Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   ...   9   10   11   12   13   14   15   16   17

209
Arteriya nəbzi sfiqmoqraf cihazının köməkliyilə 
qeyd edilir. Bu cihaz nəbz dalğalarını  əks etdirməklə 
bərabər eyni zamanda kağız üzərində yazılır. Bu cihaz 
nəbz dalğalarını yazan yüngül manivellacıqlar sistemindən 
ibarətdir. Alınan yazıya sfiqmoqramma (yunanca 
sphiqmos-nəbz) deyilir. Bu əyri qalxan anakrotik qol, enən 
katakrotik qol və enən qol üzərində dikrotik dalğadan 
ibarətdir.  
 
Şəkil 122. Sfiqmoqraf: A-hislənmiş kağız; H-rıçaq; K-təkər;  
F-prujin; S,F
1
, F

–rıçaq; P-pelotta. 
 
Anakrotik qol mədəciklərin sistolasını, katakrotik 
qol mədəciklərin diastolasını əks etdirir. Dikrotik dalğanın 
əmələ gəlməsi haqqında müxtəlif fikirlər var. Bəzi fikirlərə 
görə, sistola zamanı aortaya qovulmuş qanın bir hissəsi 
sistoladan sonra gələn mədəciklərin diastolası zamanı 
təzyiq fərqi nəticəsində  əks tərəfə  hərəkət edən qanın 
aypara qapaqlara dəyib damar divarlarının  əlavə 
dalğalanmasına səbəb olur. Başqa fikirlərə görə bu dalğa 
periferik mənşəli olub, aorta ilə sürətlə axan qan 
 
210
şaxələnmiş damarların başlanğıc nahiyələrinə toxunaraq 
əlavə dalğanı əmələ gətirir. 
 
 
Şəkil 123. Sfiqmoqramma: A-hislənmiş kağız üzərində;1-anakrot; 
2- katakrot; 3-dikrotik dalğa; 4-polikrot. 
 
Lazım olan material və avadanlıqlar: Sfiqmoqraf, 
rəngli qələm, kağız, tələbə. 
İşin gedişi: Nəbz dalğaları  tələbənin sol qolunun 
bilək nahiyəsində mil arteriyasının daha aydın hiss edilən 
nəbz nahiyəsini tapıb, rəngli qələm ilə nişanlayırlar. 
Qayışlar vasitəsilə sfiqmoqraf bilək nahiyəsinə elə 
bağlanır ki, pelot nişanlanmış nöqtəyə toxunsun. Belə 
olduqda nəbz vurğuları pelotun və onunla əlaqəli yayın 
titrəyişinə səbəb olur. Bu da öz növbəsində lingi hərəkətə 
gətirib, fırlanan silindrin üzərində  nəbzin  əyrisini 
(sfiqmoqrammı) yazır. 
Sfiqmoqrafın qələmi qarşısında bir qədər ondan 

 
211
aralı, xronoqrafın lingi yerləşir ki, bu da hər saniyədən bir 
vaxtı qeyd edir. Buna əsasən nəbzin sıxlığını, ritmini və 
hər nəbzə sərf olunan müddəti öyrənmək mümkündür. 
58 saylı iş. İnsanda qan təzyiqinin ölçülməsi 
 
Qan təzyiqi orqanizmin boyu, çəkisi, cinsindən, 
halından, mərkəzi sinir sisteminin vəziyyətindən və s. asılı 
olaraq dəyişir. Belə ki, 20 – 40 yaşına qədər sağlam 
adamlarda maksimal təzyiq 110 – 125 mm civə sütununa 
(c.s.), minimal təzyiq isə 60 – 85 mm (c.s.), nəbz təzyiqi 
30 – 40 mm (c.s.) bərabər olur.  
Maksimal təzyiq mədəciklərin sistolası, minimal 
təzyiq isə diastola fazasına müvafiq gəlir. Arterial təzyiqin 
artmasına hipertoniya, azalmasına isə hipotoniya deyilir. 
 
50 – 60 yaşlarda maksimal təzyiq 125 – 135 mm, 
minimal təzyiq isə 80 – 90 mm (c.s.) bərabər olur. Qo-
caldıqca qan təzyiqi yüksəlir. Qoca qadınlarda qan təzyiqi 
qoca kişilərə nisbətən bir qədər yüksək olur. 
 
Uşaqlarda qan təzyiqi yaşlılara nisbətən az, təzə 
doğulmuş uşaqlarda birinci ayın axırında makismal təzyiq 
80 mm (c.s.) olduğu halda, sonralar yavaş-yavaş artmağa 
başlayır.  Əzələ  işi, emosional hal qan təzyiqinin 
müvəqqəti artmasına səbəb olur. 
Klinikada arterial qan təzyiqini ölçmək üçün sfiq-
momanometr və ya tonometrdən istifadə edirlər.  
Arterial qan təzyiqini ölçmək üçün Riva-Roççinin 
palpator (latınca palpatio-əllə yoxlamaq) və Korotkovun 
auskultativ (latınca auskultatio-qulaq asmaq) üsullarından 
istifadə elirlər. 
 Lazım olan material və avadanlıqlar: Riva-Roç-
çinin sfiqmomanometri, stetoskop və ya fonendoskop, 
spirt, pambıq, tələbə. 
 
212
 
İşin gedişi:  
 
1. Riva-Roççi üsulu. Sfiqmomanometr civəli 
manometr, buna birləşən 2 divarlı rezin manjet və hava 
qovucu balonun birləşməsindən ibarətdir. Bu üsül damarla 
axan qanın hərəkətini saxlamaq üçün damar divarına 
göstərilən təzyiqin ölçülməsi prinsipinə əsaslanır. 
 Qan 
təzyiqi ölçülən tələbənin qoluna dirsəkdən 
yuxarı rezin manjet salınır. Hava qovucu balonla manjetə 
yavaş-yavaş hava daxil etməklə manjet şişməyə başlayır 
və həlqə kimi qolu sıxır. 
 
 
Şəkil 124. İnsanın qan təzyiqini ölçmək üçün sfiqmomanometr:  
1-manometr; 2-manjet; 3-vintli klapan; 4-rezin balon;  
5-kauçuk boru. 
 
 
Sonra biləyin iç səthinin kənarına barmaqları 
toxundurmaqla nəbzi hiss edir, digər əllə isə rezin balonu 
ritmiki sürətdə  sıxaraq nəbz itənədək manjetə hava 
doldurulur. Nəbzin itməsinə  səbəb manjetdəki təzyiqin 
bazu arteriyasındakı  təzyiqdən artıq olması ilə qanın 
damarda müvəqqəti olaraq hərəkət etməməsidir. Sonra 

 
213
rezin balonla əlaqəli olan vinti azacıq açıb, havanı 
manjetdən tədricən xaric edirlər. Manjetdəki təzyiq müəy-
yən səviyyəyə endikdə, nəbz yenidən hiss olunmağa 
başlayır. Bu an manometrdə şkalanın səviyyəsini göstərən 
hansı  rəqəmə uyğun gələrsə, o maksimal təzyiq hesab 
edilir. Manjetdəki hava azaldıqca, nəbz daha yaxşı hiss 
olunmağa başlayır. Nəbzin  əvvəlki dolğunluğu və 
gərginliyi bərpa olunduğu an manometrdə hansı  rəqəmə 
uyğun gələrsə, bu minimal təzyiqin göstəricisi olacaqdır. 
Lakin Riva-Roççi üsulu ilə minimal təzyiqi müəyyən 
etmək vərdiş  tələb etdiyindən klinikada bu üsuldan 
nisbətən az istifadə edilir. 
2. Karotkov üsulu. Manjeti tələbənin çılpaq bazu 
nahiyəsinə bağlayır və fonendoskopu dirsək çuxurunda 
yerləşdirib küyə qulaq asırlar. 
 
 
Şəkil 125. Karotkov üsulu ilə insanda qan təzyiqinin ölçülməsi:  
1-sfiqmomanometr; 2-manjet;  3-fonendoskop; 4-rezin balon. 
 
 
Adi hallarda dirsək çuxurunda heç bir küy eşidilmir. 
 
214
Lakin manjetə havanı qovmaqla bazu arteriyasını sıxdıqda 
qanın daralmış sahədən nisbətən gen sahəyə keçməsi 
müəyyən küy əmələ  gətirir ki, bu da dirsək çuxurunda 
bazu arteriyasının  şaxələndiyi (mil və dirsək arteriyalar) 
yerdə eşidilir. Küyün eşidilməyə başladığı an manometrin 
şkalasında hansı rəqəmə uyğun gəlirsə bu rəqəm maksimal 
təzyiq hesab edilir. Manjetdəki təzyiqi azaltdıqda elə an 
çatır ki, artıq dirsək çuxurunda küy eşidilmir. Manometrin 
bu andakı göstəricisi minimal təzyiq hesab edilir. Manjeti 
çıxarmadan maksimal və minimal təzyiq 2 – 3 dəfə 
ölçülür. 
 
 
59 saylı  iş. Damar fəaliyyətini tənzim edən hərəki 
sinirlər 
 
 Damarın genəlməsinə vazodilyatasiya (latınca vas – 
damar, dilatation – genəlmə), qıcıqlandırılanda daral-
masına isə vazokonstruksiya (latınca construction – da-
ralma) deyilir. Simpatik sinir kəsildikdə baş verən vazodi-
latasiya damarın tonusdan düşməsinin kəsilən sinir ucu 
qıcıqlandırılanda olan vazokonstruksiya isə həmin tonusun 
artmasının nəticəsi hesab edilir. 
 Sinirin 
qıcıqlandırılmasının damar mənfəzinə 
təsirini ilk dəfə 1842-ci ildə Valter qurbağanın arxa 
ətrafında apardığı  təcrübə ilə  aşkar etmişdir. Sonra eyni 
hadisəni, yəni damar mənfəzinə sinir təsirinin olduğunu 
1852-ci ildə Klod-Bernar dovşan üzərindəki eksperimenti 
ilə bir daha təsdiq etmişdir. 
 
Lazım olan vəsait: qurbağa, dovşan, dəlikli mantar 
lövhə, ştativ, eksperiment üçün cərrahi stol, qayçı, pinset, 
mikroskop, stimulyator, elektrodlar, sap, istiqanlılar və 

 
215
soyuqqanlılar üçün Ringer məhlulu, 20%-li uretan 
məhlulu. 
 
İşin gedişi: 
 Volter 
təcrübəsi.  Əvvəlcə  hərəkətsizləşdirilmiş 
qurbağanı mantar lövhəyə bərkidib, ətraflardan birinin bud 
nahiyəsində  kəsik aparıb, oturaq sinirini liqaturaya alıb 
kəsirik. Siniri kəsilmiş  ətrafın üzgəc pərdəsini mantar 
lövhədəki dəlik üzərinə  gərilmiş  vəziyyətdə, iynələr 
vasitəsilə  bənd edirik. Mantar lövhəni mikroskop altına 
qoyur və üzgəc pərdəsi damarlarında qanın hərəkətinə 
diqqətlə baxırıq (şəkil 36). Kəsilmiş sinirin periferik ucunu 
20 – 30 saniyə müddətində elektrik cərəyanı ilə  qı-
cıqlandırdıqda pəncə damarlarının daraldığını görürük. 
Daralmış damarlardan keçən eritrositlər dartılıb uzanmış 
şəkildə gözə çarpır. Sonra qurbağanı  ştativdən asır, arxa 
ətraflarının hər ikisini qayçı ilə yaralayırlar. Bu zaman 
denervasiya edilmiş ətrafdan damarlar genəldiyi üçün daha 
çox qan axdığı görünür. 
 
 
Şəkil 126. Volter təcrübəsi: 
1-oturaq siniri; 2-qıcıqlandırıcı elektrodlar. 
 
 
Klod-Bernar təcrübəsi. Efir xloform narkozu 
 
216
verilmiş ada dovşanının boyun nahiyəsinin tükünü 
təmizləyib orta xətt üzrə 2 – 3 santimetr uzunluğunda 
boylama kəsik aparır, sinir dəstəsini tapır və  sımpatik 
siniri liqaturaya alıb kəsirik.  
 
Heyvan narkoz yuxusundan oyandıqdan sonra 
simpatik sinirin kəsilmiş olduğu tərəfdə qulağın qızarmış, 
damarların genəlmiş, temperaturun artmış olduğunu 
müşahidə etmək olar.  
 
Sonra simpatik sinirin kəsilmiş periferik ucunu 
elektrik cərəyanı ilə  qıcıqlandırdıqda qıcığın təsirindən 
qulaq damarlarının daraldığı, qulağın rənginin 
solğunlaşdığı, temperaturun aşağı düşdüyü nəzərə çarpır. 
 Müasir 
təsəvvürə görə buna səbəb damardaraldıcı 
sinir uclarında katexolaminlər (adrenalin, noradrenalin) və 
ya simpatin, damargenəldici sinir uclarında isə asetilxolin 
ifraz olunmasıdır. 
 
