Suda-quruda yaşayanların əhəmiy-
yəti və qorunması. Yetkin suda-quruda
yaşayanlar həşəratlar və ya onların sür-
fələri, müxtəlif ilbizlərlə qidalanmaqla
kənd təsərrüfatı zərərvericilərini məhv
edir. Onların özləri də digər heyvanların
qidasını təşkil edir. Quru və ya su mü-
hitinin çirklənməsi ilk növbədə bu mühit-
lərin sakini olan suda-quruda yaşayanla-
ra təsir edir.
Həlqəvi ayaqsız
Ekoloji vəziyyətin getdikcə pisləşməsi onların növ saylarının
azalmasına səbəb olur.
Azərbaycanın “Qırmızı kitab”ına quru qurbağası, sarımsaqiyli qur-
bağa, Qafqaz xaçlıcası, adi və Karelin tritonları və s. növlər düşmüşdür.
46.
Sürünənlər sinfi
Əsrlər boyu ilanlar barədə olan əfsanələrdə onlar xeyir və şər, həyat və
ölüm, yaranma və məhvolma rəmzi kimi təsvir olunurdu.
·Hansı xüsusiyyətlərinə görə ilanları bu cür rəmzi mənada təsəvvür
edirlər?
Suda-quruda yaşayanlara
aid əlamətləri seçin. Digər
əlamətlər sürünənlər
sinfinin nümayəndələrinə
aiddir.
Nəticəni müzakirə edin:
Hansı əlamətləri bu
siyahıya əlavə edə
bilərsiniz?
Fäaliyyät
Fäaliyyät
1. Dəri nəm və çılpaqdır.
2. Dəri qurudur və buynuz maddədəndir.
3. Tənəffüs yalnız ağciyərlərlədir.
4. Quruda dəri və ağciyərlərlə, suda isə yalnız
dəri vasitəsilə tənəffüs.
5. Üçkameralı ürək.
6. Üçkameralı ürəyin mədəciyində tam
olmayan arakəsmə var.
7. Xarici mayalanma.
8. Daxili mayalanma.
9. Düzünə inkişaf.
10. Dolayı inkişaf.
Sürünənlərin hazırkı dövrdə 9400 növü məlumdur. Onların əksəriy-
yəti quruda yaşayır. Çoxalmaları su mühitindən asılı olmur. Sürü-
nənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Əksəriyyətinin dəriləri
quru və vəzisiz olur, üzəri buynuz mənşəli pulcuqlarla örtülür. Quruda
çoxalmaları ilə əlaqədar sarılıqla zəngin və qalın qabıqla örtülmüş
yumurta qoyur. Sürünənlər sinfinin nümayəndələrindən biri zolaqlı
kərtənkələdir.
Zolaqlı kərtənkələnin quruluşu
Bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi suda-
quruda yaşayanlarla müqayisədə daha yaxşı inkişaf etmişdir və çox hərə-
kətlidir. Kərtənkələnin ətrafları beşbarmaqlıdır. Barmaqlar arasında üzmə
pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir.
Hərəkəti. Ətraflar bədənin yanlarına birləşir. Hərəkət zamanı kərtənkələnin
təkcə ətrafları deyil, gövdənin qarın və quyruq hissələri də yerə toxunur.
Dəri örtüyü. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur.
Kərtənkələ böyüdükcə köhnə dərisi vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur.
Kərtənkələnin xarici quruluşu
Arxa ətraflar
Quyruq
Gövdə
Baş
Boyun
Ön ətraflar
3
3
115
114
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Əzələsi. Sürünənlərdə döş qəfəsinin yaranması ilə əlaqədar qabırğaarası
əzələlər inkişaf etmişdir.
Həzm sistemi. Ağızda eyniölçülü dişlər və ucu haçalanmış əzələli dili olur.
Həzm sistemi qurbağada olduğu kimidir.
Tənəffüs sistemi. Ağciyərlərlə tənəffüs edir. Qurbağalarla müqayisədə ağci-
yərlər daha çoxbüküşlüdür.
Qan damar sistemi. Kərtənkələnin ürəyi üçkameralı olub, bir mədəcik və iki
qulaqcıqdan ibarətdir. Qulaqcıqlar tam arakəsmə ilə bir-birindən ayrılsa da,
mədəcikdə belə arakəsmə tam deyil. Bu səbəbdən arterial və venoz qan mədə-
cikdə qarışır. Böyük və kiçik qan dövranı var.
İfrazat sistemi. Sürünənlərdə onurğanın hər iki tərəfində yerləşən bir cüt
böyrək olur. Qurbağada olduğu kimi, sidik axarları kloakaya açılır.
Sinir sistemi. Ön beyin və beyincik suda-quruda yaşayanlara nisbətən yaxşı
inkişaf etmişdir. Beyində ilk dəfə beyin qabığı rüşeym halında əmələ gəlmişdir.
Hiss orqanları. Görmə, eşitmə, qoxubilmə və dadbilmə orqanlarından ibarətdir.
Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı – qırpma pərdəsi
yaxşı inkişaf etmişdir.
Həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemləri
Baş beyin
Sinirlər
Onurğa beyin
Ön beyin
Aralıq
beyin
Orta beyin
Uzunsov
beyin
Beyincik
Sinir sistemi
Qan-damar sistemi
Sol qulaqcıq
Sağ qulaqcıq
Mədəcik
Tam olmayan
arakəsmə
Kiçik
qan dövranı
Böyük
qan dövranı
Skeleti. Sürünənlər və suda-quruda yaşayanların skeletləri arasında bəzi ox-
şarlıqlar vardır. Lakin sürünənlərdə qabırğalardan, döş sümüyündən və fəqərə-
lərdən ibarət döş qəfəsi yaranmışdır. Onurğa boyun, döş, bel, oma, quyruq şöbə-
lərinə bölünmüşdür.
Ön
pəncə
Said
sümükləri
Baldır
sümükləri
Arxa
pəncə
Bud
Bazu
Onurğa
Arxa ətraf
qurşağı
Ön ətraf
qurşağı
Kəllə
Kərtənkələnin skeleti
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanması daxilidir. Yumurta hücey-
rənin mayalanması dişinin yumurta borusunda gedir. Qabıqla örtülü sarılıqla
zəngin yumurtaları quruya qoyur. Rüşeymin inkişafı yumurta sarısının
hesabına gedir. Yumurtadan yetkin fərdə oxşar kiçik kərtənkələ çıxır.
Regenerasiya. Kərtənkələlərin düşməni çoxdur. Əgər onlar kərtənkələni
tutarkən onun quyruğundan yapışsalar, bu zaman quyruğun həmin hissəsi
qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu
hissədən yeni quyruq əmələ gəlir.
1) dəri buynuz pulcuqlarla örtülmüşdür
2) tənəffüs yalnız ağciyərlər vasitəsilə gedir
3) dərisi çılpaqdır
4) ağciyərlər və dəri tənəffüsü var
5) inkişafı quru mühitdə gedir
6) ətraflar beşbarmaqlıdır
7) yumurtaları qalın qabıqla örtülmüşdür
8) bədən temperaturu ətraf mühitdən asılıdır
9) inkişaf tam çevrilmə ilə gedir
10) iki qan dövranı var
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Suda-quruda yaşayanlar
və sürünənlər üçün səciyyəvi
və ümumi əlamətləri seçin:

47.
Sürünənlərin müxtəlifliyi və əhəmiyyəti
Uzun illər ərzində sürünənlərin bəzi nümayəndələrini qiymətli dərisinə görə
kütləvi ovlayırdılar. Bu dəridən müxtəlif məmulatlar hazırlanırdı.
· Sürünənlərin kütləvi məhv edilməsi təbiətdə hansı nəticələrə gətirib çıxara bilər?
Şəkillərə əsasən kərtənkələ, ilan, timsah
və tısbağanı müqayisə edin. Onların hər
birinə xas olan xüsusiyyətləri sadalayın.
Fäaliyyät
Fäaliyyät
Nəticəni müzakirə edin: Onların hansı
ümumi xüsusiyyətləri var?
Sürünənlərin müxtəlifliyi. Sürünənlərə pulcuqlular, tısbağa-
lar, timsahlar və dimdikbaşlılar dəstələri aiddir.
Pulcuqluların nümayəndələri kərtənkələlər, ilanlar və buqələ-
munlardır. Kərtənkələlərin bəzilərində, məsələn, koramalda ət-
raflar olmur. Ətraflar ilanlarda da yoxdur. Onların göz qapaqları
qovuşmuş və şəffaflaşmışdır. İlanlarda döş qəfəsi olmur. Çənələri
elastik bağlara malik olduğundan geniş açılır və ovunu bütöv
uda bilir. Bəzi ilanlar zəhərli olur. Onlara kobra, gürzə, qalxan-
sifət aiddir. Zəhərli ilanların tüpürcək vəziləri şəklini dəyişərək
zəhər vəzilərinə çevrilmişdir. Zəhər vəzilərinin axarları zəhər
dişlərinin içərisinə açılır.
Zəhərsiz ilanlar da vardır. Onların bəziləri ovlarını boğub
3
3
117
116
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Alliqator
Dəniz
iquanası
Qulaqlı
girdəbaş
kərtənkələ
Hatteriya
Dəniz tısbağası
Buqələmun
Orta Asiya
kobrası
Zəhər
dişi
Dil
Zəhər vəzisi
Gürzə
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Düzgün cavabı seçin:
1. Sürünənlərdə yumurta qabığı rüşeymi qurumaqdan qoruyur.
2. Kərtənkələnin ağciyərlərinin səthi qurbağanın ağciyərlərindəkindən
çoxdur.
3. Bütün sürünənlərin dördkameralı ürəyi var.
4. Bütün sürünənlər quruda yumurta qoyur.
5. Sürünənlərin dərisi quru və vəzisiz olur.
6. Sürünənlərdə xarici mayalanma olur.
2. Şəkildə rəqəmlərlə hansı hissələr qeyd olunub?
1
2
3
4
5
6
7
8
9
10
öldürməklə bütöv udur. Zəhərsiz
ilanlara yatağanlar, təlxələr, suilan-
ları, kələz ilanlar aiddir. Buqələmun-
lar ağaclarda yaşayır və mühitdən ası-
lı olaraq rəngini dəyişə bilir.
Tısbağalar dəstəsinin nümayəndə-
lərində çanaq olur. Çənələrində dişlər
olmur. Suda və ya quruda yaşayan nü-
mayəndələri var. Quru tısbağalarının
çanaqları hündür, suda yaşayanlarda
isə yastı olur. Bəzi dəniz tısbağala-
rında ətraflar pərlərə çevrilmişdir.
Timsahlar yırtıcıdır, həyatlarının
çox hissəsini suda keçirir. Barmaqları
arasında üzmə pərdəsi olur. Üzmədə
həm də quyruq iştirak edir. Digər sü-
rünənlərdən fərqli olaraq, timsahlar-
da ürək dördkameralıdır. Lakin ürək-
dən çıxan zaman arterial qan venoz
qanla qismən qarışır.
Sürünənlərin qədim nümayəndə-
lərindən biri dimdikbaşlılar dəstəsinə
aid olan hatteriyadır. Görünüşcə kər-
tənkələyə oxşar olan bu canlıya Yeni
Zelandiyada rast gəlinir.
Qədim sürünənlər. Bunlara dino-
zavrlar, ixtiozavrlar, pterozavrlar və
teriodontlar aiddir. Dinozavrlar (mə-
nası: dəhşətli kələz) nəhəng sürünən-
lər olmuşlar. Bu heyvanlar kiçik başa,

119
118
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
uzun, yoğun
, iri quyruğa malik idi. Yırtıcı və otyeyən formaları
mövcud idi.
Sürünənlərin ixtiozavr adlanan suda yaşayan, balığabənzər və ptero-
zavr kimi uçan formaları ağciyərlərlə tənəffüs etmiş və diri bala doğ-
muşdur. Uçan kələzlərin ön ətraflarının uzanmış barmaqları və bədənləri
arasında dəri pərdələri olmuşdur. Qədim sürünənlərin teriodontlar adla-
nan qrupunda dişlər ilk dəfə kəsici, köpək və azı dişlərinə bölünmüş və
sürünənlərdən fərqli olaraq, ayaqları gövdənin alt tərəfində yerləşmiş-
dir.
Sürünənlərin qədim nümayəndələri hazırda məhv olmuşdur. Onların
məhv olmasının əsas səbəbi kimi yeni meydana gələn quru onurğalıları ilə
rəqabətə davam gətirməmələri ehtimal olunur.
boyuna
1. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır.
2. Çənədə dişlər olmur.
3. Ürək dördkameralıdır.
4. Döş qəfəsi olmur.
5. Ətrafları yoxdur.
6. Barmaqlar arasında üzmə pərdəsi olur.
7. Çanağı olur.
Uyğunluğu müəyyən edin:
A. İlanlar
B. Tısbağalar
C. Timsahlar
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
1. Sırada göstərilənlərdən hansı “artıqdır”? Cavabınızı əsaslandırın.
А) Gürzə, timsah, kobra, eskulap ilanı
B) Kərtənkələ, timsah, triton, hatteriya
C) Qızılı mabuya, koramal, zolaqlı kərtənkələ, qalxansifət
D) Təlxə, kələz, suilanı, gürzə
a) Tısbağaların bədəni möhkəm çanaqla mühafizə olunur. Onlar çanaqdan
müvəqqəti azad ola bilirlərmi?
b) Nə üçün dinozavrları dəhşətli kələzlər adlandırırlar?
c) Qədim sürünənlər digər mühit şəraitində yaşamaq üçün hansı uyğun-
laşmalar qazanmışdı?
2. Suala cavab verin:
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Sürünənlərin əhəmiyyəti və qorunması. Yırtıcı sürünənlər digər
heyvanlarla qidalanaraq onların sayının sürətlə artmasına imkan vermir.
Kərtənkələlər həşəratlarla, ilanlar gəmiricilərlə qidalanmaqla zərərve-
ricilərin və xəstəliklərin qarşısını alır. İlan zəhərindən təbabətdə istifadə
edilir.
İnsanın fəaliyyəti nəticəsində mühit şəraitinin dəyişməsi sürünənlərə
də öz təsirini göstərmişdir. Belə ki, kərtənkələlərdən – qızılı mabuya,
ilanlardan – Kiçik Asiya gürzəsi, eskulap ilanı, tısbağalardan – Aralıq də-
nizi tısbağası və s. növlərin adı Azərbaycanın “Qırmızı kitab”ına düş-
müşdür.
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
1.
1. Neştərçənin ürəyi ikikameralıdır; 2. Xor-
dalıların bədəni ikitərəfli simmetriyaya malikdir;
4. Xordalıların sinir sistemi xor-
danın altında yerləşir; 5. Bütün xordalıların nümayəndələrində xorda
bütün ömrü boyu saxlanılır;
2.
a) Xorda sinir/dayaq sisteminə
aiddir; b) Neştərçə qəlsəmələrlə/ağciyərlərlə tənəffüs edir; c) Balıqların
əksəriyyəti sümüklü/qığırdaqlı balıqlar sinfinə aiddir; d) Balıqların
ürəyi iki/üçkameralıdır; e) Balıqların ifrazat orqanı malpigi boru-
larıdır/böyrəklərdir.
3. Suda-quruda yaşayanların səciyyəvi xüsusiyyətlərini dəftərinizdə
qeyd edin: 1. Mədəciyində arakəsməsi olmayan üçkameralı ürək; 2. Mə-
dəciyində arakəsməsi olan üçkameralı ürək; 3. İki qan dövranı; 4. Qa-
palı qan-damar sistemi; 5. Çılpaq və nəm dəri; 6. Buynuz pulcuqlarla ör-
tülmüş quru dəri; 7. Xarici mayalanma; 8. Daxili mayalanma; 9. Tə-
nəffüs orqanı ağciyərlərdir; 10. Tənəffüs orqanı ağciyərlər və dəridir;
11. Kürü tökür; 12. Yumurta qoyur; 13. Döş fəqərələrinə yaxşı inkişaf
etmiş qabırğalar birləşir; 14. Göz qapaqları var; 15. Düzünə inkişaf;
16. Dolayı inkişaf.
4. Suallara cavab verin:
a) Qurbağalar sudan çıxmadan həm atmosfer havası ilə tənəffüs edir
və ətraf mühitdə səmtlərini müəyyənləşdirə bilirlər. Onların
hansı quruluş xüsusiyyətləri buna imkan verir?
b) Kərtənkələlər isti günlərdə çox hərəkətli və fəal, soyuq havada isə
əksinə, azhərəkətli olur. Bunun səbəbi nədir?
Düzgün ifadələri seçin:
Düzgün cavab variantını seçin:
3. Neştərçənin hə-
rəkəti əzələlərin hesabına baş verir;
6. Neştərçənin qan-damar sistemi qapalıdır.
İxtiozavr
Pterozavr
(uçan kələz)
Tiranozavr
Teriodont
Qədim sürünənlər
3
3
119
118
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
uzun, yoğun
, iri quyruğa malik idi. Yırtıcı və otyeyən formaları
mövcud idi.
Sürünənlərin ixtiozavr adlanan suda yaşayan, balığabənzər və ptero-
zavr kimi uçan formaları ağciyərlərlə tənəffüs etmiş və diri bala doğ-
muşdur. Uçan kələzlərin ön ətraflarının uzanmış barmaqları və bədənləri
arasında dəri pərdələri olmuşdur. Qədim sürünənlərin teriodontlar adla-
nan qrupunda dişlər ilk dəfə kəsici, köpək və azı dişlərinə bölünmüş və
sürünənlərdən fərqli olaraq, ayaqları gövdənin alt tərəfində yerləşmiş-
dir.
Sürünənlərin qədim nümayəndələri hazırda məhv olmuşdur. Onların
məhv olmasının əsas səbəbi kimi yeni meydana gələn quru onurğalıları ilə
rəqabətə davam gətirməmələri ehtimal olunur.
boyuna
1. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır.
2. Çənədə dişlər olmur.
3. Ürək dördkameralıdır.
4. Döş qəfəsi olmur.
5. Ətrafları yoxdur.
6. Barmaqlar arasında üzmə pərdəsi olur.
7. Çanağı olur.
Uyğunluğu müəyyən edin:
A. İlanlar
B. Tısbağalar
C. Timsahlar
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
1. Sırada göstərilənlərdən hansı “artıqdır”? Cavabınızı əsaslandırın.
А) Gürzə, timsah, kobra, eskulap ilanı
B) Kərtənkələ, timsah, triton, hatteriya
C) Qızılı mabuya, koramal, zolaqlı kərtənkələ, qalxansifət
D) Təlxə, kələz, suilanı, gürzə
a) Tısbağaların bədəni möhkəm çanaqla mühafizə olunur. Onlar çanaqdan
müvəqqəti azad ola bilirlərmi?
b) Nə üçün dinozavrları dəhşətli kələzlər adlandırırlar?
c) Qədim sürünənlər digər mühit şəraitində yaşamaq üçün hansı uyğun-
laşmalar qazanmışdı?
2. Suala cavab verin:
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Dostları ilə paylaş: |