Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

8.1.10. Deklarant  
 
Gömrük qanunvericiliyində deklarant anlayışı özünəməxsus yer tutur. Mal və  nəqliyyat vasitələrini 
gömrük sərhədindən keçirən şəxslər və gömrük brokerləri deklarant ola bilər.  
Deklarantın hüquqi statusu müəyyən edilərkən, onun malları gömrük sərhədindən keçirən şəxs, yaxud 
gömrük brokeri olub-olmamasından asılı olmayaraq, mövcud qanunvericiliklə müəyyən edilmiş  vəzifələri 
yerinə yetirməli olduğu və məsuliyyət daşıdığı müəyyən edilir.  
Bəyanetmə institutunun bütün əsas xüsusiyyətləri gömrük tənzimlənməsinin  “sərhəd” xarakteri ilə 
bağlıdr.  
Gömrük-tarif mexanizmində deklarant yalnız gömrük orqanına bəyannamə vermək hüququ olan şəxs 
deyil (bəzi hallarda gömrük orqanı bu bəyannamədə göstərilən məlumatlarla razılaşmaya da bilər), o ilk 
növbədə gömrük rüsum və vegilərinin ödənilməsi öhdəliyini üzərinə götürən şəxsdir.  
Deklarant və  bəyanetməni həyata keçirən  şəxs anlayışlarını bir-birindən ayırmaq lazımdır.  Əgər 
deklarant hüquqi şəxsdirsə, bu anlayışlar üst-üstə düşmür. Bəyanetməni deklarant - təşkilat adından bu iş üçün 
xüsusi səlahiyyət verilmiş fiziki şəxs (şəxslər) - aparır (vəkalət və ya ona bərabər sənəd  əsasında). Bilavasitə 
bəyanetməni həyata keçirən  şəxs gömrük ödənişlərinə görə üzərinə mülkiyyət öhdəliyi götürdüyündən, ona 
verilən vəkalətnamə müəyyən edilmiş tələblərə cavab verməlidir.  
 
8.2. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən, 
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsi  
 
Gömrük Məcəlləsinin 18-ci maddəsinə görə,  bütün  şəxslər bərabər  əsaslarla malları  və  nəqliyyat 
vasitələrini Azərbaycan Respublikasına gətirmək və aparmaq (o cümlədən xarici iqtisadi fəaliyyətlə 
məşğul olan zaman) hüququna malikdirlər. Məcəllənin bu maddəsi Azərbaycan Respublikası 
Konstitusiyasının 28-ci maddəsinin müddəalarından irəli gəlir. Bu maddənin 3 və 4-cü bəndlərinə görə, qanuni 
surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs ölkədən kənara getmək və hər zaman öz ölkəsinə 
maneəsiz qayıtmaq hüququna malikdir. Eyni zamanda, hər kəsin daşınar və daşınmaz  əmlaka sahiblik, 
əmlakdan başqaları ilə birlikdə istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır (Azərbaycan 
Respublikası Konstitusiyası, maddə 29 b.3). Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, 
qabiliyyətindən və  əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq 
fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər (ARK, maddə 59). 
Malların normal şəraitdə bir ölkədən başqa ölkəyə aparılıb gətirilməsi, beynəlxalq hüququn hamı  tərəfindən 
qəbul edilmiş bir sıra normaları ilə  sıx bağlıdır: Beynəlxalq  İnsan Hüquqları  Bəyannaməsinin 13 və 17-ci 
maddələri; Mülki və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 12-ci maddəsi və s. Bu hüququn təmin 
edilməsi beynəlxalq humanitar əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 
Məhz buna görə  də, 1 avqust 1975-ci il tarixində Avropada təhlükəsizlik və  əməkdaşlıq üzrə iclasın 
Yekun aktını imzalamış dövlətlər “texniki məsələlərə” (o cümlədən gömrük prosedurasının sadələşdirilməsi) 
daha çox diqqət vermişlər. 
Şərh olunan 18-ci maddənin ikinci bəndinə görə, Azarbaycan Respublikasının qanunvericilik aktlarında 
nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kəs malları  və  nəqliyyat vasitələrini ölkəyə  gətirmək və ölkədən 
aparmaq hüququndan məhrum edilə və ya bu hüquqları məhdudlaşdıra bilməz. 
Gömrük Məcəlləsinin 19-cu maddəsi mal və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına 
gətirilməsinin və buradan aparılmasının qadağan edilməsinin hüquqi əsaslarını müəyyən edir. Bu əsaslar 
aşağıdakılardır: 
1. dövlətin təhlükəsizliyinin təmin olunması; 
2. ictimai asayişin qorunması; 

81 
 
3. əhalinin mənəviyyatının qorunması; 
4. insanların həyat və sağlamlığının qorunması; 
5. ətraf mühitin mühafizəsi; 
6. heyvan və bitkilərin mühafizəsi; 
7. Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin 
qorunması; 
8. mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin qorunması; 
9. gətirilən mallardan yerli istehlakçıların maraqlarının qorunması. 
Azərbaycan Respublikasının mövcud qanunvericiliyi və onun beynəlxalq öhdəlikləri ilə əlaqədar olaraq 
bu siyahı digər müddüəalarla tamamlana bilər. Belə ki, Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin  24 
iyun 1997-ci il tarixli 609 saylı “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması 
haqqında”  Fərmanı ilə mal və  nəqliyyat vasitələrinin aparılıb-gətirilməsi qaydaları  aşağıdakı kimi 
müəyyənləşdirilmişdir: 
1.  İxracı  və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı  əsasında aparılan 
mallar: 
- silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri
- barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri; 
- nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv 
tullantılar da daxil olmaqla, radioaktiv şüalanma mənbələri; 
- narkotik və psixotrop maddələr, kimyəvi zəhərləyicilər; 
- silah və  hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatların və 
texnologiyaların, material və texnologiyaların ayrı-ayrı növləri. 
2. İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mallar (xidmətlər 
və əqli mülkiyyət): 
- çöl heyvanları, yabanı bitkilər və qazıntılar zamanı tapılmış heyvan sümükləri: 
- vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün alınan xammal; ilan, böyə və  əqrəb 
zəhərləri; 
- Azərbaycan Respublikası  ərazisində, quruda və  dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik 
enerjisi və mineral xammal yataqları haqqında məlumatlar; 
- ixtiralar, “Nou how” və elmi-tədqiqat işlərinin nəticələri; 
- incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar; 
- bitkilərin mühafizəsi üçün istifadə olunan kimyəvi vasitələr; 
- baytarlıqda tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları; 
- dərman preparatları və tibbi ləvazimatlar; 
 Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlərin göstərilməsi: 
a) inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış sazlama işləri); 
b) yük və sərnişin daşınması, nəqliyyat ekspeditor işləri; 
c) rabitə xidmətləri (beynəlxalq,  şəhərlərarası,  şəhər, kənd sellülar, reysinq, radiotrank, kabel 
televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi); 
ç) vəkillik və digər hüquqi xidmətlər. 
3. Müvafiq dövlət orqanları tərəfindən verilən icazə əsasında idxal-ixrac olunan mallar: 
- etil spirti (yeyinti): 
- alkohollu içkilər (pivə istisna olmaqla): 
- tütün məmulatı. 
Gömrük Məcəlləsinə    ilə mal və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və 
buradan aparılmasının məhdudlaşdırılması halları müəyyən-ləşdirilmişdir. Onları  şərti olaraq 3 qrupda 
birləşdirmək olar: 
1. ticarətdə bəzi mallara qoyulan mal məhdudiyyətləri; 
2. xarici dövlətlər və ya onların ittifaqlarına qoyulan coğrafi məhdudiyyətlər; 
3. müəyyən müddət üçün qoyulan vaxt məhdudiyyətləri. 
Barəsində qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulan qanunvericilik aktları istisna edilməklə, 
göstərilən məhdudiyyətləri müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvəyə 
minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır.  
Milli təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq hüquqla tanınmış iqtisadi sanksiyaları, hərbi-
texniki sahədə  əməkdaşlığın tənzimlənməsini və daxili bazarın müdafiəsini nəzərdə tutan qaydada və 
məhdudiyyətlər nəzərdə tutula bilər. 
Gömrük Məcəlləsinin 21-ci maddəsinin müddəalarına görə ölkə ərazisinə gətirilən və ölkə ərazisindən 
aparılan mallar gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir. 

82 
 
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər tərəfindən istehsal və 
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi qaydalarını. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Hazırda AR Nazirlər Kabinetinin 31 may 2001-ci 
il tarixində 105 saylı (07.11.2002-ci ildə 176 saylı,10.05.2007-ci il tarixli 73 saylı, 11.02.2008-ci il tarixli 37 
saylı  qərarları ilə  əlavə  və  dəyişiliklər edilmişdir)  Qərarı ilə  təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən 
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilməsi Qaydaları” qüvvədədir.  
Fiziki şəxsin səfərinin bütün formaları nəzərə alınmaqla, fiziki şəxs və ya onun ailə üzvləri tərəfindən 
gömrük sərhədindən keçirilən malların şəxsi istifadə və istehsal məqsədləri üçün keçirildiyini yəqinləşdirmək, 
onların xarakterini və miqdarını, habelə sərhəddən keçirilməsi tezliyini gömrük orqanları müəyyənləşdirir.  
Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində gömrük xidməti fəaliyyət göstərir 
(aeroportlar, dəniz limanları, avtomobil və dəmiryolu keçid məntəqələri). 
Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. 
Azərbaycan Respublikasının Gürcüstan, Rusiya, Türkiyə  və  İranla sərhədlərində keçid məntəqələri 
fəaliyyət göstərir. Həmçinin, Qazaxstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri vardır, Türkmənistan 
və Qazaxstanla parom vasitəsi ilə gediş-gəliş mövcuddur. 
Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən: 
Fiziki  şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, o 
cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar sadələşdirilmiş qaydada bəyan edilir. 
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə etməklə konklyudent formada yazılı 
bəyannamə təqdim edilməməsini nəzərdə tutur. 
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşayiət olunan baqacda və  əl yükündə 
keçirilən mallara şamil edilir, o şərtlə ki: 
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların miqdarı  və  dəyəri (müşayiət 
olunmayan baqaclar istisna olmaqla) həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən 
miqdar və dəyərindən artıq olmasın; 
-həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın. Gömrük ödənişlərinə cəlb olunan mallar 
olduqda isə həmin mallar yazılı formada bəyan edilməli və «Qırmızı kanal»dan istifadə edilməlidir. 
Fiziki  şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən  əşyalar sərhəd 
məntəqələrində gömrük orqanlarına bəyan edilir. Bəyannamə Azərbaycan, inqilis və ya başqa dillərdə doldurula 
bilər. Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları 
haqqında məlumat onları müşayiət edən  şəxslərin bəyannaməsində göstərilir. Bəyannamədə mallar haqqında 
məlumatlar öz əksini tapmalıdır. 
Fiziki  şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aşağıdaki 
malları gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər: 
  a) ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan; 
  b) beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 
kiloqramdan artıq olmayan; 
  v)  xarici  vətəndaşlar daimi yaşayış  məqsədi ilə Azərbaycan Respublikasına köçüb qələrkən və ya 
Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasından köçüb gedərkən 20.000 ABŞ dollarına 
ekvivalent həcmində ailə üçün zəruri olan məişət əşyalarını; 
  q) yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini; 
  d)Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 125 qrama qədər balıq kürüsünü; 
  e) fərdi istehlak üçün 3 litr alkoqollu içkini;  
ə)3 blok siqareti; 
  z) avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacağı; 
  j) bədii, tarixi, elmi və diqər mədəni əşyaları məhdudiyyətsiz miqdarda gətirə bilərlər. 
 Fiziki  şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və 
Azərbaycan Respublikasından çıxarılması Qaydaları: 
  - Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikası 
ərazisinə  gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olduqda «Gömrük 
bəyannaməsi» ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Gömrük bəyannaməsi», 
həm də «Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilir. 
  -  Azərbaycan Respublikasının vətəndaşları  tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları 
ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük 
orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.  
  -  Azərbaycan Respublikasının vətəndaşları  və xarici vətəndaşlar Azərbaycan Respublikasına  əvvələr 
nəqd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ dolları ekvivalentinədək məbləği müvafiq təsdiqedici 

83 
 
sənədlər  əsasında heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə respublikadan kənara nəqd 
şəkildə çıxara bilərlər. 
 Müvafiq  dövlət orqanlarının razılığı ilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilən mallar haqqında: 
  a) mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri Azərbaycan Respublikasının Mədəniyyət və 
Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə gömrük orqanlarına təqdim edildiyi və 
komission dəyərinin 100%-i məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə  dərəcəsi verilməmiş 
mədəniyyət sərvətləri isə Azərbaycan Respublikasından aparıla bilər; 
  b)  xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının Daxili İşlər 
Nazirliyinin xüsusi icazəsi təqdim edilməklə keçirilə bilər; 
  v) heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloci preparatlar və baytarlıq ləvazimatları, 
bitkilər, heyvan və bitki mənşəli xammal dövlət Baytarlıq və dövlət fitosanitar nəzarəti xidmətlərinin müvafiq 
sənədi olduqda keçirilə bilər. 
 Fiziki  şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan 
olunan mallar: 
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki 
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;  
- radioaktiv maddələr;  
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;  
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;  
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid 
materiallar;  
- aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar; 
 -  aparılmasına və ya göndərilməsinə, gətirilməsinə  və ya alınmasına Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji, kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı 
obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri; 
  - qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı); 
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat; 
  - Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və 
Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri; 
  - dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr
  - Azərbaycan Respublikasının “Qırmızı Kitabına” düşmüş nadir bitkilər, maral və cüyür buynuzları; 
  -  müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin 
keçirəlməsi halları istisna olmaqla Azərbaycan Respublikasının Milli mədəniyyət  əmlakı Dövlət Siyahısına 
daxil olan Milli mədəniyyət əmlakı olan obyektlər. 
  Silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir. Odlu silah və 
onun döyüş sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.   
Fiziki  şəxslər tərəfindən ov silahları, onların sursatları ölkənin gömrük sərhədindən Azərbaycan 
Respublikası Daxili İşlər Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.  
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, XİF-in Mal 
Nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda 
güzəştli və ya sadələşdirilmiş qaydada ölkənin gömrük sərhədindən keçirilə bilər:  
1) iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamış fiziki şəxslər daimi yaşayış məqsədilə Azərbaycana 
köçüb gəldikdə, habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa 
rəsmi dövlət, hökümətlərarası beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə  işləmiş Azərbaycan 
vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıtdıqda, istehsal - buraxılış tarixindən, yürüş 
kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsini 
ölkənin gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödəmədən gətirə bilərlər:  
2) ölkəmizdən daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə onların sahibliyində 
olan avtonəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən ölkənin gömrük 
ərazisindən aparmağa icazə verilir;  
3) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini 
keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş 
kilometrindən, gömrük dəyərindən və  mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub 
santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları  və qanunvericiliklə müəyyən 
edilmiş miqdarda digər gömrük ödənişləri alınır;  
4) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük sərhədini 
keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş 

84 
 
kilometrindən, gömrük dəyərindən və  mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub 
santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları  və qanunvericiliklə müəyyən 
edilmiş miqdarda digər gömrük ödənişləri alınır.  
Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada 
keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük müdaxil orderi tətbiq 
olunmaqla alınır.  
Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtisadi 
fəaliyyətin  əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla 
digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük 
ərazisinə müvəqqəti olaraq gətirilməsinə  sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük 
ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.  
Xarici dövlətlərdə daimi qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin  əmtəə nomenklaturasının yalnız 
8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri 
tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına 
əməl edilməklə 30 günədək müddətə, bu müddətin azaldılmasına görə isə  sərbəst dövriyyə üçün buraxılış 
rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış  məntəqələrində 
depozitə qoyulmaqla icazə verilir.  
Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat 
vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə 
müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.  
Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 
ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici 
sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.  
Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli Bankı 
tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.  
Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı 
sayda və  məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və mal qismində 
nəqliyyat vasitələri xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi 
qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.  
Azərbaycan Respublikası xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların idxalına gömrük 
idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdursa, onda mənşə ölkəsi həmin ölkələr 
olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxal rüsumları tətbiq edilmir.  
 
8.3. Alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri və Beynəlxalq Konvensiyalar  
 
Beynəlxalq təcrübədə alqı-satqı əməliyyatları müxtəlif kommersiya şərtlərində həyata keçirilir. Alıcı və 
satıcı arasında mal göndərişləri zamanı götürülən öhdəliklərin əsasını “Ticarət terminləri izahının beynəlxalq 
qaydaları” (“İnkoterms”) təşkil edir. İlk dəfə “İnkoterms” 1936-cı ildə işlənib hazırlanmşdır. Hazırda istifadə 
olunan sonuncu redaksiya isə 2000-ci ilin təkmilləşdirilmiş nəşridir.  
“İnkoterms” terminlərinə yenidən baxılma işi ilə  əlaqədar olaraq Beynəlxalq Ticarət Palatasının işçi 
qrupu tərəfindən ticarət terminlərinin asan oxunması  və başa düşülməsi məqsədilə başqa ardıcıllığın təqdim 
edilməsi təklifi irəli sürülmüşdür. Bu terminlər dörd müxtəlif bazis kateqoriyalarına görə qruplaşdırılmışdır:  
“E” qrupu EXW şərtlərini özündə cəmləşdirir, bu şərtə görə alıcı göndərilməyə hazır olan malı anbarda 
qəbul edir (satıcının müəssisəsində);  
“F” qrupunun şərtlərinə satıcının mütləq qaydada malları alıcının göstərdiyi nəqliyyat vasitəsinə qədər 
çatdırılması daxildir (FSA, FAS, FOB şərtləri);  
“C” qrupu şərti daxilində nəzərdə tutulur ki, satıcı daşınma müqaviləsini bağlamalıdır, ancaq o malın 
yüklənib yola salınmasından sonra və daşınma müddətində baş verəcək hadisələrlə bağlı,  malların itməsi, 
zədələnməsi və əlavə xərclərə görə risk (mümkün olan xətər) daşımır (CFR, CİF, CRT, CİP);  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin