Direktorun el kitabi A5 21 04 2021. indd


MƏKTƏB LİDERLİYİ VƏ MƏKTƏB DİREKTORUNUN



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
Direktorun el kitabi A5 21 04 2021

MƏKTƏB LİDERLİYİ VƏ MƏKTƏB DİREKTORUNUN 
LİDERLİK ROLLARI
XXI əsrin 20-ci illərini yaşadığımız indiki zamanda 
məktəb sisteminin mürəkkəbləşərək transformasiyaya uğ-
radığı görünür. Kurikulum və qiymətləndirmədəki dəyişik-
liklər, bir-birindən fərqli müxtəlif tədris üsullarının istifa-
dəsi, təhsildə tətbiq olunan texnoloji yeniliklər, monitorinq 
ilə əlaqəli dəyişikliklər və s. məktəblərin yenidən qurul-
ması zərurətini ortaya qoyur. Sadalanan dəyişikliklər təbii 
ki, məktəb idarəçilərinin də dəyişiklik və transformasiyaya 
uyğun olaraq təkmilləşmələrini tələb edir. Məktəb idarə-
çiləri məktəbin idarə olunması işindən birbaşa məsul olan 
şəxslərdir. Xüsusilə, son illərdə beynəlxalq ədəbiyyatlarda 
idarəçilik anlayışı ilə bağlı bir dəyişikliyin olduğunu qeyd 
etmək mümkündür. Bu dəyişiklik “idarəçi” yerinə “lider” 
ifadəsinin istifadə olunması ilə əlaqəlidir. İdarəçi anlayışının 
yerinə lider anlayışına üstünlük verildiyi və beləliklə də təh-
sil idarəçiliyindən təhsil liderliyinə doğru bir tendensiyanın 
yarandığı ifadə edilə bilər. Qloballaşma ilə bağlı baş verən 
dəyişikliklər və yeniliklər məktəb direktorlarının rəhbərlik 
etdiyi qurumların sadəcə idarəçisi deyil, eyni zamanda lideri 
olmasını zəruri edir.
Məktəb liderliyi qarşıya qoyulmuş məqsədlərin reallaş-
dırılmasına fürsət tanıyan və yön verən bir proses olaraq 
qiymətləndirilir. Müvəffəqiyyətli liderlər məktəbləri üçün 
daima fərdi və peşə dəyərlərinə əsaslanan bir baxış yaradır. 
Eyni zamanda yaratdığı bu baxışa da mümkün olan hər 
fürsətdə qeyd edir və paylaşmaq üçün həm işçiləri, həm də 
digər maraqlı tərəflərə təsir etməyə səy göstərir. Məktəbin 


76
strukturu, fəaliyyətləri və fəlsəfəsi bu baxışa nail olmaq is-
tiqamətində qurulur (Bush & Glover, 2014).
Ümumiyyətlə, maddi və insan resurslarının məktəbin 
qarşısına qoyduğu məqsədlərə uyğun olaraq səmərəli isti-
fadə olunmasında idarəçinin bilik və bacarıqları ilə yanaşı, 
liderlik xüsusiyyəti də vacibdir. Məktəb direktoru rəhbərlik 
etdiyi qurumda təkcə idarəçi deyil, həm də bir lider ola-
raq fəaliyyət göstərməlidir. Bunun reallaşa bilməsi üçün 
isə məktəb direktorundan müəyyən liderlik rollarını icra 
etməsi gözlənilir. Son illərdə, xüsusilə inkişaf etmiş ölkələr-
də, yeni əsrin məktəblərini idarə edə biləcək direktorlar 
üçün ehtiyac duyulan rolları müəyyən etmək məqsədi ilə 
fərqli tədqiqatlar aparılmışdır. Məktəb direktorunun bir 
təhsil lideri olaraq hansı rolları icra etməli olması haqqında 
beynəlxalq ədəbiyyatlarda hər kəs tərəfindən qəbul edil-
miş təməl bir təsnifat yoxdur. Lakin ədəbiyyatlarda ən çox 
tədqiq olunan və haqqında genişmiqyaslı müzakirələr apa-
rılan liderliklə əlaqəli rolları aşağıdakı kimi təsnif etmək 
mümkündür: 
məktəb direktorunun uzaqgörən liderliyi, məktəb 
direktorunun təlimat liderliyi və məktəb direktorunun transfor-
mativ liderliyi.
Uzaqgörən liderlər olaraq adlandırılan liderlər insanlara 
təsir edə bilən və hərəkətə keçirəcək hədəflər yarada bilən 
və bunu ötürə bilmək bacarığına sahib olan şəxslərdir (Er-
doğan, 2002: 48). Uzaqgörən bir lider kimi məktəb direk-
toru məktəbin gələcəyi ilə əlaqəli görüşə sahib olmalı, uzaq-
görənliyi sayəsində məktəblə əlaqəli müsbət fikir yaradaraq 
rəhbərlik etdiyi məktəbdəki müəllimlərə və digər perso-


77
nala təsir edə bilməlidir. Eyni zamanda, yaratdığı hədəflə-
rini digər işçilərlə paylaşaraq məktəbin gələcəyi haqqında 
onlarda fikir yarada bilər. Qeyd etmək lazımdır ki, aparı-
lan tədqiqatların nəticələri hədəfin məktəbdəki pedaqoji 
kollektiv və digər personal arasında entuziazm və bağlılıq 
yaratdığını, məktəbin gələcəyinin təsvir edilməsinə şərait 
yaratdığını, həm məktəb direktoruna, həm də müəllim və 
digər personala müsbət enerji vediyini göstərmişdir (Er-
doğan, 2002). Bu baxımdan məktəb direktorundan uzaq-
görən liderlik bacarıqlarına sahib olması gözlənilir. Uzaq-
görən liderlik bacarığına sahib olan direktorun rəhbərlik 
etdiyi pedaqoji kollektivin və digər personalların işlədikləri 
məktəbə qarşı müsbət fikir bəslədiyi, onlarda müsbət ener-
jinin olacağı təxmin edilir.
Məktəb direktorundan həm də təlimat liderliyi xüsusiy-
yətlərini özündə ehtiva etməsi gözlənilir. Təlimat liderliyi 
direktorun məktəbin qarşısına qoyduğu nəticələrə nail ola 
bilməsi üçün həm özünün məsul olduğu, həm də digərlə-
rinə təsir edərək onların vasitəsilə ilə tapşırıqların yerinə 
yetirməlisini təmin edən davranışlarla əlaqəlidir. Ümu-
miyyətlə, məktəbin əsas funksiyalarından biri hamı üçün 
öyrənməni həyata keçirməkdir. Bu baxımdan məktəblə-
rin sadəcə şagirdlər deyil, eyni zamanda müəllimlər, digər 
personal, valideynlər və ümumiyyətlə, cəmiyyət üçün bir 
öyrənmə mərkəzi olması gözlənilir. Bu səbəbdən bir təhsil 
lideri olaraq məktəb direktoru təhsil təşkilatında öyrənmə 
prosesinin həyata keçirilməsini təmin etmək üçün lazımi 
resursları təmin edən, müvafiq şərait yaradan və prosesi 
asanlaşdırmağa səy göstərən şəxs olmalıdır (Şişman, 2002). 


78
Təlimat liderliyi məktəb direktorunun ən əsas və vacib və-
zifələrindən biri olmalıdır. Çünki bu liderlik tərzində əsas 
fokus nöqtəsi məktəbdəki öyrənmə və öyrətmə proseslə-
ridir. Məktəb direktoru bir təlimat lideri olaraq vəzifənin 
tələb etdiyi tapşırıqlardan əlavə məktəbdə öyrənmə və öy-
rətmə fəaliyyətlərində bilavasitə iştirak etməli və həm öy-
rənməni, həm də öyrətmə fəaliyyətlərini məktəbin birinci 
dərəcəli prioritetinə çevirməlidir.
Uzaqgörən liderlik və təlimat liderliyindən başqa, mək-
təb direktorundan həm də transformativ liderlərə xas 
olan xüsusiyyətlərə malik olması gözlənilir. Transforma-
tiv liderlik əsasən işçilərə bir hədəf qazandıran və hədəfə 
töhfə verə bilmələri üçün əlavə missiyalar verən bir liderlik 
tərzidir (Eren 2001). Bu liderlik tərzi xüsusilə dəyişiklik, 
qeyri-müəyyənlik kimi vəziyyətlərdə effektiv bir liderlik 
tərzi olaraq qəbul edilir (Nemanich & Keller, 2007: 50). 
Transformativ liderlərə xas olan xüsusiyyətlərlə əlaqəli ədə-
biyyatlardakı fikirlər bir-birindən fərqlənir. Əsas olaraq, 
transformativ liderlərin hədəf və missiyaları ilə xarizma-
tik xüsusiyyətlərə malik olduqları qeyd edilir. Həmçinin, 
transformativ liderlər işçilərə yüksək gözləntilərlə ilham 
verirlər. Bu tip liderlər həm də araşdırmaçı, problemləri 
həll etməyi bacaran və yaradıcıdırlar. Transformativ lider-
lər işçilərinə dəstək verirlər (Bass, 1985; Collet & Furham, 
1995). Sadalananlardan da göründüyü kimi transformativ 
liderlər əsasən dəyişiklik etmək üçün həvəsli olan və dəyi-
şikliklərin reallaşmasını həyata keçirən, izləyənlərinə ilham 
verən liderlər olaraq qəbul edilirlər. Bu baxımdan məktəb 
direktorlarından da transformativ liderlik xüsusiyyətlərinə 


79
sahib olması gözlənilir. Məktəb direktorları daima yeni-
likləri öyrənməyə və tətbiq etməyə çalışmalı, dəyişiklik-
lərin əhəmiyyətini məktəb personalı ilə paylaşmalıdırlar. 
Transformativ liderliyin əsas xüsusiyyətlərindən biri olaraq 
qiymətləndirilən qeyri-müəyyənlik mühitində effektiv bir 
liderlik tərzi olması fikrinə əsasən, qloballaşan dünyada baş 
verən sürətli və müxtəlif dəyişikliklər qarşısında yaranan 
mürəkkəb situasiyalarda bu liderliyin effektiv olacağı təx-
min edilir. Ona görə də məktəb direktorlarının bu liderlik 
tərzini mənimsəmələri və tətbiq etmələrinin olduqca böyük 
əhəmiyyət kəsb etməsi qeyd oluna bilər.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin