Dəmir yolu sənədlərinin yoxlanması və həyata keçiri-lən baxış tədbirləri dəmir yolu parkında və nəzarət məntəqə-lərində aparılır. İdxal və İxrac əməliyyatları aparılan qatar-larda gömrük rəsmiləşdirilməsinin özünə məxsus xüsusiy-yətləri vardır.
Mövzuya aid sual və tapşırıqlar
Dövlətlərarası dəmiryolu daşımalarının mahiyyətini izah edin
Dəmir yolu daşımalarının üstün və çatışmayan cəhətləri
Dəmiryolunun yaranması tarixi və formalaşması proses-ləri.
Beynəlxalq nəqliyyat əməliyyatları
Dəmiryolu ilə beynəlxalq daşıma və onun xüsusiyyətləri
Beynəlxalq dəmiryolu nəqliyyatını başqa nəqliyyat növ-lərindən fərqləndirən dörd xüsusiyyəti
Beynəlxalq dəmir yolu daşınmalarının rəsmiləşdirilməsi qaydaları
Dövlətlərarası dəmir yolu daşımalarının əsas sənədləri.
Dövlətlərarası dəmir yolu daşımalarının növlərini söylə-yin.
Beynəlxalq dəmiryol daşımalarının hüquqi tənzimlən-məsi
Dövlətlərarası dəmiryolu daşımaları üzrə beynəlxalq sa-zişlər, müqavilələr, birliklər, ittifaqlar, konfranslar hansı-lardır?
Beynəlxalq dəmir yolu daşımalarının tərəqqisində hansı xüsusiləşdirilmiş təşkilatların xüsusi rolu olmuşdur
KOTİF Konvensiyası haqqında danışın
“Dəmir yolu ilə dövlətlərarası yük daşımaları barəsində saziş” haqqında danışın
“Dəmir yolu ilə dövlətlərarası sərnişin və baqaj daşınma-sı” barəsində saziş haqqında məlumat verin
Beynəlxalq dəmir yol yükdaşımalarına gömrük nəzarəti
Elçin Eyvazov, Nərminə Balabəyova
MÖVZU VIII
BEYNƏLXALQ QARIŞIQ (İNTERMODAL) DAŞIMALARIN TƏŞKİLİ
8.1. Beynəlxalq qarışıq daşımalar anlayışı, üstün və çatışmayan cəhətləri.
Ayrı-ayrı ölkələr arasında yük yaxud sərnişin daşıma-ları 2 və daha çox nəqliyyat növündən istifadə olunmaqla hə-yata keçirilir. Bu cür nəqliyyat daşımalarına beynəlxalq qarı-şıq daşımaları, intermodal daşıma yaxud multimodal daşıma da deyilir. Dövlətlərarası qarışıq daşımaları başqa daşıma növlərindən fərqləndirən cəhət odur ki, bu daşımaların üzv-lərindən biri olan operator vahid daşıma sənədi əsasında da-şıma prosesini təşkil edir.
