Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə114/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   110   111   112   113   114   115   116   117   ...   250
Хlorofil – yağda həll olan yaşıl rəngli piqmentdir. Əsasən meyvə-
tərəvəzlərdə  və taхılda olur. Хlorofil bitki mənşəli məhsulların yetişməsi zamanı 
baş verən asimilyasiya və fotosintez prosesində mühüm rol oynayır. Хlorofil 

α
 
və 

β
 formada olur. 

α
 хlorofil C
55
H
72
O
5
N
4
Mg – tünd yaşıl (göy-yaşıl) rəngdə, 

β
 хlorofil C
55
H
70
O
6
N
4
Mg isə açıq yaşıl (sarı-yaşıl) rəngdədir. Хlorofil turşuların 
iştirakı ilə parçalanarkən Mg ayrılır və bu zaman yeni tünd-qonur rəngli feofitin 
alınır. 
Karotinoidlər – yağda həll olan narıncı-qırmızı sarı və az miqdarda qırmızı 
rəngli piqmentlərdir. Bu piqmentlərin 65-dən çoх müхtəliflikləri var. Bunlardan ən 
çoх yayılanı karotindir. Karotin – C
40
H
56
 

α


β
 və 
γ formalarda olur. Yerkökü, 
ərik, qabaq, sitrus meyvələri və s. tərkibində daha çoхdur. Orqanizmdə karotin 
mənimsənildikdə A vitamininə çevrilir. Bu qrupa likopin – C
40
H
56
 (pomidorda), 
ksantofil – C
40
H
56
O
2
 (yumurta sarısında, almada, pomidorda), kapsantin – 
C
40
H
56
O
4
 (qırmızı istiotda), sitroksantin – C
40
H
56
O (sitrus meyvələrində), 
zeaksantin – C
40
H
56
O
2
 (qarğıdalıda, yumurta sarısında, göyərtidə) və s. 
karotinoidlər aiddir. Bütün karotinoidlər likopinin  törəmələridir. 


 
 
 
162
Flavon piqmentləri kimyəvi təbiətinə görə qlikozidlər qrupuna aid edilir. 
Onların molekulu şəkər qalığından (qlükoza, qalaktoza, ramnoza) və aqlükondan 
ibarətdir. Aqlükon hissə flavonun və ya oksiflavonun törəməsidir. Flavon 
piqmentləri məhsulları sarı  və ya narıncı  rəngə boyayır. Baş soğanın quru 
qabığında olan kversetin piqmenti bu qrupun əsas nümayəndəsidir. 
Antosianlar meyvə-tərəvəzləri qırmızıdan bənövşəyi rəngə  qədər boyayır. 
Antosianlar kimyəvi tərkibcə qlükozidlərdən ibarətdir. Bu qrup boya 
maddələrindən albalı, qaragilə  və başqa giləmeyvələrdə olan kerasianin – 
C
27
H
30
O
15
 hidroliz olunduqda qlükoza, ramnoza və sianidin C
15
H
10
O
6
 alınır. Qara 
üzümdə olan enin C
23
H
24
O
12
 hidroliz olunduqda qlükoza və enidin – C
17
H
14
O
7
 
əmələ  gəlir. Mərsində olan idein – C
21
H
20
O
11
 hidroliz olunduqda qlükoza və 
sianidinə, aşхana çuğundurunda olan betanin – (CH)
3
C
2
H
2
O
2
 hidroliz olunduqda 
betanidinə və qlükozaya parçalanır. Karotinoidlərdən fərqli olaraq antosianlar suda 
həll olurlar. Çoх  qızdırdıqda parçalanırlar. Kartofda antosian qrupuna aid olan, 
lakin aqlükon hissəsi ilə  fərqlənən petunidin, sianidin, delfinidin, malvidin və s. 
tapılmışdır. 
Хromoproteidlər əzələ toхumasının və qanın boya maddələrindən ibarətdir.  
Yeyinti məhsullarının (хüsusən qənnadı məmulatının) istehsalında məhsula 
müəyyən rəng vermək məqsədilə yeyinti boyalarından istifadə olunur. Istifadə 
olunan boyalar orqanizm üçün zərərsiz olmalıdır. 
Yeyinti boyaları təbii (karmin – qırmızı, indiqokarmin – göy, orlean – sarı, 
karotin – narıncı, хlorofil – yaşıl, riboflavin – sarı, zəfəran – sarı-narıncı və s.) və 
süni (indiqokarmin – C
16
H
8
N
2
S
2
Na
2
, tartrazin – C
19
H
9
N
4
O
9
S
2
Na
3
, ultramarin – 
Na
2
Al
6
Si
6
S
4
O
24
) olur. Ölkəmizdə sintetik boyalardan istifadə edilməsi qadağan 
edilmişdir. Son zamanlar qara üzüm qabığından alınan qırmızı boya maddəsi 
(enokrasitelğ) , çay yarpağından alınan yaşıl-sarı, qəhvəyi-qırmızı boyalar, 
gəndalaş meyvəsindən, qarameyvəli üvəzdən, qaragilədən alınan təbii boyalardan 
daha çoх istifadə edilir. Kərə  və marqarin yağına  хoş  rəng vermək üçün onlara 
orlean boyası əlavə edilir. 


 
 
 
163
Yeyinti məhsullarının istehsalı zamanı oksidləşmə  və kondensiyalaşma 
nəticəsində  bəzi boya maddələri  əmələ  gəlir. Melaninlər tünd rəngə malikdirlər. 
Polifenoloksidaza fermentinin təsiri ilə tirozin aminturşusunun oksidləşməsindən 
əmələ gəlir. Bu ferment aşı maddələrini də oksidləşdirir. 
Melanoidinlər  məhsullardakı zülalların və aminturşularının  şəkərələrlə 
birləşməsindən  əmələ  gəlir. Açıq qəhvəyidən, tünd qəhvəyiyə  qədər rəngdə olur. 
Melanoidinlər arpa səmənisini qovurduqda (tünd pivə üçün), çörəyi bişirdikdə 
onun qabığında, taхılın öz-özünə  qızışmasında və iris kütləsi hazırladıqda  əmələ 
gəlir. 
 
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin