______________Milli Kitabxana_____________
138
allahlara qurban kəsir. Dastanda Enmerkarın Aratta səfərinin
aqibəti naməlum qalır.
Şumer dastanlarında heç bir ölkəyə Aratta qədər diqqət
yetirilməmişdir. Şumerlər bu ölkə ilə yaxından təmasda olmuşlar.
Qədim İkiçayarasında hakimiyyət uğrunda baş verən
mübarizə həmçinin dastanlarda əks olunmuşdu. Bunlardan biri
«Gilqameş və Aqa» adlanır. Aqa (yaxud Aka) Kiş şəhərinin,
Gilqameş isə Uruk şəhərinin hökmdarı idi. Aqa Uruk şəhərini öz
itaəti altına almaq üçün Gilqameşə tələb göndərir. Gilqameş şəhər
ağsaqqallarının yığıncağını toplayır və məsləhət istəyir. İlk əvvəl
şurada Kişə tabe olmaq təklifi irəli sürülür. Gilqameş belə
qərardan narazı qalır və Kişin tələbini Uruk şəhər adamlarının
yığıncağının (xalq yığıncağında) müzakirəsinə verir. Yığıncaq
qərara alır ki, Kişin tələbi rədd edilsin və Aqa ilə döyüşə girsinlər.
Gilqameş hamını toxaları atıb, silahlara sarılmağa çağırır. Lakin
tezliklə Aqa Uruk şəhərini mühasirəyə alır. Gilqameş Aqanın
yanına elçi göndərir. Münaqişə dinc yolla həll edilir.
«Gilqameş haqqından dastan» qədim dövrdə ən geniş
oxunan əsərlərdən biri imiş. Bu dastanı, Akkad, hurri və het
dillərinə tərcümə etmişdilər. Dastanın qəhrəmanı şumercə
Bilqames adlanırdı. Dastan əslində «hər şeyi görmüş» (ovsunçu
Sin-lekeunninin rəvayətindən) adı altında cəmləşdirilmişdir.
Dastanın ən qədim parçaları Şumer dilində yazılmışdı. Dastanın
nisbətən geniş mətni Akkad dilində tərtib olunmuşdu. Dastan
Gilqameşi belə hallandırır: «Dünyanın axırına kimi hər şeyi
görmüş haqqında, dənizləri görmüş, bütün dağları aşmış haqqında,
öz dostu ilə birlikdə düşmənləri fəth etmiş haqqında, müdrikliyə
çatmış haqqında, hər şeyi bilən haqqında, gizli (nə varsa) o gördü,
sirli (nə varsa) bildi, bizə daşqından əvvəlki günlər barədə xəbər
gətirdi, uzaq yola çıxmışdı, lakin yorulub qayıtmışdı».
Dastanda əfsanəvi mövzu azlıq təşkil edir. İnsan taleyi ön
plana çəkilir. İnsan və cəmiyyət üçün səciyyəvi olan hadisələr
həm bədii, həm də fəlsəfi baxımdan şərh olunmuşdur. Gilqameşin
dastanda insan və allah kimi təsvir olunmasına baxmayaraq,
əməlləri və fikri-zikri insanlara xas olan əməllərlə bağlıdır. O həm
qəddar, həm xeyirxah, həm qəhrəman, həm dost, həm də insan
|