______________Milli Kitabxana_____________
128
olurlar, şəhər və istehkamlar yaradırlar. Qorx ki, onlar bizə tay
olmasınlar... Onların sayını azaltmaq lazımdır, onları qorxutmaq
lazımdır ki, özlərini allahlara tay saymasınlar... Vəhşi heyvanları
yaradaq ki, onlar insanları məhv etsin və sayını azaltsınlar. Yer
kürəsinə bürkü və çəyirtkə göndərək ki, aclıq başlansın və
adamların sayı azalsın. Zalım İrranı (taun, vəba allahını) onların
üstünə qaldıraq, qoy o, insanları 60 dərd-bəla ilə qırsın. Onda
adamların sayı azalar və onları barmaqla saymaq mümkün olar.
Adamların bir-biri ilə arasını vuraq, qoy qardaş qardaşı, qonşu
qonşunu qırsın, qoy tayfa tayfaya, xalq xalqa qarşı dursun. Onda
adamların sayı azalar, itaətdə olar və bizim qarşımızda qorxudan
əsərlər». Enlil Enkinin məsləhətinə uyğun hərəkət etdi. «Onlar
hətta xalqları ayırdılar və hər xalq öz dilində danışmağa başladı».
İnsanların sayı azaldıqdan sonra qırğın dayandırıldı.
Əfsanədə insan cəmiyyətində baş verən hadisələrə,
adamların qarşılıqlı münasibətlərində mövcud olan naqis cəhətlərə
dini don geyindirilmişdi.
İnsan nəslinin kökünü kəsmək məqsədilə allahların törətdiyi
«Ümumdünya daşqını» əfsanəsi qədim Şumer və Akkad
əsatirlərində əks olunmuşdur. Sonrakı dini kitablarda (Tövrat,
Quran) da «Ümumdünya daşqını» allahın qəzəbindən doğan əməl
kimi şərh edilmişdir. Bu dini müddəa da İkiçayarası əfsanələrinin
təsiri altında meydana gəlmişdi.
«Ümumdünya daşqını» əfsanəsi hadisələrin gedişini Anu və
Enlil başda olmaqla allahlar şurasının qərarından başlayır. Qeyd
edək ki, şumer rəvayətini əks edən kitabə zədələnmişdir, buna
görə çatışmayan hissələr Akkad rəvayəti əsasında bərpa
olunmuşdur. Allahlar bu qərarı adamlara xəbər verməyəcəklərinə
and içirlər. Anu və Enlil qəfildən su selini törətmək niyyətində
imişlər. Lakin bəzi allahlar insan nəslini məhv etmək qərarından
narazı imişlər. Belə allahlardan biri, yəqin ki, Enki (akkadlarda
Ea) bu qərarı gizli surətdə insanlara çatdırmaq niyyətinə düşür. O,
allahlardan qorxan və dindar Ziusudra adlı bir hakimin evinə
yaxınlaşır və allahların gizli niyyətini evin divarlarına söyləyir.
Ziusudra divar arxasında ilahi sözləri eşidir, baş verəcək
daşqından agah olur. Əfsanənin Akkad nüsxəsində deyilir ki, Ea
|