Dövlətlərarası qarışıq daşımaların yerinə yetirilmə-si zamanı yükgöndərən, operator, yükalan və başqa şəxslər arasında, o cümlədən nəqliyyat daşıma əlaqələri ilə bağlı dövlətlər arasında bəzi nəqliyyat-hüquq münasibətləri mey-dan gəlir. İntermodal daşımaların meydana gəlməsi keçən əsrin başlanğıcına təsadüf edir . Vurğulamaq lazımdır ki, daşıma zamanı, ancaq nəqliyyatın müəyyən bir növü (misal üçün, avtomobil nəqliyyatı, hava nəqliyyatı və s.) iştirak edir. Yəni, yük, adətən, bir nəqliyyat növü vasitəsilə daşına-raq məntəqəyə təhvil verilir. Ancaq müəyyən səbəbə görə bəzi hallarda yükü nəqliyyatın ancaq bir növü ilə təyinat ye-rinə təhvil vermək qeyri-mümkündür, başqa sözlə desək bir nəqliyyat növü kontekstində yük sahibinə daşıma xidməti
Beynəlxalq nəqliyyat əməliyyatları
göstərilməsi mümkün olmur. Hər bir nəqliyyat növünün özünəməxsus üstün və çatışmayan (qüsurlu) cəhətləri vardır. Misal üçün, dəniz nəqliyyatının üstün cəhəti odur ki, o, daşı-ma haqqı az olan nəqliyyat növüdür. Onun çatışmaz cəhəti-odur ki, daşıma prosesi limanlarda başlayır, limanlarda da başa çatır (« limandan limana» prinsipi). Dəniz nəqliyyatı ilə yük, satıcının anbarından alıcının anbarına nəql olu-nur. Yəni, avtomobil nəqliyyatı yükü «qapıdan qapıya» çat-dırmaq xüsusiyyəti ilə səciyyələnir ki, bu, onun üstün xüsu-siyyətlərindən biridir. Beləliklə, nəqliyyatın bu növünün öz çatışmaz cəhətləri də vardır. Misal üçün, yükgötürmə qabi-liyyəti məhduddur, başqa sözlə desək o, böyük həcmli daşı-malar etmək qabiliyyətinə sahib deyildir. Avtomobil nəqliy-yatına daşıma haqqının çox olması, daşımanın yüksək enerji tələb etməsi, məsafə cəhətdən məhdud sahədə tətbiq edilmə-si, yollarda tıxacların yaranması və başqa bir çox qüsurlu cə-hətlər xasdır.
Vurğulamaq lazımdır ki, nəqliyyatın növləri daşıma-nın coğrafiyası, daşıma haqqı, yükü təyinat yerinə təhvil ver-mə müddəti, yükün salamat qalmasının təminatı nöqteyi-nə-zərindən və s. qüsurlu cəhətlərə sahibdir. Belə halda dövlət-lərarası daşımanı nəqliyyatın bir növü ilə yerinə yetir-mək qeyri-mümkün olur.
Dövlətlər arasında daşımanın faydalı və qarşılıqlı şə-kildə təşkil edilməsi problemi nəqliyyatın bir neçə növünün iştirakı ilə həll edilə bilər. Bu məqsədlə yükün daşınma marşrutu müəyyən edilir, daşıma prosesini yerinə yetirmək üçün nəqliyyatın müxtəlif növləri seçilir və onlardan hamısı-nın müsbət keyfiyyətlərindən istifadə olunur. Bu cür daşıma dövlətlərarası nəqliyyat hüququnda dövlətlərarası qarışıq daşıma adlanır. Dövlətlərarası qarışıq daşımanı (intermodal
Elçin Eyvazov, Nərminə Balabəyova
transport; combined transport; multmodal transport;) qarışıq daşımadan fərqləndirmək lazımdır. Bu daşımanı hərdən kombinə olunmuş daşıma da adlandırırlar.
Nəqliyyat prosesini həyata keçirmək üçün 2 və daha çox nəqliyyat növündən istifadə edilirsə bu qarışıq daşıma adlanır. Belə daşıma üçün ən azı nəqliyyatın 2 növü iştirak edir. Adətən ona birbaşa qarışıq daşıma da deyilir. Qarışıq daşıma, ilk növbədə nəqliyyat infrastrukturu müəssi-səsinin iştirakı ilə yerinə yetirilə bilər. Bununla yanaşı, qarı-şıq daşıma bu cür müəssisələrin iştirakı olmadan da yerinə yetirilə bilər. Belə olduqda yük ardıcıl olaraq müəyyən nəq-liyyat növünün daşıyıcısından başqa bir nəqliyyat növü daşı-yıcısına verilir.
Dövlətlərarası qarışıq daşımaya isə, vurğulamaq olar ki, o, nəqliyyatın ənənəvi sistemindən (unimodal trans-port), unimodal daşımadan bir sıra xarakterik cəhəti ilə fərq-lənir. Unimodal daşıma nəqliyyatın bir növü tərəfindən hə-yata keçirilir. Bu cəhətlər aşağıdakılardır:
-ən azı 2 nəqliyyat növünün iştirak etməsi; - daşımanın 2 dövlət arasında baş tutması;
-daşıma iştirakçılarından birinin daşıma prosesini va-hid daşıma sənədi (müqavilə) əsasında təşkil etməsi;
-yükün, xüsusi qablarda (çən və konteyner) daşınması. Qeyd edilən cəhətlərdən ikisi dövlətlərarası qarışıq
daşımavə qarışıq daşımanı fərqləndirməyə imkan verir.
Daşımanın 2 dövlət arasında olması
Daşıma prosesinin operator tərəfindən təşkili.
İki dövlət arasında həyata keçirilən, yükgöndərmə və tə-yinat yeri 2 müxtəlif ölkə ərazisində olan və vahid daşıma sənədi üzrə operator tərəfindən bir neçə nəqliyyat növünün iştirakı ilə həyata keçirilən daşıma dövlətlərarası qarışıq da-
Beynəlxalq nəqliyyat əməliyyatları
şıma adlanır. Bu daşıma növünə intermodal daşıma və ya multimodal daşıma da deyilir.
İntermodal daşımaların faydası çoxdur. Dövlətlər belə daşımaların tərəqqi etdirilməsində ciddi işlər görürlər. Dün-ya dövlətlərinin hamısı bunu dəstəkləyir. İntermodal daşı-malar dedikdə yalnız dövlətlərarası deyil, eyni zamanda qi-tələrarası daşımalar da nəzərdə tutulur.
Bu daşımanın bəzi üstün cəhətləri vardır:
I qarışıq daşımalar nəqliyyat infrastrukturu müəssisələ-ri (hava limanları, terminallar, dəniz və çay limanları və s.) də daxil olmaqla ölkənin nəqliyyat sisteminin tərəqqisinə im-kan yaradır;
qarışıq daşıma operatorlarının fəaliyyəti nəticəsində nəqliyyat xidmətinin ixrac olunması artır və qarşılığında isı ölkə büdcəsinin gəliri artır;
III milli operatorların fəaliyyəti daxili nəqliyyat xidməti bazarına xarici nəqliyyat şirkətlərinin daxil olmasına mane olur;
IV ölkənin imicinə pozitiv təsir göstərir.
8.2. Beynəlxalq qarışıq daşımanın prinsipləri, xüsusiy-yətləri
Beynəlxalq intermodal daşımaların təşkil edilməsi və hə-yata keçirilməsi zamanı xüsusi prinsiplər tətbiq edilir ki, bu prinsiplər aşağıdakılardır: -daşıma prosesində bir neçə müx-təlif nəqliyyat növündən istifadə;
-yüklərin «qapıdan qapıya» çatdırılması; -yükün məntəqəyə vaxtında çatdırılması;
- daşımanın operator tərəfindən yerinə yetirilməsi;
-bütün nəqletmə prosesi dövrü üçün operatorun cavab-deh olması vəs. Əvvəl vurğuladığımız kimi, unimodal daşı-
Elçin Eyvazov, Nərminə Balabəyova
malarda bir nəqliyyat növü iştirak edir. Sözsüz ki, hava və dəniz nəqliyyatı və s. kimi yalnız bir nəqliyyat növü vasitəsi-lə yükü «qapıdan qapıya» çatdırmaq qeyri-mümkün olur. İn-termodal daşıma bu xüsusiyyəti ilə unimodal daşımadan fərqlənir.
İntermodal daşımaların üstünlüyü odur ki, bu daşımalar bir şəxs tərəfindən həyata keçirilir. Həmin operator daşımanı özü həyata keçirə bilər yaxud onun həyata keçirilməsini baş-qa birinə tapşıra bilər. Operator daşımanın kim tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, daşımanın realizəsi-ni təmin edir.
Operator qarışıq daşımanın əsas təşkilatçısıdır. Operator ekspeditor və daşıyıcı funksiyasını icra etsə də, onu nə eks-peditor, nə də agent saymaq olmaz. O, yükgöndərənlə (daşı-ma xidməti sifarişçisi ilə) qarışıq daşıma müqaviləsi imzala-yır. Məhz bu səbəbdən də operator müqavilə imzalayan tə-rəflərdən biridir.
Yükgöndərənlə operator arasında qarşılıqlı əlaqələr an-caq bir nəqliyyat sənədi ilə tənzimlənir. Bu sənəd yükün operator tərəfindən sifarişçidən qəbul olunduğu andan yü-kalana təhvil verildiyi anadək bütün daşıma dövrünü əhatə edir.
İntermodal daşıma zamanı yük sahibi və daşıyıcılar ara-sında heç bir münasibət olmur. Bu, qarışıq daşımanı unimo-dal daşımadan fərqləndirməyə imkan verən mühim cəhətdir. Operator yükü təhvil alarkən yükgöndərənə nəqliyyat sənə-di verir. Bu sənəd qarışıq yük daşınması müqaviləsinin im-zalanmasını ifadə edir, eyni zamanda bu müqavilənin bağ-lanma faktını təsdiq edir. Həmin sənəd yükün yolda oldu-ğu müddətdə operatorun məsuliyyət daşımasını təsdiq edir.
Beynəlxalq nəqliyyat əməliyyatları
İntermodal daşımalardan ancaq o vaxt danışmaq düz-gündür ki, qarışıq daşımaların, beynəlxalq bir statusu olsun. Qarışıq daşımalar isə ancaq belə bir şərtə əməl edildikdə beynəlxalq statusa sahib ola bilər ki, yükün daşınma üçün təhvil alındığı yer və yükün yükü almağa səlahiyyəti olan şəxsə verildiyi yer 2 müxtəlif dövlətin ərazisində olsun. Yük-göndərənin, operatorun və yükalanın hansı dövlətə aid ol-masının (onların «milli mənsubiyyətinin») heç bir faydası ol-madığına görə, belə aidiyyətin məsələyə aiddiyyatı yoxdur. Yuxarıda qeyd etdiyimiz şərt olduqda, qarışıq daşıma nəq-liyyat prosesinin bir dövlətə aid olmasına baxmayaraq, yenə də beynəlxalq status qazanır.
Qarışıq daşıma operatorunun fəaliyyətinin əsas məqsə-di daxili və beynəlxalq bazarda yük sahiblərinin - müştəri kontingentinin hesabına daha çox gəlir qazanmaqdan ibarət-dir. Onların mənafeyi də sırf bununla təyin edilir.
8.3. Beynəlxalq intermodal daşımaların təşkili
Yükün təyinat yerinə çatdırılması bəzən nəqliyyatın 2 və daha çox növündən istifadə olunmasını tələb edir. Bu za-man yük daşınmaq üçün hazırlanır, sənədlər tərtib edilir, av-tomobilə yüklənərək dəmir yolu stansiyasınagöndərilir. Da-ha sonra yük vaqonlara yüklənir və dəmir yolu ilə ölkə-nin müəyyən limanına daşınır. Limanda yük boşaldılır və anbarda qalır. Gəmi verildikdə isə yük yenidən gəmiyə yük-lənir və dəniz vasitəsilə xarici limana nəql olunur. Orada yük gəmidən boşaldılaraq avtomobil nəqliyyatı ilə lazım olan ye-rə çatdırılır.