  
 

 
217
VI FƏSİL 
 
Tənəffüsün fiziologiyası 
 
 Orqanzim 
ilə onu əhatə edən mühit arasında arası 
kəsilmədən davam edən qazlar mübadiləsinə  tənəffüs 
deyilir. Bu mübadilə  nəticəsində orqanizmdə oksidləşmə 
prosesləri üçün vacib olan oksigenin (O
2
) daxil olması və 
maddələr mübadiləsi nəticəsində  əmələ  gələn karbon 
qazının (CO
2
) orqanizmdən xaric olması  təmin olunur. 
Oksidləşmə zamanı enerji ayrılır ki, bunun bir hissəsi 
hüceyrə  və toxumalarda həyat fəaliyyətinin təmini üçün, 
digər hissəsi isə istilik şəklində  bədəndən xaric olunur. 
Deməli, tənəffüs alma zamanı oksigen qazı alıb, nəfəs 
vermə prosesində isə karbon qazını xarici mihitə 
verməkdir. 
 Qazlar 
mübadiləsi müxtəlif heyvanlarda müxtəlif 
şəkildə  təzahür edir; Məsələn, birhüceyrəli heyvanlarda 
bədən səthilə, ibtidai çoxhüceyrəli heyvanlarda dəri 
vasitəsilə baş verir. Heyvanlar təkamül etdikcə, xüsusi 
tənəffüs üzvləri inkişaf edir. Buğumayaqlılarda bədənin 
hər yerində  səpələnmiş hava kanalcıqları – traxeyalar 
vardır və qazlar mübadiləsi kanallarda olan hava ilə 
toxuma mayesi arasında gedir. Balıqlarda tənəffüs 
qəlsəmələr vasitəsilə gedir. Qəlsəmələr qan kapilyarları ilə 
zəngin olub, qazlar mübadiləsi qaz kapilyarları ilə 
qəlsəmələri yuyan su arasında gedir. Suda-quruda yaşa-
yanlarda ağciyərlər inkişaf etməyə başlasa da, onların əsas 
tənəffüsü dəri vasitəsilə gedir. Quşların və  məməlilərin 
tənəffüsü ağciyər vasitəsilə gedir. 
 
İbtidai heyvanlarda tənəffüs sadə yol ilə  cərəyan 
etdiyi halda, təkamül etmiş heyvanlarda xüsusi tənəffüs 
 
218
üzvlərinin inkişafı ilə  əlaqədar olaraq bu hadisə 
mürəkkəbləşir. Bu heyvanlarda bədəni təşkil edən 
hüceyrələr bilavasitə xarici mühit ilə deyil, onlarla daima 
təmasda olan qan ilə görüşür, qandan O
2
 alıb, CO
2
-ni qana 
verir. Hüceyrələr ilə qan arasında gedən qazlar 
mübadiləsinə daxili tənəffüs deyilir. Qan daxili tənəffüsdə 
iştirak etmək üçün O
2
-ni alıb, CO
2
-dan təmizlənməlidir. 
Bu vəzifəni qan ağciyərlərdən keçdikdə yerinə yetirir. 
 
Kiçik qan dövranı kapilyarları ilə  ağciyərlərin 
alveolları arasında gedən qazların mübadiləsinə  xarici və 
ya ağciyər tənəffüsü deyilir.  
 
Ağciyərləri təşkil edən bronxiolların divarları birqat 
yastı epitel toxuması ilə örtülmüş alveollardan təşkil 
olunmuşlar. Alveolların  əmələ  gəlməsində birləşdirici və 
elastiki toxuma lifləri də  iştirak edirlər. Bu toxuma 
ağciyərlərə elastiklik verir. Ağciyərlər 100 mln qədər 
alveoldan ibarətdir. 
 Alveollar 
xaricdən qan kapilyarları ilə  əhatə 
olunmuşlar. Qazlar mübadiləsi qan kapilyarları ilə 
alveollar arasında gedir; bu səthə – tənəffüs səthi deyilir.  
 
Ağciərlərin tənəffüs səthi 100 – 150 m
2
-ə 
bərabərdir. Ağciyərlərin kiçik olmasına baxmayaraq, 
böyük tənəffüs səthi  əmələ  gətirir. Tənəffüs səthinin qan 
kapilyarları ilə təchiz olunması tənəffüsü asanlaşdırır. 
 
