______________Milli Kitabxana_____________
129
Utnapiştimə yox, evin divarlarına müraciət etdi, çünki o, andı
pozmaq istəmirdi. O, demişdi: «Ey daxma, qamış divar, eşit və
yadda saxla. Qoy Şuruppak sakini Utnapiştim, Ubartutu oğlu gəmi
düzəltsin və canını xilas etsin». Ertəsi gün Ziusudra şəhər əhalisini
toplayır və böyük bir gəmi düzəltmələrini əmr edir, lakin öz
məqsədini adamlara açmır. Gəmi suya salındıqdan sonra, Ziusudra
gəmiyə quş və heyvan nümunələrini, öz ailəsini yerləşdirir.
Müəyyən edilən gün daşqın başlayır, su uca dağların zirvəsini belə
tutur. Yeddi gün, yeddi gecə daşqın tüğyan edir. Tufandan sonra
Utnapiştim gəminin qapısını açır və hər yanı suya qərq olmuş
görür. Utnapiştim göyərçini havaya buraxır, lakin quş quru yer
tapmayıb geri qayıdır. Nəhayət, ancaq qarğa qayıtmır. Gəmi Nisir
dağının zirvəsinə yaxınlaşır və oraya yan alır. Ziusudra (yaxud
Utnapiştim) qurbangah düzəldib allahların şərəfinə mədh söyləyir.
Allahlar qurbangahın ətrafına toplaşırdılar. Enlil təəccüblənir ki,
kimlərsə canını daşqından salamat qurtarmışdır. Enki (Ea) onu
sakitləşdirib deyir: «İnsanların hamısını qırmaq olmaz. Onların
sayını həmişə azaltmaq olar, ən güclü və ən məğrurlarını
cəzalandırmaq olar. Onda yerdə qalanlar qorxar və dinmədən bizə
xidmət edər». Anu və Enlil daşqından xilas olmuş Ziusudraya və
onun arvadına allah həyatı», yəni əbədi həyat bəxş edirlər və ona
Dilmun ölkəsində məskən verirlər.
«Ümumdünya daşqını» əfsanəsi müəyyən hadisənin əksi
kimi, təbii hadisənin əksi kimi meydana gəlmişdi. Ola bilsin ki,
qədim İkiçayarasında Dəclə və Fərat çaylarının aşıb-daşması
faciəli daşqına səbəb olmuşdu. Xilas olmuş adamlar bu daşqını
allahların əməli ilə bağlamışdılar. İngilis arxeoloqu Leonard Vulli
Ur şəhərinin qazıntıları zamanı üst və alt mədəni təbəqə 2.5 m
qalınlığında çay daşları və torpaq çöküntüləri etmişdi. Bu lay bəzi
düşərgələrdə 3.5 m-ə çatırdı. Qazıntılar aşkar etdi ki, Ubeyd
dövründə Cənubi İkiçayarasında böyük insan tələfatı ilə
nəticələnən fəlakətli daşqın baş vermişdi. Belə ehtimal edirlər ki,
daşqın haqqında əfsanəni ubayidlər yaratmış, onlardan isə
şumerlər mənimsəmişlər.
Şumer əsatirləri əsasən sinfi cəmiyyətə xas olan hadisələri
əks etmiş, allahların ali hakimiyyət uğrunda mübarizəsini, məhsul
|