Yuxarıdakı vəziyyətə əsasən yükdaşıma 3 yolla həyata keçirildi:
Elçin Eyvazov, Nərminə Balabəyova
1.Yükgöndərən espeditorun xidmətindən yararlanmır. O, yükü göndərmək üçün heç kimin yardımına ehtiyac duyma-dan sərbəst şəkildə hərəkət edir. Yükün məntəqəyə çatdırıl-masını təmin etmək üçün yükgöndərən bir neçə daşıma mü-qaviləsi imzalamalıdır. İmzalanacaq müqavilələrin sayı yük-daşıma iştirakçılarının və yükün bir nəqliyyat növündən bo-şaldılıb başqa birinə yüklənmə məntəqələrinin sayından ası-lıdır. Müqavilələrdə yükün bir iştirakçıdan qəbul edilməsi və digərinə verilməsi üzrə əməliyyatlar nəzərdə tutulmalı-dır. Yük ilk göndərilmə yerində daşıyıcıya verildiyi andan-etibarən nə yükgöndərənin, nə də yükalanın praktiki nöqte-yi-nəzərdən yükdaşıma prosesinə qarışmaq və onu yoxla-maq imkanı olmur.
Yük yolda olan zaman itərsə, zədələnərsə, əvvəlcə yüka-lana bu hadisənin marşrutun hansı hissəsində baş verməsini təyin etmək lazım olacaqdır. O, bundan sonra təqsirkar şəxs-dən zərərin qarşılığının ödənilməsini istəyə bilər. Yükün zi-yan gördüyünü müəyyən etmək isə son dərəcə çətin iş-dir. Yük sahibi yükün ona aid olduğunu sübut etməlidir. Di-gər yandan, yük sahibi daşıma prosesinin iştirakçısı (subyek-ti) kimi tanınmır. Yükdaşımanın bu yolla təşkil edilməsi və həyata keçirilməsi, o cümlədən nəqliyyat prosesi iştirakçıları arasında meydana gələn müqavilə münasibətləri mürək-kəb xarakterlidir. Bu, çox ağır və əziyyətli bir işdir. Bu səbəb-dən də praktikada həmin yoldan çox az istifadə edilir.
Ekspeditorların göstərdikləri xidmətlə əlaqədardır. Yük sahibləri bəzən ekspeditorların xidmətindən yararlanır-lar. Onlar tərəfindən daşımaların, o cümlədən qarışıq daşı-maların təşkil olunması mümkündür. Ekspeditorun göstər-diyi xidmət mülki-hüquqi müqavilə ilə rəsmiləşdirilir.
Beynəlxalq nəqliyyat əməliyyatları
Dövlətlərarası əmtəə mübadilə prosesi belə mübadiləyə xidmət edən müqavilələrin imzalanmasını tələb edir. Bu mü-qavilələrdən biri ekspedisiya müqaviləsidir.
Beynəlxalq ekspedisiya müqaviləsinə əsasən, ekspeditor sifarişçiyə beynəlxalq nəqliyyat köməyilə yükün yollanması və ya yükün alınması ilə əlaqədar xidmət göstərir və ya belə xidməti təşkil edir. Bu müqavilənin tərəfləri rolunda ayrı-ay-rə dövlətlərin subyektləri çıxış edir. Ekspeditor öz fəaliyyəti üzrə bəzi funksiyaları icra edir ki, daşıyıcı ilə yük daşınması müqaviləsi imzalamaq bunlardan biridir. Belə ki, yük sahi-bi daşıyıcı ilə yük daşınması müqaviləsini şəxsən deyil, eks-peditor vasitəsilə imzalayır. Bununla yanaşı, yükü daşınma-ğa yük sahibinin özü hazırlamır. Yük sahibi bununla əlaqə-dar bütün vacib əməliyyatların aparılmasını ekspeditora tap-şırır.
AR-nın nəqliyyat hüququna görə, ekspeditor ekspedisiya müqaviləsi ilə öhdəliyinə götürdüyü işlərin icra olunmadı-ğı bütün hallar üçün müştəri qarşısında məsuliyyət daşıyır. O, müştəriyə dəymiş ziyanın əvəzini ödəməlidir. Daşıyıcı yalnış hərəkət etdiyi zaman müştəri qarşısında daşıyıcı yox, ekspeditor məsuliyyət daşıyır (MM-in 825-ci maddəsinin 5-ci bəndi). Ancaq ekspeditorun daşıyıcıya reqress tələb hüququ vardır. Bununla yanaşı, ekspeditor bəzən daşıyıcının yalnış hərəkəti üçün məsuliyyət daşımır.
Ekspeditor qarışıq daşımanı həyata keçirmək üçün yükü alır və yükgöndərənə qəbz (ekspeditor qəbzi) təhvil verir. Qəbz yükün ekspeditora çatdırıldığını göstərir və onunla yükgöndərən arasında hüquq münasibəti yaradır. O, daşıyı-cılar üçün məcburi deyildir.
Daşıyıcı ilə yükgöndərən arasında vasitəçi rolunu oy-nayan mıhz ekspeditordur. Ekspeditor öz adından, ancaq
Elçin Eyvazov, Nərminə Balabəyova
yükgöndərənin hesabına hərəkət edir (daşıyıcı ilə yük daşın-ması müqaviləsi imzalayır və s.).
Ekspeditor vasitəçi olduğundan yükün salamat qalma-masına yaxud yükün məntəqəyə çatdırılma müddətinə əməl olunmadığına görə məsuliyyət daşımır. Ümumi qaydaya əsasən, ekspeditor daşımanı yerinə yetirmək üçün daşıyıcı ilə arasında imzaladığı yük daşınması müqaviləsinin icrası üçün cavabdeh deyil.
Yük daşımalarının təşkil edilməsinin və həyata keçirilmə-sinin başqa yolu birbaşa qarışıq daşıma yaxud qarışıq daşı-madır. Bu, daşıma prosesi iştirakçılarının mənafelərini qoru-mağa yönələn, onların hər biri üçün münasib yoldur. Yük-göndərən təkcə bir yük daşınması müqaviləsi imzalayır və yükü qarışıq daşıma operatoruna verir. Əgər yük yolda (da-şıma prosesində) itərsə, zədələnərsə və s., bu zaman yük sa-hibi məsələnin «təfərrüatını» aydınlaşdırmayacaqdır. Onun «işi» daşıyıcı ilə deyil, qarışıq daşıma operatorladır. Nəticə-də, məsuliyyət məsələsi etibarlı şəkildə təmin edilir.
Bununla yanaşı, yükün məntəqəyə çatdırılma prosesi-operatorun nəzarəti altında olur. Bu səbəbdən də yük sahibi istənilən vaxt yükün daşınması və onun vəziyyəti haqda on-dan dəqiq məlumat ala bilər.
8.4. Beynəlxalq qarışıq daşımalarda operator və onun rolu
İntermodal daşıma operatoru intermodal daşımaların təş-kil edilməsində və həyata keçirilməsində vacib fiqur hesab olunur. Onun hüquqi rejimi aşağıdakı üç əsas əlamətlə mü-əyyən olunur:
operator öz adından hərəkət edən şəxsin vasitəsilə İn-termodal daşıma müqaviləsi imzalayan şəxsdir;
Beynəlxalq nəqliyyat əməliyyatları
2) operator qarışıq daşıma müqaviləsinin tərəflərindən-
dir;
operator intermodal daşıma müqaviləsinin icra edil-məsi üçün öz üzərinə məsuliyyət götürən şəxsdir.
İntermodal daşıma müqaviləsi isə, vurğulamaq lazımdır ki, bu müqaviləyə əsasən, operator beynəlxalq intermodal daşımanın yerinə yetirilməsinin təmin olunmasını haqq əvə-zində öz öhdəsinə götürür.
İntermodal daşıma operatoru şəxsən öz adından yaxud-onun adından hərəkət edən başqa şəxsin hesabına qarışıq daşıma müqaviləsi imzalayan, müqavilə tərəfi kimi özünü göstərən və müqavilənin icra olunması məsuliyyətini öhdəli-yinə götürən şəxsdir. Operatorları, iki qrupa bölmək olar:
1. Konteyner operatoru;
2. Konvensional operator.
Konteyner operatoru, adətən yüklənmiş koynteynerlərin daşınmasında iştirak edir. Bu operatorların fəaliyyəti daha çox tərəqqi etmişdir. Beləki, operator öz fəaliyyət sahəsini dəqiqləşdirməmişdirsə, o, konteynerlərlə işləyir. Bundan başqa, konteyner operatorları yüklə də işləyə bilərlər.
Konvensional operator (ingilis dilində «conventional») qeyri- konteyner yüklərinin (misal üçün, maye və kisəsiz, də-nəvari və səpələnən yüklərin) daşınmasını edir. Konvensio-nal operatora adi (ənənəvi) operator da deyilir.
Daşıma fəaliyyətinin müstəqil şəkildə həyata keçirilməsi nöqteyi-nəzərindən operatorların iki qrupu vardır:
Faktiki operatorlar;
Müqavilə operatorları.
Faktiki operatorlar daşıma fəaliyyətini sərbəst şəkildə həyata keçirən operatorlardır. Bu operatorlar daşıma prosesi-ni müəyyən bir şəxsdən kömək istəmədən həyata keçirirlər.
Elçin Eyvazov, Nərminə Balabəyova
Müqavilə operatorları, daşıma fəaliyyəti üçün kənar şəxslərlə (ekspeditor, agent, daşıyıcı və s.) razılaşırlar. Belə operatorlar daşıma fəaliyyətini sərbəst şəkildə deyil, başqa şəxslərin yardımı ilə göstərirlər.
Operatorun daşıma fəaliyyətini sərbəst şəkildə ya-xud başqa şəxslərin köməyi ilə göstərməsi yükgöndərən üçün elə də xüsusi əhəmiyyət daşımır.
Daşımanın təşkili üçün istifadə edilən nəqliyyat vasi-tələrinin növünə görə də operatorlar aşağıdakı qruplara bö-lünürlər:
- dəniz və dəmir yolu nəqliyyatı ilə intermodal daşı-ma operatoru;
-avtomobil və dəmir yolu nəqliyyatı ilə intermodal daşıma operatoru;
-avtomobil və aviasiya nəqliyyatı ilə intermodal daşı-ma operatoru;
- avtomobil və dəniz nəqliyyatları ilə intermodal daşı-ma operatoru və s. Misal üçün, operator yükün yükgöndə-rəndən alınaraq avtomobil nəqliyyatı ilə hava limanına da-şınmasını, sonra onun hava nəqliyyatı ilə daşınmasını və sonda yükün təyinat aeroportundan avtomobil nəqliyyatı ilə yük sahibinə təhvil verilməsini təmin edir.
Vurğulamalıyıq ki, operatorların həyata keçirdikləri intermodal daşımalar üçün nəqliyyat növünün ayırd edilmə-si onun fəaliyyətinin üstünlüyü və sərnişinlər üçün yükün çatdırılmasını həyata keçirmək imkanı ilə müəyyən olunur. İntermodal xidmət göstərdikləri ərazi nöqteyi-nəzərindən operatorlar aşağıdakı kimi fərqləndirilir:
-regionlar üzrə operatorlar;
-ölkələr üzrə operatorlar;
-müxtəlif istiqamətlər üzrə operatorlar;
Beynəlxalq nəqliyyat əməliyyatları
-müxtəlif nəqliyyat dəhlizləri üzrə operatorlar.
Misal üçün, ABŞ-da olan operatorlar aşağıdakı dərə-cələr üzrə ayrılır:
-Skandinaviya ölkələrində çalışan operatorlar;
-Mərkəzi Asiya istiqamətində çalışan operatorlar; -Transsibir magistralı üzrə çalışan operatorlar.
Əlavə olaraq, qeyd edə bilərik ki, operatorlar aşağıda-kı kimi də təsnif olunur:
daşımanı «anbardan anbara» prinsipi əsasında təşkil edən operatorlar;
-daşımanı «limandan limana» prinsipi əsasında təşkil edən operatorlar;
daşımanı «qapıdan qapıya» prinsipi üzrə təşkil edən operatorlar.
8.5. Beynəlxalq qarışıq daşımaların hüquqi tənzim-lənməsi
Beynəlxalq qarışıq daşımalar beynəlxalq müqavilələr və milli qanunvericiliklə tənzimlənir. O cümlədən, bu məsə-lənin nizamlanmasında dövlətlərin milli nəqliyyat qanunve-riciliyindən başqa, dövlətlər arasında imzalanan sazişlər də xüsusi rol oynayır.
Beynəlxalq kombinə olunmuş daşımaların hüquqi tənzimlənməsi istiqamətində mühim sənəd «Beynəlxalq qarı-şıq yük daşımaları haqqında» BMT Konvensiyası (1980-ci il) sayılır.
Konvensiyanın layihəsi YUNKTAD kontekstində hö-kumətlərarası hazırlıq qrupu tərəfindən tərtib olunmuşdur. Bu layihə Cenevrə şəhərində 1980-ci il 24 mayda YUNK-TAD-ın rəhbərliyi ilə BMT konfransı tərəfindən qəbul edildi. Konvensiyanı 71 ölkə imzalamışdır. Konvensiyanı imzalayan
Elçin Eyvazov, Nərminə Balabəyova
dövlətlər arasında Avropanın İEÖ-nin, o cümlədən, ABŞ, Ya-poniya, Kanada və başqa dövlətlərin adlarına rast gəlinir.
Konvensiyanın tanınması üçün zəruri sayda dövlətlə-rin - 30 dövlətin onu ratifikasiya etməsi tələb edilir. Ancaq indiyə qədər Konvensiya tələb edilən sayda dövlət tərəfin-dən ratifikasiya edilmədiyindən qüvvəyə minməmişdir. Sırf bu səbəbdən o, günümüzdə məcburi deyil, fakultativ (qeyri-məcburi) sənəddir. Konvensiya ancaq o vaxt tətbiq edilə bi-lər ki, intermodal daşıma müqaviləsinin tərəfləri bu haqda (Konvensiyanın yurisdiksiyası haqda) razılıq versinlər. Konvensiya bütün intermodal daşıma müqavilələrinə tətbiq-olunur, bir şərt daxilində ki, yükün qəbul edildiyi və çatdı-rıldığı yerlərdən, biri Konvensiya iştirakçısı olan dövlətin ərazisində olsun. İntermodal daşıma müqaviləsi imzalanar-sa və bu müqavilə Konvensiya ilə qaydaya salınarsa, o za-man Konvensiya həmin müqavilə üçün məcburi qüvvəyə sa-hibdir. Konvensiya nəqliyyat bütün növlərinə aid olunur və qarışıq daşımanı yerinə yetirməyi operatorun üzərinə qo-yur.
Beynəlxalq qarışıq daşıma sənədi. Yükgöndərən yükü intermodal daşıma operatoruna çatdırır. Yük qarışıq daşıma operatoru tərəfindən qəbul edildikdə, o, yükgöndərənə qarı-şıq daşıma sənədi təqdim edir. Yükgöndərənin seçimi ilə ona dövriyyə sənədi yaxud qeyri-dövriyyə sənədi təqdim edi-lə bilər. İntermodal daşıma sənədi operator tərəfindən imza-lanır.
Dostları ilə paylaş: |