qərarı digər dövlətlərin gömrük orqanları da tanımalıdır. Dövlətlərarası daşıma əmə-liyyatı həmin dövlətlərin ərazisində aparılır.
BYD kitabçası nəzarət sənədidir. Yükün yola salındığı ölkədə hazırlanan kitabça yükü izləməlidir. O, nəzarət sənə-di olaraq, yükün yola salındığı ölkədə, təyinat ölkəsində və eyni zamanda tranzit ölkəsində etibarlıdır. Bu səbəbdən də surquclanmış nəqliyyat vasitəsində yaxud konteynerdə daşı-nan yük, aralıqdakı gömrük orqanları tərəfindən yoxlanıl-mır. Yəni, BYD kitabçası ilə daşıma işini görən avtomobil
Beynəlxalq nəqliyyat əməliyyatları
nəqliyyatı tranzit sərhədini keçən zaman yükə nəzarət olun-mur. Nəticə etibarilə, BYD kitabçasının olması yükü daşın-dığı dövlətlərdə gömrük yoxlamasından azad edir. Ancaq bəzən, pozuntuya yol verilməsinə şübhə olduqda gömrük idarəsi yükü yoxlamadan keçirə bilər.
Bu prosedura əsasən, yükdaşıma yükün göndərildiyi-ölkədə icra edilən gömrük rəsmiləşdirilməsi əsasında yerinə yetirilir. Buna görə yükün göndərildiyi ölkədə keçirilən göm-rük yoxlaması tranzit əməliyyatları zamanı digər ölkələrin gömrük idarələri tərəfindən tanınır. Bu səbəbdən də yükün göndərildiyi ölkənin gömrük idarəsi yoxlamanı dəqiq şəkil-də etməlidir. BYD kitabçasının olması yükün nəql olunduğu ölkələrdə idxal və ixrac rüsumlarından azad olunması üçün əsasdır. Bütün ölkələrdə rüsumun ödənişinə avtomobil daşı-yıcılarının daxili assosiasiyaları tərəfindən təminat verilir.
Daxili assosiasiyalar eyni zamanda cərimənin ödənil-məsinə təminat verir. Kitabçanın sahibi müəyyən olun-muş gömrük qaydalarını poza bilər. Sözsüz ki, bu za-man gömrük idarələri ondan cərimə ödənilməsini istəyir. Be-lə olduqda hüquq pozuntusu yaradan kitabça sahibi və daxi-li assosiasiyalar hər ikisi də məsuliyyət daşıyırlar.
BYD kitabçasının faydası odur ki, bu sənəd əsasında avtomobil yolu ilə dövlətlərarası yük daşımalarının gömrük rəsmiləşdirilməsi aparılır. Bu, dövlətlərarası yük daşımaları-nı qismən də olsa asanlaşdıran sənəddir. Beynəlxalq avto-mobil daşımaları sahəsində başqa mühim sazişlər: Vergi pro-sedurlarını nizamlayan dövlətlərarası sazişlər.
Dövlətlərarası avtomobil yük daşımaları zamanı vergi qaydalarının və prosedurlarının tənzimlənməsi mühim mə-sələlərdəndir. Sözügedən məsələni yoluna qoymaq üçün dövlətlər tərəfindən bu istiqamətdə bəzi müvafiq beynəlxalq
Elçin Eyvazov, Nərminə Balabəyova
müqavilələr bağlanmışdır. Burda əsas mövzu vergi məsələlə-rinin nizamlanmasına aid olan beynəlxalq konvensiyalardır.
Beynəlxalq gediş-gəlişdə istifadə edilən xüsusi yol nəqliyyat vasitələri üçün vergi ödənilməsi barəsində Kon-vensiya vergi məsələsini nizamlayan əsas dövlətlərarası sa-zişlərdən biri hesab edilir. Konvensiya 1956-cı il may ayının 18-də imzalanmış, 1959-cu il avqust ayının 18-də isə qüvvəyə minmişdir. Konvensiyanın əsas predmeti fərdi istifadə avto-mobilləridir. Dövlətlərarası yük daşıması üçün istifadə edi-lən avtomobil nəqliyyat vasitələrinə görə vergi ödənilmə-si barəsində Konvensiya da xüsusi əhəmiyyət daşıyır. Kon-vensiya 1956-cı il dekabr ayının 14-də imzalanmış, 1962-ci il avqust ayının 26-da isə tətbiq olunmuşdur. Konvensiyanın predmeti dövlətlərarası yük daşımalarında istifadə edilən avtomobil nəqliyyat vasitələridir. Konvensiya bu cür vasitə-lərin vergi rejimi məsələsini aşkar edir. Konvensiyada döv-lətlərarası avtomobil nəqliyyatı kontekstində yığımlara məna verilir. Konvensiyaya əsasən, hansısa bir dövlətdə qeydiy-yatda olan və dövlətlərarası yük daşımalarını yerinə yetir-mək üçün müvəqqəti olaraq, başqa bir dövlətə daxil olan av-tomobil nəqliyyatı həmin ərazidə əldə edilən yığımdan azad olunur. Bunlara aşağıdakılar aiddir:
-nəqliyyat vasitəsinin hərəkəti üçün alınan rüsum və
yığım;
-nəqliyyat vasitəsinə sahibliyə görə rüsum və yığım. Ancaq göstərilən güzəştlər aşağıdakılara aid olun-
mur:
-yol yığımı;
-körpü yığımı;
-tunel yığımı.
Beynəlxalq nəqliyyat əməliyyatları
AR son illər əksər dövlətlərlə (Türkiyə, İran, Moldova, Rusiya Federasiyası, Ukrayna və s.) avtomobil nəqliyyatı ilə dövlətlərarası daşımalar istiqamətində hökumətlərarası sa-zişlər imzalamışdır. RF Avropa və Asiya ölkələri ilə təqribən 40 saziş imzalanmışdır.
Belə sazişlər, adətən, aşağıdakı məsələlərin həllini əks
etdirir:
-beynəlxalq avtomobil əlaqələrinin təşkil edilməsi;
beynəlxalq avtomobil əlaqələrinin və daşımalarının təşkilati və hüquqi əsaslarının təyin olunması;
beynəlxalq avtomobil hərəkəti ilə əlaqədar inzibati və texniki məsələlərin yoluna qoyulması;
beynəlxalq avtomobil daşımaları zamanı ümumi qaydaların müəyyən olunması;
-beynəlxalq avtomobil daşımalarında mülki məsuliy-yətin məcburi sığortası.
Belə sazişlər hökumətlər arasında imzalanır. Həmin ikitərəfli sazişlərin predmetini yük daşımaları və sərnişin da-şımaları təşkil edə bilər. Bu sazişlər dövlətlər arasında avto-mobil əlaqəsinin yaradılması üçün baza rolunu oynayır və onun hüquqi rejiminin əsaslarını təyin edir. Quruluş, for-ma və məzmun nöqteyi-nəzərindən onlar arasında ciddi fərqlər mövcud deyil. İkitərəfli sazişlər quruluşca, məzmu-nunca, formaca unifikasiya olunmuşdur.
İkitərəfli sazişlər 3 bölməlidir:
1.Ümumi müddəalar;
2.Sərnişin daşımaları;
3.Yük daşımaları.
Praktikadan məlum olur ki, göstərilən bölmələrdə aşağıdakı məsələlər haqda xüsusi əhəmiyyətli normalar nə-zərdə tutulur:
Elçin Eyvazov, Nərminə Balabəyova
-dövlətlərarası daşımalar üçün istifadə edilən avtomo-bil yolları;
- nəqliyyat vasitələrinin əsas parametrləri və xarakte-ristikası;
-sürücülərin hüquqları və qeydiyyat sənədləri;
-üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası; -daşıyıcının hüquqi statusu;
vergi və yığımlar; -icazə sistemi;
-sərhəd, gömrük və sanitar nəzarəti; -zərərli yüklərin nəql olunması;
-daşıyıcı tərəfindən saziş şərtləri pozulduqda tətbiq-
edilən cəza tədbirləri və başqa məsələlər.
İkitərəfli sazişlərdə dövlətlərarası avtomobil daşıma-larına məna verilir, tətbiq edilən mühüm terminlərin mənası izah edilir. Onlar göndərilmə məntəqəsi saziş üzvü olan döv-lətlərdən birinin, təyinat məntəqəsi isə başqa dövlətin ərazi-sində olan daşımalrı nizama salır. Belə sazişlərin qaydaya salma predmeti eyni zamanda tranzit daşımalardan (tranzit-lə üçüncü ölkəyə yaxud üçüncü ölkədən daşımalar) ibarət-dir.
Mövzuya aid sual və tapşırıqlar
Beynəlxalq avtomobil daşımalarının təşkili barədə danışın
Daşınan yükün xüsusiyyətlərinə görə, beynəlxalq avtomo-bil daşımalarının hansı kateqoriyaları vardır?
Beynəlxalq avtomobil daşımalarının hansı üstün və çatış-mayan cəhətləri vardır?
Beynəlxalq avtonəqliyyat prosesi iştirakçıları dedikdə han-sı şəxslər başa düşülür?
Dövlətlərarası ticarət yüklərinin nəql olunmasında avto-mobil nəqliyyatının rolu və xidməti nədən ibarətdir?
Beynəlxalq nəqliyyat əməliyyatları
Beynəlxalq avtomobil daşımalarının xüsusiyyətləri ilə əla-qədar məlumat verin.
Beynəlxalq avtomobil daşımalarının spesifik xarakterli prinsiplərini sadalayın.
Beynəlxalq yük daşınması daşıma sənədi(qaimə) ilə əlaqə-dar məlumat verin.
Beynəlxalq Yol Daşıma kitabçası haqqında danıışın.
Beynəlxalq yük daşınması müqaviləsi haqda Konvensi-yadan danışın.
Elçin Eyvazov, Nərminə Balabəyova
MÖVZU VII
BEYNƏLXALQ DƏMİRYOL DAŞIMALARI
7.1. Dəmiryolu ilə beynəlxalq daşıma və onun xüsu-siyyətləri
Dəmir yollarının şaxələnmiş sistemi vasitəsilə quru yollarla sərnişin və yük daşımaları hər yerdə həyata keçirilir. Hazırda nəqliyyatın bir növü ilə daşımalar tutumuna görə avtomobil və hava daşımalardan geri qalır. Bütün ölkələrin nəqliyyat sistemində dəmiryolu xüsusi yer tutur. Sərnişin və yük daşımaları sektorunda dəmiryolu nəqliyyatın yerinə ye-tirdiyi işin həcmi böyükdür. Nəqliyyatın həyata keçirdi-yi yük dövriyyəsinin çox hissəsini ölkənin dəmiryolları tə-min edir. Ölkənin iqtisadiyyat sahəsində dəmir yolu nəqliy-yatının xüsusi rolu vardır. Nəqliyyatın bu növü başqa nəq-liyyat növləri ilə müqayisədə xüsusi texniki - iqtisadi üstün-lüyə sahibdir.
20-ci əsrin ikinci yarısında dəmir yolu nəqliyyatı öz dominat rolunu qısa və nisbətən uzaq məsafələrə daşıma-larda mühüm rol oynayan avtomobil nəqliyyatına verdi, uzaq məsafələrə daşımaların (sərnişin, qiymətli yüklər, təcili poçt) böyük qisminə isə mülki aviasiya xidmət etməyə başla-dı. Bundan başqa son dövrlər ekoloji problemlərin və avto-mobil nəqliyyatında tariflər problemlərinin aktuallaşması ilə əlaqədar avtomobil daşımalarında dəmir yolu nəqletmələri-nin tətbiqinə geri dönüş müşahidə olunur.
Belə ki, dəmir yolu daşımaları üçün, başqa sözlə de-sək yük və sərnişinlərin 2 və ya daha çox ölkənin ərazisinə
Beynəlxalq nəqliyyat əməliyyatları
daşınması üçün maraqlı ölkələr öz aralarında xüsusi müqa-vilə imzalayırlar. Bu müqavilə bağlandıqda 2 ölkə arasında dəmir yolu ilə edilən sərnişin və yük daşınması dövlətlərara-sı daşıma adlanır və bu cür daşınma proseslərində yara-nan nəqliyyat - hüquq münasibətləri dövlətlərarası dəmir yol hüququ ilə nizamlanır.
Bütün ölkələrin nəqliyyat sistemində dəmiryolu xüsu-si yer tutur. Bu nəqliyyat növünün mühim cəhətlərini:
coğrafi - iqlim şəraitindən çox az asılı olması kimi amillər təşkil edir.
Beynəlxalq dəmiryolu hüququnun tənzimetmə pred-metinə beynəlxalq dəmiryolu nəqliyyatından istifadə üzrə dövlətlərarası əlaqələr aid edilir.
Beynəlxalq dəmir yolu daşımalarının tənzimlənməsi-nin xüsusi sahəvi prinsipləri vardır:
-dəmir yolu nəqliyyatından istifadə edilən zaman dövlətlər arasında diskriminasiyanın qarşısının alınması
dəmir yol nəqliyyatın fəaliyyəti üzrə dövlətlərin qar-şılıqlı əməkdaşlığı - dəmir yolu nəqliyyatının fəaliyyəti üçün təhlükəsizliyin təmin edilməsi.
Beynəlxalq dəmiryolu hüququnun tənzimlənməsi mənbələri isə milli qanunvericilik, beynəlxalq müqavilələr və beynəlxalq hüquqi adətlərdir.
Dövlətlərarası dəmir yolu daşımaları, dəmir yolu nəq-liyyatından yararlanmaqla dövlətlər arası saziş əsasında iki yaxud daha çox dövlətlər arasında olan yük, sərnişin və ba-qaj daşımalarına deyilir.
Beynəlxalq dəmir yolu daşımalarının özəlliklərinə aşağıdakılar aiddir:
Elçin Eyvazov, Nərminə Balabəyova
Dostları ilə paylaş: |