476
qiymət vermək qabiliyyətidir. O həm də insanın öz hərəkətləri üçün şəxsi
məsuliyyət hiss etməsi deməkdir. Vicdan insanın daxili hakimidir. Normal
insan üçün onun qərarı hər şeydən üstündür. Vicdanın
səsi insan
şəxsiyyətinin saxtalaşmasının, ikiüzlüyünün qarşısını alır.
Əxlaqi kateqoriyalar içərisində şəxsiyyətin ləyaqəti də mühüm
yer tutur
. O insanın öz ictimai qiymətini və hüququnu başa düşməsi
deməkdir. Insan ləyaqətinin ölçüsü ictimai faydalı
əmək və cəmiyyətə
xeyir vermək hesab olunur.
Əxlaqın digər bir əsas məsələsi
insan həyatının mənasıdır
. Bu,
şəxsin öz subyektiv mövqeyini, ustanovkalarını
və hərəkətlərini
cəmiyyətin inkişafının ümumi meylləri ilə nə dərəcədə uyğunlaşdıra
bilməsində ifadə olunur. Həyatın mənası
xoşbəxtlik anlayışı ilə sıx
bağlıdır.
Xoşbətlik həyatın dolğunluğu deməkdir
. Onun əsas
göstəricisini insanın
öz fəaliyyətinin doğruluğunu, böyüklüyünü,
əzəmətliliyini başa düşməsi nəticəsində aldığı mənəvi ləzzət təşkil edir.
Xoşbəxtliyin sirri həm başqa insanlara, həm
də özünə sevinc gətirmək
məharətindədir. Xoşbəxtlik həyatı elə təşkil etmək deməkdir ki, insan
özünün yaradıcılıq qabiliyyəti və imkanlarını
tam dolğunluğu ilə
reallaşdıra bilsin. Deməli onun mühüm mənbəyini insanın öz fiziki və
mənəvi qüvvələrini dolğun təzahür etdirə bilməsi təşkil edir. Xoşbəxtlik
çoxtərəfli anlayışdır. Lakin onun mərkəzində insanın məşğul olduğu konk-
ret sahədə əsl yaradıcı fəaliyyət göstərə bilməsi durur.
Yuxarıda
deyilənlər sübut edir ki, müasir cəmiyyətdə
şəxsiyyətlərarası münasibətlərin tənzim edilməsində,
bütövlükdə
cəmiyyətin, habelə onun hər bir üzvünün normal inkişafının təmin
olunmasında əxlaqi şüur artmaqda olan rol oynayır.
ESTETIK ŞÜUR
Ictimai şüurun ən qədim formalarından biri estetik şüurdur (hərfi
mənası hissi, hissedən deməkdir). O bizi əhatə edən dünyanı konkret- his-
si, bədii obrazlar vasitəsilə əks etdirir. Çox vaxt estetik şüur və incəsənət
anlayışlarını eyniləşdirirlər. Doğrudan da onlar bir- birilə çox yaxındır,
lakin tam eyni deyildir. Belə ki, incəsənət bədii dəyərlər yaratmağa
yönələn
fəaliyyət, bədii istehsaldır. Estetik şüur isə bu fəaliyyəti nəzəri
qiymətləndirir, beləliklə də onun ictimai əhəmiyyətini artırır. Həm də
göstərilməlidir ki,
Dostları ilə paylaş: