Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


müasir elmi idrak anlama və izah etmə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə155/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

müasir elmi idrak anlama və izah etmə 
proseduralarının ən‟ənəvi qarşı- qarşıya qoyulmasını rədd edir
. Eynilə 
də biliyin sosiomədəni və təbii elmi formaları, onun aksioloji- dəyər və 
həqiqi- epistemoloji səpkiləri arasında səddlər aradan götürülür. Bu 
baxımdan yanaşdıqda fəlsəfi hermenevtika tərəfindən klassik rasionalizmin 
tənqidi mütərəqqidir. Çünki sonuncu biliyin təbii elmi dəqiqliyini ideal 
kimi təbliğ edirdi. Hermenevtika isə daha irəli gedərək elmi biliyin 
sosiomədəni əsaslarını, onun çoxlu amillərlə bağlı olduğunu aşkar etdi. 
 
3. Müasir dini fəlsəfə 
Öz mahiyyətinə görə dini fəlsəfə ehkamçı şüur tipinə mənsubdur. 
Lakin dini fikirlər axınında bu və ya digər dövrün görkəmli filosofları və 
mütəfəkkirləri də iştirak edirlər. Özü də bu ən‟ənə təkcə dinin hökmranlıq 
etdiyi orta əsrlər dövrü ilə məhdudlaşmır. XX əsrin özündə dini fəlsəfədə 
j.Mariten, E.jilson, Q.Marsel, Təyyar de Şarden və başqa mütəfəkkirlər 
əhatə olunur. 
Qeyd olunmalıdır ki, dini filosoflar rəsmi dini hüdudlardan, doqma-
tik təsəvvürlərdən nə qədər çox kənara çıxırlarsa, onların fəlsəfi tə‟siri də 
bir o qədər güclü olur. Onlar dövrün, real ziddiyyətlərin müzakirəsinə daha 
qətiyyətlə qoşulur, dini fəlsəfənin ən‟ənəvi qaydalarını pozurlar. Odur ki, 
ehkamçı mövqedə duran «xalis» din filosofları bə‟zən belələrinə qarşı 
mübarizə aparırlar. 
Müasir şəraitdə köhnəlmiş, donuq təfəkkür formaları o 
cümlədən də ən‟ənəvi din fəlsəfəsi formaları o qədər də inandırıcı 
tə‟sir bağışlamır
. Nəticədə dini doqmatizm çətin vəziyyətə düşür. Buna 
görə də dini ideoloqlar çıxış yolunu dinin modernləşməsində görürlər. 
Fəlsəfə ilə maraqlanan geniş əhali, o cümlədən də dindarlar dini ideolo-
giyada, bu yeniləşmə meyllərini razılıqla qarşılayırlar. Beləliklə yeniyə, 
qeyri- ortodoksala doğru dönüş dini mütəfəkkirlərin müasir fəlsəfədə 
əhəmiyyətli yer tutmasını şərtləndirir. Burada belə bir cəhət də az rol 
oynamır. Dini ideoloqların bir çoxu professional filosoflar və fəlsəfə tarix-
inin biliciləridir. Onların bu cəhdləri (əlbəttə ortodoksalların inadlı 
müqaviməti şəraitində) əsrimizin dini fikrində «antropoloji çevrilişin» baş 


127 
verməsində, yə‟ni insan probleminin fəlsəfənin başlıca probleminə 
çevrilməsində mühüm rol oynayır. 
Dindarlar və din mütəxəssisləri ən‟ənəvi olaraq fəlsəfəni ilahiyyata 
(allah haqqında tə‟lim) tabe fəaliyyət növü hesab edirdilər. Onlar 
göstərirdilər ki, teologiyanın əsasını təşkil edən e‟tiqad, fəlsəfənin əsası 
olan zəkadan üstündür. Buna uyğun olaraq fəlsəfənin predmeti şərh olu-
nurdu. Bu gün də rəsmi dini fəlsəfənin əldə rəhbər tutduğu ən‟ənəvi 
oriyentasiya- teosentrizmdir. Bu ehkama görə dünya və insan haqqında 
olan bütün fikirlər və etik problemlər allah , onun mövcudluğunun sübuta 
yetirilməsi, onun hikməti, ilahi zənginlik ideyası ətrafında cəmləşməlidir. 
Yenidən səmtləşmə isə bundan ibarətdir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin