______________Milli Kitabxana_____________
131
inkişafı dilin qrammatik və fonetik cəhətlərini əks edən geniş
ifadəli yazı növünə tələbatı artırdı. Şumerlər tədricən yeni yazı
növü ixtira etdilər. Buna mixi yazılar adı verilmişdi. İraq
ərazisində aşkar edilmiş belə mətnləri yerli əhali «mismarı
yazılar» adlandırırdı. Bu yazının işarələri mıxvarı, yaxud mismar
şəkilli idi. Mismarı oxşar işarələrin biri-birinə calaşdırılması ilə
müxtəlif hecalı və fonetik mənalar yaradırdılar. Gil kitabələr
üzərində şəkli işarələrin sürətlə yazılması onların görünüşünü
dəyişdirdi. Adətən mətn ucu iti qamış və daş qələmlə gil
kitabələrə yazılırdı, əslində həkk olunurdu. Həkk olunmanın
gedişində şəkli işarələr tədricən pazvarı, mismara oxşar görkəm
alırdı. İşarənin əvvəlki şəkli forması itirdi. Nəticədə işarələrin
görkəminə görə, mixi, yaxud mismari adlandırılan yeni yazı növü
meydana gəlmişdi. E.ə. təqribə III minilliyin ortalarında şumer
yazısı artıq mixi (mismarı) yazı sisteminə çevrilmişdi. Bu yazı
növünün yaradılması şumerlərin əldə etdiyi böyük nailiyyətlərdən
biri hesab edilər bilər.
Mixi (mismarı) yazı növü 600-dən çox işarəyə malik idi.
Demək olar ki, işarələrin əksəriyyətinin bir neçə, bəzən ona qədər
oxunuşu vardı. Məsələn, «ayaq» mənasını daşıyan işarənin du,
qin, qub, qup, ra, tum, yaxud «dağ» mənasını daşıyan işarənin kur,
mat, şad, qin, şat, nad, lad, lat kimi hecalı oxunuşları vardı. Eyni
bir mixi işarənin çoxmənalı olması uzun müddət və bəzən indi də
qədim mətnlərin dəqiq oxunulması işində əngəl törədirdi. Davamı
müasir dillərdə təmsil olunmuş və mixi işarələrlə yazılmış qədim
yazılar (akkad sami dili, het hind-Avropa dili, qədim fars dili)
müəyyən müşküllüyə baxmayaraq oxunuldu və başa düşüldü.
Lakin şumer və müasir dillərdə davamı (qohumluğu) olmayan,
yaxud müəyyən edilməyən başqa dillərin mixi yazı növü əsasında
oxunulub dərk edilməsi bir çox hallarda şərti xüsusiyyət daşıyır.
Şumer mətnlərində işlənmiş mixi işarələrin bir çoxu başqa
mənada da oxuna bilər. Bu istiqamətdə aparılan tədqiqatlar qədim
mixi yazılı dillərin müasir dillərlə qohumluğunu bildirən yeni
mühakimələr ortaya çıxarır.
Tədricən mixi işarələr təkmilləşir, bəzən də sayı azalırdı.
Mixi yazı növü akkadlar və qonşu qədim xalqlar tərəfindən
|