Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə72/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Nitq məqsədləri 
Növ və janrlara görə təsnifat aşağıdakı mə­
sələlərə aydınlıq gətirməyə imkan verir: nitq hansı auditoriya üçün
162


nəzərdə tutulub, bu və ya digər janrda hansı ifadə vasitələrindən 
istifadə olunmalıdır? Məsələn, məhkəmə nitqində məhkəmə ter­
minologiyasından istifadə ediləcək, belə nitq üçün publisistik üs­
lubun elementləri xarakterik deyil; siyasi nitqdə - ictimai-siyasi 
leksika üstünlük təşkil edəcək, burada publisistiklik yerinə düşər.
Lakin jan r ritorika üçün əməli olan suala cavab verə bilmir: 
arzu edilən- dinləyiciləri nəyə isə inandırmaq, yaxud ruhlandır­
maq, hansısa hərəkətə səsləmək, yaxud sadəcə hansısa məsələ 
barədə məlumatlandırmaq, ya əyləndirmək, ya da ən gizli hislərini, 
qəlb həyəcanlarını ona çatdırmaq kimi nəticəni necə əldə etmək, 
ona hansı üsullarla çatmaq mümkündür?
Məsələn, natiq janrın bütün tələblərinə əməl edib janra uyğun 
olan leksik söz ehtiyatından, bədii təsvir və ifadə vasitələrindən 
yararlana bilər, lakin nitq dinləyicilərdə arzu edilən təsiri yaratmır, 
çox zaman dinləyicilər natiqin bütün bunları niyə söylədiyini heç 
başa düşmürlər. Belə bir vəziyyəti təhlil edək.
Məşqçi idmançılar qarşısında çıxış edir, onlardan birini parlaq 
qələbə münasibətilə təbrik edir, onun idmandakı bütün uğurlarını 
sadalayır. İdmançılar təbrikə qoşulurlar, onların arasında şən əhval- 
ruhiyyə hökm sürür. Bununla yanaşı, məşqçinin əsas məqsədi 
təbrik deyil: o, bu qələbə nümunəsində idmançıların qarşıdakı ya­
rışlardan qabaq döyüş ruhunu yüksəltmək istəyir, arzu edir ki, id­
mançılar arasında təkcə sevinc yox, həm də ruh yüksəkliyi yaran­
sın. Lakin bunun üçün o, çıxışının məqsədini aydın dərk etməli və 
bu məqsədə necə nail olacağını bilməlidir.
Ritorika üzrə mütəxəssislərin fikrincə, ruhlandırıcı nitq nümu­
nələr əsasında qurulmalıdır, lakin bu nümunələr sadəcə sadalan­
mamalı, elə təqdim edilməlidir ki, hər bir dinləyicinin ən dərin şəx­
si duyğularına toxunsun, onlarda ümid və inam yaratsın.
Deməli, məşqçi diqqətini təkcə bir idmançının qələbəsi faktına 
yox, həm də bu qələbənin hansı mənəvi, ruhi səylər bahasına əldə 
edilməsinə yönəltməlidir. İdmançıları inandırmalıdır ki, bu ruh 
yüksəkliyini yalnız qalib idmançıda yox, onların hamısında görür, 
hər biri üçün qələbə ulduzunun parlayacağına inanır və qələbə çal­
maq naminə onun idman döyüşünə çağırışını qəbul etməyə səsləyir.
163


Bu, sosial-məişət məzmunlu ruhlandırıcı nitq olmalıdır. Bu 
növdə başqa nitqlər də mövcud ola bilər ki, onların məqsədi ruh­
landırmaq yox, məsələn, müəyyən məlumatı çatdırmaqdır. Əgər 
məşqçi öz nitqini idmanın hansısa növünün tarixinə həsr etmək 
istəsəydi, faktları, idman məlumatlarını çatdırardı, idmançıların 
mənəvi duyğularına toxunmadan, heç bir çağırış etmədən, dəlillər 
göstərmədən, inandırmadan onları şərh edərdi.
Deməli, natiqlik sənətində təkcə camaat qarşısındakı nitqin 
janr xüsusiyyətlərini yox, həm də çıxışın məqsədini, məqsədə çat­
mağa kömək edən üsulları bilmək lazımdır.
Natiqin aşağıdakı məqsədləri ola bilər:
• Məlumatlandırmaq (informasiyaverici nitq);
• İnandırmaq (inandırıcı nitq);
• Səsləmək (çağınşedici nitq)
• Ruhlandırmaq (ruhlandırıcı nitq)
• Əyləndirmək (əyləndirici nitq)
• Gizli daxili narahatlıqlarını bölüşmək (şəxsi nitq).
Məqsədin həyata keçirilməsi - natiqin dinləyicilərin reaksiyasım
əvvəlcədən hiss etməsi və buna uyğun olaraq müəyyən ritorik üsullar 
seçməsi. Təcrübə göstərir ki, bir qayda olaraq, natiqin məqsədlərindən 
biri aparıcı olur, onun üsullan isə digər üsullarla birgə işlənə bilər.
Məsələn, informasiyaverici nitqin məqsədi dinləyicilərin tam 
diqqəti və verilən informasiyanı yaxşı mənimsəmələridir. Əgər 
natiq öz nitqinə əyləncəli nitqin ünsürlərini, xüsusilə maraqlılığı 
daxil edərsə, bu məqsədə daha uğurla çatar.
Təcrübəli natiqlər bilir ki, dinləyicilərin diqqətini cəlb edib 
saxlamaq, onların yuxulamasına yol verməmək üçün müntəzəm 
olaraq zarafatyana sözlərdən, yumordan istifadə etmək lazımdır. 
Öz növbəsində, əyləncəli nitqə də çox zaman müəyyən bir infor­
masiya daxil edilir, məsələn, tətil, ekspedisiya, yürüş zamanı baş 
vermiş maraqlı hadisə barədə söhbət açılır və s.
Nitqin məqsədinin ritorika baxımından düzgün seçilməsi (mə­
lumatlandırmaq, inandırmaq, çağırış etmək, ruhlandırmaq, əylən­
dirmək, ən gizli fikirlərini bölüşmək) və bu nitqi gözəl şəkildə 
söyləmək hələ xeyirxah nitq söyləmək demək deyil.
164


Məsələn, Hitler və Mussolini də parlaq və istedadlı natiqlər 
idi və öz faşist nitqləri ilə Almaniyanın, İtaliyanın əhalisinin əhə­
miyyətli hissəsini cəlb edərək, planetimizi dünya müharibəsinin 
qanlı qırğınlarına atdılar. Söz böyük qüvvədir və ondan yüksək 
məsuliyyət hissi ilə istifadə edilməlidir. Əslində, bu məsuliyyət 
yalnız Yer üzərində sülhün, həyatın qorunmasına, insan fikirlərinin 
və duyğularının təcəssümünə xidmət edməlidir.
Məsuliyyətsizliyin qarşısında əxlaq sədd yaradır. Çox qədim 
zamanlardan bəri müqəddəs dini kitablarda yazılmış əsas əxlaq 
meyarları bütün dünyada səslənir: ata və ananı öldürmə; yalan da­
nışma; ehtiraslanna tabe olma; oğurlama; adamlara şər atma; ya­
xın adamının malına göz dikmə.
Bu müqəddəs kitablarda yazılanlar və müdrik adamların 
deyimləri insanda həyat çətinliklərinə dözməyə kömək edən ləya­
qət hissi, zəiflərə, səhv etmişlərə, kimsəsizlərə rəhm hissi, insanlara 
azad və bərabər birliyin üzvləri kimi məhəbbət hissi, insana qarşı 
zorakılığın qəbul edilməməsi və şəxsiyyət hüquqları və azadlıq­
larının müdafiəsinə olan daxili tələbat, mənəvi dəyərlərə hörmət, 
özünün maddi dəyərlərə aid arzularını nəzarətdə saxlamaq kimi 
keyfiyyətlərin formalaşdınlmasına kömək edir. Obrazlı deyilsə, 
natiqlik sənətində də əxlaqlılıq nitqin ürəyidir. Həqiqəti çox adam 
eşidir və özləri, qərarları və hərəkətləri üçün nümunə kimi yaddaş­
larında qoruyub saxlayırlar.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin