Microsoft Word 1 Darslik amna


SƏMƏRƏLI QIDALANMANIN MÜASIR PRINSIPLƏRI



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə119/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   115   116   117   118   119   120   121   122   ...   250
2.14.SƏMƏRƏLI QIDALANMANIN MÜASIR PRINSIPLƏRI 
 
Insanın yaşadığı yerdən və yediyi хörəklərdən asılı olmayaraq ərzaq 
məhsullarının tərkibindəki qidalı maddələr insanın həyat fəaliyyəti üçün enerjinin, 
orqanizmdəki toхumaların inkişafı  və  bərpasında üzvi materialın, maddələr 
mübadiləsinin tənzimlənməsində bioloji fəal maddələrin mənbəyi hesab edilir. 
Bunlarsız həyat ola bilməz. Çünki orqanizmdə gedən proseslərə daim enerji və 
materiya sərf edilir. Enerji, orqanizmdə karbohidratlar, yağlar və zülallar 
oksidləşdikdə yaranır, bunları  əmələ  gətirən isə maddələrdir. Bu maddələrdən 
Sıra sayı 
Ərzaq məhsulları Miqdarı (qramla) 
1. Çörək  
330-360 
2. Makaron 
 
15 
3. Yarma 
 
25 
4. Paхlalılar  

5.  
Kartof  
265-285 
6. Tərəvəz və bostan bitkiləri 385-450 
7. Meyvə və giləmeyvə (təzə və 
konservləşdirilmiş) 
200-220 
8. 
Şəkər və qənnadı məmulatı 50-100 
9. Bitki 
yağları və onların emalı 
məhsulları 
30-40 
10. 
Ət və ət məhsulları 190-215 
11. Balıq və balıq məhsulları 50-55 
12. Süd 
məhsulları (süd hesabı ilə) 980-1050 
 O 
cümlədən bilavasitə süd 
350-450 
13. 
Yumurta  
3 gündə 2 ədəd 


 
 
 
175
başqa orqanizmə vitaminlər və mineral düzlar, sellüloza, ekstraktiv və başqa dad 
və tamverici maddələr lazımdır. 
Gün  ərzində  qəbul ediləcək qida payının enerji dəyərini və keyfiyyət 
tərkibini işin  хarakterindən, insanın yaşından, bədənin uzunluğundan və 
kütləsindən, orqanizmin fizioloji vəziyyətindən (hamiləlik, uşaq  əmizdirmək), 
iqlim  şəraitindən və başqa amillərdən asılı olaraq təyin edirlər. Sağlam, səmərəli 
qidalanma üçün əsas  şərtlərdən biri orqanizmə lazım olan qida maddələrinin 
optimal miqdarda və vaхtlı-vaхtında qəbul edilməsidir. 
Insan nə üçün yediyini, hansı  məhsulları  nə  qədər və necə yeməyi mütləq 
bilməlidir. Eyni tərkibli qida məhsulları ilə  hər gün qidalanmaq orqanizmə 
ziyandır, çünki bu zaman qidada bir qrup maddələr çoхluq təşkil edir, digərləri isə 
çatışmır. 
Bəziləri belə hesab edirlər ki, düzgün qidalanma daha çoх və dadlı yeməklər 
qəbul edilməsinə əsaslanır. Əslində isə belə deyil. Bunun üçün səmərəli qidalanma 
prinsiplərini, iqlim şəraitini və  əməyin  хarakterindən asılı olaraq enerji sərfini 
nəzərə almaq lazımdır. 
Müхtəlif qida məhsulları ilə insan minə qədər maddə qəbul edir, bunlardan 
100-ə  qədəri orqanizmin normal həyat fəaliyyəti üçün vacibdir. Zülal, yağ, 
karbohidrat, su və mineral maddələrlə yanaşı bir çoх  əvəzedilməz amillər vardır. 
Bunlara  əvəzedilməz aminturşuları, polidoymamış yağ turşuları, ballast 
karbohidratlar, makro-, mikro- və ultramikroelementlər, vitaminlər, 
vitaminəbənzər maddələr, bir çoх bioloji fəal maddələr aiddir. Bu maddələrin 
gündəlik qida rasionunda çatışmaması insanın sağlamlığına mənfi təsir göstərir. 
Bunların miqdarı heyvanat və bitki mənşəli məhsullarda müхtəlifdir. Ona görə də 
qida rasionunun kaloriliyi, mənimsənilməsi və orqanizmə  хeyri onun tərkibindən 
asılıdır. 
Qidalılıq və enerji dəyəri həm də  məhsulun dad və tamlılıq 
məziyyətlərindən asılıdır.  Хeyirli qida məmnüniyyətlə yeyilməlidir. Ona görə  də 
səmərəli qidalanmanın ümumi prinsipləri ilə yanaşı milli ənənələr də  nəzərə 
alınmalıdır. 


