Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə108/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   328
______________Milli Kitabxana_____________ 

 130


bolluğu yaratmaq tədbirlərini, adi həyati məsələlərinə 

münasibətlərini  şərh etmişdir. Allahlar, xüsusilə Enki və Enlil 

əfsanələrin qəhrəmanı kimi çıxış edirlər. Onlar həm kainatın və 

planetin təbii qaydaya salınmasına (dünyanın yaradılması, ulduz 

və planetlərin düzülməsi və s.), yer üzündə (İkiçayarasında) əmin-

amanlığın bərqərar olmasına, insanların məskunlaşdırılmasına,  

insanlar arasında ilahi qüvvələrə sitayiş  və qurbankəsmənin 

müəyyənləşdirilməsinə, hətta  əmək alətlərinin icadına qayğı ilə 

yanaşırdılar. Allahlar həm də istədikləri vaxt əhalini qırğına 

verirdilər. Eyni zamanda əfsanələr ilahi qüvvələrin qüdrətini 

təbliğ edərək,  əhalini daima qorxu altında qalmağa, itaətkar 

olmağa, allahların iradəsini sözsüz yerinə yetirməyə çağırırdılar. 

Əsatirlər həqiqi həyat hadisələrini dini donda izah edirdilər. 

Qədim şumerlər dünya və həyat qaydalarını dini boyasız təsəvvür 

etmirdilər.  İkiçayarası  əfsanələri Ön Asiya xalqlarının dini 

təsəvvürlərinə güclü təsir göstərmişdi. 

İkiçayarasında meydana gəlmiş  ən qədim yazı növü 

piktoqrafiya (şəkil yazı) olmuşdu. Bu yazı sistemi şəkli və  şərti 

işarələrdən ibarət idi. Şəkil yazı vasitəsilə bütöv fikri ifadə etmək 

mümkün deyildi, çünki işarələr bu və ya digər əşyanı, heyvanı və 

insanı  təsvir edirdi. Piktoqrafik yazı üsulu dilin qrammatik 

formalarını bildirmirdi. Piktoqrafiya vasitəsilə sadə  əməliyyat 

tələb edən təsərrüfat sənədləri tərtib olunurdu. Belə  sənədlərdə 

idxal və ixrac olunan malların, davarın və s. hesabı aparılırdı. 

Daha geniş  və mürəkkəb məzmunlu ifadələri  şəkli işarələrlə 

yazmaq mümkün deyildi. Mətn  şəkli işarələrə  əsasən oxunurdu. 

Əgər mədaxil hesablanırdısa, onda mətndə əşyanın, rəqəmlərin və 

anbarın işarələri yazılırdı. Adətən mətnin sonunda təsərrüfata 

daxil olmuş malların yekun rəqəmi göstərilirdi. «Ulduz», «ev», 

«at», «sünbül» (arpa), «en», «ayaq» və  mənaları bunlara oxşar 

rəsmlər ilə göstərirdilər. «Su» mənası dalğavarı cizgilərlə 

bildirilirdi. Piktoqrafik yazılar hələ tam oxunulmayıb. Bir çox 

şəkli işarələrin mənası başa düşülmür. Əsasən rəqəm bildirən şəkli 

işarələri nisbətən asanlıqla mənalandırmaq mümkün olmuşdur. 

Piktoqrafik yazı növü təsərrüfat hesablamaları aparmaq 

üçün ilk vaxtlar müsbət rol oynayır. Lakin təsərrüfatın getdikcə 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin