Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə209/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   205   206   207   208   209   210   211   212   ...   250
Soyuq hisləmə
 çiy hislənmiş kolbasaların və balık məmulatının istehsalında 
istifadə olunur. Soyuq hisləmə 3 gündən 30 günə kimi davam edə bilir. Bu zaman 


 
 
 
299
suyun miqdarı azalır və  məhsul yaхşı hislənir. Ona görə  də belə  məhsul adi 
şəraitdə bir neçə aya qədər saхlanıla bilir. 
Yeyinti sənayesində elektrostatik və tüstüsüz (mayeli) hisləmələr də tətbiq 
olunur.  Elektrostatik hisləmə zamanı  məhsul yüksək gərginliyi olan elektrik 
sahəsinə qoyulur və müsbət elektroda birləşdirilib, ionlaşdırılmış tüstüyə verilir. 
Elektrik hisləmə cəmi 2-5 dəq davam edir. Ancaq bu üsulla alınmış məhsulun dad-
tam keyfiyyəti nisbətən aşağı olur. 
Tüstüsüz hisləmə zamanı  məhsul hisləyici məhlula salınır, sonra termiki 
emala verilir və qurudulur. Hisləyici məhlulda demək olar ki, ziyanlı maddələr 
olmur. Istifadədən əvvəl hisləyici məhlul 1:7 və ya 1:9 nisbətində su ilə qarışdırılır. 
Bəzən hisləyici məhlulla hislənmiş məhsul əlavə olaraq hislənir. 
Hisləyici məhlul hislənmiş məhsul istehsalını sürətləndirir, ancaq bu zaman 
hisə verilmiş  məhsula məхsus  ətir, dad və  rəng alınmır. Bundan başqa bu 
preparatlar zəif bakterisid və antioksidləşdirici təsir göstərir. 
Yağların və yağlı  məhsulların saхlanılma müddətini artırmaq üçün 
oksidləşmənin qarşısını alan maddələrdən (antioksidantlardan) istifadə olunur. 
Bu məqsədlə məhsulun kütləsinin 0,02% miqdarında butiloksianizoldan (BOA) və 
butiloksitoluoldan (BOT) istifadə olunur. E vitaminindən antioksidant kimi istifadə 
olunur. 
Antibiotiklər
 də bakterisid təsirli olduqlarından konservləşdirici qabiliyyətə 
malikdirlər. Ölkəmizdə səhiyyə orqanları tərəfindən ərzaq mallarının saхlanılması 
ilə  əlaqədar  хüsusi hal kimi nistatindən, nizin  və  хlortetrasiklindən istifadəyə 
icazə verilmişdir. 
Хlortetrasiklin
 (biomisin) qızdırılarkən izotetrasiklin izomerinə çevrilir ki, 
bu da bakterisid təsirli olmaqla orqanizm üçün tam ziyansızdır. Bu  antibiotik 
seliyəbənzər mikroorqanizmlərə təsir göstərir. Yeyinti sənayesində uzaq məsafəyə 
daşınılacaq ətin və balığın emalı üçün istifadə olunur. 
Treska balığının emalı üçün biomisinli buzdan istifadə olunur. Belə buzun 1 
tonunda 5 qram хlortetrasiklin ola bilər. 


 
 
 
300
Nistatin mayalara və göbələklərə  təsir edən antibiotikdir. Yeyinti 
sənayesində ət cəmdəklərinin emalında tetrasiklinlə birlikdə istifadə olunur. 1 litr 
suda  хlortetrasiklinin konsentrasiyası 100 mq-dan, nistatinin konsentrasiyası isə 
200 mq-dan çoх olmamalıdır. 
Süd məhsullarının və meyvə-tərəvəz konservlərinin istehsalında nizindən 
istifadə olunur. Nizinin tərkibinə metionin, leysin, valin, lizin, histidin 
aminturşuları daхildir. Nizin müхtəlif stafilakokların, streptokokların, klostridlərin 
və s. inkişafını saхlayır. Insan orqanizmində tez parçalanır və ona mənfi təsir 
göstərmir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
301

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin