______________Milli Kitabxana_____________
127
yaşayır, Dumuzi isə bir müddət işıqlı dünyaya keçir. Dumuzi yer
üzünə çıxanda təbiət canlanırmış, bitki və ağaclar göyərirmiş, isti
günlər başlanırmış.
Bu əfsanənin Babil variantı hadisələrin gedişi ilə fərqlənir.
Burada Dumuzi İştarın həm əri, həm də qardaşı kimi qələmə
verilmişdir.
Dumuzi ov zamanı həlak olur. İştar onu qaytarmaq üçün
axirət dünyasına, yəni «gedər-gəlməz» dünyaya düşür. Yeraltı
hökmdar qadın Ereşkiqal onun gəlişindən qəzəblənir və keşikçiyə
tapşırır ki, yeraltı qanunlar İştara da tətbiq edilsin. İştar axirət
dünyasına daxil olur. Ereşkiqal onun üstünə 60 dərd-bəla
göndərir. Yer üzündə həyat sönükləşir, laqeydlik yaranır, sevgi-
məhəbbət yoxa çıxır, doğum kəsilir, körpə səsi eşidilmir. Allahlar
İştarın azad olması üçün tədbir görürlər. Onlar yer üzündə insan
nəslinin, heyvan və quşların məhv olacağından qorxurlar. Səma
allahları Ereşkiqalın yeraltı padşahlığına qasid göndərirlər. İlahə
allahların tələbini yerinə yetirməyə məcbur olur. İştar əlində bir
qab dirilik suyu axirət dünyasını tərk edir. O, dirilik suyunu
Dumuzinin meyiti üstünə tökür və onu həyata qaytarır. Dumuzin
dirilməsi ilə təbiət yenidən canlanır.
Şumer əfsanələrinə görə, allahlar insanların sayının,
qüdrətinin, müdrikliyi və fəallığının artmasını görərək qorxuya
düşmüş və yer üzündə onların sayını azaltmaq qərarına gəlmişlər.
Əfsanəvi rəvayətdə bu haqda deyilir: «Lap çoxdan, yüz illər əvvəl,
yer üzündə yekdillik mövcud idi. Nə ilan vardı, nə əqrəb, nə
qorxunc şir vardı, nə acgöz qurd, nə tamahkar kaftar vardı, nə də
vəhşi it. İnsanlar hamısı bir dildə danışırdı və bir-biri ilə həmrəy
yaşayırdılar. Qorxu və paxıllıq yox idi. Heç kəs hakimiyyət və
var-dövlət yolunda rəqabət aparmırdı. Böyük Şumer, ilahi
qanunlar ölkəsi və qonşu ölkələr “sülh və həmrəylik şəraitində
yaşayır, heç bir rəqabət aparmırdılar”. Müdriklik allahı Enki
birdən öz uçurum aləmindən baş qaldırdı, adamlara baxdı və
gördü ki, onlar xeyli çoxalmışlar, hədsiz güclənmişlər, son dərəcə
də məharətli və fəal olmuşlar. Ən müdrik allah dəhşətə gəldi və
Enlilə dedi: «Ehtiyatlı ol, qardaşım. Sənə tabe olan insanların sayı
çoxalır, onlar qüdrətli bahadırlara çevrilirlər. Onlar fəndgir və fəal
|