______________Milli Kitabxana_____________
125
yer altında allahların sayı getdikcə artırmış, ərzaq isə çatışmırmış.
Allahlar nə süddən, nə də çörəkdən doyunca yeyə bilmirmişlər.
Allahlar müdrik Enkiyə müraciət edirlər ki, vəziyyətdən çıxmaq
üçün tədbir görsün. İlahə Nammu ona deyir: «Allahlardan zəif və
onlar üçün səbirlə işləyən insanları yarat!». Enki ulu ana
Nammunun çağırışına qulaq asıb işə başlayır. Enki böyük ana
Ninhursaqdan xahiş edir ki, dulusçular gil hazırladıqca, o
yaradacağı məxluqa allahın görkəmini versin. Gil hazır olduqdan
sonra Ninmah birinci insanı yoğurdu, alınmadı, ikincisini yapdı,
bu da alınmadı. Bunlar ilk sonsuz kişi və qadın imişlər. Belə halda
Enki özü gildən allahlara oxşar güclü və ağıllı kişi və qadın
yaratdı. Lakin onlara əbədi həyat vermədi. İnsanlar qurban
kəsməklə allahları yeməklə təmin etməli və daim onların itaətində
durmalı idilər. İnsanların müstəqil hərəkətini, arzularını və
etirazını allahlar ram edirdilər.
Əfsanə sinfi cəmiyyətdə formalaşmışdı. İnsan cəmiyyətinə
xas olan qaydalar əsatirlərdə də əks olunurdu.
Babil rəvayətinə görə, dünyanı və insanları allah Marduk
xəlq etmişdir. Sonsuz Kainat okeanında bədheybət əjdahalara
qarşı mübarizədə, guya allahlar aciz imişlər. Onlara bədheybət
dəniz ilahəsi Tiamat başçılıq edirmiş. Allahların heç biri cürət
edib Tiamata qarşı çıxa bilmirdi. Tiamat isə allahların qurduğu
qanun-qaydaları məhv edir, dünyada qarmaqarışıqlıq yaradırdı.
Kiçik allah cərgəsində olan Marduk Tiamata qarşı çıxmağa razılıq
verdi. Əvəzində allahlar ona ali hakimiyyət vəd edirlər. Marduk
Tiamata qalib gəlir. Onu parçalayır, bir hissəsindən göyü, digər
hissəsindən yeri yaradır, planet və ulduzları yerbəyer edir, Sin
(«Ay») və Şamaş («Şəms, Günəş») arasında gecə və gündüzü
bölüşdürür. O, sonra yer üzündə bitki və heyvanları yayır.
Tiamatın sərkərdəsi (digər rəvayətə görə əri) Kinqunu öldürüb,
onun qanını gilə qatır, bundan insan düzəldir, lakin onların həyat
müddətini məhdudlaşdırır.
Dünyanın və insanların yaranma əfsanəsi, demək olar ki,
cüzi dəyişikliklə əvvəl Tövratda, sonra isə Quranda əks
olunmuşdur.
Qədim İkiçayarasının ideologiyasında ölən və dirilən təbiətə
|