______________Milli Kitabxana_____________
134
İnannaya müraciət edir. Enmerkar İnannanın lütfü ilə Aratta
adamlarını qızıl, gümüş, lacivərd və s. gətirməyə məcbur etmək
istəyirdi. Enmerkarın İnannaya müraciətində deyilir: «Aratta, qoy
mənə, Uruka tabe olsun. Aratta adamları qoy mənim üçün öz
dağlarından dağ aşı gətirsinlər, qoy mənim üçün böyük ibadətgah
tiksinlər, qoy mənim üçün böyük məbəd ucaltsınlar». İnanna
Enmerkara Arata hökmdarının yanına qasid göndərməsini
məsləhət gördü. Enmerkar Arattaya qasid göndərdi. Qasid "Qara
dağı" aşdı, yeddi dağı keçdi və Aratta ölkəsinə daxil oldu. Qasid
Ermerkarın tələbini Aratta hökmdarına şifahi yetirdi.
Aratta hökmdarı əvvəl Enmerkarın tələbini qəbul etmədi,
özünü İnannanın sevimlisi kimi qələmə verdi və dedi: "Qasid! öz
ağana, Kulabın ali kahin-hökmdarına de: - Mən, ali kahin-
hökmdar, təmiz əlin (İnannanın) təyin etdiyi adamam. Səma
hökmdarının özülü, kainatın hökmdar qadını, bütün qanunlar
hakimi müqəddəs İnanna məni pak adət-ənənələr ölkəsi Arattaya
həqiqətən gətirdi, dağlarda onun (Arattanın) önündə böyük qapı
kimi məni qoydu. Necə ola bilər ki, Aratta Uruka boyun əysin?
Aratta Uruka boyun əyməyəcək-de ona". Aratta hökmdarı
Enmerkarın tələbini qəti rədd etdi, lakin qasid onu hədələməyə
başladı. Qasid dedi ki, Arata hökmdarının Enmerkara itaət
edəcəyini İnanna vəd etmişdir. Bunu eşidən Arata hökmdarının
ürəyi döyündü, özünü itirdi, cavab axtarmağa başladı. Nəhayət o,
cavab verir: «Arattada şır-şır axan sular var... ölkədə
qurbankəsmə, dua-nəzir, hörmət-izzət var, beş-on adam deyilik ki.
Məgər Uruk dağlara qarşı gedə bilərmi? Sənin ağan silaha
sarılmaq istəyir, mən isə tək döyüşə (mübahisəyə) çağırıram».
Aratta hökmdarı münaqişəni sülh yolu ilə həll etməyi təklif
etdi, Arattanın heç də gücsüz olmadığını bildirdi. Demək olar ki,
tarixdə ilk dəfə münaqişələri dinc yolla həll etmək təklifinə rast
gəlirik. Sonra Arata hökmdarı öz ölkəsini tərifləyir: «Dağ
məharətlə dolu qəhrəmandır. O öz evinə yollanan axşam şəfəqidir,
onun üzünə qaranlıq yayılır. O, üzü şölə ilə dolu olan fəzaya
qalxan aya bənzəyir. O, dağlara çəpər olan ağaclara (meşəyə)
bənzəyir. Pak adət-ənənə ölkəsini lütfkar Laması (Aratta ilahəsi)-
Arattanın tacı, şəfəqli səma tacı (İnanna) kimi Arattaya yol
|