Ağciyər ventelyasiyasını, ağciyər və toxumalarda 
qazlar mübadiləsini, qazların qanla danışmasını öyrənmək 
üçün sakit halda, fiziki iş zamanı  və orqanizmə müxtəlif 
təsirlər altında tənəffüsü müxtəlif üsullarla öyrənmək olar. 

 
219
 
Şəkil 127. A-ağciyər paycığı sxemi:  
1,2,3-sondakı bronxiollar; 4-tənəffüs bronxiolları;  
5-ilk paycıq; 6-alveolların hava boşluğu;  
7-alveol girəcəyi; 8-alveollar. B-ağciyər sxemi: 1-ağciyər;  
2-traxeya. C-bronxlarla (2,3,4) şaxələnən traxeya (1). 
 
 
60 saylı iş. Tənəffüs hərəkətlərinin qeyd edilməsi 
 
 
Tənəffüs hərəkətləri nəfəsalma və  nəfəsvermə 
aktları şəklində təzahür edir.  
 
İlk dəfə 1885-ci ildə H.A.Mislavski heyvanlar 
üzərində apardığı  təcrübə ilə sancaq başından böyük ol-
mayan tənəffüs mərkəzini uzunsov beyində IV mədəciyin 
dibində tora bənzər törəmədə yerləşdiyini kəşf etmişdir. 
 
Tənəffüs mərkəzi biri digəri ilə qarşılıqlı  əlaqədə 
olan nəfəsalma və  nəfəsvermə  mərkəzlərinə ayrılır. Bu 
mərkəzlər tənəffüs hərəkətlərini nizama salır.  İstiqanlı 
heyvanlar üzərində aparılan təcrübələrdən məlum olmuş-
dur ki, uzunsov beyində yerləşən tənəffüs mərkəzləri Va-
rol körpüsünün yuxarı hissəsində yerləşən pnevmatik 
mərkəzə tabedir. Bu mərkəz tənəffüs mərkəzi arasında 
qarşılıqlı  əlaqə yaradır. Nəfəsalma zamanı  nəfəsvermə 
 
220
mərkəzini, nəfəsvermə zamanı  nəfəsalma mərkəzini 
oyadır. 
 
Tənəffüs aktının sayı yeni anadan olmuş uşaqlarda 
50 – 60, 5 yaşında 23 – 25, 16 yaşında 16 – 18, orta yaşlı 
sağlam adamlarda 16 – 20 olur. 
 
Tənəffüs mərkəzindən çıxan sinirlər diafraqma və 
qabırğaarası sinirlər adı ilə onurğa beyninə keçir, dia-
fraqma siniri onurğa beyninin ön köklərindən III-IV boyun 
fəqərələri səviyyəsində boyun sinirləri ilə bir yerdə 
fəqərəarası dəlikdən çıxır, diafraqmanı sinirləndirir. 
 Qabırğaarası sinirlər birinci və 12-ci döş fəqərələri 
səviyyəsində onurğa beyninin ön köklərindən, döş sinirləri 
ilə bir yerdə  fəqərəarası  dəliklərdən çıxırlar, qabırğaarası 
əzələləri innervasiya edirlər. 
 
Tənəffüs mərkəzi reflektoru və humoral yol ilə 
daima oyanır. Mərkəzin belə halı tonus adlanır.  
 
Oyanmalar qeyd etdiyimiz sinirlər ilə hərəki impul-
slar  şəklində diafraqma və xarici qabırğaarası  əzələlərə 
verilir. Oyanmaların təsiri altında tənəffüs əzələləri yığılır; 
bu zaman döş  qəfəsi böyüyür, ağciyərlər  şişir, xarici 
mühitdən hava ağciyərlərə dolur. Bu hadisəyə  nəfəsalma 
deyilir. Nəfəsalmadan sonra nəfəsvermə aktı başlayır. Bu 
hadisə  ağciyərlərin divarlarında yerləşən hissi sinir 
uclarının ağciyərlərin  şişməsi və ya gərginləşməsi 
sayəsində  qıcıqlanırlar.  Əmələ  gələn oyanmalar azan 
sinirin  şaxəsinə verilir və  nəfəsvermə  mərkəzinə  nəql ol-
unur. Gələn oyanmaların təsiri ilə, nəfəsvermə  mərkəzi 
oyanır, nəfəsvermə mərkəzi tormozlanır. 
 Pnevmatik 
mərkəzin fəaliyyəti ilə yanaşı 
ağciyərlərdən gələn interoseptik qıcıqların təsiri altında 
tənəffüs hərəkətləri növbələşir. 
 Lazım olan material və avadanlıqlar: pnevmo-

 
221
qraf, kimoqraf, ştativ, ölçü lenti, Marey kapsulası, rezin 
boru, saniyəölçən, amonyak məhlulu, tələbə. 
 
