______________Milli Kitabxana_____________
130
bolluğu yaratmaq tədbirlərini, adi həyati məsələlərinə
münasibətlərini şərh etmişdir. Allahlar, xüsusilə Enki və Enlil
əfsanələrin qəhrəmanı kimi çıxış edirlər. Onlar həm kainatın və
planetin təbii qaydaya salınmasına (dünyanın yaradılması, ulduz
və planetlərin düzülməsi və s.), yer üzündə (İkiçayarasında) əmin-
amanlığın bərqərar olmasına, insanların məskunlaşdırılmasına,
insanlar arasında ilahi qüvvələrə sitayiş və qurbankəsmənin
müəyyənləşdirilməsinə, hətta əmək alətlərinin icadına qayğı ilə
yanaşırdılar. Allahlar həm də istədikləri vaxt əhalini qırğına
verirdilər. Eyni zamanda əfsanələr ilahi qüvvələrin qüdrətini
təbliğ edərək, əhalini daima qorxu altında qalmağa, itaətkar
olmağa, allahların iradəsini sözsüz yerinə yetirməyə çağırırdılar.
Əsatirlər həqiqi həyat hadisələrini dini donda izah edirdilər.
Qədim şumerlər dünya və həyat qaydalarını dini boyasız təsəvvür
etmirdilər. İkiçayarası əfsanələri Ön Asiya xalqlarının dini
təsəvvürlərinə güclü təsir göstərmişdi.
İkiçayarasında meydana gəlmiş ən qədim yazı növü
piktoqrafiya (şəkil yazı) olmuşdu. Bu yazı sistemi şəkli və şərti
işarələrdən ibarət idi. Şəkil yazı vasitəsilə bütöv fikri ifadə etmək
mümkün deyildi, çünki işarələr bu və ya digər əşyanı, heyvanı və
insanı təsvir edirdi. Piktoqrafik yazı üsulu dilin qrammatik
formalarını bildirmirdi. Piktoqrafiya vasitəsilə sadə əməliyyat
tələb edən təsərrüfat sənədləri tərtib olunurdu. Belə sənədlərdə
idxal və ixrac olunan malların, davarın və s. hesabı aparılırdı.
Daha geniş və mürəkkəb məzmunlu ifadələri şəkli işarələrlə
yazmaq mümkün deyildi. Mətn şəkli işarələrə əsasən oxunurdu.
Əgər mədaxil hesablanırdısa, onda mətndə əşyanın, rəqəmlərin və
anbarın işarələri yazılırdı. Adətən mətnin sonunda təsərrüfata
daxil olmuş malların yekun rəqəmi göstərilirdi. «Ulduz», «ev»,
«at», «sünbül» (arpa), «en», «ayaq» və mənaları bunlara oxşar
rəsmlər ilə göstərirdilər. «Su» mənası dalğavarı cizgilərlə
bildirilirdi. Piktoqrafik yazılar hələ tam oxunulmayıb. Bir çox
şəkli işarələrin mənası başa düşülmür. Əsasən rəqəm bildirən şəkli
işarələri nisbətən asanlıqla mənalandırmaq mümkün olmuşdur.
Piktoqrafik yazı növü təsərrüfat hesablamaları aparmaq
üçün ilk vaxtlar müsbət rol oynayır. Lakin təsərrüfatın getdikcə
|