3
3
99
98
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
41.
Kəlləsizlər yarımtipi.
Xordalılar tipi.
Başıxordalılar sinfi
1778-ci ildə Simon Pallas ilk dəfə olaraq Qara dənizdə yaşayan neştərçənin qu-
ruluşunu tədqiq edərək onu molyusklara aid etdi. Lakin sonradan A.O.Ko-
valevski tərəfindən neştərçənin xordalı heyvanlara aid olduğu müəyyən edildi.
· Neştərçənin hansı xüsusiyyətlərinə görə alimlər belə nəticəyə gəldilər?
Neştərçənin və balığın xarici quruluşunu mü-
qayisə edin. Bu heyvanların oxşar və fərqli
xüsusiyyətlərini müəyyən edin.
Fäaliyyät
Fäaliyyät
Xordalılar tipi. Xordalılar tipinə 41 min növ daxildir. Onların əsas
səciyyəvi əlamətlərindən biri daxili ox skeleti –
xordanın (və ya onurğa-
nın) olmasıdır. Xorda dayaq funksiyasını yerinə yetirərək bədənə möh-
kəmlik verir. Xordalılarda sinir sistemi boruşəkillidir. Əksəriyyətində
onun ön hissəsindən baş beyin formalaşır. Bunlarda, həmçinin, udlaq
üzərində qəlsəmə yarıqları olur.
Xordalılar tipi
kəlləsizlər, sürfəsixordalılar və kəlləlilər (və ya onurğa-
lılar) yarımtipinə bölünür. Kəlləsizlərə yalnız bir sinif – başıxordalılar
aiddir.
Başıxordalılar sinfi. Sinfin nümayəndəsi olan neştərçə dənizlərdə
yaşayan yarımşəffaf bədənli kiçik balığabənzər heyvandır.
Gövdəsinin hər iki ucu sivri olub, neştərə oxşayır. Bu səbəbdən onu
neştərçə adlandırırlar. Neştərçənin baş hissəsi seçilmir. Bədəninin ön
hissəsində lamisə çıxıntıları ilə əhatələnmiş ağız qıfı, onun dib hissəsində
isə ağız yerləşir. Qəlsəmələrin üzəri dəri büküşləri ilə örtülmüşdür.
Bədənin arxa hissəsində bədən boyunca dəri pərdə uzanaraq bel, quyruq
və quyruqaltı üzgəci əmələ gətirir. Quyruqaltı üzgəcin ön tərəfində anal
dəlik yerləşir.
Neştərçənin quruluşu
Skeleti. Bədənin ox skeletini təşkil
edən xorda öndən quyruğa
doğru uzanır.
Həzm sistemi və qidalanması. Neştərçənin ağız qıfı, udlağı və
qəlsəmə yarıqları kirpiklərlə örtülmüşdür. Kirpiklərin fəaliyyəti
sayəsində su ağıza daxil olaraq özü ilə kiçik qida hissəciklərini
gətirir. Daxil olan qida həzm olunaraq bağırsaqdan bədənə soru-
Qan-damar sistemi. Qapalı olub iki əsas damardan – bel və qarın qan damarla-
rından və onlardan ayrılan damar şaxələrindən ibarətdir. Neşətərçənin ürəyi
yoxdur.
İfrazat orqanı. Həlqəvi qurdlarda olduğu kimi, metanefridilərdən ibarətdir.
Sinir sistemi. Neştərçənin bel hissəsində xordanın üzəri ilə
sinir borusu uzanır.
Ondan bədənin müxtəlif hissələrinə sinir şaxələri gedir.
Hiss orqanları. Xüsusi hiss orqanı yoxdur. Dəri səthində yerləşən və işığı hiss
edən xüsusi hüceyrələrə malikdir. Neştərçənin sinir borusunun ön ucunda qoxu
çökəkliyi olur. Bu çökəklik vasitəsilə suyun kimyəvi tərkibini hiss edir.
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanma xaricdə gedir. Mayalanmış
yumurtadan bədəni kirpiklərlə örtülü fəal hərəkətli sürfələr çıxır. Onlar inkişaf
edərək yetkin fərdə çevrilir.
Əhəmiyyəti. Balıqların qidasını təşkil edir.
7
-ci
f e sil
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar,
suda-quruda yaşayanlar və sürünənlər
1. Xordalılara aid olan əlamətləri seçin: А) Xitinləşmiş xarici skeleti var;
B) Sinir sistemi boruşəkilli olur; C) Qan-damar sistemi açıqdır;
D) Udlaq üzərində qəlsəmə yarıqları olur.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
2. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın:
Neştərçələr__ yarımtipinə aiddir. __ tipinin bütün nümayəndələrində olduğu
kimi, mərkəzi sinir sistemi bədənin __ hissəsində, __ üzərində yerləşir.
Kəlləsizlər; Bel; Xordalılar; Xorda.
Neştərçənin daxili quruluşu
Xorda
Sinir borusu
Udlaq
Qida
borusu
Qaraciyər
Cinsiyyət
vəzisi
Bağırsaq
Anal dəlik
Lamisə
çıxıntıları
Qəlsəmə
yarıqları
Ağız qıfı
Atrial dəlik
Qan-damar
sistemi
Cədvəli dəftərinizə köçürün və
neştərçənin quruluş xüsusiyyət-
lərini müvafiq sütunda qeyd edin.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Daxili skelet
Həzm orqanları
Tənəffüs orqanları
Qan-damar sistemi
Orqanlar sistemi
Quruluş xüsusiyyətləri
Qəlsəmə
arteriyası
Qəlsəməüstü
arteriya
Bel
qan damarı
Qarın qan damarı
Quyruq venası
Ön və arxa
venalar
Kapillyar
şaxəsi
lur. Həzm olunmayan qalıqlar isə anal dəliyindən xaricə çıxarılır.
Tənəffüs sistemi. Udlaq üzərində 100 cütdən çox qəlsəmə yarıqları olur.
Ağızdan daxil olan su qəlsəmələrdən keçərək qanı oksigenlə zənginləşdirir.
3
3
101
100
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
42. Kəlləlilər yarımtipi.
Balıqlar
Balıqların bədəninin kənarlarında suyun axınını müəyyən edən xüsusi duyğu
orqanı var. O, balığa lilli suda maneələrə toxunmadan
hərəkət etməsinə imkan
verir.
· Su həyat tərzi balığın bədən quruluşunda özünü necə göstərir?
Məqsəd: Balıqların xarici quruluşunun xüsusiyyətlərini
və su mühitinə
uyğunlaşmalarını öyrənmək.
Təchizat: Balıq və ya balıq şəkli.
İşin gedişi:
1. Balığı nəzərdən keçirərək onun bədəninin formasını və hissələrini müəyyən
edin.
2. Onun şəklini dəftərinizdə çəkərək quruluş hissələrini qeyd edin.
Nəticəni müzakirə edin: Balıqlarla quruda yaşayan digər onurğalılar nə ilə
fərqlənir?
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Balıqların xarici quruluşu
Skat
Kəlləlilərə – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və
məməlilər aiddir.
Balıqlar. 20 minə qədər növü məlumdur. Yalnız su mühitində yaşayır.
Bunlarda cüt üzgəclər və çənələr meydana gəlmişdir. Əksəriyyətinin
bədəni pulcuqlarla örtülmüşdür. Balıqlar
sümüklü və
qığırdaqlı balıqlar
sinfinə bölünür.
Qığırdaqlı balıqlar sinfi. Skeletləri qığırdaqdan təşkil olunur. Bu
balıqlara
akulalar və skatlar aiddir. Onlarda yanlarında 5-7 cüt qəlsəmə
yarığı yerləşir. Qığırdaqlı balıqlarda qəlsəmə qapaqları olmur. Üzmə qo-
vuğu yoxdur, əksəriyyəti diri bala doğur.
Sümüklü balıqlar sinfi. Balıqların əksər nümayəndələri sümüklü
balıqlar sinfinə aiddir.
Bunlarda skelet əksər hallarda sümükləşmiş olur.
Bədən
baş, gövdə və quyruqdan ibarətdir və onlar arasında kəskin sərhəd
yoxdur.
Akula
Çay xanısının bədən quruluşu
Göz
Pulcuqlar
Quyruq üzgəci
Quyruqaltı (anal) üzgəc
Qarın üzgəci
Döş
üzgəci
Qəlsəmə qapağı
Ağız
Burun dəliyi
Bel üzgəcləri
Skeleti
Üzgəc şüaları
Fəqərələr
Kəllə
sümükləri
Qarın üzgəcinin
skeleti
Çənə
sümükləri
Qabırğalar
Anal üzgəcin skeleti
Döş üzgəcinin skeleti
Çiyin qurşağı
Qəlsəmə qapağı
Qığırdaqlı balıqlar sinfi
Suda üzməsində
üzgəclər əsas rol oynayır. Üzgəclər tək və cüt olur. Bə-
dən səthi sümük pulcuqlarla örtülmüşdür. Dəridə çoxlu selik ifraz edən
vəzilər olur. Selik qatı pulcuqların üzərini örtərək balığın sürtünməsini
azaldır, həmçinin onları mikroorqanizmlərin təsirindən qoruyur. Balığın
yan hissələrində başdan quyruğa doğru
yan xətt orqanı uzanır.
Sümüklü balıqların quruluşu
Skeleti. Kəllə, gövdənin və ətrafların skeletindən ibarətdir. Skeletin əsasını
gövdə boyunca uzanan
onurğa təşkil edir. Onurğa
gövdə və quyruq
fəqərələrindən təşkil olunur.
Bədənin gövdə fəqərələrinin yan hissəsində iki
qabırğa olur. Onurğa öndə kəllə
ilə hərəkətsiz birləşir. Üzgəclərin skeleti bir neçə sümükdən və üzgəc
şüalarından ibarətdir.
Balıqda yaxşı inkişaf etmiş əzələlər olur. Bunlardan bel və quyruq əzələləri
daha güclüdür.