______________Milli Kitabxana_____________
126
ibadət mühüm yer tuturdu. Təbiətdə mövsümlərin dəyişilməsi dini
təsəvvürlər əsasında izah olunurdu. Bu, İnanna (akkadlarda - İştar)
və Dumuzi əfsanəsində öz əksini tapmışdı. Əfsanənin Şumer
variantına görə, məhəbbət ilahəsi İnanna ilahi mənşəli çoban
Dumuziyə ərə gedir. Sonra o, ölüləri diriltmək üçün axirət
dünyasına yollanır. Burada onun bacısı Ereşkiqal hökmranlıq
edirmiş. İnanna o dünyaya yola düşməzdən əvvəl köməkçisi
Ninşubura müəyyən göstərişlər verir. O, axirət dünyasının yeddi
qapısını keçməli olur. Hər qapı ağzında onun paltarını soyundurur
və bəzək əşyalarını əlindən alırdılar. Sonuncu qapıdan o, çılpaq
halda yeraltı aləmə qədəm qoyanda Ereşkiqal və anunnaklarla üz-
üzə gəlir. Onların dəhşətli və zəhmli baxışı İnannanı öldürür.
Ninşubur görür ki, üç gün, üç gecə keçdi, lakin İnanna qayıtmadı.
İnannanın tapşırığını yadına salır, allahlardan onu diriltmək üçün
kömək diləyir. Enlil və Nanna imtina edirlər, yalnnız Enki ona
köməklik əlini uzadır. O, vücudlar yaradır, onlara «dirilik yemi»
və «dirilik suyu» verib o dünyaya göndərir. Bu vücudlar İnannanı
dirildirlər. Lakin axirət dünyasının qayda-qanununa görə, oraya
gedən işıqlı dünyaya qayıda bilməzdi, işıqlı dünyaya qayıtmaq
istəyən adam özünə əvəz verməli idi. İnanna da bu qaydaya riayət
etməli idi. Bu şərtlə İnanna zalım iblislərin müşayiəti ilə işıqlı
dünyaya qayıdır. Çox gəzdikdən sonra İnanna Uruk şəhərinin
Kullab məhəlləsinə gəlib çatır. Bu şəhərin hökmdarı onun əri
Dumuzi imiş. İnanna görür ki, Dumuzi arvadının taleyinə ağlamaq
əvəzinə şadlanır, gününü eyş-işrətlə keçirir. İnanna ona öldürücü
nəzər salır və ərini amansız iblislərə təhvil verir. Dumuzi
qorxusundan ağappaq olur, dərdini bacısı Geştinannaya danışır.
Geştinanna ona gizlənməyi məsləhət görür. İblislər Geştinannanı
tutub, ona əzab-əziyyət verirlər və ondan Dumuzinin yerini xəbər
alırlar. Bacısını ölümdən xilas etmək üçün Dumuzi üzə çıxır.
İblislər onun əl-qolunu bağlayıb, o dünyaya aparmaq istəyirlər.
Dumuzi arvadının qardaşı Utudan onu ceyran görkəminə
salmasını xahiş edir. Ceyran görkəminə düşmüş Dumuzi qaçıb bir
müddət gizlənə bilir. İblislər onu tapırlar və döyə-döyə öldürürlər.
Lakin bitki ilahəsi Geştinanna qardaşının daima o dünyada
yaşamasına razı olmur. İlin yarısını qardaşının yerinə o dünyada
|