Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   2   3   4   5   6   7   8   9   ...   17

23 
təbiətinə görə iki cür olurlar. 1-ci diametri 100 anqstrem 
(A) olan miozin teli, 2-ci diametri miozin telindən 2 dəfə 
az olan aktin telindən ibarət olur. Lakin aktin teli miozinə 
nisbətən uzun olur. Əzələ  təqəllüs edəndə aktin teli iki 
miozin telinin ucları arasındakı sahəyə sürüşür, boşalanda 
isə əvvəlki vəziyyətinə qayıdır. 
 Mikroskop 
altında miozin telinin iştirakı olmayan, 
yalnız aktin teli olan orta sahələr işığı bir qat sındırdığın-
dan işıqlı görünür və bunlara izotrop disklər deyilir. Lakin 
miozin və aktinin birgə  iştirak etdiyi sahələr işığı ikiqat 
sındırdığı üçün və mikroskop altında tünd göründüyü üçün 
həmin sahələrə anizotrop disklər deyilir. 
 
Əzələnin qısalmasının, yəni yığılmasının fiziki 
mexanizminin  əsasını aktin tellərinin miozin tellərinin 
arasında sürüşməsi təşkil edir.  
 Sinir-əzələ sistemi fiziologiyası  bəhsində  əsasən 
skelet  əzələləri və onları innervasiya edən hərəki sinir 
lifləri öyrənilir: 
 
İnsan bədəninin təxminən 40%-ni əzələ toxuması 
təşkil edir: 1) eninə zolaqlı skelet əzələsi; 2) eninə zolaqlı 
ürək əzələsi: 3) saya əzələlər. 
 
Əzələlər vəzifə  və quruluşuna görə bir-birindən 
fərqlənsələr də, onların ümumi oxşar cəhətləri var. Oxşar 
cəhət – əzələlərin oyanması, oyanan əzələlərin yığıl-
masıdır. Eninə zolaqlı  əzələlər saya əzələyə nisbətən çox 
həssas olub, qüvvəli yığılma qabiliyyətinə malikdir. Skelet 
əzələlərinin oyanıqlığı  və keçiriciliyi ürək  əzələsinin, 
xüsusilə saya əzələlərin eyni qabiliyyətindən yüksəkdir. 
Deməli, skelet əzələsini təqəllüs etdirən minimum qıcıq 
qüvvəsi saya və ürək əzələsini təqəllüs etdirə bilmir. Ürək 
və saya əzələlərin avtomatiya qabiliyyəti isə skelet 
əzələsinə nisbətən yüksəkdir. Skelet əzələsi tetanik, ürək 
 
24
əzələsi tək təqəllüs edir. Bu əzələlərin fəaliyyəti sinir 
mərkəzləri, xüsusən beyin qabığının başçılığı altında ni-
zama salınır. 
 Normal 
həyat şəraitində əzələlərin fəaliyyəti reflek-
toru yolu ilə nizama salınır.  İstər daxili, istərsə  də xarici 
mühitdə baş verən dəyişikliklər reseptorları  qıcıqlandırır; 
əmələ  gələn oyanma afferent sinir vasitəsilə sinir 
mərkəzinə verilir. Efferent sinirlərlə  gələn impulsların 
təsiri altında əzələlər yığılır və fəaliyyət göstərir. İmpulsun 
sinapsdan keçməsi sinir lifi ucundan ifraz olunan kimyəvi 
maddələr mediatorlar vasitəsilə olur. Bu zaman hüceyrə 
membranının ion keçiriciliyi dəyişir. Qütbləşmənin 
dəyişməsi baş verir, nəticədə  fəaliyyət potensialı yaranır, 
əzələ lifi oyanır və təqəllüs üçün şərait yaranır. 
 
Əzələnin təqəllüsünə səbəb olan kimyəvi mexanizm 
aşağıdakı kimi olur. Sarkoplazmatik retikulumdan çıxmış 
olan kalsium ionlarının təsirilə ATF-aza fermenti fəallaşıb 
LTF-i-adenozin trifosforu Adenozin difosfora (ADF) və 
fosfor turşularına parçalayır. Bu zaman ayrılan enerji 
əzələnin təqəllüsünə səbəb olur. Kalsium retikuluma qay-
ıtdıqdan sonra isə əzələ boşalır.  
 ATF-in 
fasiləsiz resinter yolu ilə  bərpası  əzələ 
lifindəki kreatin fosfatın kreatinə  və fosfor turşusuna 
parçalanması yolu ilə alınan enerji hesabına, kreatin fos-
fatın özündən ayrılan fosfat qrupu ADF-lə birləşib ATF-i 
bərpa etməsi yolu ilə olur.  
 Ayrılmış kreatinin qalan hissəsi heksoza-mono-
fosfatdan ayrılan fosfor qrupu ilə birləşərək kreatin-
fosfatini qismən bərpa edir. 
 
ATF-in resintezi üçün digər enerji mənbəyi möv-
cuddur. Bu əlavə enerji mənbəyi anaerob (oksigensiz) və 
aerob (oksigenin iştirakı ilə) qlikoliz prosesləridir. 

 
25 
Fermentlər təsiri ilə anaerob şəraitdə qlikogen qlükozaya, 
sonuncu isə süd turşusuna qədər ayrıla bilir. Süd turşusunun 
6
1
4
1 ⋅
 hissəsi oksidləşərək suya, karbon qazına və çox 
hissəsinin qlikogenə qədər resintezi baş verir.  
 
ATF-in resintezi üçün digər enerji mənbəyi yağların 
oksidləşməsindən ibarət aerob prosesləridir. 
 Müxtəlif sinirlər oyanmaları müxtəlif sürətlə  nəql 
etdirirlər. Soyuqqanlı heyvanların sinirləri onları 5 – 30 
m/san sürətlə  nəql etdikləri halda, istiqanlı heyvanların 
sinirləri oyanmaları 30 – 120 m/san sürətlə  nəql edirlər. 
Sinirlərin vəzifəsi onlarla əlaqədə olan üzvlərin fəaliyyəti 
ilə müəyyən edilir. 
 
 
3 saylı iş. Qurbağanı hərəkətsizləşdirmə üsulları  
 
Fizioloji təcrübələrdə qurbağanı  hərəkətsizləş-
dirmək üçün mərkəzi sinir sisteminin pozulması üsulundan 
istifadə edilir. 
 
Birinci üsul. Baş və onurğa beynin dağıdılması 
 
Qurbağanı sol ələ alıb, göstərici barmaqla başını 
əyir, sağ  əldə tutulan iti uclu şpris iynəsi ilə  təpədən 
ənsəyə doğru orta xətt üzrə sürüşdürürlər. İynənin ucunun 
böyük ənsə dəliyinə düşdüyünü hiss etdikdə, həmin yerdən 
iynə batırılır, beyinə doğru yönəldilir. İynənin ucunu kəllə 
boşluğunda tərpətməklə beyin dağıdılır. Sonra iynənin 
ucunu arxaya çevirib onurğa kanalına yeritməklə onurğa 
beyni pozulur. Bu üsulla hərəkətsizləşdirilmiş qurbağanın 
arxa ətraflarını açıcı əzələləri tetanik təqəllüs edir və qur-
 
26
bağa dartılmış vəziyyət alır. 
 
Şəkil 24. İynə vasitəsilə baş beynini (2) və onurğa beyinini 
pozmaqla qurbağanın hərəkətsizləşdirilməsi. 
 
İkinci üsul. Dekapitasiyadan sonra onurğa  
 beyinin dağıdılması 
 
 
Bəzi təcrübələrdə qurbağanı daha tez və asan 
hərəkətsizləşdirmək üçün qurbağanın ön ətrafları gövdəyə 
sıxılmış, arxa ətrafları isə uzadılmış şəkildə salfetə bükülür 
(təkcə baş açıqda qalır).  
Qurbağanı sol ələ alıb, sağ  əldə tutulan qayçının bir 
ucunu onun ağzına salıb, alt çənəni saxlamaq şərtilə başını 
kəsib atırlar. Belə preparata spinal qurbağa deyilir. 
 
Üçüncü üsul. Narkoz vasitəsilə hərəkətsizləşdirmə 
 
 Heyvanları hərəkətsizləşdirmək üçün 10%-li spirt və 
ya 2%-li efir məhlulundan istifadə edilir. Qurbağını 
eksikatora, onun da yanına spirtdə  və ya efirdə isladılmış 

 
27 
pambıq qoyub, eksikatorun qapağını kip bağlayırlar. 10 – 
15 dəqiqədən sonra qurbağanın  əzələləri boşalır, hərəkət 
fəallığı yox olur, yəni qurbağa hərəkətsizləşir. 
 Qurbağanı 
hərəkətsizləşdirmək üçün uretan 
narkozundan da istifadə etmək olar. Bunun üçün 1 ml 5%-
li uretan dəri altına yeridilir, 15 – 20 dəqiqədən sonra 
qurbağa hərəkətsizləşir. 
 
Qurbağanın fiksə edilməsi 
 
Hərəkətsizləşdirilmiş qurbağa mantar lövhə üzərinə 
(20x10sm) ətrafları yüngül dartılıb sancaqlarla bərkidilir. 
 
Şəkil 25. Mantar lövhə üzərində qurbağanın  
fiksə edilməsi. 
 
4 saylı  iş. Sinir-əzələ preparatının hazırlanması  və 
müxtəlif üsullarla qıcıqlandırılması 
 
 Canlı hüceyrələr mühitin dəyişikliklərinə qarşı 
qıcıqlara cavab vermək qabiliyyətinə malikdir. Bu 
 
28
qabiliyyət oyanıqlıq adlanır. 
 Sinir-əzələ hüceyrələri və toxumalarında oyanıqlıq 
qabiliyyəti başqa toxumalara nisbətən daha yüksək olduğu 
üçün aydın nəzərə çarpır. 
 Oyanmanı  əmələ  gətirən amillərə  qıcıq, qıcıqların 
hüceyrə, toxuma və ya üzvlərə göstərdiyi təsirə qıcıqlanma 
deyilir. Qıcıqlar 2 yerə ayrılır: 1) adekvat və ya xüsusi 
qıcıqlar; 2) inadekvat və ya ümumi qıcıqlar. Adekvat 
qıcıqlar təbii  şəraitdə yalnız müəyyən üzvlərə  təsir edən 
qıcıqlara deyilir. İnadekvat qıcıqlar toxumaların 
təkamülündən asılı olmayaraq üzvlərin çoxuna təsir edir, 
oyanma  əmələ  gətirir.  İnadekvat qıcıqlara mexaniki, 
termiki, kimyəvi, elektrik qıcıqlar aiddir. 
 Sinir-əzələ preparatı qurbağanın arxa ətraflarından 
hazırlanır. Bu preparatdan əzələnin  əsas xüsusiyyətlərini 
öyrənmək üçün qurbağanın arxa ətrafından hazırlanmış 
sinir-əzələ preparatından istifadə etmək olar. 
 Lazım olan material və avadanlıqlar: mantar 
lövhə, qayçı, pinset, sancaqlar, stimulyator, elektrodlar, 
naqillər,  əşya  şüşəsi, spirt, sap, tənzif, pambıq, kimoqraf, 
mioqraf, NaCl kristalı, fizioloji məhlul, qurbağa, 10%-li 
kurare məhlulu. 
 
İşin gedişi. 1. Sinir-əzələ preparatının 
hazırlanması. Sinir-əzələ preparatını hazırlamaq üçün 
qurbağanı hərəkətsizləşdirmənin birinci üsulu ilə, yəni baş 
və onurğa beynini pozuruq. Qurbağanın arxa ətrafları 
onurğa sütununun bel səviyyəsindən qayçı ilə  kəsib 
ayırırlar. Kəsilmiş onurğanın arxa hissəsinin dərisindən 
tutub aşağı doğru dartıb, sonra ətrafların dərisini soyurlar. 
Budun arxa əzələlərini aralayıb, oturaq siniri tapıb, 
qayçının ucunu sinirin altından keçirib bud sümüyü 
əzələlərlə birlikdə diz oynağına yaxın yerdən kəsib atırlar. 

 
29 
Oturaq sinir salamat qalır və onurğa sütununun kəsilmiş 
fəqərəsinə birləşmiş olur. Əldə olunan preparata reaskopik 
pəncə  və ya sinir-əzələ preparatı deyilir. Deməli, sinir-
əzələ preparatı: 1. Sinirin ucuna birləşmiş sümük parçasın-
dan; 2. Oturaq sinirdən; 3. Baldır hissədən; 4. Bud 
hissədən; 5. Pəncə hissədən ibarətdir. 
 
 
Şəkil 26. Sinir-əzələ preparatının hazırlanma mərhələləri. 
 
a-çanaq sümükləri səviyyəsində onurğanın kəsilməsi; b-dərini dartıb 
ətraflardan çıxarılması;  c-onurğa sütununun qalmış  fəqərəsindən elə 
tuturlar ki, büzdüm sümüyü aydın görünsün; d-2 ətrafı, büzdümü və 
onurğa sütununun qalığını düz yarıya bölürlər;  e-pinset vasitəsilə 
budun arxa nahiyəsinin orta xətti üzrə əzələni ayırırlar; z-siniri kənara 
çəkib, bud sümüyünü əzələdən ayırırlar; k-baldır və  pəncə dizdən 
aşağı kəsilir. 
 
 
2. Sinir-əzələ preparatının müxtəlif qıcıqlarla qı-
cıqlandırılması 
a)  Mexaniki qıcıqla  qıcıqlandırmaq üçün şüşə 
lövhə üzərinə qoyulmuş sinir-əzələ preparatının sinirinə 
pinsetin küt ucu ilə ehmalca zərbə endirirlər. Hər zərbəyə 
qarşı sinir-əzələ preparatı təqəllüs edir
 
30
b)  Termiki qıcıq  təsirini müşahidə etmək üçün 
preparatın sinirinə  qızdırılmış metal çubuğun və ya şpris 
iynəsinin ucunu toxundurduqda əzələ təqəllüs edir; 
c) Kimyəvi qıcığın  təsirini müşahidə etmək üçün 
preparatın siniri üzərinə NaCl kristalı qoyurlar; əzələnin 
qıcığa cavabı gec müşahidə edilir və titrəməsi uzun 
müddət davam edir. Elektrik qıcığının qüvvəsini, tezliyini, 
müddətini və s. istənilən istiqamətdə  dəyişdirmək və 
ondan həmin preparatı təkrar qıcıqlandırmaq üçün istifadə 
etmək mümkün olduğu üçün elektrik cərəyanı  ən çox 
istifadə olunan qıcıq vasitələrindən hesab edilir.  
 
Bunu müşahidə etmək üçün sinir-əzələ preparatının 
sinirini elektrik cərəyanı olan elektrodun çılpaq 
naqillərinin üzərinə qoyurlar. Hər dəfə dövrəni bağladıqda 
və ya açdıqda preparat hərəkət edir. Dövrə bağlı qaldıqda 
göz ilə görəcək hərəkət alınmasa da daimi cərəyan 
dövrədən axır. Bu cərəyan toxumanın oyanma və 
oyanmanı nəqletmə qabiliyyətini dəyişir. 
 3. 
Qıcıq qapısının təyini. Canlı toxumanın ən kiçik 
reaksiya verməsi üçün tələb olunan minimum qıcıq 
qüvvəsi aşağı qıcıq həddi və ya qıcıq qapısı adlanır. 
 

 
31 
Şəkil 27. Təqəllüs effektinin qıcıq qüvvəsindən asılı olduğunu 
öyrənmək üçün qurğu (I),  əzələ  təqəllüsünün yazısı  (II):  a-qıcıq 
qapısı; «o»-qapıaltı  qıcıq və ya aşağı  qıcıq qapısı, II-yuxarı  qıcıq 
qapısı  və ya qapıüstü qıcıq; q-maksimum qıcıq qüvvəsi; II d-op-
timum (ən yaxşı) qıcıq qüvvəsi; II e–pessimum (ən pis) qıcıq 
qüvvəsi; II j –submaksimal qıcıq. 
 
Qıcıq qapısını  təyin etmək üçün preparatın sinirini 
elektrodlar üzərinə qoyub, stimulyatorda cərəyanın 
qüvvəsini dəyişdirən dəstəyi başlanğıc («O») vəziyyətə 
gətirir, tədricən döndərməklə  cərəyanın qüvvəsi elə 
səviyyəyə qədər artırılır ki, əzələ həmin qüvvənin təsiri ilə 
zəif təqəllüs edir. Minimum hündürlükdə  təqəllüsə  səbəb 
olan  ən zəif qıcıq qüvvəsi həmin  əzələ üçün qıcıq qapısı 
hesab olunur. Qıcıq, hansıki qüvvəsi qıcıq qapısından 
aşağı olub, xarici effektə səbəb olmur, belə qıcığa qapıaltı 
və ya aşağı  qıcıq qapısı deyilir. Qıcıq qüvvəsi qıcıq 
həddindən yüksək olan qıcıqlara submaksimal qıcıq 
deyilir. Ən çox effektə səbəb olan ən zəif qıcıq qüvvəsinə 
maksimal qıcıq deyilir. Qüvvəsinə görə maksimumdan 
zəif olan qıcıqları submaksimal adlandırırlar. Qüvvəsi 
maksimumdan yüksək olan qıcıqlara supermaksimal 
qıcıqlar deyilir. Ən yaxşı oyanmaya səbəb olan supermak-
simal qıcığa optimal qıcıq deyilir. Ən zəif (pis) oyanma 
əmələ gətirən qıcığa pessimal qıcıq deyilir. 
 4. 
Əzələnin vasitəli və vasitəsiz qıcıqlandırılması. 
Əzələni təqəllüs etdirmək üçün bilavasitə onun özünə  və 
ya onu tənzimləyən sinirə qıcıq verilir. 
 
Qıcıq  əzələnin özünə verilirsə, buna vasitəsiz, onu 
innervasiya edən sinirə verilirsə vasitəli qıcıqlandırma 
deyilir. 
Vasitəli qıcınlandırmada oyanma əvvəlcə mionevral 
sinapsa çatır, sonra əzələyə yayılaraq onun təqəllüs 
etməsinə  səbəb olur. Oyanmanı keçirməkdə sinapsın 
 
32
əhəmiyyətini isbat etmək üçün sinirin əzələyə daxil olduğu 
nahiyəyə 1%-li kurare məhlulu sürtmək lazımdır. Kurare 
məhlulu sinapsın keçiriciliyini pozduğundan vasitəli 
qıcıqlanma zamanı əzələ təqəllüs etmir. 
 
 
 
Şəkil 28. Vasitəli qıcıq qapısını təyin etmək üçün qurğu. 
 
 
 
 
Şəkil 29. Vasitəsiz qıcıq qapısını təyin etmək üçün qurğu. 
 

 
33 
 
Əzələyə vasitəsiz qıcığın təsirini müşahidə etmək 
üçün, qurbağanın dərisini əzələdən ayırıb ştativdən asır və 
elektrodların ucunu bilavasitə  əzələnin üzərinə qoyaraq 
tək-tək qıcıq veririk. 
 
5 saylı iş. Mioqraf üçün sinir-əzələ preparatının 
hazırlanması və əzələ təqəllüslərinin 
mioqramması 
 
 
Əzələ toxuması, başqa toxumalardan fərqli olaraq 
yığılma qabiliyyətinə malikdir. Qıcıq təsiri altında 
əzələnin yığılmasına  əzələ  təqəllüsü deyilir. Əzələ 
təqəllüsü izotonik və izometrik şəkildə təzahür edilir. Əzə-
lə  təqəllüs edərkən onun gərilməsi dəyişməyib, uzunluğu 
dəyişərsə, yəni yalnız lifləri yığılarsa, belə  təqəllüsə 
izotonik təqəllüs deyilir. 
 
Əzələnin hər iki ucu möhkəm fiksə olunduğu 
zaman qıcıq təsiri altında əzələnin gərginliyi dəyişir; lakin 
əzələ lifləri yığılmır, yəni uzunluğu dəyişmirsə belə 
təqəllüsə izometrik təqəllüs deyilir. 
 Orqanizmdə  təbii qıcıqlandırıcıların təsiri altında 
xalis nə izotermik, nə  də izotonik təqəllüslər olmur. 
Əzələnin hərəkətlərini yazan cihaza mioqraf deyilir. 
Əzələni vasitəli və ya vasitəsiz tək qıcıq ilə 
qıcıqlandırdıqda, qıcıq təsiri altında əzələ yığılır və yığılan 
əzələ boşalır. Belə  təqəllüsə  tək  əzələ  təqəllüsü deyilir. 
Təqəllüsün yazısını kimoqraf üzərində qeydə alırlar ki, bu 
yazıya mioqram deyilir. Mioqramda latent dövr (qıcığın 
verildiyi andan təqəllüsün başlandığı ana qədər keçən 
dövr), yığılma və boşalma dövrləri ayırd edilir. 
 
34
 
 
Şəkil 30. Əzələnin tək təqəllüsünün yazısı: 1-qıcığın verildiyi an;  
2-latent dövr; 3-yığılma dövrü; 4-boşalma dövrü.  
Deməli, tək təqəllüs 3 dövrə ayrılır: 1) latent dövrü; 
2) enerjinin qalxan və ya əzələnin yığılan dövrü; 3) 
enerjinin enən və ya əzələnin boşalma dövrü. 
 
Əzələyə  qıcıq göndərilən an ilə  yığılması arasında 
keçən qısa dövrə latent dövrü (0,01 san.) deyilir. Enerjinin 
qalxan dövründə  əzələ  yığılır (0,05 san.) və özünün 
maksimumuna çatır; sonra əzələ yavaş-yavaş boşalır və 
enerjinin enən dövrü adlanır. 
 Orqanizmdə yalnız ürək  əzələsi tək təqəllüs edir. 
Skelet əzələləri daha mürəkkəb tetanik təqəllüslər edir.  
 
Əgər  əzələyə saniyədə 70 – 100 qıcıq verilərsə, 
tetanik təqəllüs (hamar tetanik) müşahidə olunur. Tetanik 
təqəllüs  əzələnin yığılıb, qıcıq kəsilənə  qədər yığılmış 
vəziyyətdə qalmasıdır. Tetanik təqəllüsün hündürlüyü tək 
təqəllüsün hündürlüyündən yüksək olur. Qıcığın sayı 
saniyədə 20 – 30-dan çox deyilsə, hər sonrakı  qıcıq 
əzələnin boşalmağa başladığı dövrə düşdüyündən, alınan 
tetanik təqəllüs dişli olacaqdır. 
 Lazım olan material və avadanlıqlar: stimulyator, 
elektrodlar, kimoqraf, mioqraf, mantar lövhə, qayçı, 
pinset, sancaq, fizioloji məhlul (0,6%), tənzif, pambıq, 
qurbağa, Ringer məhlulu, pipet, universal ştativ. 
 
İşin gedişi.  

 
35 
1. Skelet əzələsinin tək təqəllüsünün yazılması
Əvvəlcə bildiyimiz qayda üzrə qurbağanın arxa 
ətraflarından reoskopik pəncə hazırlanır və bundan 
mioqraf üçün sinir-əzələ preparatı düzəldirlər. Həmin 
preparat onurğanın kiçik bir hissəsindən, oturaq sinirindən, 
bud sümüyünün aşağı üçdə bir hissəsindən və  nəli 
əzələdən ibarət olur (şəkil 31). 
 
Şəkil 31. Mioqraf üçün hazırlanan sinir-əzələ preparatının sxemi: 
1-nəli əzələ; 2-oturaq siniri;  3-onurğa sütunundan bir parça;  
 4-bud sümüyündən bir parça. 
 
31 saylı  şəkildə verildiyi qaydada mioqraf üçün 
sinir-əzələ preparatını hazırlayırlar.  Əzələnin tək təqəl-
lüsünün yazısını almaq üçün preparatın bud sümüyü olan 
hissəsi mioqrafın sıxıcısında tutulur, aşil vətəri isə 
qeydedici lingdən asılmış qarmağa keçirilir. Lingin ucu 
kimoqrafın silindri üzərindəki kağıza toxundurulur. Sonra 
orutaq siniri elektrodlar üzərinə qoyulur və ona tək-tək 
qıcıqlar verilir. Əzələ  təqəllüs etdikcə, lingi hərəkətə 
gətirir və bu hərəkət kimoqrafın silindri üzərində qeydə 
alınır. Alınan yazı tək təqəllüsün mioqramı adlanır, latent 
(0,01san.), yığılma (0,05 san.) və boşalma (0,04 – 0,05 
san.) dövrlərinə, həmçinin təqəllüsün müddətinə (0,1 – 
0,11 san.) və hündürlüyünə diqqət yetirmək lazımdır. 
 
36
Dövrəni saniyədə 30 – 40 dəfə bağlayıb açdıqda  əzələyə 
ritmiki tetanik qıcıqlar göndərilir; bunların təsiri altında 
əzələ müəyyən vaxt yığılmış  vəziyyətdə qalır. 
Qıcıqlanmanı dayandırdıqda yığılan  əzələ boşalmağa 
başlayır.  Əzələyə  hər dəfə tam boşalmamış  vəziyyətdə, 
yəni qıcıq enən dövrə düşərsə, əzələ tamamilə boşalmamış 
yenidən təqəllüs edir. Alınan hər bir təqəllüs özündən 
qabaqkından hündür olur ki, buna superpazisiya və ya 
yekunlaşmış təqəllüs deyilir.  
 
Şəkil 32. Əzələ təqəllüsünün mioqramı:  
1-tək təqəllüs; 2-dişli tetanus; 3-hamar tetanus; 
 4-optimum superpazisiya və ya yekunlaşmış. 
 
 
Tək təqəllüs aldıqdan sonra, tədricən stimulyatorun 
qıcıq sıxlığını  tənzim edən dəstəyi döndərməklə  qıcığın 
sayı artırılır. Bu zaman dişli, sonra isə hamar tetanik 
təqəllüsün mioqramı qeyd olunur. 
 

 
37 
 
 
Şəkil 33. Skelet əzələsinin tək təqəllüsünü  
qeyd etmək üçün qurğu. 
Saya əzələ təqəllüsünün yazılması 
 
 Saya 
əzələlərin başlıca fizioloji xüsusiyyəti olan 
toniki təqəllüsünü mədə-bağırsaq kanalından kəsilib 
hazırlanmış preparatda öyrənmək daha əlverişlidir. Bunun 
üçün qurbağanın qarın boşluğunu açıb mədəsini xaricə 
çıxarır, sonra mədənin orta hissəsindən ön və arxa 
divarları eninə  kəsməklə diametri 4 – 5 mm olan həlqə 
ayırırlar. Həlqənini köndələninə  kəsib, selikli qişasını 
qaşıyıb təmizləyir və mioqrafda asırlar. Preparat 
qurumasın deyə onu fizioloji məhlulla isladırlar. Saya 
əzələnin oyanıqlığının az olduğunu nəzərə alaraq, 
preparata nisbətən qüvvəli elektrik qıcığı (50 – 100 m/san. 
30 – 50 v) verilməlidir. İstər tək qıcıq və istərsə çox saylı 
ritmiki qıcıqlar təsirindən saya əzələ toniki təqəllüs edir. 
 
38
Saya  əzələnin təqəllüsü qeydə alınarkən kimoqrafın 
silindri yavaş fırlanma rejimində olmalıdır (şəkil 34). 
 
 
 
Şəkil 34. Qurbağa mədəsi əzələsinin miaqramı:  
1-tək qıcığın verildiyi an; 2-mioqram;  
3-10 saniyə hesabı ilə vaxtın qeydi. 
 
 Saya 
əzələnin uzun müddət (bəzən saatlarla) davam 
edən təqəllüsünü (kontrakturasını) asetilxolin məhlulu 
təsirilə də almaq mümkündür. 
 
 
6 saylı iş. Əzələ təqəllüsü hündürlüyünün qıcıq sıx-
lığından, qüvvəsindən və temperaturdan 
asılılığı 
 
Qıcıq qüvvəsi dəyişməsinin əzələ təqəllüsünün  
hündürlüyünə təsiri 
 
Tək 
əzələ 
təqəllüsünün hündürlüyü qıcıq 
qüvvəsindən asılı olaraq dəyişir. Belə ki, qıcıq qüvvəsi 
artdıqca  əzələ  təqəllüsünün hündürlüyü müəyyən hüduda 
qədər artır.  Əzələ  təqəllüsü maksimum hündürlüyə çat-
dıqdan sonra qıcıq qüvvəsinin artması  təqəllüsün hün-
dürlüyünə təsir etmir. Əzələ bir çox əzələ liflərindən təşkil 
olunduğu üçün oyanma əmələ gətirən zəif qıcıqların təsiri 
altında əzələ liflərinin bir hissəsi yığılır, yığılmayan liflər 

 
39 
isə qeyri-fəal halda qalırlar. Qıcığın qüvvəsi artdıqca əzələ 
liflərinin digər hissəsi fəallaşaraq oyanmağa başlayır. 
Qıcıq qüvvəsi artdıqca, təqəllüsün hündürlüyü yüksəlir. 
 
 
Şəkil 35. Qıcıq qüvvəsinin dəyişməsi zamanı  
 əzələ təqəllüsünün yazısı: 
b-əzələ  təqəllüsünün qeydi; 1-minimal təqəllüs; 2-6-subminimal 
təqəllüs; 7-9-maksimal təqəllüs; b-qıcıq qüvvəsinin artması sxemi 
(qıcıq qüvvəsi vahidləri şərti rəqəmlərlə); 0,5-subminimal qıcıq;   1-
maksimal qıcıq; 2-6-submaksimal qıcıqlar; 7-maksimal qıcıq; 
 9-10-maksimaldan yüksək qıcıqlar.  
 Lazım olan material və avadanlıqlar: stimulyator, 
elektromioqraf, kimoqraf, universal ştativ, mantar lövhə, 
elektrodlar, qayçı, pinset, sancaqlar, pipet, fizioloji məhlul 
(0,6%), spirt lampası, soyuq fizioloji məhlul, pambıq, 
qurbağa
İşin gedişi.  
Hazırlanmış sinir-əzələ preparatı mioqrafa bərkidilir 
və oturaq sinir elektrodlar üzərinə qoyulur. Stimulyatorun 
dəstəyini fırlatmaqla minimum qıcıq qüvvəsi müəyyən 
edilir və  təqəllüsün yazısı alınır. Sonra qıcığın qıvvəsi 
artırılır və müxtəlif qüvvəli qıcıq təsirinə cavab olan 
təqəllüsün mioqramı qeyd olunur. Qüvvələr münasibəti 
qanuni əzələyə yalnız submaksimal qıcıqlar verilən zamanı 
qeyd edilir. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin