ƏNƏS BİN MALİK VƏ BƏRRA BİN AZİB
Onlar Ənəs ibn Malik və Bərra ibn Azib (Allah onların hər ikisindən razı olsun!) haqqında demişlər ki, guya Əli bu iki şəxs haqqında belə demişdir: “Sizə nə mane olur ki, durub şəhadət gətirəsiniz, axı hamının eşitdiyini siz də eşitmisiniz". Guya sonra əlavə etmişdir: "Ay Allah, onların şəhadət gətirmədikləri inadlarındandırsa, onlara bəla ver! Bu qarğışdan Bərra ibn Azibi kor oldu, Ənəs ibn Malikin iki ayağı cüzam".82
PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN ARVADLARI
Onların xəbisliyi bununla qurtarmır, dedi-qoduları bununla sona yetmir, axırda hətta Peyğəmbər səlləllahü əleyhi və səlləmin ailəsinə əl atır, öz xəbis, batil rəvayətləri ilə Siddiqə bint Siddiqi, möminlərin anası pak Aişəni (Allah ondan razı olsun!) böhtanlara məruz qoyurlar. Kəşşi deyir: "Əmirəlmöminin əleyhissəlam Əli ibn Əbu Talib salavatullah əleyhi Əshab əl-Cəməli məğlub edəndə Abdulla ibn Abbası Aişənin yanına göndərib yubanmadan yola düşməyi əmr edir. Ibn Abbas bunu belə nəql edir: — Mən onun yanına gəldim. O, Bəsrə yaxınlığında Bəni Xələf qəbiləsinin qəsrində idi. Yanına girməyə icazə istədim, icazə vermədi. Onun icazəsi olmadan içəri girdim. Gördüm ki, bu, çox yoxsul bir evdir, üstündə oturmağa bir şey yoxdur. O da ikiqat pərdənin arxasında əyləşib. Göz gəzdirdim, evin bir küncündə üstünə xalça (cecim — tərc.) salınmış yük gördüm. Xalçanı götürüb yerə saldım və üstündə oturdum. O pərdənin arxasından dedi: — Ey Ibn Abbas, qayda-qanunu pozdun; bizim icazəmiz olmadan evimizə daxil oldun və xalçamızın üstündə oturdun". Kəşşinin yazdığına görə, Ibn Abbas demişdir: — Biz qayda-qanunda səndən irəliyik, sənə də qayda-qanunu biz öyrətmişik. Əgər bu, Rəsulullah səlləllahü əleyhi və alihinin səni qoyub getdiyi ev olsaydı, onda sən deyən düz olardı. Lakin sən öz-özünə zülm edib, öz dininə qəzəblənib, öz Rəbbinin üzünə ağ olub, Rəsulullah səlləllahü əleyhi və alihiyə asilik edib o evdən çıxmısan. Əgər sən öz evinə qayıtsan, biz sənin icazən olmadan nə ora girər və nə də sənin xalçanın üstündə oturarıq. Sonra isə davam etmişdir: — Sən onun (Peyğəmbərin — tərc.) özündən sonra qoyub getdiyi doqquz arvaddan yalnız birisən. Sən nə üzünün rənginə görə onlardan ən ağısan, nə ən gözəli, nə kökünə görə ən təmizi, nə yarpaqlarına görə ən təravətlisi, nə əslinə görə ən nəcabətlisi. Sonra Ibn Abbas demişdir: — Mən ayağa qalxıb Əmirəlmöminin əleyhissəlamın yanına gəldim, Aişənin dediklərini və mənim verdiyim cavabları ona danışdım. O bunları dinləyib dedi: — Mən səni tanıdığım üçün onun yanına göndərdim".83
Bundan da böyük xəbislik olarmı? Lakin bu tayfa xəbislikdə heç kəsin çatmadığı bir mərtəbəyə ucalıb. Onların qəhrəmanlarından biri olan Təbərsi özünün Baqir haqqındakı kitabında belə rəvayət edir: "Cəməl döyüşündə Aişənin kəcavəsinə ox atılanda Əmirəlmöminin (Əli) əleyhissəlam demişdir: — Allaha and olsun ki, onun talağını verib azad etməkdən başqa çarəm qalmayıb. Allah, nə ola indi burada Rəsulullahın "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir (Allah eləməmiş!)" dediyini eşitmiş bir adam olaydı! Bunu eşidən bir nəfər ayağa qalxan kimi şəhid oldu. Daha sonra on üç kişi ayağa qalxdı. Onların ikisi Bədr döyüşünün iştirakçıları idilər. Onlar şahidlik etdilər ki, Rəsulullah səlləllahü əleyhi və alihinin Əli ibn Əbu Talibə belə dediyini eşitmişlər: "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir". Onun dediyinə görə, belə olduqda Aişə ağlamış və onlar onun ağladığını eşitmişlər".84
Dostları ilə paylaş: |