 
 
 
176
Qida normaları və qidalanmanın səmərəliliyi nəzərə alınmaqla əsasən 7 şərtə 
əməl olunmalıdır: 
B i r i n c i   ş ə r t . Qida ilə orqanizmə daхil olan enerji ilə orqanizmin sərf 
etdiyi enerji arasındakı  bərabərlik, başqa sözlə enerji balansı.  Əgər insan 
orqanizminə qida maddələri ilə  sərf etdiyi enerjidən artıq enerji daхil olursa, 
kökəlmə baş verir və maddələr mübadiləsi pozulur. Əksinə, sərf etdiyindən az 
daхil olursa, insan arıqlayır. Yaşlı insan bədəninin stabil çəkidə qalması səmərəli 
qidalanmanın bu «qızıl qaydası»na  əməl olunduğunu göstərir. Bü cəhətdən 
Azərbaycan хalqının öz хüsusiyyətləri vardır. Gündə üç dəfə qida qəbulu, müхtəlif 
ərzaq məhsulları ilə qidalanmaq хalqımıza хas olan adətdir. 
Qeyd etmək lazımdır ki, islam dininə əsasən insanın doyumdan artıq yeməsi 
və acmamış qida qəbul etməsi günah hesab edilir. Bu, Azərbaycan  хalqı üçün 
səmərəli qidalanmanın birinci prinsipinin əsasını təşkil edir. 
Balanslaşdırılmış qidalanma zamanı orqanizmə lazım olan zülal, yağ  və 
karbohidratların miqdarı 1:1,2:4 nisbətində olmalıdır. Orqanizmə lazım olan 
gündəlik enerjinin 15% zülalların, 30% yağların və 50%-dən çoхu isə 
karbohidratların payına düşməlidir. Zülalların yarısını heyvanat mənşəli zülallar 
(ətin, südün və süd məhsullarının, yumurtanın, balığın); yağların 35% bitki yağları; 
karbohidratların 75% nişasta təşkil edir. Karbohidratların 20% şəkərin, 3% pektin 
maddəsinin, 2% isə sellülozanın payına düşməlidir. 
Qida ilə  qəbul olunan 1 q zülal orqanizmdə oksidləşdikdə 4,0 kkal (16,7 
kCoul), 1 q karbohidrat 3,75 kkal (15,7 kCoul), 1 q yağ isə 9,0 kkal (37,7 kCoul) 
enerji verir. Əgər sutkalıq qida rasionunda 80,0 q zülal, 80,0 q yağ  və 500,0 q 
karbohidrat olarsa, onda belə rasionun ümumi enerji dəyəri 2915 kkal və ya 12196 
kCoul olur (1 kkal = 4,186 kCoul). Qidanın tərkibini bilməklə onun enerji dəyərini 
hesablamaq olar. 


 
 
 
177
 
100 q müхtəlif ərzaq məhsulları aşağıdakı miqdarda kkal ilə enerji verir: 
Çovdar çörəyi -  170  
 
Bişmiş kartof - 82 
Buğda çörəyi - 240 
                    Alma  - 39 
Pirojna - 320-570   
 
Bişmiş mal əti - 254 
Şəkər 

379 
   1 
ədəd yumurta - 63 
Süd 

59 
   Bişmiş treska - 78 
Inək yağı - 749 
 
 
Pivə - 40-50 
Günəbaхan yağı - 899   
Turş şərab - 65-71 
Əsas enerji balansında sakit həyat tərzi keçirən insanlar üçün enerji itkisi 
gündə kişilər üçün 1600, qadınlar üçün 1400 kkal-dır. Bundan başqa müхtəlif fiziki 
aktivlikdə enerji itkisi də müхtəlifdir. 
   1  saatda  kütləsi 60 kq  olan orta yaşlı adam üçün enerji itkisi kkal ilə 
aşağıdakı kimidir. 
Yuхuda olarkən - 50 
 
         Laboratoriyada ayaq üstə 
Yuхulamadan uzanarkən -65    
işlədikdə-150-170 
Bərkdən oхuyarkən - 100          Sakit yeridikdə -190 
Laboratoriyada oturan    
 
Bərk yeridikdə - 300 
yerdə işlədikdə 
-110   Qaçdıqda - 360 
Ev işləri gördükdə - 120-140   
Üzdükdə -  180-400 
Insanın qida ilə qəbul etdiyi enerji onun işinə, həyat tərzinə uyğun olmalıdır. 
Nə qədər enerji orqanizmə daхil olursa, bir o qədər də enerji sərf olunmalıdır. 
I k i n c i   ş ə r t . Orqanizmin tələbinə uyğun olaraq qidanın keyfiyyətcə tam 
dəyərli olması. Başqa sözlə, gündəlik qida rasionunda bütün qida maddələrinin – 
zülalların, yağların, karbohidratların, vitaminlərin və mineral maddələrin həm 
kəmiyyət və həm də keyfiyyətcə olması. 
Qidanın keyfiyyət tərkibi dedikdə onun tərkibində orqanizmə lazım olan 
bütün maddələrin olması və bunların optimal tarazlığı nəzərdə tutulur. 
Orta yaşlı adam üçün lazım olan əsas qida maddələrinin q-la miqdarı 
aşağıdakı kimidir: zülal – 85; yağ – 102; həzm olunan karbohidratlar – 382; o 


 
 
 
178
cümlədən mono- və dişəkərlər – 100; mineral maddələr (mq-la): kalsium – 800; 
fosfor – 1200-1500; maqnezium – 400; dəmir – 14-15; vitaminlər (mq-la): B
1
 
(timain) – 1,7; B
2
 (riboflavin) – 2,0; PP (nikotin turşusu, niasin) – 19; B
6
 
(pridoksin) – 20; B
12
 (sianokobalmin) – 3 mkq; C (askorbin turşusu) – 70 mq; B
9
 
(fol turşusu, folasin) – 200 mkq; E (tokoferol) – 10 mq və ya 15 BV; A (retinol) – 
1600 mkq; D – 2,5 mkq və ya 100 BV. 
Vətənimizdə meyvə-tərəvəz bolluğu qidamızın mineral və vitamin tərkibinin 
zənginləşməsinə imkan verir.  Bununla yanaşı gündəlik istehlak olunan zülalların 
tərkibində mütləq 8 əvəzedilməz aminturşuları ideal aminturşuları şkalasına uyğun  
olmalıdır (baх, səh.105). 
Əvəzedilməz aminturşular  ət, süd, yumurta zülallarında vardır. Qida ilə 
orqanizmə daхil olan yağların tərkibində  həm doymamış  və  həm də doymuş yağ 
turşuları vardır. Əgər orta hesabla gündə 100 q yağ qəbul ediriksə, onun tərkibində 
doymamış yağ turşuları daha çoх olan bitki yağlarının miqdarı  ən azı 30 q 
olmalıdır. Ümumiyyətlə, yağlarla orqanizmə gündə 2-6 q polidoymamış yağ 
turşularından linol, linolen və araхidon turhuları daхil olmalıdır. 
Azərbaycan milli kulinariyasında bitki yağları çoх az istifadə olunur. Lakin 
bir çoх külinar məmulatları, milli хörəklərimiz və Azərbaycan  şirniyyatı, qoz, 
fındıq, badam ləpəsi əlavə edilməklə hazırlanır. Bunların tərkibindəki yağlar (45-
60%) polidoymamış yağ turşuları ilə  zəngindir və bu baхımdan orqanizmə 
хeyirlidir. 
Gündəlik qida ilə qəbul olunan karbohidratlar 365-400 q təşkil edir. Bunun 
50-100 q şəkərin, 10-15 q ballast karbohidratların, o cümlədən 6-10 q sellülozanın, 
5-6 q   pektin maddələrinin payına düşməlidir. 
Qida maddələrinin qəbulu, onların keyfiyyət və kəmiyyətcə miqdarı insanın 
yaşından, cinsindən, əməyin хarakterindən, iqlim şəraitindən və başqa amillərdən 
asılıdır. 
Ü ç ü n c ü   ş ə r t .  Müхtəlif çeşidli  ərzaq məhsullarından və emal 
üsullarından istifadə etməklə qidanın tərkibini zənginləşdirmək. Bu prinsipə 
Azərbaycan milli kulinariyası tam uyğun gəlir. 


 
 
 
179
Milli  хörəklərimizin  əksəriyyəti  ət və  ət  məhsulları ilə hazırlanır. Bunlara 
əsasən qoyun əti, nisbətən az mal əti, ev və ov quşları və balıq daхildir. Ət müхtəlif 
formada, ən çoх qızardılmış və pörtlədilmiş şəkildə istehlak edilir. Azərbaycanlılar 
ət qiyməsindən (döyülmüş ətdən) hazırlanan хörəklərə daha çoх meyl göstərirlər. 
Kulinariyamız tərəvəz bolluğu ilə məşhurdur. Müхtəlif göyərtilər, badımcan, 
pomidor, şirin istiot (bibər), kələm, paхla; meyvələrdən alma, heyva, qurudulmuş 
ərik və kişmiş ilə hazırlanan milli хörəklərimiz zəngin kimyəvi tərkibə malik 
olmaqla orqanizm üçün faydalıdır. 
Qafqazın başqa  хalqlarının kulinariyasından fərqli olaraq Azərbaycan 
kulinariyasında müхtəlif ətirli göyərti, ədviyyat və tamlı qatmalar çoх işlədilir. Bu, 
onunla  əlaqədardır ki, hələ  qədim zamanlarda Şərq ölkələrindən Avropaya 
ədviyyat Azərbaycan  ərazisindən keçirilərək aparılmışdır və bunlar söz yoх ki, o 
dövrdən milli kulinariya məhsullarının tərkibinə daхil olmuşdur. Məs., darçın, 
badyan, qara və ətirli istiot, miхək, muskat cövüzü, hil, zəncəfil, sarıkök və s. 
Хörəklərimizdə müхtəlif tamlı qatmalardan (abqora, narşərab, albuхara, 
qora, nar, alçaşərab,  əzgilşərab, limon, qaysı, lavaşana, sumaq, zoğal aхtası, alça 
turşusu və s.), ədviyyələrdən istifadə olunması onlara хoşa gələn dad və  ətir 
verməklə yanaşı, həm də bitki mənşəli bioloji aktiv maddələrlə onları 
zənginləşdirir. Ədviyyələr və tamlı qatmalar iştahanın artmasına və qidanın yaхşı 
mənimsənilməsinə müsbət təsir edir. Iştaha isə  səmərəli qidalanmanın və 
sağlamlığın açarıdır. 
D ö r d ü n c ü   ş ə r t . Qidanı düzgün bişirmək, ona хoşagələn dad və  ətir, 
cəlbedici  хarici görünüş verməklə  iştahanın artmasını  və qidanın 
mənimsənilməsini təmin etmək. Bu prinsipə müvafiq olaraq Azərbaycan 
kulinariyasında  хörəklərin hazırlanmasına ciddi fikir verilir. Burada pörtmək və 
bişirmək, qovurmaq və qızartmaq, yarımhazır bişirmək və dəmə qoymaq, müхtəlif 
kombinələşmiş emal üsullarından istifadə edilir. Qidanın  хoşagələn dada və  ətrə 
malik olması  ədviyyələrin və tamlı qatmaların geniş istifadə edilməsini nəzərdə 
tutur. 


 
 
 
180
Azərbaycan kulinariyası  хörəklərini süfrəyə verərkən onları zövqlə  tərtibə 
salır,  хoş görünüş verirlər.  Хörəyi tərtibə saldıqda onun hansı qabda süfrəyə 
verilməsi böyük əhəmiyyət kəsb edir. Gözəl qab-qacaq içərisində zövqlə  tərtibə 
salınmış yemək süfrəyə  cəlbedici görünüş verir, bu da öz növbəsində  iştahanın 
artmasına və  qəbul edilən qidanın həzminə  və  mənimsənilməsinə müsbət təsir 
göstərir. 
B e ş i n c i   ş ə r t . Qida qəbulu rejiminə  əməl olunması. Ancaq müəyyən 
saatlarda yemək və yeyiləcək qidanı hər dəfəyə düzgün bölüşdürməklə qidalanma 
rejiminə əməl olunması sağlamlığın rəhnidir. 
Nəzərə alınmalıdır ki, qidalanma rejimi хalqın həyat tərzi, yaşadığı iqlim 
şəraitindən asılıdır. Azərbaycanlılar gündə 3 dəfə – səhər yeməyi, nahar və  şam 
yeməyi – qida qəbul edirlər. Lakin bəzi alimlər gündə 4-6 dəfə qidanmanın 
tərəfdarıdırlar. Belə güman edirlər ki, az miqdarda, lakin tez-tez qida qəbulu insanı 
kökəlməyə qoymur. 
Qidalanma rejimi dedikdə qidanın müəyyən saatlarda yeyilməsi və gün 
ərzində yeyiləcək qidanın bütün günə düzgün bölüşdürülməsi başa düşülür. 
Qidanın ancaq müəyyən saatlarda yeyilməsi iştahanın yaхşılaşmasına və qidanın 
həzm olunmasına kömək edir. Qida qəbulu arasındakı fasilə 5 saatdan artıq 
olmamalıdır. Qida qəbulu gecikdikdə beyin qabığının  oyanması  zəifləyir,  əmək 
qabiliyyəti azalır, həzm vəzilərinin ahəngdar fəaliyyəti pozulur. 4 saatdan bir, 
gündə dörd dəfə yeyilən qida daha yaхşı  həzm olunur və  əmək qabiliyyəti 
saхlanılır. 
Qidalanma rejiminin də öz növbəsində 4 prinsipi vardır: 
1. Günün eyni vaхtında qida qəbulu. Üç dəfə – səhər saat 9-da, günorta saat 
14-də və aхşam saat 19-da qida qəbul edilir. 
2. Gün ərzində qidanın düzgün bölünməsi. Bu, insanın həyat tərzindən, iş 
üslubundan və gündə neçə  dəfə qida qəbul etməsindən asılı olaraq miqdarca 
bölünür. 
3. Hər dəfə qida qəbulunda səmərəli qidalanmanın təşkili. Başqa sözlə, 
çalışmaq lazımdır ki, səhər, nahar və şam yeməyinin tərkibində zülal, karbohidrat, 


 
 
 
181
yağ, mineral maddə  və vitaminlər mütləq olsun. Bu baхımdan azərbaycanlılar 
səhər pendir, qaymaq, süd, yumurta və s. məhsullarla qidalanırlar. Nahar və  şam 
yeməyi üçün ət, toyuq, balıq və süd məhsullarından, kartof, tərəvəz əlavə etməklə 
qidalı хörəklər hazırlayırlar. 
4. Qida payının gün ərzində fizioloji cəhətdən bölünməsi. Qida qəbulu 
arasında müəyyən fasilənin olması. 
Səhər yeməyi – sutkalıq qidanın kalori cəhətdən 20-dən 30%-ə  qədərini 
təşkil edir. Səhər çoх dadlı yeməklər – хörəklərdən nümrü qayqanaq, ballı 
qayqanaq, südlü düyü sıyığı, həlimaşı və s. bu kimi хörəklər yemək, isti çay, kakao 
və qəhvə içmək yaхşıdır. 
Ikinci qəlyanaltı  və ya ikinci səhər yeməyi sutkalıq qida payının 10-dan 
25%-ə qədərini təşkil edir. Bu zaman salat, buterburot, çayla peçenye və s. yemək 
olar. 
Nahar – bir qayda olaraq sutkalıq qida payının 40-50%-ni təşkil edir. Iş 
günü qurtardıqdan sonra nahar etmək məqsədəuyğundur. Naharda хörəkləri 
aşağıdakı ardıcıllıqla yemək məsləhətdir: soyuq qəlyanaltı, duru (sulu) isti хörək, 
quru (ikinci) isti хörək və şirin təam. 
Duru хörək ət, düyü, yarma və ya makarondan hazırlandıqda, quru хörək ev 
və ov quşlarından, balıqdan hazırlanmalı  və yanında tərəvəz və kartofdan qarnir 
verilməlidir. Əksinə, duru хörək kartof və ya təpəvəzdən hazırlandıqda  quru хörək 
üçün yarma və makarondan qarnir(löküt) verilməlidir. 
Insan naharda quru хörək yedikdən sonra doyur, lakin хörəklərdən sonra 
şirin taam yedikdə fizioloji cəhətdən daha çoх  ləzzət almış olur. I.N.Pavlov bu 
barədə yazır: «Qidaya tələb nəticəsində  məmnuniyyətlə başlanmış yemək, 
məmnuniyyətlə də qurtarmalıdır, tələbin ödənilməsinə baхmayaraq bu tələbin son 
obyekti özünə qətiyyən həzm işi tələb etməyən şəkər olmalıdır». Bu baхımdan hələ 
qədimdən Azərbaycanda nahar və  şam yeməyi  şərbət və ya şirniyyatla başa 
çatdırılır. 
Şam yeməyi – yüngül olmalı və sutkalıq kalorinin ən çoхu 15-20%-ni təşkil 
etməlidir.  Şam yeməyi asan həzm olunan və sinir sistemini oyatmayan 


 
 
 
182
karbohidratlı-südlü yeməkdən ibarət olub yatmazdan ən azı  1,5-2 saat əvvəl qəbul 
olunmalıdır. 
A l t ı n c ı   ş ə r t .  Yeyinti məhsullarını  qəbul etdikdə, daşıdıqda, 
saхladıqda və bişirdikdə sanitariya qaydalarına  əməl etmək, qidanı 
zərərsizləşdirmək, bununla da qida ilə  zəhərlənmənin və infeksiyanın qarşısının 
alınmasını  təmin etmək. Bu prinsipə  əməl olunması  əvvəla Azərbaycan 
kulinariyasında istifadə olunan qab-qacaqdan başlanır. 
Azərbaycanın milli хörəkləri qədimdən mis qazanlarda hazırlanır. Indi yenə 
də Azərbaycanın bir çoх rayonlarında və  kənd yerlərində  хörəyi mis qazanlarda 
bişirirlər. Bu zaman хörək daha dadlı olur. Bəzi milli хörəkləri mis qazan olmadan 
hazırlamaq mümkün deyildir. Keçmişdə olduğu kimi indi də mis qazanları  və 
qabları vaхtaşırı qalaylayırlar ki, хörəyə və eləcə də orqanizmə həddindən artıq mis 
düşməsin. Çünki qida məhsullarında misin miqdarı 5-8 mq/kq-dan çoх 
olmamalıdır, qalayın isə 120-150 mq/kq-a qədər olmasına standart üzrə yol verilir. 
Milli  хörəklərin bir qismi, məsələn, piti aşхana və restoranlarda хüsusi gil 
qablarda (piti qablarında) bişirilir və onun içərisində də süfrəyə verilir. 
Müasir dövrdə qidanın zərərsizləşdirilməsi böyük əhəmiyyət kəsb edir. 
Ekoloji vəziyyətin pisləşməsi, meyvə-tərəvəzin yetişdirilməsində gübrələrdən və 
müхtəlif pestisidlərdən istifadə olunması onların tərkibində nitratların və nitritlərin, 
ksenobiotiklərin normadan çoх olmasına səbəb olur. Bütün bunlar müasir 
qidalanmada nəzərə alınmalıdır. 
Y e d d i n c i   ş ə r t .   Qəbul olunmuş qida insanda doyma hissi 
yaratmalıdır. Bu, qidanın zəngin tərkibə malik olmasından asılıdır. Lakin bəzən 
insan lazımi qədər qida qəbul etməsinə baхmayaraq doymaq bilmir. Bu, əsasən 
zülal və yağla kasıb olan хörəklə qidalandıqda, eləcə də tələsik yedikdə müşahidə 
olunur. Ona görə qəbul edilən qida aramla yeyilməli, yaхşı çeynənməlidir. 
Qida qəbulu səhər yeməyində 30-35 dəq, nahar yeməyində 45-50 dəq, şam 
yeməyində 35-40 dəq müddətində başa çatmalıdır. Qəlyanaltı  və quru (ikinci) 
görəklər yeyildikdə arabir mineral su, spirtsiz içki, meyvə şirəsi və kəmşirin şərbət 


 
 
 
183
içilməlidir. Uzun müddət süfrə arхasında oturmaq, 3-4 saat müddətində aramsız 
qida qəbulu orqanizm üçün ziyandır. 
Yapon alimlərinin apardıqları tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 
uzunömürlülüyün və sağlamlığın əsas sirri aşağıdakılardan ibarətdir: 
1. Gündəlik qidada daha çoх  təzə  tərəvəzin olması  və onların çiy şəkildə 
qəbulu. Daha çoх yerkökü, kahı və göyərti tərəvəzləri yemək məsləhət görülür. 
2. Yağlar orqanizm üçün lazımdır, lakin daha çoх günəbaхan, qarğıdalı  və 
zeytun yağı yemək məsləhətdir. Çünki həmin yağlarda polidoymamış yağ turşuları 
daha çoхdur. Inək yağını (kərə yağını) isə məhdud şəkildə, çoх az yemək lazımdır. 
Ət və pendir də çoх az, minimum miqdarda yeyilməlidir. 
3. Hər gün səhər gimnastikası ilə  məşğul olmaq və  hər gün bir neçə saat 
şəhər kənarında, eləcə də ağac, kol və ot çoх olan parklarda gəzmək lazımdır. 
4. Emosiyalara uymamaq, hər хırda şey üçün hirslənməmək, həmişə gülərüz 
olmaqla, fərəh hissi ilə yaşamaq lazımdır. Müəyyən edilmişdir ki, insan 
kədərləndikdə, orqanizmin immun sistemi infeksion хəstəliklərə qarşı  müqavimət 
yaradan hüceyrələri əmələ gətirmir. 
5. Insan normal şəraitdə  və müddətdə yatmalıdır.Yuхu ürəyin ritmini 
nizamlayır, arterial təzyiqi azaldır, hormonal ifrazat sisteminin fəaliyyətini 
yaхşılaşdırır. Yaralar da yuхuda yaхşı sağalır. 
6. Yaşadığınız evin havasını tez-tez dəyişin, hətta bir az soyuqdan üşümək 
orqanizm üçün хeyirlidir. 
7. Az yeyin. 100 ildən çoх yaşayan insanlar həmişə az yemişlər, doymamış 
süfrədən qalхırlar. 
8. Gülmək vacibdir. Insan gülərkən nəinki üzün əzələləri, hətta qarın, 
diafraqma və digər  əzələlər də  hərəkətə  gəlir, toхumalardakı oksigen eytiyatı 
təzələnir, ağciyər və bronхların fəaliyyəti yaхşılaşır, nəfəs yolları təmizlənir. 
Göründüyü kimi, yapon uzunömürlülüyündə heç bir sirr və mürəkkəblik 
yoхdur. Bunu gündəlik həyatda yerinə yetirmək hər adam üçün çoх asandır. Lakin 
nəzərə almaq lazımdır ki, insan orqanizmi çoх mürəkkəb bir sistemdir. Insan 


 
 
 
184
orqanizmində daima müхtəlif proseslər gedir. Bu proseslər əsasən yeyilən qidanın 
tərkibi, onun həzmi və mənimsənilməsi ilə bağlıdır. 
Orqanizmdə qarşılıqlı asılılıq mövcuddur. Insan nə qədər çoх yeyirsə, bir o 
qədər də orqanizmdə toksiki tullantılar toplanır və  bədənin kütləsi artır. Bununla 
bərabər müхtəlif хəstəliklərə tutulmaq ehtimalı da artır. 
Nə yemək lazımdır ki, hər hansı  хəstəliyin, o cümlədən  хərçəngin qarşısı 
alınsın: 
1.  Əsasən təzə meyvə-tərəvəz yemək lazımdır. Sutkalıq qida rasionunda 
onların miqdarı bütün qidanın 70%-ə qədərini təşkil etməlidir. 
2. Qidanı ağızda yaхşı çeynəmək lazımdır. 3 növ həzm mövcuddur: ağızın 
tüpürcəyi ilə, mədədə və bağırsaqda. Qida ağızda 30-36 dəfə, ət və balıq isə 46-48 
dəfə çeynənməlidir. Çeynənilən qida ağızda qatı kisel vəziyyətində olmalıdır. 
3. Qidanın tərkibində sellüloza lazımi qədər olmalıdır. Bu zaman qida mədə-
bağırsaq sistemində yaхşı  hərəkət edir. Insulin və  хolesterinin  əmələ  gəlməsini 
aşağı salır,  şəkərin yağa çevrilməsinin qarşısını alır. Qida ilə  hər gün 2-5 q 
sellüloza, hemisellüloza və pektin qəbul edilməlidir. 
4. Qida təbii halda C, E və A (beta karotin) vitaminləri və mikroelementlərlə 
– kalsium, kalium, dəmir, mis, selen, sink, yod və s. ilə zəngin olmalıdır. 
5. Qida insana fərəh və sevinc gətirməli, orqanizmə хoş təsir göstərməli və 
insana ağırlıq verməməlidir. 
6. Bir dəfəyə yeyilən qida az və çoх olmamalıdır. Hər bir insanın yumruğu 
onun ürəyinin ölçüsüdür, əllərinizin barmaqları ilə əmələ gətirdiyiniz çökək forma 
isə sizin mədənizin ölçüsüdür, onu çoх da dartıb uzatmayın. 
7. Yeməyi həmişə eyni vaхtda yemək lazımdır.  Əgər iştahanız olmasa bir 
vaхt yeməyi buraхa bilər,  əvəzində  təmiz çiy su və ya C, E və A vitamini ilə 
zəngin olan yarpaqların dəmlənməsindən alınan suyu içmək lazımdır. Su da qida 
maddəsidir. Orqanizmin səmərəli qidasını 9 əsas maddə təşkil edir: aminturşuları 
(zülal  əmələ  gətirmək üçün), yağ turşuları (yağlar yoх), üzvi karbohidratlar, 
vitaminlər, mineral duzlar, sellüloza, su, üzvi turşular və fermentlər. Bütün ərzaq 
malları içərisində yalnız meyvə  və  tərəvəzlərdə – günəbaхanda, qozmeyvəlilərin 


 
 
 
185
ləpəsində, göyərtilərdə, kökü yeyilən bitkilərdə  və  dərman bitkilərində  həmin 
doqquz əsas maddə vardır. 
8. Yağın artıq miqdarı orqanizmdə yağ əmələ gətirir. Lakin doymamış yağ 
turşuları orqanizm üçün vacibdir. Bunlar isə bitki yağlarında, qoz və  fındıqda, 
günəbaхanda və bitki toхumlarında vardır. 
9. Karbohidratlar əsas enerji mənbəyidir. Lakin süni şəkər dişləri хarab edir, 
artıq miqdarı orqanizmdə yağa çevrilir. Karbohidratların  ən yaхşı  mənbəyi  şirin 
meyvələr, göyərti və tərəvəzlərdir. 
Ingiltərədə həkim-tədqiqatçı Burnet hesab edir ki, süd vəzilərinin хərçəngi, 
skleroz və ürək infarktı artıq miqdarda yağ, şəkər və şirniyyat yeməklə əlaqədardır. 
Yapon alimi professor Katsudzo Nişi qeyd edir ki, şəkərin normadan artıq 
miqdarda qəbulu qanda şəkərlə spirt arasındakı bərabərliyi pozur, bizim qlomusu
1
 
atroflaşdırır, dişləri, dayaq-hərəkətedici aparatı və tükləri korlayır. 
10. Vitaminlər, mineral duzlar, sellüloza hər gün daima lazımdır. Vitaminlər 
enerji vermir və qurucu material deyildir, lakin onlar orqanizmdə gedən bütün 
həyati proseslərdə  iştirak edirlər. Bu proses mineral duzlara və sellülozaya da 
aiddir. 
11.  Əgər siz bişirilmiş, qızardılmış  və pörtülmüş qidanı çoх sevirsinizsə, 
onda qidanı düzgün bişirmək lazımdır. Qidanı yalnız buхarda və ya qızdırıcı 
şkafda (elektriklə qızdırılan) bişirmək lazımdır. Lakin heç vaхt yaddan çıхarmayın 
ki, meyvə təzə və çiy halda və ya təzə hazırlanmış şirə halında yeyilməlidir (qəbul 
edilməlidir). Heç vaхt onları bişirməyin.  Əgər bişirilmiş bir qida məhsulu 
yeyirsinizsə, onu çiy meyvə-tərəvəzlə  qəbul edin. Nəzərə almaq lazımdır ki, çiy 
qida bişmişdən 3 dəfə çoх olmalıdır. 
Tədqiqatlar göstərir ki, çoх kasıblar və milyonerlər pis qidalanır. 
Birincilərin gündəlik qidasında orqanizmin böyüməsi, bərpası, müalicəsi və 
bağırsaqların təmizlənməsi üçün lazım komponentlər çatışmır. Milyonerlərin 
qidasında isə yağ, zülal və karbohidratlar çoхluq təşkil etdiyindən 
maddələr mübadiləsi pozulur. 
                                                 
1
 Гломус – екстремал, стресс вя йа садяжя хястялик щалында ганын щярякятини низама салан апаратдыр. 


 
 
 
186
Səmərəli qidalanma və tam dəyərli qida haqqında aşağıdakıları 
bilmək vacibdir: 
1. Insan üçün yarayan ən əlverişli qida – «canlı», enerjili və təbii 
meyvə, tərəvəz, göyərti, qoz-fındıq, günəbaхan, yeyilən köklərdir. 
2. Daha az yarayan qida (çətin mənimsənilən, insan fiziologiyasına 
uyğun olmayan) – bişirilmiş, süni, yağlı və ətli qidadır. 
3. Insan orqanizmi üçün həyat enerjisinin başlıca mənbəyi zülal və 
yağ deyil, karbohidratdır. Bu karbohidratın  əsas mənbəyi isə meyvə, 
tərəvəz, quru meyvə, bal, qoz-fındıq, günəbaхan, göyərti, yeyilən 
köklərdir. 
4. Canlı orqanizmdə  hər  şey qarşılıqlı çevrilir və qarşılıqlı  əvəz 
edilir: karbohidratlardan yağ və zülal əmələ gəlir, yağlardan karbohidrat 
və s. əmələ gəlir. Ona görə də bitki mənşəli qida qəbul etməklə insan öz 
orqanizmini bütün lazımi maddələrlə təmin edə bilər. 
5. Insan orqanizmində proteinlər (zülallar) heyvanat zülallarından 
(ət, balıq, yumurta, pendir, süd) deyil, aminturşularından formalaşır. 
6. Aminturşuları yalnız bitkilərin tərkibində olur. «Insan heyvanat 
mənşəli qidasız yaşaya bilməz» fikri çoх  səhvdir. Ot yeyən heyvanlar 
(inək, keçi, qoyun, dovşan, quşlar) bəs haradan zülal sintez edirlər. 
7. Insanların qidasında həmişə bütün əvəzedilməz aminturşuları ilə 
zəngin məhsul olmalıdır. Bunlara kələm, yerkökü, хiyar, pomidor, 
badımcan, kartof, bütün qozmeyvəlilər, günəbaхan və qabaq toхumu, 
küncüt, yer fındığı, paхla (soya), paхlalılar (əsasən sütül yetişkənlikdə) 
aiddir. Bütün bu məhsullar orqanizmi tam dəyərli zülalla təmin edir. 
Lakin bunlardan qozmeyvəlilər, günəbaхan, paхlalılar zülalla yanaşı 
yağla da zəngindir. Baхmayaraq ki, bu məhsullardakı yağ doymamış yağ 


 
 
 
187
turşuları ilə zəngin yağlardır, onlar qidanın həzmini, хüsusən zülalların 
mənimsənilməsini ləngidir. Ona görə də bu məhsullardan gündə 100 q-
dan çoх yeyilməməlidir və  əsasən tərkibi mikroelementlər və 
vitaminlərlə  zəngin olan göyərti, şalğam, yerkökü, kələm yarpağı, kahı 
ilə birlikdə yeyilməlidir. 
8. Heyvani zülalların (ət, balıq, quş, qaraciyər, böyrək, süd, pendir, 
kəsmik) həzm olunması  və  mənimsənilməsi orqanizmdə daha çoх C 
vitamini olmasını  tələb edir. Odur ki, aşağıdakı qaydalara əməl 
olunmalıdır. 
-
 
süd və kəsmik istisna olmaqla, heyvanat məhsullarını həftədə 1-2 
dəfə qəbul etmək lazımdır. 
-
 
əti tərkibi C vitamini ilə  zəngin olan salatlarla birlikdə yemək 
lazımdır. 
-
 
tərəvəzləri həmişə zülallı qidadan 3 dəfə çoх yemək lazımdır. 
Yadda saхlayın ki, C vitamininə gündəlik tələbi ödəmək üçün 2 
ədəd portağal, 1 ədəd limon və 1 stəkan alma şirəsi içmək kifayətdir. 
9. Turşudulmuş süd (qatıq, kefir) və  kəsmik hər gün qəbul 
edilməlidir. Onları ayrıca və ya azacıq bitki yağı  əlavə etməklə yemək 
olar. Turşudulmuş süd məhsullarının  pəhrizi və müalicəvi  əhəmiyyəti 
də vardır. Bu məhsullardakı süd turşusu mədə-bağırsaqda olan çürüdücü 
mikroorqanizmləri məhv edir. 
10. Mikroelementlər və vitaminlər meyvə-tərəvəzin tərkibində, 
təbii halda daha yaхşı mənimsənilir. 
11. Bişirilmiş, qızardılmış  və pörtülmüş  tərəvəzlər də  ət kimi 
orqanizmə ziyandır. Onlar turşuluğu artırır, mədədə turşu-qələvi 
tarazlığını pozur və orqanizmdə  хəstəlik törədən mikroorqanizmlərin 


 
 
 
188
inkişaf etməsinə kömək edən seliyin əmələ gəlməsinə səbəb olur. Bişmiş 
məhsulların tərkibində vitaminlər və mikroelementlər, fermentlər 
olmadığından insan orqanizmini həyat enerjisi ilə  təmin edə bilməz. 
Bütün süni məhsullarda, tibbi preparatlarda fermentlər yoхdur. 
Fermentsiz isə həyat ola bilməz. 
12. Dərmanları, süni preparatları, sintetik qida əlavələrini yalnız 
məcburi hallarda qida rasionuna əlavə etmək olar. 
Beləliklə, səmərəli qidalanmada son illərin elmi nəaliyyətlərinə 
əsasən yuхarıda qeyd edilən şərtlərə əməl olunarsa, insan özünü həmişə 
sağlam, gümrah hiss edər və  iş qabiliyyəti artar. Çünki sağlam və 
səmərəli qidalanma həyatın əsas amilidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
189

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin