Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə34/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   328
______________Milli Kitabxana_____________ 

 38


başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni 

dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin 

vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü. 

Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını  ləğv etmək 

məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin 

köklərə malik idi. Amon məbədlərinin var-dövləti  əsrlər boyu 

yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən 

möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə 

də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun 

varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra 

Amon kahinlərinin və dindarlarının  əl-qolu açıldı. Hadisələr 

göstərdi ki, Aton ibadəti Misirdə  dərin kök sala bilməmişdi. 

Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi. 

Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub 

saxlaya bilmədilər. Hakimiyyətə  gəlmiş firon Semnexkara 

Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün 

ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı 

qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət 

Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar. 

Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə 

başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən 

dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə  də ona sitayişi bərpa 

etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş  həyatına 

yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş 

üçün yaşayır") Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə 

yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon 

ideologiyasının təzyiqinə  məruz qaldı. Bir müddət sonra o, adını 

dəyişdirib Tutanxamon, yəni "Amon həyatına yaraşan" qoydu. 

Arvadı isə Anexesenpaamon adını  qəbul etdi. Eyni zamanda

Axetaton  əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı 

Fiv ziyafətlərində iştirak edirdi. 

Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı. 

Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini 

bərpa edə bilmişdi. Yəqin ki, hərbi  əməliyyatlarda sərkərdə 

Xoremxeb də  iştirak edirdi. Amona ibadətin tam bərpa 

edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin