"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
287
 
 
 
Dünya ədəbiyyatı ilə bağlı maraqlı materiallar 
 
Sabutay 
 
“Məsumiyyət muzeyi” 
 
 
   Bu, həm romandır, həm muzey... 
    
   İstanbullu zəngin ailənin övladı Kamal ilə uzaq və yoxsul qohumu Füsunun hekayəsini 
anladır bu roman. Sürətli, hərəkətli hadisələrin bir-birini əvəz etdiyi və insan ruhunun 
dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə, əlimizdən buraxa bilməyəcəyimiz və 
yenidən oxuyacağımız romandır “Məsumiyyət muzeyi”. Dünyada milyonlarla oxucunun 
sevgi və heyranlığını qazanan kitabları əlli səkkiz dilə çevrilən və hər yeni romanı böyük 
bir maraqla gözlənilən Pamuk oxucularına unudulmaz yuxular sayağı sarsıdıcı bir 
hekayət danışır. Bu, bir eşq romanıdır. Hələlik Azərbaycan oxucusunun bu romanla 
doğma dildə tanış ola bilmir. Lakin bizim də oxucular əsərin sehrindən xəbərdardır 
desək, yanılmarıq. Romana marağı nəzərə alıb, onun ən maraqlı məqamlarını oxuculara 
çatdırırıq. 
    
   * * * 
   Orxan Pamuk “Məsumiyyət muzeyi” romanını 2001-ci ildə - “Qar” romanını nəşr 
etdirdikdən qısa müddət sonra yazmağa başlayıb. Əsər üzərində bir il işlədikdən sonra 
yarımçıq saxlayıb “İstanbul” romanını yazır. 2003-cü ildə “İstanbul”u oxuculara təqdim 
edir və yenidən “Məsumiyyət muzeyi”ni yazmağa davam edir. Roman üzərində fasiləsiz 
5 il işləyir. 
   * * * 
   Bu böyük eşq romanı bu sözlərlə başlayır: 
   “Məsumiyyət muzeyi”ni oxuyarkən tək eşq haqqında deyil, evlilik, yoldaşlıq, cinsəllik, 
ehtiras, ailə və xoşbəxtlik haqqındakı bütün düşüncələrinizdən dərindən təsirlənəcək və 
kitabın rəngarəng dünyasından ayrılmaq istəməyəcəksiniz». 
   * * * 
   “Məsumiyyət muzeyi” bir sevgi romanıdr. Necə ki, “Qar” əsəri siyasətə, “Mənim adım 
Qırmızı” rəsmə və sənətə həsr edildiyi kimi, bu roman da mövzusunu eşqdən götürür. 
Amma bütün romanları kimi, bu əsərində də Pamuk insan həyatının hər bir sahəsinə, 
gündəlik həyatın incəliklərinə və sənət, təklik, xoşbəxtlik, qəzetl və televiziya, ailə kimi - 
yazıçının sevdiyi bir çox məsələlərə toxunur. 
   * * * 
    “Məsumiyyət muzeyi” sadəcə bir roman deyil. Pamukun illərdir qurmağa çalışdığı bir 
muzeyin də adı belədir. Bu muzeydə yazıçının aşiq qəhrəmanı olan Kamalın sevgilisi 
Füsunun toxunduğu əşyaların kolleksiyası sərgilənəcək. Bu muzeyin qurulması 
məsələlərinə romanın özündə aydınlıq gətirilir. Bu romanı yazarkən o, dünyanın bir çox 
muzeylərində gündəlik həyat əşyalarının necə sərgiləndiyini dərindən araşdırıb. 
   * * * 

 
288
    Yazıçı roman üzərində çalışdığı 7 ildə - Nobel mükafatı qarışıq, 9 beynəlxalq ədəbi 
mükafata sahib olub. Bu yeddi ildə yazıçı, Türkiyədə Boğaziçi, Hollandiyada Tilburq, 
Almaniyada Berlin Frei, Amerikada Georgetovn, İspaniyada Madrid, Livanda Beyrut 
Amerika universitetləri tərəfindn fəxri doktor adına layiq görülüb. Bütün bu mükafatları 
almaq üçün çıxdığı səfərlər zamanı Pamuk hər bir yerdə - təyyarədə, hotel otaqlarında 
fasilə vermədən “Məsumiyyət muzeyi” üzərində işini davam etdirib. 
   * * * 
    “Məsumiyyət muzeyi” 592 səhifə, 140366 sözdən ibarətdir. “Cövdət Bəy və oğulları” 
romanından sonra bu əsər yazıçının ən uzun romanı sayılır. “Cövdət Bəy və oğulları”, 
“Qara kitab” əsərlərində olduğu kimi Pamukun doğulub böyüdüyü Nişantaşı bölgəsi bu 
romandakı hadisələrdə mərkəzi yerdədir. 
   * * * 
    Romanın bir çox səhnələri bir «Şevrolet» markalı 56 model maşında cərəyan edir.. 
   * * * 
    Pamukun digər əsərlərindən tanıdığımız bəzi obrazlar bu romanda da təsvir olunur. 
Məsələn, “Qara kitab”dan tanıdığımız köşə yazarı Cəlal Salik, “Cövdət bəy və 
oğulları”dan əsas obrazlar, o cümlədən Pamukun ailə üzvləri bu romanın 
iştirakçılarındandır.  
    Romanın təqdimatı belədir: 
   "Həyatımın ən xoşbəxt anıymış, bilmirdim" 
    * * * 
    Romanının əsas süjeti belədir. Fabrikant Basmacı ailəsinin yaxşı oxumuş 30 yaşındakı 
oğulları Kamal uzaq qohumları yoxsul İti ailəsinin 18 yaşındakı gözəl qızı Füsuna aşiq 
olur. Pamuk "kübar cəmiyyət" deyilən zümrəyə bu romanda dərin, detallı və əyləncəli bir 
baxışla baxır. 
   * * * 
    Romanda 1975-ci ildə «Hilton» hotelində qeyd edilən və bütün detallarıyla izah olunan 
50 səhifəlik bir nişan səhnəsinin təsviri var. 
   * * * 
   Bu əsəri Pamukun sıx izdihamlı romanı adlandırmaq olar. Oxucu 83 hissədə 150-yə 
qədər obraz və xarakterlə dəfələrlə qarşılaşır. 
   * * * 
    “Məsumiyyət muzeyi” bir roman olmaqla bərabər, həm də yazıçının Çuxurçumada 
qurmaqda olduğu muzeyin adıdır. Bu muzeydə roman qəhrəmanı Kamalın və sevgilisi 
Füsunun toxunduğu əşyalar və romana bağlı bir şox şeylər nümayiş etdiriləcək.Yazıçı bu 
əşyaları toplamağa çoxdan başlayıb. Eksponatları xaricdə nümayiş etdirmək təklifinə isə 
yazıçı hələ də müsbət cavab verməyib.  
   * * * 
    Əsərdə eşq, əşyalara və insanlara bağlanma, kolleksiyaçılıq, muzeylər kimi mövzular, 
cinsəllik, bakirəlik haqqındakı ənənəvi baxışlar da mübahisə və müzakirə predmetinə 
çevrilir. 
   * * * 
    Pamukun romanları dünyada yeddi milyon nüsxədən çox satılıb və 58 dilə tərcümə 
edilib . “Məsumiyyət muzeyi” hələ yazılıb başa çatmadan 30 ölkədən tərcümə sifarişi 
edilib. İlk sifarişçi isə bir Almaniya nəşriyyatı olub. 
   * * * 
    Pamuk romanıyla bağlı iki məqalə yazıb. İlk məqalə romanın ədəbi, fərdi və fəlsəfi 
qaynaqları barədədir. Digər məqaləsini isə böyük eşq romanlarının mövzularına həsr 

 
289
edib. Romanını oxucuya aydınlaşdırmaqdan daha çox, onu necə qurduğunu, necə xəyal 
etdiyini və digər eşq romanlarından fərqinə toxunulan bu məqalələr də xüsusi marağa 
səbəb olub. 
    
Dünyadan kitab 
 
 
   ABŞ-da “Google”nin e-mail-kitab satışı cəhdi müzakirələrə səbəb olarkən, bu mövzuda 
daha bir maraqlı xəbər diqqəti çəkir. Amazon.com saytının ilk dəfə 2007-ci ildə bazara 
çıxardığı “Amazon Kindle” adlı e-kitab göstəricisinə görə, ABŞ-da kitab satışının 
nisbətini dəyişdirdi. “Kindle”nin satışa təqdim edilməsindən bu yana ilk dəfə olaraq 
ənənəvi kitabdan fərqli üstünlüklə sayda e-kitab satın alındı. Təkcə bir gün ərzində sayt 
9,5 milyondan çox e-kitab sifarişi alıb. Sayt əmindir ki, dünya tezliklə kitabın müasir 
formasından istifadə etməyə vərdiş edəcək. 
   * * * 
   Paul Austerin yeni romanı olan “Görünməyən” kitab şəklində nəşr olunduqdan sonra 
tənqidçilər tərəfindən ötən ilin ən yaxşı romanı adını qazanmaqla bərabər, hələ də ona 
yeni şöhrət dalğası yaratmaqdadır. Tənqidçilər bu dəfə əsəri yazıçının bütün əsərlərindən 
fərqli və orijinal adlandırıblar. Ardınca isə Auster Amerikanın ən görkəmli yaradıcı 
yazıçılarından biri kimi xüsusi siyahıya daxil edilib. Qeyd edək ki, sözügedən əsər 
reallıqla alt yaddaş, sənətkar və şəxsiyyət arasındakı naməlum sərhədlərdən bəhs edir.  
    
   * * * 
   Çinli yazıçı Xianhui Yanğın adlı “Çin əmək düşərgələrindən sağ qalanlar” romanı 
ingiliscəyə tərcümə edilib ABŞ-da nümayiş olunduqdan qısa bir müddət sonra ədəbiyyat 
aləminin marağına səbəb olub. Kitabdakı əhvalatlar 1957 və 1961-ci illər arasında 
təxminən 3 min siyasi dustağın saxlandığı Jiabian həbs düşərgəsində dəhşətlərə məruz 
qalanların həyatından bəhs edir. Yazıçı faktlarla yazdığı əsərini düz 3 ilə qələmə alıb. 
 
   
http://medeniyyet.az 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
290
 
 
 
 
Baba Vanqa: lənətli qarının ön görməsi 
 
 
Hələ 18 il bundan öncə Amerikanın prezidentinin qaradərili birisi olacağını söyləmiş 
bolqar görücü qarı məhz o qaradərilinin Amerikanın son prezidenti olacağını da 
söyləmişdi. 
 
Amerikada 4 Noyabr prezident seçkilərində qələbə qazanmış namizəd, qaradərili Barak 
Obamanı, Amerika tarix inin ilk qaradərili prezidenti kimi bütün dünya böyük 
coşqunluqla qarşıladı. İqtisadi böhranı ilə mücadilə edən dünya ölkələrinin liderləri 
demokrat Barak Obamaya bir ümid yeri kimi baxdılar. 
Dünya mətbuatı, 50 milyon ağdərili seçicinin də səs verdiyi Barak Obamanın, nəhayət 
Amerikanın qan tökən Buş siyasətini dəyişdirəcəyi, dünyaya sülh gətirəcəyi və vergi 
endirimləri hesabına Amerikanı böhrandan çıxaracağı haqqında yazdı. 
Lakin Obamanın prezident seçiləcəyini 18 il bundan öncə bilən bolqar görücü qadın 
Vanqa qarının (Baba Vanqa) dediklərinə görə, əksinə, Obamanın etdiyi dəyişikliklər 
dünyaya sülh deyil, fəlakət gətirəcəkdir. 
İkinci dünya müharibəsi illərində, hətta Adolf Hitlerin də ziyarət etdiyi və SSRİ 
təhlükəsizlik orqanı KQB-nin belə mütəmadi olaraq məsləhətlər aldığı Vanqa qarı 1996-
cı ildə 84 yaşında vəfat etmişdir. 
11 sentyabr terror aktı, Kursk faciəsi, və Rusiyanın Gürcüstanı işgal edəcəyini daha illər 
öncə xəbər vermiş Vanga qarı Amerikaya dair isə bu öngörmələrini söləmişdir: 
“Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti (Corc Buşdan sonra gələcək prezident) 
qaradərili olacaqdır. Bu Amerikanın görəcəyi son lider olacaq. Çünki onun gəlişindən 
qisa bir zaman keçdikdən sonra Amerika böyük bir iqtisadi böhrana yuvarlanacaq. 
Şimal və Cənub ştatları arasında böyük fikir ayrılıqları və anlaşmazlıq meydana gələcək. 
İndoneziya qarışacaq. Bütün bunlar üçüncü Dünya Müharibəsinin başlanğıcı olacaq. 
Üçüncü Dünya Müharibəsində ilk dəfə atom bombası istifadə ediləcək. 
 
Öngörmələrinin 80%-i doğru çıxdı... 
 
Hələ sağ ikən dedikləri Bolqarıstan hökuməti tərəfindən qeydə alınan Vanqa qarının 
söylədiyi öngörmələrin 80%-i doğru çıxdı. 
1989-cu ildə Rusiya telekanalına müsahibəsində o, “İki dəmir quş qüllələrə çırpılacaq, 
göyün üzü işıqlanacaq (11 Sentyabr terror aktı), Kursk (2000-ci ildə 118 Rus əsgərinin 
məzarına çevrilmış Kursk sualtı atom gəmisi) su altında qalacaq, bütün dünya onu 
ağlayacaq" demişdir. 
Görücü 1994-cü ildə isə "Vladimirin qələbəsi dünyada hər şeyi əridəcək (Gürcüstan 
müharibəsi),iqlim dəyişəcək (qlobal iqlim dəyişikliyi), Rusiya dağılmayacaq və dünyaya 
hökmran olacaq" deyə söyləmişdir. 
 
 
Onun bundan sonrakı öncəgörmələri isə belədir: 
 

 
291
2008 - 4 ölkənin başçısına sui-qəsd cəhdi olacaq, bu, 3-cü Dünya Müharibəsinin 
başlanma səbəblərindən biri olacaq. 
 
2010 – 3-cü Dünya Müharibəsi 2010-cu ilin noyabrında başlayacaq, 2014-cü ilədək 
davam edəcək. 
 
2011– Radioaktiv dalğaların artması ilə heyvan və bitkilər məhv olmaq səviyyəsinə 
gələcək. Müsəlman ölkələr kimyəvi silahlarla avropalıları məhv edəcək. 
 
2014 – Yer kürəsinin yarısı xərçəng xəstəliyindən əziyyət çəkəcək. 
 
2016 - Avropanın əhalisi azalacaq. 
 
2018 - Dünyanın yeni hakimi Çin olacaq, bu ölkənin iqtisadiyyatı xeyli güclənəcək. 
 
2043 – Müsəlman bir dövlət yenidən Avropanın tək hakimi olacaq. 
 
2046 – İnsan orqanizmində müalicə olunmayan orqan qalmayacaq, xəstə orqanın əvəzinə 
yenisi hazırlanacaq. 
 
2076 - Bütün dünyada “sinifsiz kommunizm” sistemi yayılacaq. 
 
2088 - Bütün xəstəliklər bir neçə saniyədə müalicə ediləcək. 
 
2097 – Qocalığın qarşısı alınacaq. 
 
2167 - Yeni bir din ortaya çıxacaq. 
 
2304 - Ayın sirri tam çözüləcək. 
 
3797 - Dünyanın sonu, başqa bir planetdə yeni həyat başlayacaq. 
 
 
Vanqa qarı kimdir? 
 
Əsl adı Vangelina Pandeva olan Vanqa qarı (Baba Vanga), 1911-ci ildə, o zamanlar 
Osmanlı dövlətinin tərkibində olan Bolqarıstanda (İndiki Makedoniya ərazisində) anadan 
olmuşdur. 13 yaşında selə düşərək torpaq altında qalmış, bundan sonra onun hər iki gözü 
iltihablanaraq kor olmuşdur. 
Məhz keçirdiyi bu qəzadan sonra o gələcək haqqında fikirlər söyləməyə başlamışdır. 
Vanqa qarı ayaq basdığı torpaqda illər öncə hansı hadisələrin yaşandığını və yaşanacağını 
söyləyir, toxunduğu əşyaların rənginə qədər bütün əlamətlərini dəqiqliklə deyirdi. Görücü 
qarı məşhurlaşdıqca artıq Bolqarıstan hökuməti üçün işləməyə başladı. 
Onun üçün aylıq maaş ayrıldı. Artıq elm adamları onunla görüşmək üçün növbə 
gözləməli olurdular. Onun söylədiklərini isə Bolqarıstan hökuməti qələmə alaraq 
arxivləşdirdi. Həmin arxivdə Adolf Hitlerin Vanqa qarını ziyarət etdiyi və onun evindən 
çıxarkən çox əsəbi olduğu haqda da qeydlər vardır.  
 

 
292
 
SEHİRLİ VƏ MÜAMMALI VANQA  
 
Bu məqaləni yazarkən diqqətimi maraqlı bir məqam çəkdi. Vanqanın şöhrət qazandırdığı 
Bolqarıstan bir çox tarixi birinciliklərin məskənidir. -Ən qədim zinət əşyaları buradan 
tapılıb -Ən böyük daşqın (Qara dəniz 80-120 metr qalxıb) -Proto-renessans dövrünün ən 
qədim əsərləri -İlk kompüteri bolqar Con Atanasov yaradıb və s. Dünyada Bolqarıstanlı 
ekstrasens, telepat, gələcəyi görən və 55 illik fəaliyyəti dövründə bir milyondan artıq 
adama gələcəyini söyləyən Vanqanı tanımayan çox az adam tapılar. O, 1911-ci ildə 
Bolqarıstanda Petriç kəndində (bəzi mənbələrdə Strumiça-Makedoniya) anadan olub. 
Vanqanın bütöv adı Vangeliya Pandevadı.  
Vanqanın 10 yaşı olanda o atasının etirazlarına baxmayaraq qəribə bir oyun fikirləşir: 
həyətə nəsə qoyub evə qayıdır sonra da gözlərini bərk-bərk yumub kor kimi həmin əşyanı 
axtarmağa başlayırmış. Sonralar bu oyun gerçəyə çevrildi. Qasırğa nəticəsində onun 
gözləri tozla dolaraq kor oldu və hələ uşaq ikən Vanqa görmə qabiliyyətini itirdi. 
Ümumiyyətlə, müəmmalı Vanqa uşaqlıq illərini çox ağır şəraitdə keçirib. Onun anası 
vaxtsız vəfat etdiyindən atası ikinci dəfə ailə qurub və bundan sonra Vanqa korlar üçün 
internata verilib. Hitler onunla görüşdükdən sonra təəccübdən bir müddət ekstaz 
vəziyyətindən çıxa bilməyib. Stalinin ölümünün dəqiq vaxtını söylədiyi üçün həbs olunub 
və yalnız Stalinin ölümündən sonra azadlığa buraxılıb.  
Vanga QİÇS və quş qripinin yayılacağını hələ 1979-cu ildə deyən ilk şəxs olub. 
Vanqanın şəxsi ailə həyatı da o qədər uğurlu olmayıb. Günlərin birində onun yanina 
gələn və növbə gözləyən zabit bir gün Vanqanın həyat yoldaşı olacağını ağlına belə 
gətirməzdi. Onların birgə həyatı çox az sürdü... 1980-ci ildə Vanqa Rusiyaya məxsus bir 
gəminin böyük fəlakətlə qarşılaşacağını deyəndə çox az adam ona inanmışdı. O, deyirdi 
ki bu gəmi ya 1999-cu, ya da 2000-ci ildə sulara qərq olacaq və külli miqdarda tələfatlara 
yol açacaq. Zaman göstərdi ki, Vanqa haqlı imiş, Kursk sualtı gəmisi batdıqdan sonra isə 
bu həqiqəti dərk etməyin nə faydası...  
 
P.S. Ötən il yəhudi təriqətlərindən birinin başçısı VII Lyubaviç təqribən 2028-2032-ci 
illərdən etibarən yeni eranın başlayacağını, həmin dövrdə bütün yer üzü sakinlərinin 
vahid, amma yeni bir dinə tapınacaqlarını deyib. Onun dediyinə görə, həmin era 10 min il 
davam edəcək və bu müddətdə insanlar hamısı dindar, ədalətli, mədəni və sülhpərvər 
olacaqlar. İndiki dövrün böyük “fəlakətləri” isə həmin dövr üçün hazırlıq və təmizləmə 
işlərindən başqa bir şey deyil. Yeri gəlmişkən, VII Lyubaviçin bu xəbərdarlığı məşhur 
bolqar görücü qadın Vanqanın dedikləri ilə bütünlüklə üst-üstə düşür. Vanqa 1996-cı ildə 
dünyasını dəyişib. Ölümündən 10 il keçməsinə baxmayaraq Vanqa yaddan çıxmır, əksinə 
indi onun gələcək illər üçün verdiyi proqnozlara futuroloqlar daha da ciddi yanaşmağa 
başlayıblar. Vanqanın dediklərinə görə onun yalnız bir davamçısı olacaq, o da ki 
Fransada yaşayan 10 yaşlı balaca bir qızcığac. Yaşayarıq görərik!  
Vanqa qarı 1996-cı ildə 84 yaşında vəfat etmişdir.  
 
 
 
 
Sizə bir hekayə danışacam 
  
 

 
293
    Tarixin ən böyük aktyorlarından biri, bəlkə də birincisi Al Paçinonun təqdimata 
ehtiyacı varmı? Təbii ki, yox. Bu əsrarəngiz adamın həyatı hər zaman insanların diqqətini 
cəlb edib. Milyonlar onun istedadının, dahiliyinin sirrini anlamağa çalışıb.  
   Bəs bu adam sizə öz həyat hekayəsini danışmaq istəsəydi necə? O zaman onu dinləmək 
fürsətini qaçırmayın...  
    
   Sizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu 
sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər 
şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur. 
Burda pis şey görmürəm - sadəcə insanlar belə yaradılıb.  
   Amma bu dəfə bir əngəl çıxdı. Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir 
yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də 
inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin. 
Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa 
zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk 
edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra 
isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə 
gedəcəyim qadın mənim kimi məşhur şəxsdi. 
   Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: “Sizin avtomobilinizin 
baqajında köhnə papaqdan-zaddan bir şey var?” O baxdı, papaqla eynəyi tapandan sonra 
dedi: “Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!” Mən saqqalı 
taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən 
tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı. Telekameralar mən 
tərəfə çevrildi. Stadionda kim var, mənə tərəf baxır. “Bu nə zəhrimardı? - fikirləşdim - 
Axı məndə saqqal var”.  
   Əlbəttə ki, bütün bunlar məni müşayiət edən qadına görəydi. Əşi, nə isə...  
   Amma birdən hiss elədim ki, saqqal çənəmdən sürüşür. “Axmaq bir vəziyyət yarandı. 
İndi nə etməli? Saqqalı qoparıb düzəltdim-başqa nə edə bilərdim ki?  
   Təbbi ki, bütün bunlar saat 11 xəbərlərində göstərildi: “Maraqlıdır, niyə Al Paçino 
stadiona yalançı saqqal taxaraq gəlib?” 
   Bu saqqalı sancaqlar muzeyinə vermək lazım idi. 
   Xəbərlərdə özümü görüb xeyli güldüm, amma bəzi nəticələr də çıxardım. Bir də belə 
hadisə baş verməyəcək. 
   Hara getməyimdən asılı olmayaraq, daha mən hər yerdə necəyəmsə - elə peyda oluram. 
   * * * 
   Balaca oğlan olduğum zaman, böyük nənəm (nənəmin anası-R.C) bəzən mənə gümüş 
dollar verirdi. O mənimlə həmişə çox mehriban rəftar edirdi. Nənəm mənə pulu verməyə 
hazırlaşan kimi bütün ailə xorla bağırmağa başlayırdı: “Yox! Yox! Yoooox! Ona gümüş 
dollar vermə!” Bu sözlər ciddiyyətlə deyilirdi - axı biz dəhşətli dərəcədə kasıb idik. Pul 
mənim ovcumda peyda olan kimi hamı böyürməyə başlayırdı: “Ver! Geri qaytar!” - buna 
görə də hədiyyəni aldığım üçün özümü narahat hiss eləyirdim. 
   * * * 
   Valideynlərim boşanmışdılar, mən hələ çox balacaydım. Ailənin yeganə uşağıydım, 
anam, nənəm və babamla birlikdə Cənubi Bronksun çoxmənzilli evlərindən birində 
yaşayırdım. Biz çox çətin dolanırdıq. Buna görə də əyrilmiş yulaf sarğısından kupon 
kəsməklə Tom Miksdən mahmız (şpor) əldə etmək mümkün olduğunu biləndə 
sevincimin həddi-hüdudu yoxuydu. Tom Miks qərblilərin kavboy qəhrəmanı idi. O çox 

 
294
məşhuruydu, çox! Kağız lentlə sarınıb poçtla göndərilmiş mahmızlar əsrarəngiz anlam 
daşıyırdı. 
   Nə isə biz mahmızları sifariş etdik. Böyük nənəm öləndə mənim təxmini 6 yaşım 
olardı. 
   Yadımdadır, biz dəfn mərasimindən evə gəldik və məlum oldu ki, Tom Miksin 
mahmızlar olan bağlaması gəlib. Sevincimin həddi - hüdudu yoxuydu. Amma birdən 
xatırladım ki, nənəm yenicə ölüb. Mən mahmızlara görə sevincimdən tullanıb düşmək 
istəyirdim, amma... 
   Mən o gün insanın içində özü ilə ziddiyətin nə olduğunu anladım. 
   * * * 
   Anam işləməsinə baxmayaraq, hər dəfə yeni film çıxanda məni kinoteatra aparmaq 
üçün vaxt tapardı.  
   O birisi gün mən evdə tək qalır, bütün rolları ifa etməklə filmi başdan - axıracan özüm 
üçün canlandırırdım. “Kədərli uikkend” filminə mən hələ çox balaca olanda baxmışdım, 
amma o mənə çox ciddi təsir etmişdi. Mən ekranda baş verənləri anlamırdım, amma 
heyranlıqdan tüklərim biz-biz olmuşdu. Rey Millend boş yerə “Oskar”a layiq 
görülməmişdi, o bu filmdə rolunu əla oynamışdı.  
   “Kədərli uikend”də bir səhnə var, Millend viski butulkasını axtarır. Sərxoş olub o 
şüşəni mənzildə harasa qoyub, amma indi ayılıb və onu tapmaq istəyir. Bilir ki, şüşə 
hardasa buralardadı, amma dəqiq hardadı xatırlamır. Uzun müddət axtarır və sonda tapır. 
Mən tez - tez bu səhnəni oynayardım. Atam məni ziyarət eləməyə gələndə, bəzən məni 
də götürüb Qarledəki qohumlarının yanına aparardı və deyərdi: “Onlara butulkayla olan 
səhnəni göstər”. Mən səhnəni oynayardım və hamı gülərdi. Mənsə öz-özümə 
fikirləşərdim: “Onlar nəyə gülür, axı bu ciddi səhnədi?” 
   * * * 
   Bir dəfə uşaqlıqda küçə tamaşasına getmişdim, topu götürüb atdım və bir neçə 
butulkanı yıxa bildim, amma mənə hədiyyə vermədilər. O gün mən heç cür özümə gələ 
bilmirdim: necə oldu ki, onlar belə hərəkət elədilər? Bu nə ədalətsizlikdir?! Evə getdim 
və babama hər şeyi danışdım. Amma o elə bir sifət aldı ki...o hələ də mənim gözümün 
qabağından getmir. Onun sifətində bu ifadə vardı: “Səncə mən indi 6-cı mərtəbədən 
pilləkənlə aşağı düşməli, 5 kvartal piyada getməli və küçə tamaşasındakı hansısa avaraya 
sübut eləməliyəm ki, sən butulkaları yıxmısan və hədiyyəyə layiqsən?!” Mən bütün 
bunları onun sifətindən oxudum. Bununla belə o, mənə izah eləməyə çalışdı ki, həyatda 
belə şeylər də baş verir. O haqlı idi. Həqiqətən baş verir. 
   * * * 
   Anam mən hələ uğur qazanmamışdan qabaq öldü.  
   Yadımdadır, mənim 10 yaşım olardı. Bizim mənzil yuxarı mərtəbədəydi. Dəhşət 
soyuğuydu. Aşağıda, döngədəki dostlarım məni küçəyə oynamağa çağırırdılar. Amma 
anam məni buraxmadı. Mən çox incidim və dayanmadan onun üstünə qışqırmağa 
başladım. O mənim acı məzəmmətlərimə dözdü. Və mənim həyatımı xilas elədi. Başa 
düşürsüz, məni o vaxt gəzməyə çağıran dostlarım indi həyatda yoxdular. Anam istəyirdi 
ki, mən gecə keçənədək küçədə veyllənməyim, dərslərimi oxuyum. Məhz buna görə mən 
indi burda oturmuşam və sizinlə söhbət edirəm. Hər şey çox sadədir, elə deyilmi? Amma 
biz çox unutqanıq... 
   * * * 
   Mən hələ balaca oğlan olduğum zamanlarda, avtobusdan düşüb başqa marşruta 
minəndə sarı, qırmızı, mavi rəngdə talon verirdilər. Biz, uşaqlarla istifadə edilmiş 
talonların hara tullandığını bilirdik, onları tapır və ciblərimizə doldururduq. Bu 

 
295
kağızcıqlar heç nəyə yaramırdı, amma onlar bizə çox dəyərli görsənirdi. Sən heç təsəvvür 
edə bilirsənmi ki, cibində çoxlu pulla veyllənmək nə deməkdir? 
   * * * 
   Aktyor kimi mən səhnədə ilk dəfə ibtidai məktəbdə oxuduğum zaman olmuşam. Biz 
tamaşa qoymuşduq, səhnənin ortasında böyük tiyan, bədnam “hər şeyi əridən tiyan” 
varıydı, mən isə italiyalı nümayəndə kimi onu qaşıqla qarışdırırdım. İndi də xatırlayıram: 
məktəbdəki uşaqlar məndən avtoqraf istəyirdilər, mən də “Sonni Skott” imzasıyla 
avtoqraf paylayırdım. Özümə ahəngdar təxəllüs götürmüşdüm, başa düşürsüz də? 
   * * * 
   Həyatımın ən böyük sarsıntılarından birini Cənubi Bronskda, əvvəllər varyete (yüngül 
janrlı tamaşalar göstərən teatr - R.C), sonra isə kinoteatra çevrilmiş zalda yaşamışam. 
   Tamaşanı “gəzən” truppa təqdim edirdi. Çexovun “Qağayı”sını (Çayka) oynayırdılar. 
Tamaşa başladı...və birdən - birə də qurtardı. Zaman bir anda keçdi. Bu möcüzə idi. 
Yadımdadır, mən fikrə daldım: “Necə olmalısan ki, belə bir şey yaza biləsən?”  
   Mən dərhal Çexovun seçmə hekayələrini axtarıb tapmışdım. 
   * * * 
   Bir dəfə qəlyanaltı etmək üçün “Hovard Consona” girdim və gördüm ki, həmin 
tamaşada parlayan aktyor piştaxtanın arxasında kofe süzür. Onda mən başa düşdüm ki, 
həyat nisbidir: əvvəlcə o məni öz oyunu ilə heyran etdi, indi isə “Hovard Consonun” 
piştaxtasının arxasında dayanıb və mənə qulluq edir. 
   * * * 
   Vaxt vardı ki, mən köşklərə “Şou-biznes” adlı qəzet paylayırdım. Heç vaxt yadımdan 
çıxmaz ki, mənə nə qədər maaş verirdilər - 12 dollar. Onluq və iki kağız dollar. Onluğu 
dərhal xırdalayardım ki, məndə on iki dənə bir dollarlıq olsun. Barda hesab ödəyirsən, 
barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hamıya elə gəlir ki, səndə 
pul ağlasığmaz qədərdi. 
   * * * 
   İlk dəfə Bostonun repertuar teatrından normal qonorar alanda, təxmini mənim 25 yaşım 
olardı. Bara getdim, stulda oturub martini içdim. Hətta bundan sonra da məndə pul 
qalmışdı! 
   * * * 
   Filmdə oynamaqla, tamaşada oynamaq arasındakı fərq nədir bilirsizmi? Oynamaq 
onsuzda tarım çəkilmiş kəndirbaz üstündə oynamaqdır. Səhnədə ip çox yuxarıdandı. 
Yıxılsan şil-küt olacaqsan. Amma kinoda ip yerin üstündədi. 
   * * * 
   Bir dəfə işıqforun yanında durub küçənin o tərəfindəki qıza baxdım və gülümsədim. 
Amma o: “O-oo, salam Maykl” - deyərək cavab verdi. Bilirsiz də Maykl “Xaç atası” 
filminin qəhrəmanıdı. Məndə belə bir təəssürat yarandı ki, o bir anda məni yoldan ötən 
adi insan olmaq hüququndan məhrum elədi. O məni görmüşdü, amma o məndəki məni 
görməmişdi. 
   “Oskar”ı mən ancaq səkkizinci cəhddə əldə edə bildim. Ona qədər məni yeddi dəfə 
siyahıya salmışdılar, vəssalam. 
   Bilmirəm mən bu məsələyə adekvat münasibətimi bildirə bilərəmmi, heç olmasa 
qismən... İndi mən nominantlara baxıram və düşünürəm: “Bəs birdən onlar neyroxirurq 
olsaydılar necə? Məcbur qalsaydın onlara öz beynini əməliyyat eləməyə etibar edərdin? 
“Oskar”ı məhz o etibarlı şəxsə vermək lazımdı.  
   Amma əvvəllər hər şey mənim əhval-ruhiyyəmin necə olmasından asılı olardı. 
   * * * 

 
296
   Elə il olub ki, mən alkoqoldan və həblərdən hədsiz dərəcədə çox istifadə eləmişəm. Bu 
məsələləri mən çoxdan qapatmışam. Amma mərasimdə oturduğum zaman düşündüyüm 
vaxt olub: “Birdən məni təltif eləsələr, səhnəyə qədər gedə biləcəyəmmi? Əmin 
deyiləm”. 
   * * * 
   Atam beş dəfə evli olub, amma mən heç vaxt evlənməmişəm. Bundan hansı nəticəyə 
gəlirəm? Biz öz vərdişlərimizin köləsiyik. 
   * * * 
   Əgər aktyorun çoxlu pulu varsa, o adətən onu xərcləməyə yer tapır. Mən öz pullarımı 
şəxsi filmim olan “The Local Stigmatic”ə (“Mestnıy Stiqmatik”) xərcləsəm də, sonradan 
onu prakata çıxarmadım. 
   * * * 
   Bir gün Mərkəzi parkda gəzişirdim, tanımadığım bir insan mənə yaxınlaşdı və dedi: 
“Qulaq as, sənə nə olub belə? Niyə biz səni görmürük?” Mən nə isə mızıldamağa 
başladım: “Bilirsiz mən...heç...mən...” Amma o: “Hə Al, mən səni zirvədə görmək 
istəyirəm!” Və mən anladım ki: mənim bəxtim gətirib, mənə istedad verilib və mən 
ondan istifadə etməliyəm. 
   * * * 
   Bir filmdə mən suda üzən tirin üzərində qəhrəman Robin Uilyamsı təqib etməli 
olmuşdum. Bu səhnəni ideal səviyyədə oynamaq lazım deyil. Bunun üçün lazım olan şey 
- spontanlıqdı. Bütün fokus spontanlıqdadı. 
   * * * 
   20 il bundan əvvəl Frenk Sinatranın konsertinə getmişdim. Çətin anlarda onun Baddi 
Riçi vardı. Beləliklə, səhnəyə Baddi Riç çıxdı və mən necə oldusa fikrə getdim: “Axı 
Baddi Riçin 79 yaşı var, amma o baraban çalır”. Mən bilirdim o yaxşı barabançıdır, 
amma o zaman düşünmüşdüm: “ İndi Frenk Sinatra səhnəyə çıxana qədər otur, Baddi 
Riçin qımıldanmağına, yerində yırğalanmağına bax”. 
   Baddi Riç başladı, necə başladı. Onun ifası mənim gözlədiyimdən on qat artıq idi. 
Riffin ortasında hamı yerindən sıçradı və heyranlıqla əl çalmağa başladı. Sonra isə 
Sinatra gəldi və sadə bir söz dedi: “Görürsünüzmü, bu oğlan necə baraban çalır? Bəs 
bilirsizmi ki, bəzən seçilmiş yoldan çıxmamaq xeyirlidi”. 
   Baddi Riç seçilmiş yoldan çıxmadı. O təkcə illər boyu barabanda ifa etmədi, həm də 
həmin gecə öz yoluyla getdi. O dəqiq belə dedi: “Gör mən nə qədər yol gəlmişəm, gəlin 
yoxlayaq, mən davam edə biləcəyəmmi...” Qəflətən yol onu lazım olan yerə gətirdi.  
   Bax, biz bütün bunları ona görə edirik. Lazım olan yeri tapmaq istəyirik. Amma o yeri 
tapmaq hələ hər şey demək deyil. Lazım olan kifayətlənməməkdi. Bilirsizmi, belə bir 
atalar sözü var: “Kim ki, öz dəliliyindən əl çəkmir, o hansısa gözəl bir gündə müdrik 
olacaq”. 
    
   Ruscadan çevirdi:  Cavid Ramazanov 
  
http://almaqezeti.com/index.php?mod=view&id=5102
 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin