______________Milli Kitabxana_____________
136
sovuraram». Qasid tapşırığı yadda saxlamağa çətinlik çəkir. Onda
Enmerkar Arattaya yazılı kitabə göndərir. Qasid özünü Arattaya
çatdırır. Hökmdar kitabəni nəzərdən keçirən zaman külək allahı
İşkur Aratta üzərinə yağış yağdırır, hər yerdə buğda, noxud və s.
göyərməyə başlayır. Arata taxıl anbarlarını doldurur. Eyni
zamanda Enmerkara xəbər göndərilir ki, İnanna Arattanı tərk
etməmişdir, Arattanı gur sularla doldurmuşdur, arattalılar başqa
adamlardan fərqlənirlər, Dumuzi onları başqalarından ayırmışdır,
çünki onlar müqəddəs İnannanın sözlərinə riayət edirdilər. İnanna
öz lütfünü Arattadan əsirgəmir" , Dumuzinin şərəfinə ziyafət
düzəldir, arattalı qızla onun nikahını bağlayır. Enmerkar öz
növbəsində səbətləri taxıl ilə doldurur, qurbanlıq qoyun, keçi, inək
götürüb Arattaya yola düşür. Arattalılar İkiçayarasından gətirilən
məhsulla dəyişmək üçün qızıl, gümüş, lacivərdi mübadilə
meydanına çıxarırlar. Dastanın sonu zədələndiyindən
münasibətlərin tam aqibəti naməlum qalır. Lakin aydın olur ki,
Aratta ölkəsi Uruka tabe edilmir.
«Enmerkar və Arata hökmdarı» dastanı Şumerdə aşkar
olunmuş ən uzun mətnli əsərdir. Bu, tarixdə məlum olan ilk dastan
səpkili əsər nümunəsidir. Dastanda Arattanın şərəfi, paklığı,
məharət və müdrikliyi, müstəqilliyini qoruması, dinc yolla öz
müstəqilliyini qoruyub saxlamağı müxtəlif bədii boyalarla ifadə
olunmuşdu.
Eyni zamanda şumer dastanı qədim Azərbaycanın ərazisində
meydana gəlmiş ilk dövlət quruluşu barədə təsəvvür yaratmağa
imkan verir.
Aratta ilə əlaqədar mövzular başqa şumer dastanlarında da
əks olunmuşdur. Bunlardan birini «Uruk və Aratta» adlandırmaq
olar. Dastanda Aratta hökmdarı Enmerkardan onun ali
hakimiyyətini tanımasını və ilahə İnannanın isə Arattaya
köçürülməsini tələb edir. Enmerkar öz növbəsində Arattanın
Uruka tabe olmasını tələb edir və allahların iradəsi ilə İnannanın
Urukda qalacağını bildirir. Dastanda Aratta hökmdarı
Ensukuşsiranna adını daşıyır, onun köməkçisi «maşmaş» (vəzir?)
kahin olmaqla Ur-Girnunna adlandırılmışdır. Aratta hökmdarı
şurada Urukla münasibət məsələsini müzakirəyə çıxarır. Vahid bir
|