İşin gedişi: Tələbə yarımçılpaq vəziyyətdə dayanır. 
Əvvəlcə  tələbə döş  qəfəsinin tənəffüs hərəkətlərini gözlə 
müşahidə edir. Sonra əllərini çılpaq döş  qəfəsi üzərinə 
qoyur.  
 
 
 
Şəkil 128. Pnevmoqraf: 
1-rezin kamera; 2-Marey kapsulası;  
3-vaxt qeydiyyatçısı; 4-sıxıcı; K-kimoqraf. 
 
 Normada 
döş  qəfəsinin hər iki tərəfi simmetrik 
hərəkət etməlidir. Daha sonra ölçü lenti vasitəsilə  dərin 
nəfəsalma və  nəfəsvermə zamanı döş  qəfəsinin dairəsini 
ölçür, tapılan fərqə  əsasən döş  qəfəsinin nə  qədər 
böyüyüb-kiçildiyi müəyyən edilir. 
 
Tənəffüs hərəkətlərini qeyd etmək üçün manjeti döş 
qəfəsinin ən hərəkətli olan aşağı 1/3 hissəsinə bağlayır və 
onun rezin borusunu ştativə bərkidilmiş Marey kapsulu ilə 
əlaqələndirir. Bu kapsulaya isə qeydedici ling birləşdirilir. 
 
222
Təcrübə zamanı lingin ucu kimoqrafın səthinə toxunduru-
lur. 
 Müayinə edilən tələbənin tənəffüs hərəkətləri 
manjetdə  təzyiqin artıb-azalmasına, bu isə lingin 
hərəkətinə səbəb olur. Lingin hərəkətinə müvafiq kimoqraf 
üzərindəki yazılar pnevmoqram adlanır. Pnevmoqramma 
tənəffüs hərəkətlərinin sıxlığı  və  dərinliyini öyrənməyə 
imkan verir. Pnevmoqrammadakı qalxan qol nəfəsalma 
aktına, enən qol isə nəfəsvermə aktına müvafiq gəlir. 
 
Şəkil 129. Pnevmoqramma: 
a-sakit tənəffüs; b-fiziki iş zamanı; c-danışıq zamanı; 
 d-öskürəndə; f-təngənəfəs olduqda; e-hiperventilyasiya zamanı;  
I-tənəffüsün qeydi,II-tətbiq olan təsirin qeydi. 
 
 
Sakit halda tənəffüs hərəkətlərini qeyd edəndən 
sonra tələbə 10 – 12 dəfə qalxıb oturduqda tənəffüsün 
tezləşməsi və  dərinləşməsi qeydə alınır. Pnevmoqrafiyanı 
danışıq, öskürmə, təngənəfəslik və hiperventilyasiya 

 
223
zamanı da aparıb, bu hadisələrin pnevmoqrammada 
dişciklər şəklində əks olunduğuna diqqət yetirilir. 
 
 
61 saylı iş. Ağciyərlərin həyat tutumunun ölçülməsi 
 
 Normal 
tənəffüsdə  ağciyərlər tamamilə  gərginləşir, 
alveolların da hamısı  tənəffüsdə  iştirak etmir. Tənəffüsdə 
iştirak etməyən alveollar sıxılmış vəziyyətdə olurlar. 
 
Həyat tutumu 
 
 
 
 
Alveolyar hava 
 
 
 
Şəkil 130. Spirometrin sxemi: 
C-şkala; M-munduştuk; P-spirometrin başı. 
Əlavə hava 1500 sm
3
Tənəffüs hava 500 sm
3
 
Ehtiyat hava 1500 sm
3
 
Qalıq hava 1000 sm
3
 
 
224
 
Dərin nəfəsalmadan sonra dərindən nəfəs verərkən 
xaric olan havanın miqdarı ağciyərlərin orta həyat tutumu 
adlanır. Bu tutum 3 hissədən ibarətdir: tənəffüs havası 
(500 ml), əlavə hava (1500 ml), ehtiyat hava (1500 ml). 
 
 
Şəkil 131. Su spirometri (A) və onun quruluş sxemi (B): 1-xarici 
silindr; 2-daxili silindr; 3-spirometrin şkalasını müşahidə etmək üçün 
şüşə pəncərə; 4-daxili silindiri tarazlaşdırmaq üçün hava ilə dolu 
balon; 5-rezin boru; 6-tıxac. C-quru spirometr:  
1-cihazın şkalası; 2-plastmas munduştuk. 
 
155 sm-dən başlayaraq, hər 5 sm boy artımında 
ağciyərin həyat tutumu 300 ml həcmdə artır. Kişilərdə, 
qadınlara nisbətən, ağciyər həyat tutumu 15%-ə qədər çox 
olur. Sağlam orta yaşlı adamlarda ağciyərlərin həyat 
tutumu 3000 – 5000 ml-ə, 11 – 12 yaşlı  məktəblilərdə 
2000 ml-ə, 4 yaşına qədər uşaqlarda 1000 ml, yeni 
doğulmuş uşaqlarda isə 150 ml-ə bərabərdir. 
Ağciyər həyat tutumunu təyin etmək üçün iki cür 
spirometrdən istifadə edilir; sulu və quru portativ. 

 
225
Sulu spirometr böyük və kiçik silindirdən ibarətdir. Böyük 
silindrin içində olan kiçik silindrin əsası yuxarıya döğru 
çevrilib. Kiçik silindrin üzərində 7000 ml-ə  qədər həcmi 
göstərən bölgülər var. Bu bölgülər spirometrə daxil olan 
havanın miqdarını  təyin etmək üçündür. Spirometrin 
pəncərəsindəki şüşə üzərinə aşağı və yuxarı olmaqla 2 xətt 
çəkilmişdir. Aşağıdakı  xəttdən böyük silindirə su 
doldurulmalıdır, yuxarıdakı xətt isə spirometrdəki havanın 
miqdarını müəyyən etmək üçündür. Xarici silindrin 
əsasından metal boru daxil olur. Bu borunun bir ucu kiçik 
silindrin dibinə yönəldiyi halda, digər ucu xaricdə rezin 
boru ilə birləşir. Rezin borunun sərbəst ucunda 
munduştuka bənzər ucluq var. 
Lazım olan material və avadanlıqlar: Sulu və ya 
quru spirometr, spirt, pambıq, sıxıcı, tələbə. 
 
İşin gedişi: Ağciyərlərin orta həyat tutumunu təyin 
etmək üçün spirometr başlanğıc vəziyyətinə  gətirilir. 
Sonra isə munduştuku spirtdə isladılmış pambıqla silib, 
tələbə  dərindən nəfəs verir. Bu zaman daxili silindr ona 
dolan hava təzyiqindən yuxarı qalxır. Silindrin nə  qədər 
qalxdığı – bölgülərin göstərdiyi rəqəm qeydə alınır. Həmin 
göstərici ağciyərlərin həyat tutumunu müəyyən edir. Hər 
müayinə zamanı spirometri başlanğıc vəziyyətə  gətirmək 
üçün daxili silindrin ağzındakı  tıxacı  çıxartmaq lazımdır, 
çünki təcrübə təkrarlandıqda su daşıb spirometrdən xaricə 
tökülə bilər. 
 
Tənəffüs havasının həcmini təyin etmək üçün tələbə 
spirometri başlanğıc vəziyyətinə gətirir və 5 – 6 dəfə sakit 
halda burun ilə nəfəs alıb, munduştukdan spirometrə nəfəs 
verir. Spirometrdə toplanmış havanın miqdarını 
nəfəsvermələrin sayına bölməklə tənəffüs havasının həcmi 
tapılır. 
 
226
 
Əlavə havanın həcmini təyin etmək üçün 
spirometrə 2500 – 3000 ml otaq havası doldurulur. Sonra 
tələbə sakit halda tənəffüs etdiyi zaman tənəffüsünü bir 
neçə saniyə  ərzində saxlayıb, spirometrin borusundakı 
munduştukdan dərindən nəfəs alır. Bu zaman şkalanın 
göstəricisi qeyd olunur. Məsələn,  şkalanın göstərdiyi 
rəqəm 1500-dir. Belə olan halda spirometrin 
bölgülərindəki  əvvəlki və sonrakı göstəricilər arasındakı 
fərq (3000-1500=1500 ml) əlavə havanın həcmini 
göstərəcək. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin